Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə29/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   25   26   27   28   29   30   31   32   ...   144

92 

 

sən nədir? Odey, əmiuşaqlarım 18‐ci ildə Ağdaşa köçüblər, hələ 



də babalarının qəbirlərini ziyarət etməyə buraya gəlirlər. 

–  Nəysə!  Özün  bilərsən,  iki  gündü  deyirəm,  yenə  də  öz 

bildiyindəsən. Sən də burnun girməyən hər yerə özünü soxma – 

üzünü mənə çevirdi, – evin bircə oğlusan, Allah göstərməsin, ba‐

şına bir iş gəlib eləsə, heç bilirsən evdəkilərin aqibəti necə olar? 

–  Hamı  gedir,  kənarda  təkcə  qala  bilmərəm  axı,  əmi. 

Vətən,  torpaq  istəyi  başqa,  qeyrətə  boğulmaq  bir  başqadı.  Bü‐

tün  dostlarım  cəbhədəykən,  mən,  Durna  nənəm  demişkən, 

“qızbibi”  kimi  institutda  qala  bilmərəm.  Onsuz  da  hər  şeyin 

nizam‐intizamı  pozulub,  dərs‐zad  keçən  də  yoxdu,  dərəbəylik 

hər yeri başına alıb. Havayı yerə müəllimlər nə qiymət gəldi ya‐

zır, bizi kursdan‐kursa keçirirlər – dedim. 

–  İndi  də  Qusarda,  Lənkəranda,  Gəncədə  ara  qarışıb  bir‐

birinə.    Bilmirsən  erməniylə  vuruşasan,  ya  içəridəki  satqınlar‐

la...  Vallah  bunun  sonu  heç  yaxşı  olmayacaqdır.  Bax,  Ağa, 

burda  deyirəm,  Heydər  Əliyev  gəlməsə,  bu  millət  yerli‐dibli 

məhv olub gedəcək. O günləri AzTV‐dən baxdınmı, deputatlar 

kişini Bakıya çağırıblar. Əlacımız ancaq o kişidir. 

– Doğru sözə nə deyim, Rəhim, gərək ziyalılarımız qabağa 

düşə,  gətirələr.  Heç  inanmıram  ki,  kişi  bu  qədər  qarayaxma‐

lardan sonra yenidən vəzifəyə qayıtsın... 

–  Niyə  qayıtmır  ki,  elə  bilirsən  onun  içi  göynəmir,  xalqını 

sevmir, bu qədər əziyyətini çəkdiyi milləti dar gündə qoyub kə‐

nardan baxandı o? Bilmir ki, bu davanın həlli ancaq onun əlin‐

dədir,  yuxarıdan  görmürdü  bu  oyunları?  Yenə  deyirəm, 

gələcək  və  birdəfəlik  bu  məsələnin  kökünü  kəsəcəkdir.  Təki, 

öldürməsinlər,  qıymasınlar  canına. Bu  saat  vətəndən  çox,  o  ki‐

şini qorumaq lazımdı, onsuz da vətən artıq əldən gedib... 

Atam: 

–  Amma  bir  qorxum  var  ki,  gəlsə,  yenə  başlayacaq  köhnə  



qisaslarını almağa... 


93 

 

– Qisas almalıdır da, gör ölkəni nə günə qoydular? Deyir‐



sən  bu  illərin  haqq‐hesabı  itib‐batsın?  Bəs  camaatın  balalarını 

dovşan  kimi  qırğına  verənlərdən  bu  qədər  igid  oğlanlarımızın 

hesabını soran olmasın? 

Bu söhbətlər xeyli uzandı. Axırda, anam da Rəhim əminin 

təklifilə  razılaşdı  ki,  heç  olmazsa  işlənməyən  yorğan‐döşək, 

xalça‐palaz,  mebel,  mənim  cehizlik  əşyalarımı  toplayıb  hissə‐

hissə,  imkan  düşdükcə  –  lap  camaatdan  gizlin  –  bacımgilə,  ya 

da  Ağdaşa  –  atamın  əmiuşaqlarıgilə  göndərsinlər.  Atam  sus‐

dusa da, narazılığı üzündən bəlli idi. Söhbəti dəyişdim: 

– Necə oldu ki, nənə rəhmətə getdi?  

Anam: 

–  Əliyarı



35 

Laçında  vurmuşdular.  Bu  qara  xəbər  bütün 

Qubadlının  üstünü  qara  bulud  kimi  aldı.  Maşın  karvanının 

ucu‐bucağı görünmürdü – hamı Laçına sarı üz tutmuşdu. Səki, 

yola  çıxmışdı  ki,  görsün  nə  baş  verib.  Dili  yanmışlardan  biri 

deyib  ki,  –  “Əliyar  şəhid  olub!”.  Bu  xəbərdən  təzyiqi  qalxıb, 

beyninə qan sızıb, huşunu itirib yıxılıb asfaltın üstünə... 

– Axır günlər ağlı özünü girləmirdi, hərdən özünə gələndə, 

– “Fərhad gəldimi? Rəhim, get balamı tap gətir, yoxsa can verə 

bilməyəcəm, əzabla öləcəyəm” – deyirdi.  

Danışdıqca  anamı  qəhər  boğurdu.  Mən  də  göz  yaşlarımı 

saxlaya  bilmirdim.  Burun‐boğazım,  sinəm‐beynim  qəhərlə 

dolmuşdu.  Dilbər  də  doluxsunmuşdu.  Hərdən  başını  qaldırıb 

üzümə baxır və yenidən üzünü sinəsinə əyib sakitcə hıçqırırdı. 

Anam göz yaşlarını silə‐silə davam etdi: 

–  Allaha  dua  eləməkdən  dili  qabar  olmuşdu.  Bir  gün, 

dualayıb‐üfürüb belinə bağlamaq üçün sənə verməyi unutduğu 

ipi gətirmişdi... Deyirdi ki, yuxuda səni yaralanmış görüb. Ağ‐

                                                            

35

 



O  vaxtlar səksəkədə olan  qubadlıların son  ümidi, batolyon komandiri, Milli  Qəhrə‐

man Əliyar Əliyev.

 



94 

 

lamaqdan axşam səsi batdı. Üzünü göyə – Allaha sarı tutub dəli 



kimi,  –  “On  üç  yaşımdan  bəri  bir  gün  də  olsun  orucunu,  na‐

mazını  qaçırmamışam.  Dilimdən  “Allah”  kəlməsi  düşməyib, 

boynumdakı  bütün  tanrı  haqqını  ödəmişəm.  Unutma  ki,  sənin 

Allah  haqqın  olduğu  kimi,  mənim  də  qul  haqqım  var!  Qul 

haqqımın  halallığını  almaq  istəyirsənsə,  mənim  balamı  özümə 

qaytar. Mənim canımı al, Fərhadıma dəymə! Ərlərim ölüb döz‐

müşəm,  qardaşlarım  qırılıb  dözmüşəm.  Amma  Fərhadın  ölü‐

münə  dözə  bilmərəm”  –  deyib  yalvarırdı,  hayqırırdı...  Sənsiz 

heç  dayana  bilmirdi.  Gecə‐gündüz  sənin  üçün  Allaha  dua 

edirdi. Televizorda səni görəndən sonra bir az özünə gəlmişdi. 

Rəhmətlik  Əliyarın  ölümü  məhv  elədi  onu...  Əliyara  qıyanın 

tayfa‐törəməsini Allah özü gözüyaşlı qoysun! 

...Demək  Durna  nənəmin  ah‐naləsini  eşidən  Allah  məni 

axtarıbmış. Allah, öz imanlı qulunun xatirinə məni və dostları‐

mı  bəlkə  də  nənəmin  gördüyü  labüd  bəladan  hifz  etmişdi.  82 

yaşlı Durna nənənin ixlaslı ibadətinə və imanına ləkə düşməsin 

deyə  onu  öz  yanına  çağırmışdı.  Əziz  qulunun  istəyinə  uyğun 

canını alıb, mənim həyatımı bağışlamışdı. Kaş döyüş dostlarım 

bu  ağır  dəqiqələrimdə  yanımda  olaydılar.  Görəsən  indi  neylə‐

yirlər? – düşündüm. 

– Dilbər, qızım, Fərhadın göy yastığının altındakı dualı ipi 

mənə gətir – anam məni xəyallarımdan ayırdı. 

Dilbər qalxıb ipi anama verdi. 

–  Al  bu  ipi,  sağ  qalsan  sənə  verməyimi  istəmişdi.  Bütün 

günü bu ipə dualar oxuyub yastığının altına qoyardı... – anamın 

hönkürtüsü  evi  başına  götürdü.  Qınamıram,  ən  yaxın  qulaq 

yoldaşını,  atamın  acı  dilindən  müdafiəçisini,  köməkçisini  itir‐

mişdi anam... 

Düyün‐düyün olmuş ağ viskoz ipi  həyatımın ən əziz və ən 

qiymətli hədiyyəsi kimi sevgi ilə ovcumda sıxdım. “Gör sinəmə 

tuşlanmış neçə düşmən gülləsinin yönünü döndərib mənim nə‐



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə