Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə30/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   26   27   28   29   30   31   32   33   ...   144

95 

 

nəm”...  İpi  qoxladım,  dodaqlarıma  toxundurdum  –  Durna  nə‐



nəmin  qoxusu,  əlinin  dadı  qalmışdı  ipdə.  Göz  yaşımı  saxlaya 

bilmirdim.  Kişilərin,  anamın  və  Dilbərin  yanında  ağlamaqdan 

çəkinmirdim. 

–  Sənin  ona  verdiyin  aylıq  yüzlükləri,  bir  də  pensiyasını 

yığıb  saxlayıbmış.  Verib  dedi  ki,  balamın  toyunda  gəlini  üçün 

mənim adımdan... – onu yenə hıçqırıq tutdu, səsi qəhərdən bat‐

dı – nişan üzüyü alsın... 

Anam  özünün  cehiz  sandığını  açıb,  boxçanın  içindən  bu‐

run  dəsmalına  bükülmüş  pulları  Rəhim  əminin  qarşısına  qoy‐

du.  Rəhim  əmi  başa  düşdü  ki,  anam,  –  “Bu  pulun  sahibi  indi 

sənsən,  bunun  halallığını  ancaq  sən  Fərhada  verə  bilərsən”,  –  

demək  istəyir.  Onun da gözləri dolmuşdu, aramla  pulları say‐

dı, cəmi iki min iki yüz otuz manat pul idi. 

–  Bəlkə  də  anama  yaxşı  övlad  olmamışam.  Anam  həmişə 

Fərhadı ağızdolusu tərifləyib, ondan razılıq edib, doğma balası 

olan məndən də artıq istəyib. Bu pul sənin halal nənə payındı. 

Sən  də  anam  üçün  çəkdiyin  əziyyətin  hallalığını  ver.  O,  son 

nəfəsində, vəsiyyətində bunu da istəmişdi. Al, bunlar sənindi – 

Rəhim əmi pulları mənim qarşıma itələdi. 

Göz yaşlarım pul topasının üstünə damcılayırdı. Pulu anama 

tərəf itələdim. Burnumun suyunu yığışdıra bilmirdim. Fınxırmaq, 

həm  də  ürəyimi  sıxan  qəhərdən  boşalmaq,  rahat  ağlamaq  üçün 

eşiyə  çıxdım.  Evimizin  arxasındakı  kartofluğa  keçdim.  Doyunca, 

heç  kimdən  və  heç  nədən  çəkinmədən  ürək  dolusu,  ağız  dolusu 

nalə çəkərək, ağu deyərək ağladım, – “Canım nənəm, yuxa qoxulu 

mələk  nənəm,  mənim  cənnət  quşum,  axı  niyə  son  dəfə  ürək 

dolusu görüşə bilmədik, sevgini halal elə, gözəl nənəm, ömrümün 

bəzəyi nənəm. Bəs indi kim məni bağrına basıb fəxrlə öyəcək, kim 

mənim  saçımı  oxşayıb  sığallayacaq,  bəs  sənsiz  necə  yata  bilərəm 

sənin evində?” – hönkürdükcə hönkürdüm. Ağız‐burnumun mü‐

tüyü, gözümün yaşı bir‐birinə qarışmışdı. 



96 

 

Durna nənəmin həyətinə keçdim. Sanki bu həyət indi mə‐



nə yad olmuşdu – kimsəsiz həyətdən, sahibsiz toyuqların baxış‐

larından üşüdüm. Yetim toyuqlara yazığım gəldi, – daha bu to‐

yuqlara “sizə çər dəysin!” deyən olmayacaq. Elə bil, qırmızı xo‐

ruzun da qəddi əyilmişdi. Evə girdim, onun çarpayısına uzanıb 

qırçın‐qırçın  mütəkkəsini  üzümə  sıxdım,  doğma  qoxusunu  içi‐

mə  çəkdim.  İçimdə  boşluq  yarananadək,  əziz  nənəmin  yoxlu‐

ğunu qəbul edənədək ağladım... 

Rəhim  əmi  və  Dilbər  gecəni  bizdə  qaldılar,  mənsə,  nənə‐

gildə – öz çarpayımda. Nənəmin uzun təsbehini, diz qoyub na‐

maz  qıldığı  canamazını  bağrıma  basıb  yuxuya  getdim...  Saba‐

hadək – balacaykən olduğu kimi, “nənəmin doğma qucağında” 

son illər möhtac qaldığım ən şirin yuxuya getdim. 

...Zil  qaranlıq  gecə  idi.  Birinci  dəfə  institutdan  kəsilib gə‐

lən  vaxtlarım  idi.  Kolxozun  yoncalığından  iki  xorum  ot  oğur‐

lamışdım.  Təzə  yoncanı  quzularımız  çox  sevirdi.  Bir  xorum  öz 

quzularımıza,  bir  xorumu  isə  nənəmin  təzə  doğulmuş  buzovuna 

gətirmişdim.  Bəndəm

36 


üçün  kalış  yolanda  çeçələ  barmağımı 

kəsmişdim.  Nənəm  barmağımı  sarıdı,  sarğılı  barmağımı  mən 

yuxuya  gedənədək  öpdü.  “Şirin  yuxuya”  getmişdim.  Durna  nə‐

nəm  əlində  lampa  çarpayıma  yaxınlaşdı,  lampanı  “yuxulu”  üzü‐

mə tutub – “Sənə nənən qurban, a mənim şirin balam, sən olma‐

saydım  mən  neylərdim?  Allahım,  ömrümdən  kəs  balamınkına 

cala, sən ona sinə dağı göstərmə, ömrünü firavan elə, ya Rəbbim!”. 

Saçımı  sığallayıb,  yanağımdan  öpmüşdü.  Sonra  lampanı  üfürüb 

öz yerinə uzanmışdı. 

– Nənə, bir nağıl danışarsan mənə? – sırtıq‐sırtıq dilləndim.

 

– Yatmamısan, ay qırışmal? Nağıla qulaq asan vaxtındır sə‐



nin, evlənməli kişisən. 

                                                            

36

 

Xorumları bağlamaq üçün kəndir əvəzi otdan  burma, ot bəlimi.



 


97 

 

– Nə qədər kişiləşsəm də sənin yanında körpə uşağam axı, 



nolar bir nağıl danış. 

– Buy, başıma xeyir! Sabah anana desən ki, ana mənə süd 

əmizdir,  heç  məəttəl  qalmaram.  Di  gəl  qucağıma,  lap  uşaq 

vaxtlarındakı kimi... 

Utanmadan durub nənəmin uzun müddətdir həsrət qaldı‐

ğım cənnət qucağına girmişdim. 

–  Bax  üstümə  işəsən  dalına‐dalına  döyəcəm  ha..!  –  ikimiz 

də gülmüşdük. 

–  Qorxma  8‐ci  sinifdən  tərgizmişəm  yerimə  işəməyi  –  de‐

dim. 


Azca fikrə dalıb nağıla başladı: 

– Hə, qulaq as... Biri varmış, biri yoxmuş, bir Allah, bir də 

qoca  qarı  varmış.  Bu  qarının  bir  oğlu  varmış.  Oğlan  böyüyür, 

boya‐başa  çatır.  Anası  onu  evləndirir.  Toydan  az  sonra  oğlan 

elm  öyrənmək  üçün  uzaq  ölkələrə  səyahətə  çıxır.  Aradan  illər 

keçir. Oğlan bütün elmlərdən hali olur və başlayır elmin başını 

öyrənməyə. 

–  Elmin  başı,  ayağı  da  olur,  ay  nənə,  bax  goplama  ha...  – 

deyib cırnamışdım. 

– İlk öyrəndiklərin elmin ayağı, nağılın sonunda biləcəyin 

isə elmin başıdır. Burdan o yanası yoxdur, mənim qoçaq balam. 

– Yaxşı, danış di... 

–  Sözümü kəssən,  gerisi huşumdan çıxacaq yenə, sən din‐

məzcə qulaq as. Hə, oğlan yenidən çöllərə düşüb elmin “başını” 

axtarır.  Çox  gəzir,  dolanır  və  bir  təpənin  üstündə  oturmuş  qo‐

caya rast gəlir. Qocayla ehtiramla görüşür. Qoca soruşur: 

– Yolçuluğun haradır, ay oğul? 

– Elm öyrənmək üçün 15 ildir çöllərdəyəm. Az‐çox elm öy‐

rənmişəm, indi də elmin başını öyrənmək üçün səyahətə çıxmı‐

şam. 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə