Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə36/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   32   33   34   35   36   37   38   39   ...   76

Çənlibel  -  dumanlı,  çənli,  avazlı;
O  gəlir,  bir  qara-qorxutək  gəlir,
Bir  əli  qılınclı,
Bir  əli  sazlı!
Gəlir...  dalınca  da  dağlar  qartalı 
Yeddi  min 
yeddi  yüz
yetmiş  yeddi  ər!
O  gəlir,
Canının  hayına  qalıb,
Dəyirman  axtarır  keçəl  həmzələr.
İllərlə  nizələr  yazdi  şeirimi, 
Düşmədi  dillərdən  tarixin  adı... 
Vəfasız  gözəllər  basdı  şeirimi,
Nigar  mərdliyindən  söz  açılmadı.
Halal  baxtımıza  kor  yaranmışıq,
Öz  əlim  özümə  yer  bölür  hələ, 
Koroğlu  dastanı  bitməyib,  aşıq, 
Koroğlu  heykəli  yol  gəlir  hələ.
Gəlir,
Misrisini  suvarıb  kində,
Nərəsindən  göylər  halsızlayacaq, 
Sasunlu  David  də,  Dolqoruki  də 
Tərpənib  atım  mahmızlayacaq.
O  gəlir  el  əhdi,  el  istəyincə,
İşığı  bərq  vurur  dağlar  dalında.
Ona  veriləcək  meydandan  əvvəl 
Bu  meydan  sinəmdi  pyedestalı  da!
Ey  Bakı!  Başına  heykəllər  yığan! 
Qoy  bir  sabahın  da  gül-çiçək  olsun.
Səyavuş  Sərxanlı
  — ---------------------------------------------------
Vətən,  səslə  oğlunu
Qıratın  belində
dəryadan  çıxan
Koroğlu  heykəlin  mübarək  olsun!
1980-ci  il
AND
Öləziyən  çıraqlara  and  olsun!
Əl  istəyən  yaraqlara  and  olsun!
El  istəyən  soraqlara  and  olun!
Çöl  istəyən  oraqlara  and  olsun!
Tel  istəyən  barmaqlara  and  olsun! 
Dil  istəyən  varaqlara  and  olsun!
Tüstüləyən  ocaqlara  and  olsun! 
Dost  diləyən  bucaqlara  and  olsun! 
Məst  eləyən  qucaqlara  and  olsun! 
Qəsd  eləyən  qaçaqlara  and  olsun! 
Üstələyən  qoçaqlara  and  olsun! 
Dərs  biləyən  uşaqlara  and  olsun!
O  yellənən  yaylıqlara  and  olsun!
O  tellənən  oylaqlara  and  olsun!
O  şellənən  yaylaqlara  and  olsun!
O  sellənən  çaylaqlara  and  olsun!
O  dillənən  bulaqlara  and  olsun!
O  güllənən  ayaqlara  and  olsun!
Öpdüyümüz  dodaqlara  and  olsun! 
Öpdüyümüz  yataqlara  and  olsun! 
Öpdüyümüz  qundaqlara  and  olsun! 
Öpdüyümüz  qonaqlara  and  olsun!


Səyavuş  S ərxa n lı---------------------------------------------
Öpdüyümüz  bayraqlara  and  olsun! 
Öpdüyümüz  torpaqlara  and  olsun!..
KOTAN  BULAĞI
Gəldim  görüşünə  həsrət  ürəklə, 
Elimsən,  obamsan,  Kotan  bulağı. 
Yenə  qarşıladın  güllə-çiçəklə,
Ən  solmaz  dünyamsan,  Kotan  bulağı.
Ulduzlu  göyləri  səndə  görmüşəm,
O  duzlu  neyləri  səndə  görmüşəm. 
Nərgizli  dilbəri  səndə  görmüşəm, 
Qüdrətdən  aynamsan,  Kotan  bulağı.
Yarpızlı  suyundan  qumrular  içər, 
Lilparlı  yolundan  cüyürlər  keçər. 
Gözəllər  tel  sayar,  sirrini  açar,
Min  əhdə  peymansan,  Kotan  bulağı.
Neçə  el-obadan  ətir  tutubsan,
Hörmət  gözləyibsən,  xətir  tutubsan. 
Salxım  söyüdünlə  çətir  tutubsan, 
Halıma  yanansan,  Kotan  bulağı.
Başında  bağrımı  şanalamışam, 
Daşında  adımı  xınalamışam.
Çox  sevib  seçmişəm,  sonalamışam, 
Birinci  sonamsan,  Kotan  bulağı.
Əysilib  başımdan  dostum,  sirdaşım, 
Gözümdən  tökülür  gözünün  yaşı.
S O ?
-----------------------------------------   Vətən,  səslə  oğlunu
Sarı  yal  atamdır,  dağlar  qardaşım,
Sən  mənim  anamsan,  Kotan  bulağı...
Şəmkir-Yasamal, 
1984-cü  il
QUŞLAR  ASILACAQ 
ZƏNGULƏSİNDƏN...
Güldanlar  gül  kimi  çıxır  eyvana, 
Evlər  çaya  tutur  qulaqlarını.
Yastığı,  yorğanı  çırpan  bir  ana 
Çırpır  qara  qışın  qalıqlarını.
Nur  salır  bir  günəş  yaraşığında 
Tüstüsü  düz  çıxan  doğma  ocaqlar. 
Çiçəklə  ulduzun  ağ  işığında 
Qönçə  m əhəbbətlər  açılacaqlar.
Evlər  adamları  çıxarır  çölə,
Yollar  puçurlayan  budağa  dönüb. 
Ney  nə  deyibdisə,  bilmirəm  hələ, 
Bulaq  öpülməli  dodağa  dönüb. 
Bənövşə
düz-dünya  yaz  olub  deyə, 
Göz  sıxır  badamı  bəbəklərinə. 
Taleyi  bir  gözdən  asılıb  deyə, 
Qısılıb  kolların  ətəklərinə.
Keçi  məməsitək  dolub  tumurcuq, 
Bircə  himə  bənddi  zoğ  atmaq  üçün. 
Nizə  buzların  da  sellənir  ucu, 
Xəzəlli  arxları  oxutmaq  üçün.
«aıs?


Üzünə  tilsimlər  toxunub  nədi,
Yanır  alçalıqda  "qar"  çıraq-çıraq. 
Vətəndaş  sərçələr  uğunub  gedir. 
Qürbətdən  qayıdan  qaranquşa  bax?
Şimşək  üfüqlərdən  göz  elədikcə, 
Dağlar
dünya  görmüş  ozana  dönür. 
Yağış  yal-yamacı  nizələdikcə, 
Bulaqlar  qaynayan  qazana  dönür.
Bir  qızıl  inəktək
torpaq  oyanıb,
Tərpənən  döşündən  süd  buğu  qalxır. 
Qovaqlar  uçmağa  hazır  dayanıb, 
Çöldə  dəli  yazın  quyruğu  qalxır.
Qoşulun  sulara,  çalın  çağırın, 
Küsməyi  tərgitsin  bir  az  o  yar  da. 
Göy  otla  bəzənib  gülən  cığırın 
Bir  ucu  qışdadı,  biri  baharda...
Daşa  da  can  verir  bu  səs,  bu  səda, 
Gizli  bir  hənirdi  yayan  baharı. 
Hayandan  gəlsə  də,
Nə  vaxt  gəlsə  də,
Ürəkdir  birinci  duyan  baharı!
Üfüq  hallanacaq  göyün  səsindən, 
Bizdən  çox  irəli  yaz  olduğutək; 
Quşlar  asılacaq  zənguləsindən  - 
Qəlbimiz  ümiddən  asıldığıtək...
Səyavuş  Sərxa n lı
----------------------------------------------------------
« ?
____________________________   Vətən,  səslə  oğlunu
DURNA  DƏYƏLƏRİN  KÖÇÜ
Açıldı  son  dəfə  qanadlar  kimi,
Yüklərə  çatıldı  duma  dəyələr.
Sürülər  sürünən  buludlar  kimi 
Arana  üz  tutdu  bu  qərib  səhər.
Son  dəfə  bulağa  səyirt  kəhəri,
Orda  xatayilər  alışar  daha.
Hirsindən  qaralan  ocaq  yerləri 
Gecə  ulduzlarla  danışar  daha.
Ötdü  duma  səsi,  dünya  səngidi,
Qartal  öz  asudə  göyünü  istər.
Daha  göy  qayalar  göy  üzəngidi,
Çobanı  haraylar,
Neyini  istər.
Səbri  daralıbdı  zülmə  qalmışın  - 
Meşənin  əlindən  yuxusu  düşər.
Yolun  o  üzünü  tutan  yağışın 
Yolun  bu  üzünə  qorxusu  düşər.
Daha  tüfəngin  də  səsi  nəmləyər,
Yığar  göy  üzündən  toy-düyününü.
Kəklik  bikefləyər, 
dovşan  qəmləyər,
Gözləyər  ağ  qışı  -   qara  gününü.
Bircə  yol  bəri  çıx,  dağlara  sən  bax  - 
İlxı  kişnərtisi  qulaq  dələndə.
Sabahkı  nənəyə,  babaya  dön  bax:
Xurcuntayı  gedir  ulaq  belində.
< i O ?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə