Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə27/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   23   24   25   26   27   28   29   30   ...   144

86 

 

düşmənin  Sırxavənd  kəndinə  daşıdığı  silah‐sursat  karvanını 



məhv  etmək  tapşırığı  aldıq.  Xaçınçay  üzərindəki  körpü  ya 

partladılmalı,  ya  da  nəzarətə  götürülməliydi.  Dağların  sinəsi 

yarım metrədək qarla örtülmüş, axşamkı sərt şaxtadan isə üzü 

buz  bağlamışdı.  Dik  yerimək  mümkün  deyildi.  Əlimiz  və  ya 

təpiklə donmuş qatı qırır, bütün silah‐sursatımızla birlikdə dik‐

boyu  iməkləyirdik.  Yorğun  düşmüş,  donmuş  əllərimiz  ağırlaş‐

mış  bədənimizin  yükünə  dözmürdü.  Hamı  qarışqa  sırası  kimi 

qarşıda  gedənin  açdığı  “cığırla”  irəliləyirdi.  Yorulub  dayanan‐

lar  arxadakıların  hərəkətinə  mane  olurdular.  Kiminsə  donmuş 

və ya yorulmuş əli, ayağı birdən “tutacaq”dan çıxaraq sürüşür 

və  özüylə  birlikdə  bir  neçə  nəfəri  də  yumalayıb  yenidən  dikin 

dibinə  salırdı.  Pulemyotçumuz  susuzluğunu  qarla  yatırmağa 

çalışmışdı.  Dağın  zirvəsinə  xeyli  qalmış  xırıldayırdı  –  səsi  bat‐

mışdı  və  boğulurdu.  Tərli‐tərli  o  qədər  qar  yemişdi  ki,  ba‐

damcıqları  şişmiş,  nəfəs  almağı  çətinləşmişdi.  Həm  də,  birinci 

cəhddə  dikaşağı  yumalanıb  təkrar  qalxanlardandı,  –  “Qurban 

olum sizə,  yalvarıram,  ya  məni burda qoyub gedin, ya da gül‐

lələyin  ki,  canım  qurtarsın”,  –  deyə  bizə  yalvarırdı.  O,  həm 

əcaib qızdırmalı halı ilə dəstənin ruhunu öldürür, həm də yolu 

kəsərək  döyüşçülərin  irəliləməsinə  mane  olurdu.  Nağı  onun 

silah  sursatını  belinə  aşırıb  –  “Bizə  pulemyotçu  lazımdır”,  – 

deyə  dağın  başınadək  onu  daşımışdı.  O,  belə  iradəli  və  qay‐

ğıkeş komandir idi. Həmin pusqu əməliyyatı uğursuz alınmışdı 

–  düşmən  duyuq  düşüb  bizi  minaatan  atəşinə  tutmuşdu.  Nağı 

böyründən  qəlpə  yarası  aldı.  Yara  ciddi  olmasa  da,  qanı  güclə 

kəsdik,  xırda  qəlpə  qırıntılarını  çıxarıb  yaranı  sarıdıq.  Mövqe‐

yimizi dəyişməyə məcbur olduq və Sırxavənd uğrunda döyüşə 

qoşulduq. Kənd uğrunda ölüm‐dirim vuruşması gedirdi. Beton 

plitələrlə örtülü səngərlərdə gizlənmiş düşməni vurmaq olduq‐

ca  çətin  idi.  Top,  minaatan  və  qumbaraatan  mərmiləri  beton 

örtüyə  dəyib  ətrafı  boz  dumana  bürüyürdü.  Aclıq  və  gecə 



87 

 

sazağı bizi əldən salmışdı. Hələ Güneypəyə dağlarını qalxarkən 



yükü  azaltmaq  məqsədilə  yemək  konservlərinin  çoxunu  tulla‐

mışdıq.  Artıq  8‐ci  gün  idi  ki,  meyvə  ağaclarının  dibini  qardan 

təmizləyib  qaxac  olmuş  meyvə  qurusu,  bir  də  tək‐tük  üstündə 

hələ  də  qalmış  itburnu  meyvələriylə  qidalanırdıq.  Ayaqyoluna 

gedərkən qazımız az qala ağzımızdan çıxırdı – itburnunun tük‐

lu  toxumları  bağırsaqlarımızı  tıxamışdı.  Nə  qərargahla  məsafə 

uzaq  olduğundan  hava  rabitəsi  yarada  bilirdik,  nə  də  yollar 

qorxulu və uzaq olduğundan bizə yemək gətirən yox idi. Bizim‐

kilərin  isə  növbəti  hücumundan  bir  irəliləyiş  hiss  olunmurdu. 

Bir neçə gün sonra, nəhayət, qərargahdan “Boz Qurd” – Hamlet 

mövqeyimizə  təşrif  buyurdu  –  təkbaşına  erməni  ovuna  çıxma‐

ğın həvəskarıydı. Hələ  bizə çatmamış, – “Gözünüz aydın, Tər‐

tərdə  televiziya  ilə  dedilər  ki,  bizimkilər  iki  düşmən  təyyarəsi 

vurub  və  Sırxavəndi  alıb,  yəqin  sizin  işinizdir!”  –  deyib  dilxor 

könlümüzü yumşaltmaq istədi. 

– Biz yox, bizim təyyarələri ermənilər vurub... – dedik. 

–  Bilirəm...  Özüm  də  görmüşdüm.  Ancaq  televiziyada  xə‐

bər  verdilər  ki,  guya  bizimkilər  düşmən  təyyarələrini  vurub. 

Əslində isə ukraynalı dostlarımızıymış ölənlər... 

–  Biz  bu  dərədə  çox  gözləyəcəyik,  qərargahda  bizim  haq‐

qımızda nə düşünürlər? – soruşduq. 

Hamlet: 


– Bizimkilər sizdən əlini çoxdan üzüblər, elə bilirlər ki, siz 

tələyə  düşüb  qırılmısınız.  Bir  özüm  yoxlayım  deyə  gəlmişdim, 

Yurisin  daz  başı  günəşdə  parıldamasaydı,  əliboş  geri  qayıdır‐

dım. 


Candərdi bizə qoşulub ilk dəfə döyüşə girən Yuris mərmi 

partlayışlarından  cana  doymuşdu,  –  “Uşaqlar,  vallah  burdan 

sağ‐salamat çıxsam, sizə yaxşı bir qurutlu İrəvan xingalı qonaq‐

lığı verəcəyəm!” – dedi. 

Hamlet: 



88 

 

– Bax söz verdin ha... 



Yuris: 

–  Sözündən  qaçan  namərddir!  Bircə,  bizi  tez  çıxar  bu  cə‐

hənnəm  dərəsindən!  –  yeməyə  tamarzı  damağımız  xingal  is‐

tədi. 


Hökumətə,  dövlətə,  iqtidara,  müxalifətə  o  ki  var  söyüşlər 

yağdırıb  arxaya  –  Manik  kəndindəki  gərargahımıza  yollandıq. 

Hamlet  zarafat  etmirmiş,  geriyə  qayıdanda,  sağ  qaldığımıza 

məəttəl qalan dostlarımız xeyli sevindilər. 

Bizi saqqal basmışdı, bütün bədənimiz bit‐birənin içindəy‐

di.  Bir  aya  yaxın  idi  ki,  çimmirdik  və  çəkmələrimizi  ayağımız‐

dan  çıxarmamışdıq.  Çadırlara  doluşub  təxminən  10  saatlıq  də‐

rin yuxuya getdik. 

...Çöldəki  səs‐küyə oyanıb, bayıra çıxdıq. Azərbaycan döv‐

lət televiziyasından müxbirlər gəlmişdi. “Sahibsizliyin, atılmış‐

lığın acı qurbanları, döyüşdən ən son qayıdanlar” kimi, bizi ka‐

mera  qarşısına  dartdılar.  Döyüşün  gedişi,  hərbi  hazırlıq,  təmi‐

nat məsələləri barədə komandirimiz Nağı ətraflı danışdı. Müx‐

bir Mehriban Vəzirova mikrofonu bir‐bir hamımıza doğru uza‐

dıb – “Evdəkilərə,  arxadakılara  nə  sözünüz,  ismarıcınız var?” 

– sualına növbə ilə cavab alırdı. Növbə mənə çatanda içimdən 

keçənləri saxlaya bilmədim – “Evdəkilərə çatdırın ki, sağ‐sala‐

matam. Durna nənəmçün çox darıxmışam. Valideynlərimi bağ‐

rıma  basıb  öpürəm.  Yuxarıdakılara  isə  deyin  ki,  orduya  sahib 

çıxın, yoxsa bu silahlar bir gün sizin özünüzə doğru yönələcək‐

dir!” Nağı mənim “müsahibəmə” görə məndən incimişdi. O, tə‐

zə hakimiyyətə çox güvənirdi. 

Dərəbəylik  yenə  ölkəni  ağzına  almışdı.  Növbəti  dövlət  çev‐

rilişinə  hazırlıq  gedirdi.  Düşmənlə  atəşkəs  razılığı  əldə olun‐

muşdu.  Tərtərdən  bir  taksi  tutub  Bakıya  yollandıq.  Sabirabada  – 

qrup  yoldaşımız  Tərlangilin  evinə  dönüb  insan  kimi  ev  yeməyi 

yedik,  həm  də  onlardan  taksi  pulunu  götürdük.  Yolboyu  höku‐



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə