Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ


BƏDİİ  PUBLİSİSTİKANIN  USTADI



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə25/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   21   22   23   24   25   26   27   28   ...   76

BƏDİİ  PUBLİSİSTİKANIN  USTADI
Orta  məktəb  illərində  şeirlə  yanaşı 
nəsrlə  yazılmış  parçaları  tapıb  oxu­
maq,  mənalı,  lakonik  miniatürləri  qə­
zet  və  dərgi  səhifələrindən  mütaliə 
eləmək  ən  böyük  məşğuliyyətim  idi. 
Çox  zaman  aludəçiliyim  o  həddə  çatır- 
dı  ki,  həmin  mətnləri  bütövlükdə  yad­
daşıma  köçürür,  əzbərləyirdim:  yaşıd­
larıma,  müəllimlərimə,  dostlarıma  de­
yirdim.
Ancaq  ağlım  az-çox  kəsəndən  və 
zövqüm  formalaşandan  sonra  bədii 
ədəbiyyatı,  publisistikanı  seçib,  oxu­
mağa  başladım.  M ənə  ilk  təsirini  göstərən  isə  daha  çox  Səyavuş 
Sərxanlının və Tofiq  Məhərrəmoğlunun  (Abdinin)  publisistik  m ə­
qalələri  idi.  Səyavuş  Sərxanlı  o  zaman  (ötən  əsrin  60-cı  illərinin 
sonraları)  yenicə  fəaliyyət  göstərən  “Ulduz”  jurnalının  demək 
olar,  hər  sayında  at  oynadır,  “Ölüm  sevinməsin  qoy"  rubrikası 
altında  bənzərsiz,  orijinal  yazılar  çap  etdirirdi.  Həmin  dövrdə  o 
isti,  həssas  ürəklə  hazırlanan  nümunələri  heç  kəs  ortaya  qoya  bil­
məzdi  və  taleyin  bir  qəribəliyi  də  bundaydı  ki,  bu  məqalələr, 
bədii-estetik  qeydlər  boylu-buxunlu,  pəhləvan  cüssəli  müəllifin 
özünə  bərk  oxşayırdı.  Üsyankar ruh,  ağıllı  etiraz  və  etiraf,  sərbəst, 
yalnız  özünəməxsus  söz  oyunları,  qəzəbin  müdrik  yozumu,  haq­
qın  və  ədalətin  qələbəsi,  zərif  sevgi  notları,  incə  yumor,  ehtiras 
o  yazıların  məzmununa  ilahi  əlvanlıq  qatır,  müəllifin  istedadını 
oxucunun  gözünün  önünə  gətirirdi.  Səyavuş  müəllimin  yaratdığı 
obrazlar  real  həyat  adamları  olsalar  da,  dəqiq  ünvanları,  adları, 
soyadları  göstərilsə  də,  onları  biz  əlçatmaz  sayır,  göyün  yeddinci 
qatında  hesab  edir,  hətta  özümüzü  o  xoşbəxtlərlə  müqayisədən 
belə  çəkinmirdik.  Məsələn,  o  illərdə  dünyasını  dəyişən  Eldar  adlı 
bir  tələbə-şair  haqqında  “Ulduz”da  müəllifin  publisistik  elegiyası 
çıxmışdı.  Gənclik  dərgisinin  həmin  sayı  əldən-ələ  gəzir,  köşk­
lərdə  tapılmırdı,  tələbələr  “Ulduz”u  kitabxanalardan  alıb  oxuyur­
dular.
Səyavuş  S ərxa n lı
-----------------------------------------------------------------------------------
« S 2 3 ?
Sonra  mən  Səyavuş  Sərxanlının  silsilə  şeirlərini  su  kimi 
içdim,  poeziya  nümunələrini  mütaliə  etdim.  O,  sözsüz,  həqiqi  sə­
nət  adamı,  ədəbiyyat  adamıydı.  Heç  demə,  həzinlik,  kövrək  ruh 
onun  publisistikasına  elə  şairliyindən  hopubmuş.  Obrazlı  deyim 
tərzi,  yüksək  emosionallıq,  peşəkarlıq  Səyavuşun  poeziyasını 
fərqləndirirdi.  Təəssüf  ki,  ədəbiyyatımız  bu  müəllifin  simasında 
böyük  itki  verdi,  o,  hələ  çox  əsərlər  yazmağa  qadir  idi,  bunu  po­
tensialı,  təcrübəsi,  talantı  deyirdi...
...Bir  gün  Lənkəran  avtovağzalında  maşın  gözləyirdim.  Göz­
ləmədiyim  halda  işıqlı  bir  sima  qənşərimdə  peyda  oldu:  O  idi, 
Səyavuş  Sərxanlı.  Qucaqlaşıb-öpüşdük.
-   Ey  dost,  sən  hara,  bura  hara?  -   deyə  şəstlə  əlini  kürəyimə 
vurdu.  “Ata-anama  dəyməyə  Lerikə  getmişdim,  Bakıya  qayı­
dıram”, -  söylədim.  Özünəməxsus  ləhcəylə:  “Ə,  Allahsız,  sən  Le- 
rikdənsən?”  -   təəccüblə  dilləndi.  Mən  başımı  tərpətməklə  fikrini 
təsdiqlədim...  «Ə,  bəs  burada  işləyən  qardaşım  heç  mənə  demə­
yib,  sən  də  bu  haqda  danışmamısan,  sən  Allah,  bir  gün  məni  dağ­
lara  apar,  deyirlər  Lerikin  Kömürgöy  zirvəsindən  Ərdəbil  əl  içi 
kimi  görünür,  tamaşa  edərik,  sonra  bulaq  başında  kabab  çəkərik 
mən  vəhşi  təbiətin  ölüsüyəm”,  -   söylədi.
Səyavuş  Sərxanlı  həyat  adamıydı:  olduqca  səxavətli,  istiqanlı, 
mərd-mərdanə,  yeyib-içməyindən  qalmayan.  Belə  şəxslərin  ölü­
münə  adamın  heç  vaxt  inanmağı  gəlmir.
Ağacəfər  HƏSƏNLİ, 
şair
------------------------------------------------------------------------------ 
Vətən

səslə  oğlunu
д а ?


“ BOYLANIB  SƏN  AŞAN  ÜFÜQƏ  SARI...”
İnsan  kimi  öldü,
Şəkil  kimi  soldu.
Şair  kimi 
Söz  alıb
Dillənə  bilsəydi  əgər,
Deyərdi: 
ağlamayın,
Bu  da  bir  iş  idi,  oldu.
Ya  da  heç  nə  deməzdi,  başını  bu­
lardı,  əlini  yellərdi...  Ölümlərin  adiləş­
məyini  qəbul  etmirdi,  insanların  biga­
nəliyinə  söz  tapmırdı.
Yəqin  o  da  bilirdi:  hərəmiz  hər  gün  bir  az  ölürük.  Arzularımız 
yetməyəndə,  ümidlərimiz  itəndə,  inamımız  sarsılanda,  dostlar 
“kirə  çıxanda’’,  güvəndiklərimizi  naxələf  görəndə,  sevdiklərimi­
zin  bizi  tərk  edəcəyi  xofu  canımızı  saranda,  əzizlərimiz  dünya­
larını  dəyişəndə...  içimizdə  qırılırıq,  yanırıq,  donuruq,  bezirik, 
susuruq...  böyüyə-böyüyə  tənhalaşırıq.  Lap  sonda  gəlir  Əzrayıl 
köməyə  -   alır  bizi  tənhalığın  əlindən.
O  da,  çoxumuz  kimi,  çoxdan  ölməyə  başlamışdı  -   lənətə 
gəlmiş  xəstəlik  deyildi  səbəb.  Hərdən  elə  küskün,  elə  bədbin  do­
lanırdı  ki,  heç  elə  bil,  məsələn,  dünən,  srağagün  şaqqanaq  çəkib 
gülən,  bu  adam  deyildi.  O  küskün  anlarında,  bədbin  söhbətlərində 
Səyavuşu  didən,  ovan,  qəlpələyən  ölümün  şəkli  görünürdü  və  o 
qorxunc  şəkil  deyirdi  ki,  Səyavuşun  yaxasını  çoxdan  tutub  ölüm: 
idealını  itirəndən  ölməyə  başlamışdı  Səyavuş...
Və  qəribədir,  yaradıcılığının  ən  qaynar  çağında,  70-ci  illərdə 
Səyavuş  Sərxanlı  şair  və  publisist  kimi  bu  günün  yağır  sözü  olan 
“ulduz  ömrü”  yaşayırdı.  Səsi  Sibirdən  gəlirdi,  festivalları  gəzirdi, 
gənclərin  sevgi  etiraflarına  dil  olurdu  şeirləri,  pərəstişkar  m əhəb­
bətində  üzürdü,  ölkəni  başına  almış  “qaynar  əmək  həyatı”nın
Səyavuş  S ərxa n lı
-----------------------------------------------------------------------------------
д а ?
------------------------------------------------------------  Vətən,  səslə  oğlunu
“ilhamverici  pafosu”  Səyavuş  Sərxanlı  publisistikasını  əsir  et­
mişdi.  Təltiflər  də  öz  yerində:  Ostrovski  mükafatı,  Qızıl  Qələm 
(bir  dəfə  yox!)  laureatı  və  s.  və  ia.
Nə  qədər  işıqlı  yazsa  da,  baxırdı  ki,  dərd  qovur  adamları.  Və 
pafosun  yollan  labirintə  dirənirdi:
Hara  getdim,  nə  sirdisə,
Gördüm  kədər  sağdı,  ana.
Yaza-yaza  çökürdü.  Çökə-çökə  dünyanın  yeni-yeni  üzlərinə 
heyrət  edirdi.  Görürdü  ki,  daha  məhəbbətçün  axan  göz  yaşları 
çiçəkləmir.  Görürdü  ki,  Staxanov  hərəkatı  adı  altında  ən  böyük 
yalan  yanır,  tüstüsünü  içində  boğurlar...
Hara  dönürsən  kələk,
Hara  dönürsən  hiylə?
Ürəklilər  boğulur 
Ürəksizlər  əliylə.
Amma  Səyavuş  Sərxanlı  şair  idi,  söz  havasına  uçurdu.  Di  gəl, 
təzadlar qırırdı  qanadını:  ömrün  o  üzünün  şirin  vədləri  ilə  bu  üzü­
nün  dərdləri,  toqquşub-birləşib,  şeir  olub  qaynayırdı  içində...
Dünya  nədən  bazarıydı,
Kimlər  kimdən  bezarıydı?
Sinə  gördüm  gülzarıydı  - 
Altda  ürək  paslanmışdı.
Niyələrin  əlacını  necələrdə  tapmaq  şair  ürəyinin  yükü  deyildi. 
O  da  əlacsızlığa  ərköyünlük  donu  geydirirdi.
Bu  gün  könlümə  dəyməyin,
Gedirəm  könül  almağa.
Könül  almağı  bacarırdı,  “qırıb  qanunların  qapılarım”,  özünü 
azadlığa  tapşırmağa  isə  gücü  çatmırdı  şairin.  Gücsüzlüyü  özü  ilə
д а ?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə