Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə26/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   22   23   24   25   26   27   28   29   ...   144

83 

 

Bir  gün  olsun  dostumuza  dəyməyi  unutmadıq.  Sabir  har‐



dansa  bir  qız  tapıb  gətirdi  –  fahişə  idi.  Xəstəyə  baxan  cavan, 

mayor rütbəli həkimlə razılaşıb qızı palataya saldıq. Tibb bacısı 

içəri girməsin deyə çöldə qapının ağzında keşik çəkirdik. İçəri‐

dəki siluetlərin hərəkətləri qapının “buz” şüşəsi arxasından ay‐

dın seçilirdi. Sabir qızın pulunu verib yola saldı. Yaşar təşəkkür 

dolu  vərəqlərlə  bizi  tərifləyir,  minnətdarlığını  bildirirdi.  Gecə 

yuxusu gəlməyəndə, sabahkı görüşümüz üçün dostluğumuzun 

ən gözəl tərənnümü kimi daşı əridən sözlər yazıb hazır qoyur, 

hər birimizi tərifləyib dağlara qaldırırdı. Bizim üçün, isti yataq‐

xana yuvamız üçün çox darıxırdı. 

Bir  gün  bizə  palataya  girməyə  icazə  vermədilər.  Tibb  ba‐

cısı, – “Həkim sizə icazə vermir” – dedi. Həkimlə görüşdük. 

– Ayıb olsun sizə! Heç utanmırsınız? Xəstə qızı gətirib ver‐

misiniz bu yetimə, kantuziya bir tərəfdə qalıb, sifilisini müalicə 

edirik..!”. 

Nağı özünü saxlaya bilmədi,  qəşş edib  dizüstə  yerə çök‐

dü.  Sabir  mat‐məəttəl  həkimə  baxaraq  –  “Bu  necə  ola  bilər 

axı..?”  –  devikmişdi.  Həkim,  qapını  açıb  sünnət  olmuş  uşaqlar 

kimi  paçasıayrıq  tualetə  getməyə  hazırlaşan  Yaşarı  göstərib 

dedi, – “Bax belə olur!”. Peşimanlıq dolu baxışlarla dostumuzu 

süzdük. Yaşar bizi görcək palataya qayıtdı. Dəftər‐qələmini gö‐

türüb  nəsə  yaza‐yaza  bizə  doğru  gəlirdi.  Dəftəri  Sabirin əli‐

nin  içinə  çırpıb  tualetə  getdi.  Sabiri  elə  bil  cərəyan  vurmuşdu, 

lal‐dinməz  dəftəri  mənə  uzatdı.  “Sizin  var‐yoxunuzu!!!!!”  – 

Yaşar yazmışdı. 

Sükutu Nağı pozdu, Sabirdən soruşdu: 

– Hardan tapmışdın o qızı? 

Sabir: 


– Dəmiryolu vağzalından! 

Həkim ağız‐burnunu büzüb hiddətlə çığırdı: 

– Hardan?!  



84 

 

Sabir: 



– Vağzaldan... 

Qarnımızı qucaqlayıb uğunduq. Həkim də bizə qoşulmuş‐

du. 

Yaşar on gündən sonra, astadan da olsa, artıq danışa bilir‐



di, süzənəkdən tam müalicə olunmuşdu. Həkim onu evə yazdı. 

Yataqxanada onu bütün işlərdən azad etmişdik. Hamımız onun 

qulluğunda durur, dərmanlarını vaxtında atmasına ciddi nəza‐

rət edirdik. Tam ayağa duranda isə – “Hə. İndi evdəkilərə xəbər 

vermək lazımdır ki, mən salamatam...” – dedi və evlərinə sifariş 

göndərdi. 



 

* * * 

 

...O vaxtlar, hərəkatın tanınmış liderləri və dövlət rəsmiləri 



tez‐tez  tələbələrlə  görüşə  gəlir,  hiddətlənmiş,  kortəbii  tələbə 

kütləsini lazımi səmtə yönəltməyə çalışırdılar. Bir gün də Daxili 

İşlər Naziri institutumuza tələbələrlə görüşə gəlmişdi.  

Səsli‐küylü  görüşün  sonuna  az  qalmış  auditoriyadan  so‐

ruşdu, – “Ağdərədə  sizin  tələbələr  vuruşurdu,  onlardan  sağ  

qalanı,  burda  olanı  varmı?”.  Səkkiz  nəfər  ayağa  qalxdıq,  – 

“Var!”,  –  dedik.  “Görüşdən  sonra  görüşək,  mənimlə  birlikdə 

nazirliyə gedəcəksiniz” – dedi. 

Görüşdük  və  polis  maşınlarına  doluşub  onunla  birlikdə 

getdik.  Nazirliyin  birinci  mərtəbəsində  ona  məruzə  edən  pol‐

kovniki dinlədikdən sonra qısaca tapşırıq verdi, – “Bu cavanları 

yeni  idarəyə  təyin  edin,  döyüşkən  uşaqlardılar!”.  Polkovnikin 

ardınca kadrlar şöbəsinə getdik, oradan tibbi komi

ss

iyaya yox‐



lanışa göndərildik. Axşama yaxın müsbət tibbi rəylərlə birlikdə 

nazirliyə qayıtdıq. İki gündən sonra “kiçik leytenant” rütbəsilə 

Daxili  İşlər  Nazirliyinin  “Narkomaniya  və  qanunsuz  silahlı 

dəstələrə qarşı xüsusi təyinatlı mübarizə idarəsinin inspektoru” 




85 

 

vəzifəsinə  təyin  edildik.  Nazir  bizimlə  görüşdü,  digər  institut‐



dan olan döyüş yoldaşlarımızı da bu işə cəlb etdi. Ölənlərimizi, 

yaralananlarımızı soruşdu, Yaşarın  vəziyyətini danışdıq. Düy‐

məni  basıb  mayor  rütbəli  zabiti  yanına  çağırdı  –  “Mehtiyev, 

Yaşarı  Türkiyəyə  –  “Gülhanə”  hərbi  hospitalına  kontuziyadan 

müalicəyə göndərin!” – tapşırdı. 

Beləliklə, biz həm ali təhsil alır, həm də polis orqanlarında 

işləməyə  başlamışdıq.  Bu  addım,  rəsmi  qanunsuzluq  olsa  da, 

görünür  yeni  fikirli,  sədaqətli  gənclərə  ehtiyac  olduğundan 

məcburiyyətdən atılmışdı. Həmin həftə Yaşar Türkiyənin “Gül‐

hanə” hərbi hospitalına müalicəyə göndərildi, bir də iki aydan 

sonra  qayıtdı.  Hətta,  nazirin  tapşırığı  ilə  tibbi  komissiyadan 

uğurla keçib sıralarımıza qatıldı. 

Daxili  İşlər  orqanlarının  əməkdaşları  ikiyə  bölünmüşdü‐

lər – “polislər” və “milislər”. Bu ayrıseçkilik əməlli‐başlı qabar‐

dılır  və  bir  tərəfin  dediyini,  digər  tərəf  həzm  eləmirdi,  hətta 

qəsdən sataşmalar, bir‐birini gözdən salmaq kimi cəhdlər də az 

deyildi.  Yeni  dövlət  bizə  –  polislərə  çox  güvənirdi.  Respublika 

daxilində  bir  çox  qanunsuz  silahlı  dəstələr  və  narkotik  alveri, 

reketlə  məşğul  olan,  dövlətə  qarşı  təhlükəli  gücə  çevrilmiş 

qrupların zərərsizləşdirilməsi əməliyyatlarını bizim idarə həya‐

ta  keçirirdi.  Ancaq  döyüş  bölgəsi  də  bizsiz  qalmırdı, daxil‐

də  “təmizləmə”  və  “xaş‐xaş”  əməliyyatlarından  başımız  açılan 

kimi,  cəbhənin  ən  gərgin  yerinə  tabor  şəklində  ezam  olunur‐

duq.  Komandirimiz  də  həmişə  Nağı  olurdu.  Hamımız  həyatı‐

mızı onun mərdanəliyinə, qəti və təmkinli xarakterinə, qayğıkeş 

komandirliyinə  etibar  etmişdik.  Birimiz  yaralananda  və  ya  şə‐

hid  olanda,  sanki  heç  bir  şey  olmamış  kimi  uşaqları  döyüşə 

ruhlandırır, döyüş ara verəndə isə yaralıların vəziyyətini yoxla‐

yır,  meyidlərin  yerbəyer  edilib  arxaya  göndərilməsini  yoluna 

qoyurdu.  Bir  gün  səhər  saat  4‐dək  Baş  Güneypəyənin  qarlı 

sıldırım dağlarını keçərək, Çıldıran kəndində pusqu qurmaq və 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə