Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə38/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   34   35   36   37   38   39   40   41   ...   144

119 

 

nında iş ver, gözün üstündə olsun. Deyərsən ki, nənəsi onu öz 



canından da çox istəyirdi. Balamı sizlərə əmanət qoyuram. Yox‐

sa,  axirətdə  üzünüzə  baxmaram,  yaxanızdan  ikiəlli  yapışaram. 

Məni  bu  dünyada  yaşadan  o  idi.  Heyif  ki,  evlənməyini,  oğul‐

uşaq  sahibi  olduğunu  görə  bilmədim.  İndi  gedin  yatın,  yax‐

şıyam, narahat olmayın.  

Familə  döşəmədə  yer  salıb  Durna  nənənin  çarpayısı  ya‐

nında uzandı. Ağəli ilə Rəhim isə qonşu otaqda yatdılar. Fami‐

lənin  gözünə  bir  neçə  saat  yuxu  getmədi.  Hər  dəfə  dikələndə 

Durna  nənəni  namaz  qılan  görür,  pıçıltısını  eşidir,  yenidən 

uzanırdı. Saat 4‐də Familəni yuxu apardı. Durna nənə öz tanrısı 

ilə tək qalmışdı... 

“Tanrı: 


– Hə, kəklik yerişli, kəkotu qoxulu Durna balam, cənnətin 

mələyi olmağa hazırsanmı? 

Durna: 

– Bəli, uca tanrım, hazıram. Cənazə namazımı da özüm qıl‐



mışam,  əgər  qəbul  etsən...  İcazə  verirsənsə,  sübh  namazımı  da 

qılardım,  sənə  olan  son  borcumu  da  layiqincə  yerinə  yetirər‐

dim... 

–  Yox,  sübh  namazını  cənnətdə  qılarsan.  Kəlmeyi‐şəha‐



dətini son dəfə deməyin yetər. 

Durna nənə islaq, nisgildən titrəyən gözlərini yumub dili‐

nin altında son dəfə şəhadət gətirdi: 

– Bismillahir rəhmanir rəhim. Əşhədü ən ləilaha illəllah və 

əşhədü  ənnə  Mühəmmədən  əbdühu  və  rəsuluhu...  Qalanların 

imtahanını asan elə, sevdiklərimi xətadan‐bəladan uzaq tut, ya 

Rəbbim.  Gözün  Fərhadımın  üstündə  olsun,  onu  sənə  əmanət 

edirəm...  İndi hazıram, Allahım, – gülümsündü...” 

Familə  səhər  saat  5‐də  xoruzun  ilk  banına  diksinib  yuxu‐

dan oyandı. Dərhal dikəlib Durnaya sarı boylandı, arvad əlləri 

mütəkkənin  üstündə  namaz  vəziyyətində  səssizcə  qalmışdı. 



120 

 

Gözləri açıq idi. Sevinc donub üzündə qalmışdı. Ehtiyatla əlini 



ovucuna  aldı,  əli  buz  kimiydi,  nəfəsi  gəlmirdi.  Durna  nənənin 

ruhu artıq o biri dünyaya köçmüşdü, o, canını, sevdiyi Allahına 

tapşırmışdı... 

 

* * * 

 

Familə  astadan  qonşu  otağın  qapısını  döydü  –  “Ağa,  ay 



Ağa!”–  səsləndi.  Ağa  tələm‐tələsik  şalvarını  geyib  yan  otağa 

keçdi.  Familə  astadan,  –  “Deyəsən  arvad  keçinib”.  Səsə  Rəhim 

də oyanmışdı, paltarını geyib o da gəldi. Durna nənənin sifətinə 

sarı  əyilmiş  Ağəli  dikəlib  Rəhimə  baxdı  –  “Axır  qəmin  olsun, 

qardaş, anan Allahın rəhmətinə qovuşdu”– dedi. Rəhim başını 

anasının  sinəsinə  qoyub  uşaq  kimi  hönkürdü.  Familə  bu  mən‐

zərəyə dözə bilmir, sanki öz ağusu ilə oğul‐ana vidalaşmağına 

mane olmamaq üçün səssizcə hıçqırır, öz növbəsini gözləyirdi. 

Ağəli  əlini  Rəhimin  kürəyinə  qoyub,  –  “Toxtaq  ol,  qardaşım, 

səbirli  ol,  Allah  rəhmət  eləsin,  görüləsi  işlərimiz  var,  mən 

hazırlığımı görüm”– deyib bayıra çıxdı. Qonşu Balay kişini ça‐

ğırıb kəndə duyuq salmasını xahiş elədi. Heç yarım saat keçmə‐

di  ki,  onsuz  da  kənddə  az‐maz  qalmış  bütün  kişilər  məhləyə 

yığıldılar. Kənddə qalmış 3‐4 arvad meyidi ağlayırdı. Mağar da 

qurmadılar, kişilər və 5‐6 cavan elə həyətdəki kötüklərin üstün‐

də  oturub  çay  içdilər.  Qadınların  ağısı  həzin  bir  muğam  kimi 

ətrafa  yayıldıqca,  kişilər  kəndin  ən  yaşlı  sakininin  ölümünə 

həsəd  aparırdılar,  –  “Xoşbəxt  adamdı,  didərgin  düşmədi,  canı 

vətənə qovuşdu...” – dedilər. 

Kəndin kişiləri çoxdandır ki bir yerə belə yığışmırdı – elə bil 

bir‐birindən çəkinəcək ayıb iş tutmuşdular. Hər kəs uzaq qohu‐

mu,  yaxınlarıgilə  göndərdiyi  paltar‐palaz,  oğul‐uşağına  görə 

bir‐birindən xəcalətliydi. Cəhənnəmə dönmüş doğma yurd‐yuva‐

larını tərk etməyin yeganə və çarəsiz yol olduğunu bildikləri hal‐




121 

 

da, bu təklifi başqa  birisinin  etməsini gözləyirdilər. Söhbət  mət‐



ləbə  yaxınlaşanda  isə  kimsə  bu  qərarı  verməyə  cürət  etmir  və 

eyni müzakirə yenidən başlanırdı. Səmayə və Həvvanın ürəkləri 

çatladan həzin ağusu qadınların sarı simini gərmişdi, hər kəs öz 

ölüsünü  yadına  salıb  onlara  qoşulurdular,  içlərində  sabah  ayrı‐

lacaqları vətənlərini ağlayanlar da vardı. Qubadlı kimi mərd igid 

artıq  əllərini  qaldırmış,  ağırlaşmış  yaralı  ayağını  sürüyə‐sürüyə, 

səndirləyəsəndirləyə  erməniyə  tərəf  –  təslim  olmağa  gedirdi. 

Qismətindəki işgəncənin nə olacağını isə təkcə Allah bilirdi... 

Meyidi  yudular,  cənazə  namazını  qıldılar.  Durna  nənəni 

anasının yanında torpağa tapşırdılar. Torpaq öz sevimli bəndə‐

sini ağuşuna almaqla bir az da müqəddəsləşdi, çoxaldı. Fərhad 

isə Durna nənəsinin də qovuşduğu torpağı – anaların, nənələrin 

və sevib‐sevilənlərin qarışaraq bərəkət qatdığı Ana Torpağı qo‐

ruyurdu... 

Rəhim anasının yeddisini verib Bakıya qayıtdı. 

 

Fərhad: 

 

...1993‐ün iyulu girmişdi. Nənəmin qırxından bir neçə gün 



sonra  kəndə  qayıtmışdım.  Rayonda  vəziyyət  son  həddə  idi  və 

belə çox davam edə bilməzdi. 

Axırıncı  kursdaydım,  diplom  layihələrimi  işləməmişdim. 

Valideyinlərimlə  belə  razılığa  gəldik  ki,  mən  Bakıya  qayıdıb 

diplom işlərimi təhvil verməli, institutu bitirməli, Durna nənə‐

nin  yığdığı  və  “Qala”  kiçik  müəssisəsinin  direktoru  işləyərkən 

topladığım pulla ev aldıqdan sonra gəlib onları buralardan kö‐

çürüb  aparmalıydım.  6000  manat  pulu  götürüb  Bakıya  yollan‐

dım. Pulu bacım Nailəyə verdim. Tələbə yoldaşlarımı tapıb ins‐

tituta  yollandıq.  Qrup  yoldaşlarımız  artıq  imtahanları  və  dip‐

lom  işlərini  verib  evlərinə  yollanmışdılar.  İnstitut  üzrə  cəmi  7 

nəfər döyüşdə iştirak edənlərin işləri isə tökülüb qalmışdı. 




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə