400
Bir gün “roman”ın vərəqləri hardansa Baharın əlinə keç‐
mişdi. Rəngli karandaşla vərəqlərin hamısını tək çəkməyi ba‐
cardığı qırmızı ürək və sarı günəş şəkillərilə doldurmuşdu. Əli‐
mə girəvə düşmüşdü – dirəndim və özümü naza qoydum, ağ
vərəqə yazdım ki, – “Roman bitdi! Son!”. Dilbər “gündəlik öpüş
norması”nı verməyə gəlmişdi – o, hər gün gəlib yazdığım və‐
rəqi oxuyar, ya yeni düzəlişlər təklif edər, ya da bəyənərdisə,
yorulunca məni öpərdi. Bu dəfə vərəqə yazdıqlarımı görüb cin
atına mindi:
– Nə son, belə yerdə son olar!?
– Dilbərim, daha istəmirəm “Nobeli”! Bizim bu roman, lap
uşaqların “evcik‐evcik” oyununa döndü. Bu qədər bəs edər,
romana qəmli bir sonluq fikirləş və özün də bitir əsəri – dedim.
“Əsərə bax da”, – özümün də gülməyim gəlirdi bu cızmaqara‐
larımıza.
Sir‐sifətini eybəcər hala saldı, hikkəylə, – “Onda bir də
mansarda qalxmayacağam!” – dedi.
– Yorulmuşam, daha yaza bilmirəm... Mən oynamıram! –
dedim.
– Demək öpüşlərimdən iyrənmisən, hə? Daha məni istə‐
mirsən... – küsdü.
– Sənin öpüşlərindir məni sabahkı günə ruhlandıran, Dil‐
bərim. Amma beynim yorulub, ta yaza bilmirəm. Heç olmazsa
həftəyə üç vərəq olsaydı yenə dərdyarı olardı...
– Yaxşı... Onda məni görmək istəsən, gündə üç vərəq yaz‐
mayınca qulağının dibini görərsən. Öpüşün şitini‐şorunu çıxar‐
dıq – qoy dodaqlarımız bir az dincəlsin... Öpüşlər bu gündən
dayandırıldı!
Otaqdan çıxmaq istəyəndə biləyindən tutdum:
– Dəli keçim, söz ver ki, hər açılan günəşi sənin öpüşünlə
qarşılayacağam.
– Yazacaqsan? – rəsmi hirsliydi.
401
– Ağzım nədir yazmayam... – mum kimi yumşaldım.
– Onda söz deyil, and içirəm – hər sabah səni öpüşlə yu‐
xudan oyadacağam. Hər gün mənimlə sevginin dadına doya‐
caqsan, xoşbəxtliyi ciyərlərinə çəkəcəksən.
– Xoşbəxtlik bax buna deyərlər.
– Biz xoşbəxtik, Qaqaş...
– Xoşbəxtik, Allah hamını xoşbəxt eləsin.
– Amin... Sevgi və xoşbəxtlik başdan‐başa əzabdır, bunu
bilirdinmi? Xoşbəxt olmaq üçün əzab çəkməyi öyrənmək lazım‐
dır. Sevgini verməyi bacarandır xoşbəxt insan, kim ki sevgi tə‐
ləb edir, o insan sevgiyə tamarzı qalacaqdır.
– Ay səni, çoxbilmiş! Oxuduğun kitablar axırda sənin başı‐
nı xarab edəcək – onu sinəmə sıxdım... Yüngülvari çək‐çevirdən
sonra “əsər”ə davam etməyi və bitirməyi boynuma qoydu.
...Növbəti günün sübhü yenə zarıncı xəstə kimi hıqqına‐
hıqqına açılırdı. Dənizin duman‐çisi belə xoruzları aldada bil‐
məmişdi. Xoruzun ilk banı ilə birlikdə otağımın qapısı açıldı,
gələn Dilbər idi. Dəcəlliyini uzun müddət idi ki, yadırğamışdı.
Yorğanımı qaldırıb yanımda oturdu. Bizə köçəndən bəri cəmi
bir neçə dəfə yaxınlıq etmişdik, o da əlüstü və tələm‐tələsik –
hər dəfə Afətin yuxuya getməyini həsrətlə gözləmişdik. Dilbər
indi çay gətirmək adıyla mansarddakı ofisimə çıxmışdı. Dünən
verdiyim sözü tutub‐tutmadığımı yoxlamaq üçün vərəqləri
yoxladı. Ondan xoşbəxtlik qoxusu gəlirdi.
– İnsafsız, xəbərin varmı ki, romanımızın 86 səhifəsini sə‐
nin öpüşün olmadan yazmışam? – dedim.
– Əvəzini ödəməyə gəlmişəm, dəli... – səssizcə pıçıldadı və
qucağıma uzandı.
– Neçənci səhifədəsən? – soruşdu.
– 410‐cu.
– 410‐dan 500‐dək olan səhifələri “yazmağa” başlayaqmı?
– O boyda roman olar?
402
– Hələ ondan da artıq olar.
– Dəli keçi...
Alt mərtəbədə şirin yuxuda olan arvadımı xaincəsinə unu‐
daraq ciyərparəmi bağrıma basdım. Evimizin mansardı “sevgi
ləpələriylə yırğalanırdı”...
Günəşi mənim çarpayımda Dilbərlə birlikdə qarşıladıq.
Çarpayıdan qalxıb alt mərtəbəyə endik. Süfrə artıq hazır idi.
Afət qaynamış yumurtaları stolun üstünə düzürdü. Yaxınlaşıb
yanağından öpdüm (bilirəm ki, bu üzrxahlığımı səmimi qəbul
edəcəkdir), o da Dilbərlə öpüşdü.
...Başa düşürəm, “bir əldə iki qarpız saxlamaq” mümkün
deyil, evli adamın birini dəlicəsinə sevməsi də normal sayıla
bilməz. Hələ, “qocalıqda‐yorğalığa” isə heç bəraət qazandırmaq
olmaz. Görəsən məni başa düşən adam tapılarmı? Sevginin
böyük qüvvə olduğuna inanmayan adam axmaq insandır.
Sevgi, bütün istək və planları cəfəngiyyata çevirməyə qadir ye‐
ganə nəsnədir. Mənimsə ən böyük uğurum, bu sevgini şəraitə
uyğun qiymətləndirməyi bacaran yaxınlarımın olmasıdır. Afə‐
tin yanındakı üzqaralığımı mənə xatırladan yeganə şey, hər də‐
fə Dilbərlə növbəti xəlvəti görüşümüz olurdu. Onunla nə qədər
günaha batırdımsa, Afətə onqat artıq bağlanırdım.
Dilbər bizə yerləşəndən sonra məni Bakıdakı ofisə çəkən
bir şey qalmamışdı. Düzü, məşğul olacaq elə bir ciddi işim də
yox idi, bütün işləri Baysal sərbəstcə idarə edə bilirdi. Odur ki,
mansarddakı ofisim vaxtımı ən çox keçirdiyim yer idi. Afət
bura heç qalxmazdı. Bilirdim ki, bu guşənişin məkanı Dilbərlə
mənə ayırıb. Bir söz soruşmalı olsa və ya yemək vaxtı olanda da
arxamca Dilbəri göndərərdi. Bir də, anası divar kağızlarını yaz‐
dığına görə danlayanda rahat şəkil çəkmək üçün arada‐bərədə
Bahar özünü bura verirdi. Mansardda Dilbərlə özümü sərbəst
hiss edirdim. Di gəl ki, Dilbər dəqiqəbaşı buraya çıxmağa həvəs
göstərməzdi, – “Bura qalxanda bilirəm ki, Afət nə üçün qalx‐
Dostları ilə paylaş: |