Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə33/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   29   30   31   32   33   34   35   36   ...   144

104 

 

ğısız uşaqlar kimi birlikdə oynayıb əylənək. Ya da, o böyümüş‐



düsə,  mənim  də  əvvəlki  uşaq  olmadığımı  anlatmaq  istəyirdim 

ona...  Ancaq,  o  “günah  iş”  məni  ondan  hər  dəfə  kənara  itələ‐

yirdi – diligödək olmuşdum onun yanında. 

...Sabah nənəmin nobatına gedəcəyini bilirdim. Ertədən nə‐

nənin heyvanlarını həyətdən çıxararkən mənim də nə qədər bö‐

yüdüyümü,  artıq  yetişmiş  qız  olduğumu  görsün  deyə,  ağlıma 

“ağıllı”  bir  fikir  gəlmişdi.  Onsuz  da,  istidən  eyvanda  yatmaq 

olmurdu.  Odur  ki,  nənəylə  çənə  döyə‐döyə  axşam  həyətimiz‐

dəki üstüaçıq çardaqda yer salmağa nail oldum. Dörd çürük tir 

üstündə qurulmuş bu “himə bənd” yellənən çardaq, üstü qamış 

və  civir  budaqları  ilə  örtülmüş,  yanları  açıq  idi  –  əsl  bostan 

gözətçilərinin  çardağı  kimi.  Eşşəkarıları  çardağın  bütün  millə‐

rini dəlik‐deşik etmişdilər. Altdan palaz sərib, yorğan‐döşəyimi 

çardaqda  saldım.  Axşam  Fərhadgildə  televizora  baxanda  eşit‐

dirdim  ki,  –  “Bu  gecə  çardaqda  yatacağam”.  Hətta  nənəm,  – 

“Keçinin  üç  buynuzu  olmur  ki,  keçi  bax  belə  olur!”  –  deyə  sa‐

çımı  yolmuş,  hamını  mənə  güldürmüşdü.  Ertədən  Fərhad  töv‐

lənin  yolağasını  açanda  səsə  oyandım.  Nənənin  heyvanlarını 

qabağına qatıb çardağın yanından keçırdi. Üzüstə uzanmışdım. 

Yorğanımı  üstümdən  yana  “düşürüb”  güllü  üçkünc  alt  tuma‐

nımı, baldırlarımı, çılpaq belimi görsün deyə yerimdə gərnəşib 

qıvrıldım. Guya ki, yuxudayam və heç nədən xəbərim yoxdur. 

Fərhadın  ani  dayandığını  və  məni  gördüyünü  hiss  elədim.  O, 

nərdivanla  çardağa  çıxıb  “yana  düşmüş”  yorğanla  üstümü  eh‐

malca örtdü və heyvanların arxasınca qaçdı. Axşamadək çılpaq 

bədənimin Fərhada necə təsir etdiyinin marağı məni götürmüş‐

dü – gün boyu əsəb içindəydim. Axşam yenə onlara yığışanda 

Ağa əmi məndən soruşdu, – “Çardaqda necə yatdın, qızım, qor‐

xub eləmədin ki?”. 

– Yox. Amma bir az üşüdüm, – dedim. 

Fərhad gülümsünərək: 



105 

 

–  Lüm‐lüt  yatanda  üşüyərsən  də.  Səhər  üstünü  mən  ört‐



müşəm, yorğanın yerə düşmüşdü. 

Planım  işə  yaramamışdı.  Yenə  də  hamının  gülüş  mənbəyi 

olmuşdum. Axmaq vəziyyətdə qalmaq məni lap cana yığmışdı. 

Axşamkı həyasızlığıma görə az qala yerə girdim. Yaxşı ki, Fər‐

had  qəlbiqara  deyildi  və  bunu  yuxulu  bir  qızcığazın  üstünü 

açması kimi adi qəbul eləmişdi. “Yox, bacarmıram!” – deyib, o 

gündən  Fərhada  olan  gicbəsər  hisslərimi  boğmağı  qarşıma 

məqsəd qoydum. Yenə əvvəlkitək “dəli keçi” rolumu oynama‐

ğa  qərar  verdim  –  ancaq  artistliyimin  soyuqluğundan  özüm 

üşünürdüm. 

...Familə  xala  günortadan  paltarları  islağa  qoymuş  və  ha‐

mamı qalamışdı. 

– Dilbər balam, hamamda isti su var, çimmək istəyirsənsə 

gəl çim – dedi. 

–  Dəyişəklərimi  götürüb  gəlirəm,  Familə  xala  –  deyib  evi‐

mizə qaçdım. Hamama girib qapını arxadan kilidlədim. Paltar‐

larımı  soyunarkən  gözüm  kirli  paltarların  içində  Fərhadın  alt 

tumanına sataşdı. Tumanı ehmalca qoxladım. Aman allah.., bu 

qoxu məni alıb götürdü... Məni qınamasaydılar bu alt tumanını 

oğurlayar və Fərhaddan ən əziz xatirə, yadigar kimi ömrümün 

sonunadək  gizləyib  saxlayardım.  Alt  tumanımı  çıxarıb  Fərha‐

dınkının  üstünə  sərdim,  gözlərimi  yumub  xəyalların  qucağına 

atıldım. Duşun altına (mənim xətrimə Ağəli əmi hamamı düzəlt‐

mişdi, artıq dəmir vannada çimməkdən canım qurtarmışdı) gi‐

rib  suyu  nizamladım.  Ağlım  başımda  deyildi  –  məni  əcaib  bir 

hiss bürümüşdü. İlk dəfə “o günah”ı mən də sınadım və Fərha‐

dın  o  zamankı  əzablarının  ləzzətini  duydum.  O  gündən  etiba‐

rən  qadın  kimi  düşünməyi  vərdiş  elədim.  Divardakı  güzgüdə 

özümə  xeyli  tamaşa  etdim.  Bu  gücgü,  atılmış  qədimi  şifonerin 

güzgüsüydü,  divara  salınmış  və  ətrafı  sementlənmişdi  ki,  yerə 

düşüb  sınmasın.  “Axı  mən  böyümüşəm...  Bax,  məmələrimə 



106 

 

bax,  boyum  da  kifayət  qədər  uzanıb,  belim,  əndamım  lap  ərə 



gedəcək  qızlarınkı  kimidir.  Axı  sən  niyə  bunları  görmürsən, 

Fərhadım mənim?”. “Fərhadım mənim... Mənim Fərhadım...” – 

yox,  mənim  ona  olan  hisslərim  dəyişibmiş.  Mən  Fərhadı  se‐

virmişəm...  Döşəmədə  oturdum.  İlıq  su  başıma  döyəclədikcə 

dilimin altında pıçıldayırdım, – “Mən ona aşiq olmuşam...” 

Çimib yaxalandım. Bədənimdən paltar sabununun qoxusu  

gəlirdi. Şəhərdən  gətirdiyim  əl‐üz  sabunlarım  çoxdan bitdi‐

yindən,  paltar  sabunu  ilə  yuyunmağa  məcburuydum.  Çöldən 

Durna nənənin səsi eşidildi: 

–  Familə,  mənim  dəlimi  görməmisən,  yenə  harasa  itdi  bu 

qız? 

– Odey, hamamda çimir – dedi. 



Qısa  şortikimi  lüt  əynimə  geydim.  Alt  tumanımı  xalatı‐

mın  cibinə  qoydum.  Artıq  geyinib  çıxırdım,  məhraba  ilə  saç‐

larımı  qurulaya‐qurulaya  qapını  açdım.  Nənəmin  acıqlı  üzün‐

dən öpdüm: 

–  Həmişə  təmizlikdə  deyərlər,  mənim  şirin  nənəm  –  deyə 

ona acıq verdim. 

–  Ay  bala,  suquşusan,  az  çimsənə!  Yazıq  gədə  it  zülü‐

müynən qışa odun yığsın, sən də iki gündən bir hamam yandır 

qəhr elə. Uşağın əlləri odun doğramaqdan döyənək olub axı... 

– Nənəsi, hamam qalanmışkən sən də girib yaxalanaydın – 

Familə xala araya söz qatdı. 

–  Mən  yaşlı  adamam,  ayda  1‐2  dəfə  çimirəm  bəs  eliyir. 

Onsuz da gündə dəstəmaz alıram. Təmizlik imandandır, adam 

gərək özünü həmişə təmiz‐tarıx saxlasın. Amma, ta belə də ol‐

maz axı... Fərhada yazığınız gəlsin, yazıq qalıb iki evin arasın‐

da.  Yekə  evlənməli  oğlandır,  uşaq  odun  daşımaqdan  əlataş 

olub. 

– Yekə oğlandı evləndirin, həm də yandırdığımız odun de‐



yil ki, gərmədi – dedim. 


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə