Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə17/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   13   14   15   16   17   18   19   20   ...   76

O  da  məni  adını  çəkdiyim  simalarla  birlikdə  özünə  valeh  et­
mişdi.  İlk  baxışdan  çox  ciddi,  qaradinməz  görünən  bu  gənc  ə s­
lində  çox  mülayim,  xoşxasiyyət  və  olduqca  səmimi  bir  insan  idi. 
Təbiət  sanki  onu  xeyirxahlıq  və  alicənablıq  üçün  yaratmışdı.  M ən 
onu  sözün  əsl  mənasında milli  fədai  olmuş  və  olan  oğullarımızdan 
biri  sayıram.  Bununla  belə,  sənətdə  o  heç  kimə  güzəşt  etməzdi. 
Bədii  sözün  keşiyində  əsgər  kimi  dayanardı.  Əlbəttə,  bunda  onun 
düşdüyü  mühitin  -   iş  şəraitinin  -   “Ulduz”  və  “Azərbaycan”  ju r­
nallarında  çalışan  sənət  dostlarının  da  rolu  az  deyildi.
Mən  Səyavuşun bədii  yaradıcılığından  danışmaq  istəmirəm.  Bu 
hamıya  yaxşı  məlumdur.  Bircə  onu  qeyd  eləmək  istəyirəm  ki,  o, 
həm  poeziya,  həm  publisistika,  həm  də  digər  sahələrdə  tamam 
yeni,  təkrarsız  bir  səs,  orijinal  bir  nəfəs  idi.
Mənim  üçün  əziz  olan  bu  insanla  bağlı  bir  də  onu  demək  is­
təyirəm  ki,  mən  onunla  gənclik  illərindən  başlayaraq  uzun  müd­
dət  dostluq  etmiş,  yol  yoldaşı  olmuş,  müxtəlif yerlərdə  və  səviy­
yələrdə  ədəbiyyatımızı  birgə  təmsil  etmişik.  Və  hər  yerdə,  hər 
zaman  o,  özünü  yüksək  səviyyəli  bir  ziyalı  və  şair  kimi  göstər­
mişdi.  Bu  qarşılıqlı  münasibət  hətta  ona  gətirib  çıxarmışdı  ki,  biz 
unudulmaz  böyük  şairimiz  Məmməd  Arazla  birlikdə  Səyavuşun 
ata-baba  ocağını  da  ziyarət  etmişdik.  Onun  əziz-doğmaları  ilə 
görüşmüşdük,  dadlı-duzlu  məclislər  keçirmişdik.  Eh,  heyif o  gün­
lərdən...  Burda  onu  da  qeyd  eləmək  istəyirəm  ki,  Məmməd  Araz 
Səyavuşun  həm  sənətini,  həm  də  şəxsiyyətini  çox  yüksək qiymət­
ləndirirdi.
Keçid  dövrü  adlandırdığımız  son  ağrı-acılı  illərdə  Səyavuşla 
təsadüfdən-təsadüfə  görüşürdük.  Görüşəndə  də  heç  bilmirdik  nə­
dən  danışaq.  O  da  çox  yorğun-üzgün  və  küskün  görünürdü,  mən 
də...
Bu  da,  bu  mənəvi  yorğunluğun  sonu...
Nə  yaxşı  ki,  Səyavuşun  yurdunda  onun  sədaqətli  ömür-gün 
yoldaşı  Elmira  xanım,  ağıllı-kamallı  övladları  və  bir  də  onun  xa­
tirəsini  həmişə  əziz  tutan  və  heç  vaxt  unutmayan  Azərbaycan  xal­
qı  var.  Kaş  o  həmişə  var  olsun.  Onda  öz  ömrünü  ona  bağışlayıb
Ç J 6 6 J İJ ,
Səyavuş  S ərxa n lı
------------------------------------------------------------------------------------
Vətən,  səslə  oğlunu
gedənlərin  də  ruhu  həmişə  şad  olar.
Bu  həzin  məqamda  deyirəm,  gənclik  illərində  Səyavuşa  həsr 
etdiyim  bir  şeiri  yada  salaq  və  bununla  da  ona  və  onun  xatirəsinə 
öz  ehtiramımızı  bildirək.
YOL  QUŞLARI
Səyavuş  Sərxanlıya
Biz,  qardaşım,  yol  quşuyuq,
Elə  bil  ki,
Yollar  bizim  məcramızdır,
Biz  onunla  axan  suyuq.
Diləklərin  izi  ilə 
Gedə-gedə
Elə  bil  ki,  biz  yollarda  yaşayırıq.
Gözümüzün  gördüyünü,
Könlümüzün  duyduğunu
Gündən-günə
Biz  yollarla  daşıyırıq.
Zaman  adlı  uzun  yolda 
Ömür  -
yaman  qısa  yoldur,
Bizi  bizdən  aparmağa 
O  ən  yaxın,  kəsə  yoldur.
Elə  bil  ki,
Uzatmaqçün  o  yolu  biz 
Bu  yollara  üz  qoymuşuq.
Bəlkə  elə  bununçün  də,
Biz,  qardaşım,  yol  quşuyuq...
1967-ci  il
Mustafa  İSGƏNDƏRZADƏ, 
şair-politoloq
• 3 5 3 ?


Səyavuş  Sərxanlı
SƏNİ  UNUTMAMIŞIQ...
Telefon  səsləndi.  “9  May”  qələb ə­
miz  günü  işə  gəlmişdim.  Hazırlaşırdım 
“Şəhidlər  xiyabanf’na  gedim,  axı  bu 
əbədiyyətə  qovuşanların  ataları,  baba­
ları,  dayıları,  əmiləri  II  Dünya  mühari­
bəsində  iştirak  ediblər,  həlak  olanlar 
da  var.  Dəstəyi  qaldırdım  və:  -   Allah- 
verdi  müəllim,  səni  narahat  edən  Sə­
yavuş  Sərxanlının  həyat  yoldaşı  El­
miradır.  Səyavuşun  65  illiyi  ilə  bağlı 
kitab  hazırlayırıq.  Xatirənizi...  -   Səsi 
kövrəldi  və  o,  “xanım”  sözünü  işlət­
mədi.  Bəli,  ərlərini  itirən  qadınlar  xanımlığını  da  dəfn  edirlər.  İş 
elə  gətirib  ki,  Elmira  xanım  Sərxanlıyla  “Təfəkkür”  Universite­
tində  uzun  illər birgə  işləmişik.  Zatən  xeyirxah  alim  Mail  Dəmirli 
bizləri  başına  yığmışdı,  çörək  verirdi  (ona  da  nankor  çıxanlar  ta­
pıldı.  Allah  cəzalarını  verəcək).  Onda  Səyavuş  sağdı,  üzündəki 
işıqlı  təbəssüm  çəkilməmişdi.  Arabir  Universitetə  gəlir,  dərhal 
məni  tapırdı:  -   Dərsin  yoxdur  ki?  -   soruşurdu.
-   Mənim  vaxtım  pis  deyil.  -   Gülümsünürdü.  -   Dəxli  yoxdur, 
dərsin  var.  -   Çayxanada  oturaq,  dərdləşək.
-   Birinci  növbədə  “dərslə”  xudahafizləşirəm.  Sənin  ixtiya­
rındayam.  Bir  tin  aralıda  bağça  içində  yaşıllıqda  çayxana  (və  həm 
də  xəngəlxana)  vardı,  oturub  söhbətləşərdik...
Sonra  həyat  yoldaşını  və  bircə  qız  balasını  götürüb  gedirdi...
Səyavuşla  tanışlığım  1969-cu  ilə  təsadüf edir.  “Ulduz”  jurnalı 
redaksiyası  Yazıçılar  İttifaqının  yerləşdiyi  binanın  birinci  m ərtə­
bəsində  üç-dörd  otağa  sığınmışdı.  Gənclik  dostum,  şair  və  tər­
cüməçi,  ağsaqqalımız  Abbas  Abdulla  da  burada  çalışırdı.  Mənim 
də  aspirant  vaxtımdı,  hər  gün  demək  olar  ki,  ona  dəyirdim,  söh­
bətlərindən  ləzzət  və  fayda  alırdım.  Cabir  Novruz,  Məmməd 
Araz,  Tofiq  Bayram,  İsi  Məlikzadə,  Əhəd  Muxtar  (Allah  rəhmət
seS
ü
?
eləsin  onlara),  Ədalət  Həsənli  “Ulduz”da  idilər.  Bir  gün  irigözlü, 
kövrək  sifətli,  sıx  saçlı  bir  gənci  Abbas  Abdulla  mənimlə  tanış 
etdi:
-   Səyavuş  Sərxanlı  -  dedi.  -   Allahverdi  Eminovdur,  Tofiq 
Abdinin  kəndçisidir,  gənclikdən  bir  yerdəyik.  Tanış  olun.  Redak­
siyaya  təzə  gəlib,  şeir  şöbəsinə.
Tanışlığımız  belə  başladı.  Az  sonra  onun  “Ulduz”da  beş-altı 
şeirini  oxudum...  Bir-iki  ilə  Səyavuş  Sərxanlını  istedadlı  şair  kimi 
oxucular  və  tənqidçilər  tanıdılar.  Məqalələrində  adını  çəkirdilər. 
O  illərdə  İsa  İsmayılzadə,  Ələkbər Salahzadə,  Tofiq  Abdin,  Vahid 
Əziz,  Ramiz  Rövşən,  Sabir  Rüstəmxanlı  və  digər  gənclər  dəbdə 
idi.  Müntəzəm  ədəbi  qəzet  və  jurnallarda  çap  olunurdular.  Sə­
yavuş  Sərxanlı  da  istisna  deyildi.  Az  sonra  onun  ilk  şeirlər  kitabı 
işıq  üzü  gördü.  Redaksiyada  idim,  Abbas  Abdullaya  avtoqraf ya­
zırdı.  Abbas  dedi:  -   Səyavuş,  avtoqrafa  tələsmə,  xəngəl  qonaq­
lığına  tələs,  gülüşdük.  O:  -   Mən  hazır,  qonorar  almışam,  -   dedi 
və  üzünü  mənə  tutdu:  -   Allahverdi,  səninkini  sonra  verərəm,  heç 
yerə  getmə,  qoy  redaktor  getsin,  bir  gürcü  xəngəli  yeyərik.
Deyim  ki,  o  illərdə  “Ulduz”  redaksiyası  böyük  ədəbi  mübahi­
sələr,  mülahizələr  məktəbiydi.  Mən  orada  qızğın  mübahisələrin, 
yaşlı  yazıçılardan  Əli  Vəliyevin,  Əhməd  Cəmilin,  Süleyman  Və­
liyevin,  Məsud  Əlioğlunun,  Qulu  Xəlilovun  qızğın  və  şirin  müba­
hisələrinin,  söhbətlərinin  şahidinə  çevrilmişəm.  Mərkəzdə  təbii 
ki,  Abbas  Abdulla  olardı.  Çünki  o,  onda  da  son  dərəcə  erudik 
dünyagörüşlü,  məlumatlı  idi,  bu  gün  də.  Səsini  ucaldan  mərhum 
şairimiz  Tofiq  Bayram  idi,  barmağı  arasında  siqareti  tüstülənərdi.
Səyavuş  Sərxanlı  zarafatcıl,  özündən  danışmayan,  dədə-baba 
ləhcəsini  saxlayan  oğlandı.  Deyim  ki,  şairliyindən  əlavə  əla  pub- 
lisistdi.  Qələmiylə  populyarlıq  da  qazanmışdı.  Xatırlayıram,  o, 
həmyerlisi,  dünya  şöhrətli  neftçi,  geoloq-alim  Fərman  Salmanov 
uzaq  Sibirdə  işləyəndə  dəfələrlə  yanma getmişdi.  Onun  barəsində 
sənədli  roman  yazırdı.  Səhv  etmirəmsə,  o  illərdə  Səyavuşun 
“Azərbaycan”  jurnalında  “Sibir-nağılı”  adlı  geniş,  elə  nağıl  təkin 
aydın  və  şirin  oçerki  çıxmışdı.  Səyavuşda  tənbəllik  vardı,  o
------------------------------------------------------------------------------ 
Vətən,  səslə  oğlunu


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə