Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə15/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   11   12   13   14   15   16   17   18   ...   76

Səyavuş  S ərxa n lı------------------------------------------------ ---- ----------
şeirində  nahaq  demirdi:
Mənim  Qarabağım  dözümdü,  tabdı,
İnam  günəşidi  min  səhərimin.
Mənim  Qarabağım  bir  daş  kitabdı,
Düşübdü  başına  düşmənlərimin.
Səyavuş  zahirən  çox  sakit,  təmkinli  bir  adam  idi.  Ona  görə  də 
dostları  onun  daxilən  nələr  çəkdiyindən  xəbərsiz  idilər.  Ancaq 
yeri  gəldikcə  şeirlərində  bunu  büruzə  verirdi.  Məsələn,  aşağıdakı 
kimi:
Bir  sönməz  alovdur  qəmim,  kədərim,
Ömür  od  altında  deyil  yatası.
Yığışsa  başıma  qəmli  günlərim,
Bir  tonqal  olaram  ərşə  çatası.
Səyavuş  Sərxanlı  dostcanlı  adam  idi.  Onun  dostları  təkcə  sənət 
adamları  deyil,  həm  də  müxtəlif peşə  sahibləri,  adlı-sanlı  adamlar 
idilər.  O,  yeri  gəldikcə  dostlarına  borclu  qalmırdı.  Şeirlərində, 
publisist  yazılarında  onların  işindən,  əməlindən  söz  açıb  başqa­
larına  da  sevdirirdi.  Səyavuş  özü  dostluqda  sədaqətli,  etibarlı  ol­
duğu  üçün  onlardan  da  bunu  gözləyirdi.  Dostunun  etibarsızlığı, 
ona  arxa  çevirməsi  şairi  yandırıb-yaxsa  da,  bu  nifrətə  çevrilmirdi. 
Bu  itkiyə  təəssüflənərək  deyirdi:
Hələ  kefiniz  kök,  halınız  xoşdur,
Hərəniz  bir  ciyər  parası  kimi.
Haçan  qayıtsanız,  yeriniz  boşdur 
Sinəmdə  bir  güllə  yarası  kimi...
“Məni  soruşan  olsa..."  adlı  kitabından  misal  çəkdiyim  bu  mis­
ralar  şair  qardaşımın  ürək  çırpıntılarıdır.  Mən  qardaş  sözünü  təsa­
düfən  işlətmirəm.  Şairlər  bir-birinə  qardaş  qədər  doğmadırlar. 
Hətta  milliyyətindən  asılı  olmayaraq.  Çünki  onların  ürək  döyün-
<5
0
?
-----------------------------------------------------------   Vətən,  səslə  oğlunu
tüləri,  amalları  birdir.  Onların  hər  birinin  ürəyi  milli  dəyərlər  üs­
tündə  köklənib.  Amalları  milli  olduğu  qədər  də  bəşəridir.  “Məni 
soruşan  olsa... ”  adlı  kitabı  Səyavuşun  əziz  xatirəsinə  layiqli  bir 
töhfədir.  Təəssüf  ki,  şair  bu  kitabı  görə  bilmədi.  Kitabda  gedən 
şeirlərin  bir  qismi  şairin  ayrı-ayrı  kitablarından  götürülmüş,  bir 
qismi  isə  ilk  dəfədir  ki,  kitaba  daxil  edilib.  Kitabda  gedən  şeirlər 
və  poemalar  haqqında  ayrı-ayrılıqda  geniş  danışmaq  olar.  Onların 
bədii  tutumu  buna  imkan  verir.  Çünki  onlar  istedadlı  bir  şairin  qə­
ləmindən  çıxmışdır.  Hər  misrada,  hər  bənddə  qaynar  bir  ilhamın 
istisi  var.  İnanıram  ki,  tənqidçilərimiz  onlar  haqqında  daha  əha­
təli,  daha  geniş  yazacaqlar.  Çünki  o  sevən,  sevilən  insan  idi.  Və 
əbəs  yerə  demirdi:
Ömür  çal-çağır  payı,
Ürək  arzu  yuvası:
Məhəbbətdir,  məhəbbət 
Həyatın  ilk  mənası...
Beləcə  mahnı  ötən 
Bir  sarı  simdi  dünya.
Dünya  sevənlərindi,
Sevənlərindi  dünya.
Şair düz  deyib:  Dünya  sevənlərindi,  sevməyənlər üçün  isə  dün­
ya  cəhənnəm  əzabıdı.  Bu  da  həqiqətdir  ki,  sevməsən  sevilməz­
sən.  Beləsinin  bir  çınqıl,  bir  qum  dənəsi  qədər  dəyəri  yoxdur. 
Yazıqlar  olsun  belələrinə!  Təəssüf ki,  dünya  onlardan  xali  deyil...
Bu  işıqlı  insan  könlümə  yaxın  adam  olsa  da,  zahirən  yaxın 
olmağımız  bir  o  qədər də  bilinməzdi.  Bir-birimizə  işimiz  düşəndə 
problem  də  olmazdı.  Çünki  dediyim  kimi  hər  ikimizin  qəlbində 
bir-birimizə  rəğbət  hissi  vardı.  İş  elə  gətirdi  ki,  yazıçıların  Naxçı- 
vani  küçəsindəki  binasında  ona  da,  mənə  də  beşinci  mərtəbədə 
mənzil  verildi.  Bu  mənim  ürəyimdən  oldu,  Səyavuşu  deyə  bilmə­
rəm.  Ancaq  sonrakı  isti  münasibətlərimiz  də  göstərdi  ki,  qonşulu­
ğumuz  elə  onun  da  ürəyindən  imiş.  Səyavuş  çox  həssas  və  qay-


ğıkeş  adam  idi:  həm  ailəsinə,  həm  də  əhatəsində  olan  insanlara 
qarşı.  Konkret  bir  fakt:  1998-ci  ildə  təqaüdə  çıxmışdım.  Bağda 
olurdum.  İlin  yarısını  bağdan  kənara  çıxmırdım.  İlin  qalan  his­
səsində  isə  həftədə  üç  dəfə  bağda  olurdum.  Demək  olar ki,  Səya­
vuş  məni  görə  bilmirdi.  Bunun  neçə  il  çəkdiyini  deyə  bilmərəm. 
Ancaq  oğlum  bir  gün  bağa  gələndə  dedi  ki,  Səyavuş  əmi  sən ə 
salam  göndərdi  və  dedi  ki,  qayıdanda  jurnalımız  üçün  (o  “A zər­
baycan” jurnalında  poeziya  şöbəsinin  müdiriydi)  -   atandan  şeir  al 
gətir.  Mən:  çox  sağ  olsun,  desəm  də,  şeir  həvəsində  deyildim. 
Bağda  iş-güc  başımdan  aşırdı.  Bunun  üstündən  bir  neçə  ay  keçdi. 
Oğlum  bağa  gələndə  Səyavuşdan  yenə  salam  gətirdi.  Sonra  da 
dedi:  -   Səyavuş  əmi  soruşdu  ki,  atanın  şeiri  nə  oldu?!  Cavab 
verdim  ki,  yaxın  vaxtlarda  göndərəcəyəm.  Bunun  da  üstündən 
xeyli  keçmişdi.  Bir  gün  nə  üçünsə  evə  getmişdim.  Səyavuşa  rast 
gəldim,  yenə  şeir  istədi.  Dedi  ki,  əlyazma  da  olsa  ver,  makinada 
özüm  çıxararam.  Üstündən  də  əlavə  elədi  ki,  çalış,  çox  olsun!  Dü­
zü,  onun  bu  sözləri  məni  utandırdı.  Söz  verdim  ki,  tezliklə  şeir­
lərimi  yığıb  göndərəcəyəm.  Nəhayət,  özümdə  güc  taparaq  şeirləri 
makinadan  çıxarıb  ona  göndərdim.  Onların  bir  qismi  “Azərbay­
can” jurnalının  növbəti  nömrəsində  çap  edildi.  Səyavuş  təkcə  m ə­
nə  qarşı  deyil,  başqa  qələm  yoldaşlarına  qarşı  da  belə  diqqətcil 
idi.  Bunu  onların  özlərindən  eşitmişdim.
Bir  gün  eşitdim  ki,  Səyavuş  bərk  xəstələnib,  onu  Şəmkirə  ata 
yurduna  aparıblar.  Ürəyimdə  Şəmkirə  gedib  ona  baş  çəkməyi  gö­
tür-qoy  edirdim.  Bir  səhər  nəvəm  Tural  gözləri  dola-dola  dedi  ki, 
baba,  yazıq  Səyavuş  əmi  ölübdü.  Sonra  da  köksünü  ötürərək  dedi:
-   Səyavuş  əmi  yaxşı  adamdı,  hayıf ondan!  Doğrudan  da,  hayıf 
ondan!  Göründüyü  kimi,  Səyavuşu  təkcə  böyüklər  deyil,  uşaqlar 
da  çox  sevirdi.  Çünki  o,  dünyanı  sevirdi,  təkcə  dünyanımı?!  Onun 
əşrəfi  olan  böyüklü-kiçikli  insanları  sevirdi.  Gözəlliyi,  günəşi,  ayı, 
ulduzları,  işığı,  nuru...  bir  sözlə,  həyatı  sevirdi.  Əgər  belə  olma­
saydı,  ömür-gün  yoldaşı,  könül  sirdaşı  sevimli  Elmirası  onun  qey­
bə  çıxdığı  bir  gündə  yana-yana  deməzdi:
Yüz  dərdimlə  yüzəm  mən,
Məcnunsuz  bir  düzəm  mən.
« s a
p
Səyavuş  S ərxa n lı
------------------------------------------------------------------------------------
Vətən,  səslə  oğlunu
Mənim  aylı  şairim,
Sən  yoxsan,  günsüzəm  mən.
Hələ  sevimli  oğlu  Əlibəyi,  nəvəsi  İlahəni  demirəm.  Onlar  öz 
nəfəslərində  Səyavuşun  nəfəsini  yaşadırlar.  Mən  dünyasını  dəyiş­
miş  bir  çox  qələm  yoldaşlarımız  haqqında  Səyavuşun  kövrək, 
həzin,  məhəbbət  dolu  yazılarını  oxumuşdum.  Ürəyimdən  keç­
mişdi  ki,  kaş mən  öləndən  sonra belə yazılardan  birini  də  Səyavuş 
mənim  haqqımda  yazaydı!  Dünyanın  işlərinə  bax!  Nə  istəyirdim, 
nə  qismət  oldu?!
Yazımın  sonunda  bir  daha  şairin  “Məni  soruşan  olsa...”  adlı 
şeirinə  qayıtmaq  istəyirəm.  Şeirin  bir  yerində  Səyavuş  deyir:
Şeirdir...  dil  açıb  dillənib  gedir 
Könül  işığında,  ay  işığında.
Şeirdir...  gül  açıb  güllənib  gedir 
Sünbül  işığında,  çay  işığında.
Yox,  qardaş,  səni  soruşanlar  çoxdur.  Şeir  adlandırdığın  ay  işığı 
da,  sünbül  işığı  da,  çay  işığı  da,  özünü  nəğməkarı  adlandırdığın 
nərgizlər  də  dostlarından  səni  soruşur.  Sən  xoşbəxt  şairsən.  Əziz­
lərin,  dostlarınla  bir  yerdə  doğum  günündə  səni  yad  etdilər.  Bala­
ca  nəvən  İlahə  isə  fevralın  28-də  “Natəvan”  klubunda  anım  gü­
nündə  sənin  şeirini  əzbər  deyib,  çoxlu  alqış  qazandı.  Şair  üçün 
bundan  gözəl  nə  ola  bilər?!  Ruhun  şad  olsun!  Allah  sənə  qəni- 
qəni  rəhmət  eləsin!
Hafiz  ƏLİ, 
şair


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə