Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə129/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   125   126   127   128   129   130   131   132   ...   144

393 

 

bircə  Fərhad  əmi  idi  –  yaralının  qardaşı  ilə  yanaşı  oturub  nə 



barədəsə söhbət edirdilər. 

Əməliyyat düz 1 saat 45 dəqiqə çəkdi. Nəhayət cərrah hə‐

kim dəhlizə çıxdı – “Xəstənin yaxını kimdir?” – soruşdu. Hamı 

onun  başına  toplaşdı.  Yoldaşı  və  qardaşı  –  “Bizik”  –  dedilər. 

Həkim: 

–  Əməliyyat  uğurla  qurtardı,  sidik  kisəsi  azca  sıxılıb.  Bud 



sümüyü  bir  neçə  yerdən  sınmışdı.  Uzun  müddət  həkim  nəza‐

rətində  qalmalı  olacaqdır.  Qalan  şeyləri  öz  həkimi  ilə  danı‐

şarsınız. Bir daha keçmiş olsun – dedi. 

Xəstənin  qardaşı  (adı  deyəsən  Bahadur  idi)  həkimə  təşək‐

kürünü bildirdi. Həkim çıxıb getdi. İçəridən digər həkim çıxdı, 

uzun  bir    siyahı  verib    dedi  –  “Bunları  almaq  lazımdır,  kimə 

verim?”. Bahadur siyahını aldı. Fərhad əmi mənə bir qədər pul 

verib dedi – “Bahadur qardaşla gedib nə lazımsa alıb gətirin”. 

Bahadurla  aptekə  yollandıq.  Yolda  özümü  onun  qardaşı‐

nın  qatili  kimi  hiss  edirdim.  Amma  çox  sakit  və  yaxşı  adama 

oxşayırdı. 

– Fərhad müəllim sənin qayınatandır? – soruşdu. 

– Bəli. 

– Yaxşı, mədəni adamdır. Harda işləyir? 

– Heç yerdə, öz kiçik biznesilə məşğuldur, – düşündüm ki, 

imkanlı olduğunu bilər və nəfsindən başqa şeylər keçər. 

– Qorxmusan? 

– Çox... Sizi də durduğunuz yerdə bəlaya saldım... “Bağış‐

layın”  desəm,  bir  sözlə  bağışlanası  günah  deyil,  ancaq  çox  pe‐

şiman olduğumu bilmənizi istəyirəm. 

–  Olan  şeydi,  qəsdən  eləməmisən  ki...  Qəzadır,  taledən 

qaçmaq  olmaz,  alnına  nə  yazılıbsa,  o  da  olmalıdır.  Cavidin  ta‐

leyinə də belə yazılıbmış... 

–  Adı  Caviddir  əminin?  Mənim  də  qardaşımın  adı  Cavid‐

dir, – bir az sevincək oldum. 



394 

 

– Demək bu gündən bir də Cavid əmin olacaq. 



–  Allah özü kömək olsun. Təki sağalıb ayağa dursun, məni 

bağışlayanadək  o  qədər  yalvaracağam  ki,  axırda  məni  qa‐

pısından  qovacaq  –  onun  mehribanlığından  cürətlənmişdim. 

Bahadur əlini çiynimə qoyub: 

– Özünü çox sıxma, inşallah, hər şey yaxşı olar – dedi. 

–  Yaxşı  adamsınız  Bahadur  əmi...  Allah  sizdən  də  razı 

olsun. Sizi görəndə qorxurdum ki, bu saat məni yerə yıxıb xın‐

cımlayacaqsınız. Demək ki, yer üzündə hələ yaxşı, səbrli adam‐

lar qalıbmış. 

Siyahıdakı dəva‐dərmanları alıb xəstəxanaya qayıtdıq. Po‐

lislər  yenə  də  gəlmişdilər,  məni  gözləyirdilər.  Fərhad  əmiylə 

danışıb  gülüşürdülər.  Onlara  yaxınlaşdım.  Fərhad  əmi  məni 

göstərib dedi. 

– Hə, caninin özü də gəlib çıxdı. 

Fərhad əmidən üzr istəyib məni foyedəki divana dəvət et‐

dilər – izahat almağa. Ramaldan da digər polis əməkdaşı izahat 

alırdı.  Başımı  qaldırıb  Ramala  baxa  bilmirdim.  Hadisəni  polis‐

lərin  diktə  etdiyi  “yüngülləşdirici  hallarla”  bəzəyib,  hadisəni 

olduğu  kimi  yazdım,  altından  da  imzamı  atdım.  Gün  ərzində 

sənədlərimi polis şöbəsinə çatdırmağımı tapşırdılar. Fərhad əmi 

və Bahdurla görüşüb bir daha – “keçmiş olsun”, – deyib getdi‐

lər. Fərhad əmiyə yaxınlaşdım: 

– Neyniyəcəyik? Necə olacaq? 

– Baxacağıq hələ... Əsas zərərçəkən tərəfdir, etiraz eləməsə, 

bəlkə bir şeylər edə bildik. Amma çox pis oldu. Niyə, bax bunu 

başa düşə bilmirəm. Durnagilin xəbəri var? 

– Yox, deməmişik. 

– Demə, qoy narahat olmasınlar. Sən özün necəsən? 

– Bayaq çox qorxmuşdum. İndi Bahadurla söhbətləşəndən 

sonra bir qədər toxtamışam. 




395 

 

–  Düzələr.  Sən  bir  az  Bahadurgillə  nəzakətli  davran.  Bax‐



ma,  yaxınlarını  vurub  əzmisən,  əgər  üstünə  qışqırıb  eləsələr, 

acılasalar dözməyə çalış. 

– Narahat olmayın, – yazıq‐yazıq dilləndim. 

–  Mən  gedim,  işlərim  var. Sabir  əmin  burda  səninlə qa‐

lacaq. Vacib lazım olsam, zəng vurarsınız. 

Onu  maşınına  qədər  ötürüb  qayıtdım.  Anamla  Cavidin 

həyat yoldaşı sanki olanları unudub nədənsə şirin qeybətə baş‐

lamışdılar. Ramal sağollaşıb getdi. Onunla əl verib sağollaşanda 

üzr istədim, – “Səni də durduğun yerdə cəncələ saldım”... 

Xəstənin  bacısının  gəlişi  anamgilin  qeybətini  pozdu.  Dəh‐

lizə girər‐girməz özünə əl qatıb səsini qaldırdı: 

–  Buy  Allah  səni  vuranın  qardaşını,  balasını  öldürsün,  ay 

qardaş!  Hansı  harınlamışın,  ciyəriyanmışın  balası  səni  vurub!? 

–  haray‐həşir  qopardı.  Mahilə  (yaralı  Cavidin  arvadı)  ayağa 

durub, baldızına çımxırdı: 

–  Kəs  səsini,  ay  qız,  şivən  qoparma!  Salamatlıqdır,  əmə‐

liyyat edib qurtarıblar. 

Baldız  səsini  xırıppıltıyla  kəsib  oturdu,  elə  bil  artistlik 

bacarığını  bəyənməyib  onu  səhnədəcə  susdurmuşdular.  Heç 

ürəkdən sızlayana da oxşamırdı. Üzümə qarğış etdiyindən heç 

incimədim də. Haqqına qarğamışdı, amma ağzından yellər alıb 

aparsın! Fikrimdən keçdi – görəsən reanimasiya otağındakı mə‐

nim öz övladım olsaydı mən neylərdim? Ağlıma gətirməyə belə 

qorxdum. “Allahım, sən uzaq elə”. Görəsən mənim balaca Ün‐

ziləm indi neyləyir? Yəqin gözlərilə atasını axtarır. 

Durna zəng vurdu. 

–  Baysal,  neyləyə  bildin  canım,  anam  hələ  yumşalmayıb‐

mı?  Mən  evimizə  qayıtmaq  istəyirəm  –  zavallı  arvadımın  qar‐

ğaşalı  səsi  ürəyimi  parçalayırdı.  “Nə  urvatlı  övlad,  nə  də  yön‐

dəmli ər ola bildim”... 




396 

 

–  Axşam  gələrəm  danışarıq.  Hər  şey  qaydasındadır,  –  de‐



dim. 

Anam,  telefonda  Durna  ilə  danışdığımı  eşitmişdi,  yanıma 

gəldi, telefonu istədi. Verdim.  

Anam: 


–  Necəsən,  qızım,  nəvəm  neyləyir?  Olarmı  Baysal  bu  gün 

mənim yanımda qalsın, uşaqlar da buraxmırlar onu – çox darı‐

xıblar.  Sabah  gəlib  səni  də  gətirər.  Anana  salam  de,  nəvəmin 

balaca əllərindən öpərsən. Durna.., ...mənim balam, heç nə... Sa‐

lamat qal. 

Telefonu mənə qaytardı. Durna soruşdu: 

–  Zəhra  anaya  bir  şey  olmayıb  ki,  özünü  yaxşı  hiss  edir? 

Nəsə birtəhər idi... 

– Yox, sənsiz darıxıb deyəsən, yəqin nəvəsini görmək istə‐

yir. Salamat qal, sonra zəngləşərik. 

Bir‐iki  saat  keçmişdi,  Cavidin  oğlu  gəldi,  fəhlə  paltarında 

idi.  Kürəyində  “A+A”  yazılmışdı,  görünür  tikintidə  işləyirdi. 

Üst‐başı daş tozuna bulaşmışdı, çox güman ki, bənna idi, ya da 

fasada üzlük ağlay vuran. 28‐30 yaşı ancaq olardı. Anasına ya‐

xınlaşdı, gözlərindən hiddət yağırdı, nə soruşdusa, birbaş üstü‐

mə yeridi, sinəmə yaxşı bir yumruq ilişdirib dalınca da söydü: 

“Avtoş köpəyoğlu, sənin ananı ağlar qoymaq mənə borc olsun! 

O qədər qudurmusan ki, qabağını görə bilmirsən?” Anası olma‐

saydı bəlkə də məni yaxşıca “xışlayardı”. Günahkar idim. Odur 

ki,  susdum.  Amma  dəhlizin  o  başından  Bahadur  və  Sabir  əmi 

oğlanın  məni  vurduğunu  görmüşdülər.  Bizə  yaxınlaşdılar.  Sə‐

birli  Bahadurun  gözlərindəki  qəzəbdən  özüm  qorxdum,  oğla‐

nın biləyindən tutub – “Bir də axmaqlıq eləsən, qolunu qıraram, 

küçük!”  –  dedi.  Nə  pis  şeymiş  günahkar  olmaq,  hər  gələn  bir 

sillə  vurur,  səninsə  cavab  qaytarmağa  haqqın  olmur,  –  özümü 

dünyanın axırıncı adamı hiss edirdim. “Görəsən yenə də qarğa‐

yanı, sillə vuranları gələcəkmi?” – bezmişdim alçalmaqdan. 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə