Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə33/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   29   30   31   32   33   34   35   36   ...   76

Səyavuş  Sərxanlı
VƏTƏN,  SƏSLƏ  OĞLUNU...
Ağacınam  -   ayaq  üstə,  yuxusuz, 
Əlacınam  -   qadağasız,  qorxusuz, 
Leylacınam  -   duya  bilməz  duyğusuz, 
Möhtacınam  -   yüz  sınaqsız,  sorğusuz, 
Neyə  tutum,  göydən  asım  yolunu  -  
Vətən,  var  ol,
Vətən,  səslə  oğlunu!
Ana  südün,  dağ  çiçəyin  öyüdüm,
Ay  nurunda,  gün  nurunda  öyüldüm, 
Səhvlərimin  zindanında  döyüldüm,
Mən  Xətai  qürurundan  böyüdüm 
Çox  əl-qola  kəmənd  atdım  yolunu  - 
Vətən,  var  ol,
Vətən,  səslə  oğlunu!
Dumaların  həsrətimi  daşıdı,
Bir  oğlunam  -   Araz  dərdi  yaşıdım, 
Göyərməyən  qeyrətimi  daşıdı,
Mən  sabaha  min  ümidlə  yaşadım, 
İmanlara  qalxan  etdim  yolunu  - 
Vətən,  var  ol,
Vətən,  səslə  oğlunu!
Ellərini  sağım-solum  bilmişəm,
Yollarını  vuran  qolum  bilmişəm, 
Dağlarını  dəlim-dolum  bilmişəm, 
Mənəm  körpən,  səni  ulum  bilmişəm: 
Tarixlərə  çıraq  tutum  yolunu  - 
Vətən,  var  ol,
Vətən,  səslə  oğlunu!
s m
?
____________________________  Vətən,  səslə  oğlunu
Bir  ozanam,  saz  göyərər  külümdən,
Bir  körpüyəm,  karvan  keçər  belimdən,
Anadiltək  asılaram  dilimdən,
Göylər  enib,  su  içəndə  əlimdən,
Dizim  üstə  qılınc  gördüm  yolunu  - 
V ətən,  var  ol,
V ətən,  səslə  oğlunu!
1984-cü  il
ANA
Anam  Səadətə...
Vuruldum  V ətənə  ana  adında,
Ömrümün  gecəsi-gündüzü  ana!
Həyat  dediyimiz  kainatın  da 
İlk  sözü  anadı,  son  sözü  ana.
Ana  -   ilk  məhəbbət  sözü  kimidir,
Safdır  hər  niyyəti,  hər  arzusu  da.
Ana  -   təbiətin  özü  kimidir,
Bir  əli  oddadır,  bir  əli  suda.
Ana  məktəbini  keçməyən  həyat 
Özünə  bir  ömür  qazana  bilməz.
Bir  ana  kölgəsi  düşməyən  həyət 
Yüz  ocaq  yansa  da,  qızına  bilməz.
Ata  -   əkinçisə,  anadı  -   torpaq,
Sinəsi  güllüdü,  gülüstanlıdı.
Köçər  nağıllara  o  çıraq-çıraq,
Hər  aylı  gecəsi  yüz  dastanlıdı.
Çəm ənlə  yeriyən,  çaylarla  axan 
Ana  nəfəsidi,  ana  nəfəsi.
s m
?


Hərbin
top-tüfəngli  gözündən  baxan 
Ana  naləsidi,  ana  naləsi!
Çəkər  yuxusuna  savaşlar  kimi 
Qəbri  qürbət  eldə  itənləri  o;
Yollar  qırağında  ağaclar  kimi 
Göyərib
gözləyər  gedənləri  o.
Səbri  ondan  alıb  dağım-daşım  da, 
Can  verib  yurdumun  ocaqlarına.
O,  sac  qırağında,  təndir  başında 
Qəlbini  bölübdü  qonaqlarına.
Laylaya  güvənib  çətində-darda, 
Beşiyi  -   bəşərin  şah  əsəridir.
Bütün  muğamlar  da,  simfoniyalar  da 
Layla  ağacının  meyvələridir!
Yer  üzü,  göy  üzü  borana  düşsə, 
Həyatın  közərən  gözüdü  ana. 
Göylərin  güləyən  gözü  günəşsə, 
Yerlərin  ağlağan  gözüdü  ana.
Bir  dünya  asılıb  hər  ağ  telindən,
Yeri  göz  üstündə  görünməlidir.
Bəşər  ömür  alıb  ana  əlindən,
Ana  əhdinə  də  bürünməlidir.
Odur  əl  arxası,  min  ev  dirəyi,
Hər  arzu,  əməli  günəşə  baxar.
Yüz  xəzan  gəlsə  də,  ana  ürəyi 
Həmişəbahardı,  həmişəbahar!
Səyavuş  S ərxa n lı
----------------------------------------------------------
Qızlar  eşq  badəsi  içməzdən  əvvəl 
Ana  əllərindən  su  içsin  gərək.
Bir  evdən-bir  evə  köçməzdən  əvvəl 
Öyüddən-öyüdə  yol  keçsin  gərək.
Səpər  sovqatını  bağça-bağ  kimi,
Günəşdi  evlərin  yaxasında  o.
Qocalıb,
əssə  də  bir  yarpaq  kimi,
Dağdı  dünyamızın  arxasında  o!
Bir  canlı  tarixdi,  bir  canlı  əsər,
Qızıldan  qiymətli  hər  kəlməsidir.
İnsanlıq  yolunda  oğullar  -   əsgər,
Ana  -   sərkərdələr  sərkərdəsidir!
Bu  sözü  ən  şirin  -   dilim  deyibdi,
Dayan  qulluğunda,  xoş  halın  olsun;
M ənə  qələm  verən  elim  deyibdi:
Ana  südün  kimi  halalın  olsun!
Şairlər  şeirini  qınasın  bir  az,
Borcludu  önündə  o  saf niyyətin;
Dahilər  yerini  tanısın  bir  az  - 
Anadı  dahisi  əbədiyyətin...
Şəmkir,  1985-ci  il
______________________________ _____  
Vətən,  səslə  oğlunu
t o ?


Səyavuş  Sərxanlı
TORPAQ  AXTARIRAM
Torpaq  axtarıram,
Bir  ovuc  alıb,
Sıxanda  Xaqani  hayqırsın  onda. 
Torpaq  axtarıram,  zəlzələ  salıb, 
Qandallar,  zəncirlər  qırılsın  onda!
M ənə  dərdim  qədər  qayğı  gərəkdir, 
Yanmayan  de,  haçan  ürək  olubdur? 
Yanğı  söndürməyə  su,  su  gərəkdir, 
Mənə  torpaq,  torpaq  gərək  olubdur!
Sənin  varlığını  bir  heç  eyləyən 
Sənin  gözündəcə  gecələyərmiş; 
Deyirdin  quşlardı  tək  köç  eyləyən, 
Sən  demə,  torpaq  da  köç  eyləyərmiş!
Xətai,
Səttarxan,
Üzeyir,
Vurğun
Torpağın  altına  köçüb  nə  vaxtdan  - 
Elə  bil  yurdumuz  uçmamaq  üçün 
Tutublar  torpağın  ayaqlarından.
Qoy  hicran  alışıb  dönsün  çırağa, 
Vüsal  yollarına  duman-çən  düşüb; 
Əyri  qılınc  kimi  ana  torpağa 
Araz  Savalanm  əlindən  düşüb.
Ağsaç  okeantək  qoparıb  haray,
Niyə  qəmsizləri  sıxmayır  Vətən?
Vətən,  səslə  oğlunu
Bir  qanad  o  taydı.
Bir  qanad  bu  tay,
Ha  uçur,
bir  yana  çıxmayır  Vətən!
Çaxsın  ildırımlar...  sən  heyrətə  bax,
O  tufanlı  başlar  yoxsa  donubdu? 
Qoynunda  insanlar  dəfn  olan  torpaq 
Bəs  özü  hayanda  dəfn  olunubdu?!
Ə l-ələ  verməsə  milyon  məhəbbət, 
M ilçəklər  ağzında  bizi  aparar;
İnsan  yetimliyi  ovunar,  fəqət,
Torpaq  yetimliyi  fəryad  qoparar!
Gözümdə  bir  torpaq  öyünür  mənim, 
Mən  də  o  torpağın  bir  zərrəsitək; 
Sinəmdə  bir  ürək  döyünür  mənim, 
Döyünür  narahat  yer  kürrəsi  tək.
Hər  misram  bir  günəş  şüası  kimi,
Ömür  nurlandırsın,  çiçək  bitirsin.
Hər  şerim  -  meteor  parçası  kimi 
Dağılan  dünyamdan  xəbər  gətirsin.
Nizami  dünyalı,  Tomris  baxışlı,
Babək  atlamşlı  torpağım  hanı?
Yox!  Yox!  Yox!  Siz  məni  alqışlamayın, 
Ən  böyük  alqışlı  torpağım  hanı?!
1963-cü  il
s m
?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə