Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ


SƏYAVUŞ  ULDUZ  İDİ,  BİZ  ONUN



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə16/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   12   13   14   15   16   17   18   19   ...   76

Səyavuş  Sərxanlı
SƏYAVUŞ  ULDUZ  İDİ,  BİZ  ONUN 
İŞIĞINA  GEDİRDİK
Səyavuş  Sərxanlı  haqqında  xatirə 
yazıram.  Bunun  necə  də  çətin  olması 
barədə  heç  zaman  fikirləşməmişdim. 
Axı  Səyavuşun  nə  vaxtsa  xatirəyə  dö­
nəcəyi  ağlıma  gəlməzdi.  Ömür-gün 
yoldaşı  Elmira  xanımın  telefondakı 
sözləri  dönə-dönə  qulaqlarımda  səslə­
nir:  “Taleh,  Səyavuşun  65  illiyidir, 
kitabı  hazırlanır,  bəlkə  bir  xatirə  ya­
zasan...”
Onun  telefonda  səsi,  mənim  isə  qu­
laqlarım  tutulur.  Sonra  isə  heç  nə  ya­
dıma  gəlmir.  Bir  susan  telefona,  bir  də  otağımın  pəncərəsindən 
gəlməkdə  olan  yaza  baxıram.  Tutqun  bir  havadır,  eşikdə  külək 
əsir.  Barmaqlıqlar  arasından  qocaman  tut  ağacının  yarpaq  aç­
maqda  aciz  qalan  budaqları  görünür.  Qaratoyuğun  səsi,  sərçələrin 
cikkiltiləri  eşidilir.  Ani  olaraq,  bu  yaz  təbiət  düz  bir  ay  gecikdi, 
deyirəm.  Birdən  xəyalıma  gəlir  ki,  amma  indi  Sərxandan  üzü  Ya­
samala  doğru,  Yasamaldan  Sərxan  aşağı  nazlı  bir  bahar tələsm ək­
dədir.  Sonra  da,  heç  bunun  m ətləbə  dəxli  varmı?  -  deyirəm.  Ba- 
hardı,  geci-tezi  var,  mütləq  gələcək.  Səyavuş  özü  deyərdi  ki,  o 
şey  ki,  olmalıdır,  o,  mütləq  olacaq...
Bir də  ki,  axı  insanın  ağlına  heç  nə  havayıdan  gəlmir.  “Bu  yaz 
təbiət  düz  bir  ay  gecikib”  sözləri  görünür  yadıma  elə-belə  gəl­
mədi.  O  mənim  yadıma  uzaq,  lap  uzaq  bir  yazı  gətirdi.  Qələm 
dostum  Nemət  Veysəlli  deyir  ki,  “Azərbaycan”  jurnalı  redaksi­
yasının  Yazıçılar  Birliyinin  bir  neçə  təşkilatıyla  birgə  “Bakı  so­
veti”  (indiki  “İçərişəhər”  -   qeyd  red.)  metro  stansiyası  ilə  üzbəüz 
çoxmərtəbəli,  hündür  binanın  beşinci  qatında  yerləşdiyi  vaxtla- 
rıydı.  Yaz  təzə  gəlirdi,  otaq  özümüzə də,  ruhumuza da darlıq  edir­
di.  Səyavuş  eyvana  çıxıb,  yenə  fikrə  dalmışdı.  Qəfildən:  -  Nemət, 
Nemət,  deyə  məni  səslədi.  Mən  də  eyvana  çıxdım.  Bakı  şəhər 
İcra  Hakimiyyətinin  binasının  lap  yuxarısında,  ağlagəlməz bir yer­
də  daşı-divarı  yarıb  çıxan  alça  ağacı  bərk  çiçəkləmişdi.  Səyavuş 
o  ağacı  göstərib:
-   Nemət,  görürsən,  necə  çiçəkləyibdi.  Bir  zaman  yenə  yaz  gə­
ləcək,  alçalar  çiçəkləyəcək,  amma  həmin  yazda  biz  olmayacağıq, 
-   dedi.
Geciksə  də,  tələssə  də  yenə  yaz  gəlib.  Kim  bilir,  bəlkə  də  da­
şı-divarı  dəlib  çıxan  o  alça  yenə  də  çiçəkləyibmiş.
Amma  Səyavuş  yoxdu...
Səyavuş  nə  vaxtsa  mənim  əlimdən  tutub,  bunu  belə  yaz,  de- 
məyibdi.  Amma  mənim  ədəbiyyata  gəlməyimdə  onun  böyük  rolu 
danılmazdır.  Mənə  elə  gəlir  ki,  bu  sözləri  Şamxal  Rüstəm  də, 
Məzahir  Hüseynzadə  də,  Rəhman  Salmanlı  və  digər  həmyerli  qə­
ləm  dostlarım  da  deyə  bilərlər.  Səyavuş  ulduz  idi,  biz  onun  işı­
ğına  gedirdik...
Səyavuş  o  zamanlar  Şəmkirdə  sanki  bir  ədəbi  məktəb  idi.  İn­
safən  deyim  ki,  burada  o  vaxtlar  Şəmkirdə  nəşr  olunan  “Ulduz” 
qəzetinin  də,  onun  gözəl,  unudulmaz  əməkdaşlarının  da,  redak­
torların  da  əvəzsiz  xidmətləri  varıydı.  Biz  çap  oluna  bilirdik,  hər 
zaman  isti  münasibət  görürdük.  Səyavuşu  həm  burada,  həm  radio 
və  televiziyada,  qəzet,  jurnal  səhifələrində  izləyə  bilirdik.  Sözün, 
şeirin,  şairin,  qələm  adamının  çox  əziz  tutulduğu  vaxtlarıydı.  Sə­
yavuş  rayona  gələndə  arxasınca  bir  duma  qatarı  düzülərdi.  Bun­
ların  arasında  qələm  dostları  da  olardı,  digər dost-tanışları  da.  Son 
dərəcə  tez  ünsiyyətə  girməyi  bacaran  adam  idi.
Bakıya  təzə  gəlmişdim.  Şamxal  məni  Səyavuşgilin  şəhərin 
Tbilisi  prospektindəki  evlərinə  apardı.  Birotaqlı  mənzildə  yaşayır­
dılar.  Bu  balaca  mənzilin  nə  qədər qonaq-qaralı  olduğu  ilk  andaca 
diqqəti  cəlb  edirdi.  Amma  Səyavuş  az  qala  bizi  də  məcbur  elə­
mək  istəyirdi  ki,  heç  yerə  getməyək,  onlarda  qalaq.
Səyavuş  Sərxanlının  ədəbiyyata  gəlişi  çox  haylı-küylü  oldu. 
Bunun  bircə  səbəbi  varıydı;  o,  həqiqətən  böyük  istedad  sahibiydi.
t e a ?
__________________________________________________ - 
Vətən

səslə  oğlunu


Təkcə  mənim  yox,  yaşıdlarımın  çoxlarının  yadında  bir  “Qu 
nəğməsi”  qalıbdı.  İndi  mən  Səyavuşun  özünü  həmin  o,  qu  quşuna 
bənzədirəm,  nəğməsi  qalan  quşa...
Bu  yazı  o  zamanlar  yenicə  nəşrə  başlayan  “Ulduz”  jurnalının 
da,  Səyavuşun  özünün  də  şöhrətlənməsinə  səbəb  oldu.  O,  yazdı­
ğını  da,  haqqında  söhbət  açdığı  qəhrəmanını  da  oxuculara  sevdirə 
bilirdi.
Həm  poeziyada,  həm  publisistikada  Səyavuş  təzə  bir  nəfəs, 
yeni  bir  səs  təsiri  bağışlayırdı.  Xainlikdən,  xəbislikdən,  hiylədən 
uzaq  Səyavuş!  Amma  səni  qısqananlar varıydı.  Çünki  sən  istedad­
lı  idin.  Tez  küsməyin,  inciməyin  də  bir  yandan  kimlərinsə  əlin ə 
sanki  girəvə  salırdı...
Bir  də  ki,  bunların  mətləbə  nə  dəxli  var?  Sən  yenə  Səyavuş­
san.  Əvvəlki  kimi  poeziyamızda  da,  publisistikamızda  da  yerin 
görünür.  Bundan  sonra da görünəcəkdir.  Çünki  sən  heç  kəsin  yox, 
özünün  yerini  tutmuşdun.
Amma  bircə  şeyə  təəssüflənirəm.  İki  dəfə  məni  həyətə  ça­
ğırıb,  Taleh,  gəl  səninlə  birgə  şəkil  çəkdirək.  Heç  bizim  səninlə 
birgə  şəklimiz  yoxdur,  -   dedin.
Biz  o  şəkli  niyə  çəkdirmədik?...
Taleh  HƏMİD, 
şair
Səyavuş  S ərxa n lı
------------------------------------------------------------------------------------
Vətən,  səslə  oğlunu
HEYİF  SƏNDƏN,  SƏYAVUŞ...
Nədənsə  mən  həmişə  Səyavuş  Sər- 
xanlını  yad  edəndə  istər-istəməz  daha 
çox  gənclik  illərimizi  xatırlayıram.
Bəlkə  bu  onunla  bağlıdır  ki,  o  zaman 
biz  bir-birimiz  üçün  daha  təravətli  və 
yeni  idik...
Keçən  əsrin  60-cı  illərinin  qaynar, 
coşqun  poeziya aləmində  biz  ikimiz də 
ilkin  addımlarımızı  atırdıq.  Birgə  dər­
nəklərə  gedir,  o  dövrün  əsl  poeziya 
ab-havasını  birgə  udurduq...
İndi  həzin  xatirəyə  çevrilən  o  illər  doğrudan  da  son  dərəcə 
ibrətamiz  və  təravətli  idi.  Elm,  təhsil,  mədəniyyətlə  yanaşı  söz 
sənəti  də  sürətlə  inkişaf  edirdi.  Neçə-neçə  təzə  adlar  -   simalar 
gəlirdi  ədəbiyyata!  O  zaman  bütün  Sovet  məkanının  ictimai 
həyatında,  o  cümlədən  sovet  ədəbiyyatında  baş  verən  yeniləş­
mələr  Azərbaycanda  da  özünü  büruzə  verirdi.  Sözün  əsl  mə­
nasında,  xalqın  mənəvi  qidası  olan  saf  ədəbiyyat  uğrunda  çox 
ciddi  axtarışlar  aparılır  və  çox  uğurlu  addımlar  atılırdı.  Artıq  o 
dövrdə  Bəxtiyar  Vahabzadənin,  Hüseyn  Arifin,  Nəbi  Xəzrinin... 
dalınca  ədəbiyyata  gələn  Əli  Kərim,  Məmməd  Araz,  Nəriman 
Həsənzadə,  Xəlil  Rza,  Cabir  Novruz,  Tofiq  Bayram,  Fikrət  Qoca, 
Fikrət  Sadıq  və  digərləri  əsl  şeir-sənət  nümunələri  yaradırdılar. 
Və  söz  sənəti  elə  bir  səviyyəyə  qalxmışdı  ki,  artıq  başqa  birisinin 
bu  meydana  girməsi  və  özünü  göstərməsi  mümkünsüz  görünürdü. 
Lakin  çox  keçmədi  ki,  onda  yeni  adlar  -   imzalar  parladı: 
Məmməd  İsmayıl,  Musa  Yaqub,  İsa  İsmayılzadə,  Ələkbər 
Salahzadə,  Ağasəfa,  Davud  Nəsib,  Ağa  Laçınlı...  Onların  hər  biri, 
sözün  əsl  mənasında,  ədəbiyyatda yeni  söz,  təzə  nəfəs  idilər.  Heç 
şübhəsiz,  onların  sırasında  Səyavuş  Sərxanlı  imzası,  Səyavuş 
Sərxanlı  siması  da  vardı.
« a ?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə