Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə37/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   33   34   35   36   37   38   39   40   ...   144

116 

 

– Hə. Axşam yuxuda görmüşəm, əl‐ələ xeyli gəzmişik. Bü‐



tün günü xəyalımdan çıxmayıb, yazığa qarşı çox günah işlədik. 

Allah günahımızdan keçsin... 

...Böyük  Vətən  müharibəsi  təzəcə  başa  çatmış,  kolxozçular 

ağır zəhmətdən başını dikəltmiş, dərindən nəfəs alaraq öz dolanı‐

şıqlarına nəzər salmağa imkan tapmışdılar. Atasının müharibədən 

qara  kağızı  gəlmişdi.  Anası  müharibə  əlili  olan  İsmayıla  ərə  get‐

mişdi. O zaman Rəhim hələ balaca idi. Əmiraslan müharibəyə yol‐

lanmamışdan qabaq evlərinin bir otağını hökumət mağazası kimi 

ayırmış, həm də, kolxozun hesabdarı işləmişdi. İndi həmin dükanı 

İsmayıl  işlədirdi.  Dolanışıqları  pis  deyildi.  “Hər  şey  cəbhə  üçün, 

hər şey qələbə naminə”– şüarı, zəhmətkeş insanların belini qırmış‐

dı. Ağır günləri – kəpək, jımıx, vələmir, noxud unundan hazırlan‐

mış  çörəyin  dadını  yada  saldıqca,  Rəhimin  əti  indi  də  ürpənirdi. 

Bərgüşadın bol balığı və çəltiyi buranın əhalisini aclığın cəngindən 

xilas  etmişdi.  Uzaq  rayonlardan  buraya  axın‐axın  insanlar  gəlir‐

dilər. Uçuq daxmalarda və boş qalmış kimsəsiz evlərdə məskun‐

laşır, yerlilərlə qaynayıb qarışmışdılar. Kəndin ərsiz qalmış arvad‐

ları,  cavan  gəlinləri,  nişanlısı  qayıtmayan  qızlarından    gəlmələrlə 

ailə  quranları  da  vardı.  Təzə  gələnlər  özlərilə  yatalaq,  vərəm,  di‐

zenteriya xəstəliklərini də gətirmişdilər. Belələrindən biri də Rey‐

han  idi.  O,  öz  8‐10  yaşlarında  olan  nəvəsi  ilə  Rəhimgilə  pənah 

gətirmişdi.  Anası  mal  tövləsinə  bitişik  toyuq  hinini  təmizləyib 

Reyhanı oraya yerləşdirmişdi. 

75‐80 yaşlarında olan Reyhan, bütün ailəsini vərəmə qurban 

verəndən  sonra  nəvəsini  də  götürüb  aclığın  əlindən  çöllərə  düş‐

müşdü.  Gəlmələrdən  biri  anasına  çatdırmışdı  ki,  Reyhan  cavan‐

lığında əxlaqsızın biri olub, oğlanları ondan üz döndərib və axır‐

da  evlərinə  buraxmayıblar.  Oğlanları  müharibəyə  gedib  qayıt‐

madıqdan sonra keçmiş günahları “unudulmuş”, balaca gəlininin 

himayəsinə sığınmışdı. Gəlin iki uşağı ilə birlikdə vərəmə tutulub 

dünyadan köçəndən sonra nəvəsi də Reyhanın ümidinə qalmışdı. 



117 

 

İndi  onlar  kəndbəkənd  dolaşıb  dilənirdilər.  Anasının  Reyhana 



həm yazığı gəlir, həm də ləkəli keçmişinə görə acığı tuturdu. Bir 

gün Reyhan taxta kimi quruyub qajımış nəvəsini götürüb həyət‐

lərindən  çıxdı.  Evlərinin  arxasında  –  yolun  digər  tərəfində 

uçuq‐sökük kalafalardan birinin həyətində uşağı torpağa tapşırdı. 

O  gündən  etibarən  qatlanan  çarpayısını  da  götürüb  nəvəsinin 

qəbri  yanında  keşik  çəkməyə  başladı.  Kənddə  imkanı  çatan  ona 

mer‐meyvə,  yemək  gətirir,  divarlardakı  kufullara  qoyub  gedir, 

Reyhanı  acından  ölməyə  qoymurdular.  Arvad  dəli  kimi  birdən 

bağırır‐ulayır,  birdən  də  partlamaya  düşüb  yerində  çabalayırdı. 

Ağzından  tez‐tez  qan  gəlir,  yaxına  gələnləri  söyüb  qovurdu. 

Anası deyirdi ki, “arvadın içinə cin dolub”. İsti yay günlərində bu 

uçuq  kalafada  eşşəklər,  qoyun‐quzu  istidən  gizlənib  Reyhanla 

birlikdə  sərinləyərdi.  Hərdən  kəndin  itləri  çarpayıya  mırıldanıb 

hürür, yazıq arvadı qapmaq üçün dişlərini qıcayırdı. Gecənin bir 

vaxtı  onun  tükürpədici  naləsi  hamının  yuxusuna  haram  qatırdı. 

Ayaqyolunu  elə  çarpayıdaca  etdiyindən,  pis  qoxudan  ona  yaxın 

durmaq  mümkün  deyildi.  Aranqutan  kimi  uzun  qolları,  bir 

dəri‐bir  sümük  əlləri,  çənəsində  çıxmış  seyrək  tükləri,  yay‐qış 

əynindən  çıxarmadığı  tiftiklənmiş  qara  villur  pencəyi  onu  ol‐

duqca vahiməli göstərirdi. Reyhanın keçmiş fahişə olmağını kənd 

uşaqlarının  qulağı  da  çalmışdı,  odur  ki  ona  olmazın  əzab  verir‐

dilər.  Kəndin  bədzat  uşaqları  onu  kalafanın  dəliklərindən  daşla‐

yır, Reyhan onları qovmağa durarkən isə zavallının çarpayısını iri 

daş  parçalarıyla  doldururdular.  Günlərin  birində  qonşular  ətrafı 

bürümüş pis qoxunun mənbəyini axtara‐axtara Reyhanı öz çarpa‐

yısında  qajımış  vəziyyətdə  tapdılar.  Alnındakı  şiş,  onun,  başına 

vurulmuş  daş  zərbəsilə  öldürüldüyünü  göstərirdi.  Zavallı  arvad 

isti  yay  günündə  iylənmişdi.  Kişilər  ağızlarını  parça  ilə  tutub, 

yumadan, “Yasin” oxumadan onu kənd qəbristanlığında basdır‐

dılar. O vaxtdan, heyvan zibilləyib batırmasın deyə Reyhanın nə‐

vəsinin basdırıldığı yerə hasar çəkdilər. 



118 

 

* * * 

 

...Axşam düşmüş, bu günlük mal‐tövlə işləri bitmişdi. Ha‐



mısı süfrə başına keçib Allah verəndən yedilər. Son günlər hər 

gün  toyuq‐hinduşka  kəsirdilər  –  “Belə  görürəm  ki,  hamısı  er‐

məniyə  qalacaq.  Xəsislik  vaxtı  deyil,  qoy  əziyyətimizin  bəh‐

rəsini  özümüz  də  görək”  –  deyirdi  Familə.  Toyuq  bulyonu  və 

meyvə şirəsindən bir neçə qaşıq zorla xəstəyə də içirdilər. Dur‐

na nənə asta‐asta dilləndi: 

–  Familə,  qızım,  aftafa‐ləyəni  gətirərsənmi,  dəstəmaz  al‐

maq istəyirəm... 

Familə  dərhal  durub  ilıq  suyla  aftafanı  doldurdu,  ləyəni 

gətirdi.  Rəhimlə  köməkləşib  arvadın  əllərini  biləyinəcən,  üzü‐

nü,  alnını,  ayaqlarını  su  ilə  yudular.  Qaydasınca  qulaqlarının 

arxasını sildilər, başına məsh çəkdilər. 

– Mütəkkəni sinəmə qoyun, – dedi. 

Elə  bil,  arvad  bir  az  yaxşılaşmış,  dirçəlmişdi,  dediklərini 

dərhal  və  sevincək  yerinə  yetirirdilər.  Əllərini  mütəkkənin 

üstünə  qoydular.  O  gözlərini  əllərininin  içinə  zilləyib  dilinin 

altında  namazını  qılırdı.  Hərdən  gözlərini  yumanda,  gilələnən 

yaş  yanaqlarında  işıldayırdı.  Namazını  bitirdi.  Mütəkkəni  gö‐

türmək istəyəndə qoymadı – Qoyun qalsın, hələ qəzalarımı da 

qılacağam. Fərhaddan bir xəbər yoxdurmu hələ? – soruşdu. 

Ağəli: 

–  Yox,  heç  bilmirik  hansı  bölgədədir.  Sən  onu  fikirləşmə, 



gələr yəqin, – xəstənin gözünü yolda qoymaq istəmirdi. 

– Birdən nəsə gizlədərsiniz, ...sağdırmı mənim balam? 

– Ay arvad, qəlbinə qara şeylər gətirmə, əlbəttə sağdır – 

oğlu ona ürək‐dirək verdi. 

– Hə... Sağdır mənim balam, buna inanıram. Nəfəsim onu 

bəladan  uzaq  tutacaq  –  bunu  bilirəm.  Ağıllı  baladı  mənim  ba‐

lam.  Rəhim,  ona  kömək  elə  məktəbi  bitirsin,  imkanın  olsa  ya‐



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə