ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə17/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   13   14   15   16   17   18   19   20   ...   55

olar. Hər halda, siz onu tanıyırsınız. Onun haqqında nə deyə bilərsiniz? Onun 
söyləyəcəyi şeylərə inanmaq olarmı? 
– Əlbəttə. Çox etibarlı adamdır. Pyer Mişel on beş ildən çoxdur ki, bizim şirkətdə 
işləyir. Fransızdır. Kale yaxınlığında bir yerdə yaşayır. Son dərəcə dürüst və 
hörmətli bir adamdır. Ancaq o qədər də ağıllı sayılmaz. 
Puaro onu başa düşürmüş kimi başını yellədi.  
– Yaxşı. Gəlin ona bir nəzər salaq. 
Pyer Mişel bir az özünə gəlmişdi, amma hələ də çox əsəbiydi.  
– Ümid edirəm, müsyö bu hadisənin mənim səhlənkarlığım ucbatından törəndiyini 
düşünmür, – Mişel qorxmuş halda söylədi, narahatlıqla gah Puaroya, gah müsyö 
Buka baxdı. – Faciəli hadisədir bu. Müsyönün bu işdə bir təqsirim olduğunu 
düşünmədiyinə ümid edirəm. 
Puaro bu adamın qorxularını yox etdikdən sonra suallara keçdi. Əvvəlcə o, Mişelin 
ünvanını və adını dəqiqləşdirdi, sonra onun bu kampaniyada və konkret olaraq bu 
marşrutda nə zamandan bəri işlədiyini soruşdu. Bütün bunları artıq bilirdi, sadəcə 
olaraq, bələdçini danışdırmaqdan ötrü bu sualları verirdi. 
– İndi isə, – Puaro davam etdi, – dünən gecə baş vermiş hadisəyə keçək. Cənab 
Retçett nə zaman yatmağa getdi, saat neçədə? 
– Axşam yeməyindən dərhal sonra, müsyö. Daha doğrusu, Belqraddan 
çıxmamışdan əvvəl. Ondan öncəki gecə də yenə elə erkəndən yatmışdı. Mənə özü 
yeyərkən yatağını sahmanlamağı əmr etmişdi. Mən də elə eləmişdim. 
– Daha sonra onun kupesinə gedən oldumu heç? 
– Öz nökəri və bir də katibi olan o gənc amerikalı. 
– Və başqa heç kim? 
– Mən başqa kimsəni görmədim, cənab. 
– Yaxşı. Demək, cənab Retçetti ən son o zaman gördünüz? 


– Xeyr, müsyö. Cənab Retçettin birə iyirmi dəqiqə qalmış zəng çaldığını yaddan 
çıxarmısınız. Yəni qatar dayandıqdan bir az sonra..  
– Dəqiq təsvir edin, nə baş verdi? 
– Qapını döydüm. Ancaq cənab Retçett içəridən səslənərək səhvən zəngə basdığını 
söylədi. 
– İngiliscə danışdı, yoxsa fransızca? 
– Fransızca. 
– Onun sözlərini olduğu kimi təkrar edin. 
– Ce n’est rein, je me suis trompe1. 
– Doğrudur, – dedi Puaro. – Eyni sözləri mən də eşitmişəm. Sonra siz çıxıb 
getdiniz? 
– Hə, müsyö. 
– Öz yerinizə qayıtdınız? 
– Xeyr, müsyö. Ondan əvvəl çalınan başqa bir zəngə cavab verməyə getdim. 
– Mişel, indi sizdən çox vacib bir şey soruşacağam. İkiyə on beş dəqiqə işləmiş 
haradaydınız? 
– Mənmi, müsyö? Koridorun başındakı kiçik stulumda üzü koridora tərəf oturdum.  
– Bundan əminmisiniz, yerinizdən heç qalxmadınızmı? 
– Hə... demək olar ki... 
– Necə yəni – demək olar ki? 
– Bizdən sonrakı vaqona, Afina vaqonuna keçdim. Oradakı bələdçiylə danışdım. 
Onunla qarın yolu kəsməsi barədə danışdıq. Saat bir tamamı bir az keçmişdi, 
deyəsən. Zamanı tam olaraq xatırlamıram. 
– Sonra siz yerinizə qayıtdınız... Saat neçə olardı? 


– Yenə zəng çalındı, müsyö, mən də elə o anda gəlmişdim. Yadımdadır, mən bunu 
sizə danışmışam. Həmin o amerikalı xanım...İsrarla zəng çalırdı. 
Puaro:  
– Bəli, xatırlayıram, – dedi. – Bəs ondan sonra? 
– Ondan sonra? Sizin zənginizə cavab verdim və sizə mineral su gətirdim. Ondan 
yarım saata qədər sonra digər kupelərdən birindəki yatağı düzəltdim. Retçettin 
katibi olan gənc amerikalı bəyin yatağını. 
– Yatağını düzəltməyə getdiyiniz zaman cənab Makkuin tək idi? 
– Yanında on beşinci nömrədəkı ingilis polkovnik vardı. Oturub söhbət edirdilər. 
– Polkovnik, Makkuinin yanından ayrıldıqdan sonra nə etdi? 
– Öz kupesinə getdi. 
– İngilis polkovnikin kupesi, yəni on beş nömrəli kupe oturduğunuz yerə yaxındır, 
elə deyilmi? 
– Bəli, müsyö, oturduğum yerə görə sondan ikinci qapı. 
– Polkovnikin yatağı düzəldilmişdimi? 
– Bəli, müsyö. Onun yatağını özü şam edəndə düzəltmişdim. 
– Bütün bunlar nə zaman oldu? 
– Dəqiq olaraq bilmirəm, müsyö. Ancaq ikini keçməmişdi. 
– Ondan sonra? 
– Ondan sonra sabaha qədər yerimdə oturdum. 
– Təkrar Afina vaqonuna getmədinizmi? 
– Xeyr, müsyö. 
– Gecə koridorda dolaşan oldumu? 
Bələdçi düşündü.  


– Xanımlardan biri o biri başdakı tualetə getdi sanıram. 
– Hansı xanım? 
– Bilmirəm, müsyö. Koridorun ta o başındaydı. Arxası da mənə tərəf idi. Üzərində 
işləmə əjdahalar olan qırmızı bir kimono geyinmişdi. 
Puaro başını yellədi:  
– Ondan sonra? 
– Sabaha qədər heç bir şey olmadı, müsyö. 
– Əminsinizmi? 
– Hə, bağışlayın. Siz özünüz bir ara qapınızı açaraq bayıra baxdınız! 
Puaro:  
– Afərin, dostum, – dedi. – Bunu xatırlayıb- xatırlamayacağınız maraqlı idi. Yeri 
gəlmişkən, mən bir gurultu səsinə oyandım. Sanki, qapıma ağır bir şey çırpılmışdı. 
Bu, nə ola bilərdi, sizcə? 
Bələdçi ona heyrətlə baxdı.  
– Bilmirəm, müsyö. Belə bir şey olmadı. Dəqiq bilirəm. 
Puaro mübahisəyə girişmədi.  
– Demək ki, məni qara basıb, – dedi. 
– Bəlkə, – müsyö Buk dilləndi, – siz qonşu kupedəki səs-küyü eşitmisiniz?  
Puaro, sanki, onun sözlərini eşitmədi. Çox güman, bələdçinin diqqətini ona 
yönəltmək istəmədi. 
– Başqa bir məqama diqqət yetirək, – dedi. – Fərz edək ki, qatil qatara dünən gecə 
minib. Siz onun cinayəti törətdikdən sonra qatarı tərk etmədiyindən əminmisiniz? 
Pyer Mişel başını yellədi.  
– İmkansızdır. 


– Qatarın içində bir yerdə gizlənmiş ola bilərmi? 
Buk yerindən dilləndi:  
– Hər tərəf arandı, dostum. Bu fikri başınızdan atın. 
Pyer Mişel də:  
– Bundan başqa, əgər mənim vaqonuma bir kimsə girmiş olsaydı, mən onu mütləq 
görərdim, – dedi. 
– Son stansiya hansıydı? 
– Vinkovci. 
– Oradan neçədə tərpəndik? 
– Əslində, 11.58-də tərpənməliydik. Ancaq hava pozulduğuna görə iyirmi dəqiqə 
gecikdik. 
– Sizin vaqonunuza başqa vaqonlardan keçmək mümkündürmü? 
– Mümkün deyil, müsyö. Yemək servisindən sonra yataqlı vaqonlarla digərləri 
arasındakı qapılar kilidlənir. 
– Siz Vinkovcidə qatardan endinizmi? 
– Bəli, müsyö. Hər zamankı kimi perrona enərək, vaqon qapısının önündəki 
pilləkəndə dayandım. Digər bələdçilər də belə etdilər. 
– 
Bəs öndəki qapı? Bu restoranın yaxınında olan? 
Bələdçi, sanki, çaşıb qaldı, ancaq tez də özünü ələ aldı: 
– Yəqin, yolçulardan biri qara baxmaq üçün açıb. 
– Ola bilər, – Puaro dedi. Bir-iki dəqiqə fikirli halda barmaqlarıyla masanı 
taqqıldatdı. 
Pyer Mişel çəkinə-çəkinə:  
– Müsyö məni günahkar hesab etmir, elə deyilmi? – deyə soruşdu.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə