Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə37/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   33   34   35   36   37   38   39   40   ...   76

Səyavuş  S ərxa n lı-------------------------------------------
Dolub  boşaldıqca  köksü  yaylağın, 
Gör  neçə  ürək  dolu  qayıdır; 
Qalxanda  sirliydi  üzü  dağların, 
Enəndə  “Kərəmi”  yolu  qayıdır.
Bəs  necə!  Ayrı  cür  əsdi  küləklər, 
Yer  göyün,  göy  yerin  ahəngi  oldu: 
Yığılıb  daşındı  güllər,  çiçəklər,
İlkin  sevgilərin  çələngi  oldu.
Kəkotu,  qantəpər,  yarpız,  quzqulaq 
Çəkər  boxçalarda  qışın  fikrini. 
Kövrəlib  yamacdan  baxır  yalquzaq 
Qoşundan  gen  düşən  sərkərdə  kimi.
Ayə,  o  aşığı  bir  əyləyin  ki,
Bəs  Əsli  necoldu,  de  gerisini!
O  cəngi  zirvəni  söylətməyin  ki, 
Yatağan  dərəyə  tökər  hirsini.
Ulduzlar  hayana  axışıbdısa,
Yenə  yeri-göyü  çən  əsib  örtür. 
Cavanlar  kim  ilə  baxışıbdısa,
Yenə  nənəmizin  çənəsi  ötür.
Dadlı,  qiymətlidi  bu  gün  həyat  da, 
Ürəklər  -  bir  qızıl  damcısı  kimi. 
Sallağı  əyləşib  ağsaqqal  atda,
Dağ  yolu  qıvrılan  qamçısı  kimi...
Könül  laləyanaq  bir  qız  seç,  -   deyir, 
Hər  anda  yüz  cürə  mənadı  dünya. 
Deyirsən  bu  gedən  adi  köç  deyil, 
Yerindən  tərpənən  dünyadı,  dünya...
____________________________   Vətən,  səslə  oğlunu
Çiçəyə  bələnib  bu  köçdə  nə  var,
Ətirdən  bal lamb  göz  də,  dodaq  da.
G ecələr  qol-boyun  yatıb,  a  dağlar,
Səhər  qəm  çəkəsən  bir  şeir  haqda!
Uşaqların  qıyı  köçdü  bağlara,
Bulaqlar
Yaylağın  qəhəri  kimi.
İlahi  bir  hüzn  çökdü  dağlara,
Qız  evi  toyunun  səhəri  kimi...
Şəmkir-Galavan, 
1984-cü  il
***
Deyirsən  yazdığın  kənddəndir  bütün,
Neynəyim,  ömrümün  hanası  kənddir.
Onun  gözləriylə  baxdığım  üçün,
Məni  göz  giləsi  sanası  -  kənddir.
Yağdım,  çox  arzuya,  əhdə  calandım, 
Yollarda-izlərdə  oda  qalandım.
Çox  böyük  şəhərlər  gəzdim,  dolandım,
Gördüm  həyatımın  mənası  kənddir.
Çətin  yad  ellərdə  gözüm  islana,
Qürbət  duyğularım  dönməz  dastana.
Ayağım  çəksə  də  yüz  gülüstana, 
Gözümün-könlümün  sonası  kənddir.
İstər  yer  üzünə  yüz  yol  doğulam,
Mən  orda  nağılam,  orda  noğulam.
« S İ S ?


Səyavuş  S ərxa n lı------------------------------------------- _ _ _ _ _
Uzaq  ünvanlara  ögey  oğulam,
Məni  doğma  bilib  yanası  kənddir.
Ona  saz  simidi  səsim,  sorağım,
Ağ  kəfən  kimidi  onsuz  varağım,
Bir  qəfil  qəzadan  sönsə  çırağım,
Anamtək  birinci  sınası  kənddir.
Qardaş  kürəyidi,  bacı  nəfəsi,
Məndən  öncə  uçur  harayı,  səsi,
Qoy  böyük  şəhərlər  qürrələnməsin  - 
Hamısının  atası-anası  kənddir!
1978-ci  il
TƏBİƏT  AĞLAYIR, 
DƏYMƏYİN  MƏNƏ...
Atamın  xatirəsinə
Üfüqlər  alçalıb,  daralıb  yenə,
Kəsilib  boyundan  düzün,  dağın  da; 
Yolların  nəfəsi  qaralıb  yenə,
Çapır  ildırımın  aydınlığında.
Elə  bil  kəhkəşan  çay  imiş,  daşıb, 
Dağılıb  göylərin  ətəklərinə.
Ulduzlar  dumduru  şehə  qarışıb,
Düşür  çiçəklərin  bəbəklərinə.
Göyə  çəkilibdi  göy  qurşağı  da,
Uçur  islaq  duma  lap  aşağıda;
Duman  yaylığını  alıb  əlinə,
Təbiət  ağlayır,  dəyməyin  mənə...
д а ?
Vətən,  səslə  oğlunu
Buludlar  döşənib  qanad-qanada, 
Çırpır  leysanını  dağ  aşa-aşa.
Bir  insan  səsi  də  bəsdir  həyata  - 
Düz-dünya  beləcə  çağlaya,  daşa. 
Xəzəlli  cığırlar  qoşuldu  neyə, 
Qızıllı  talaya  göz  yaşı  axdı.
Bəlkə  zümrüd  səsli  quş  oldu  deyə, 
Qayalar  çayları  çiyninə  taxdı.
Yas  yox  təbiətin  bu  yası  kimi... 
Kədər  ömürlərdən  nə  istəyir,  nə? 
Bütün  ölənlərin  anası  kimi 
Təbiət  ağlayır, 
dəyməyin  mənə...
Ağaclar  kitabmış,  sirli  bir  kitab, 
Düşən  yarpaqları  yel  varaqlayır. 
Yağış  da  təkliyə  gətirməyir  tab, 
Yağır,  Məcnun  kimi  yar  soraqlayır. 
Yağır  -  səsi  sərin,  nəfəsi  dərin,
Bir  həzin  məhəbbət  yağışı  yağır; 
Bütün  nakamların,  sevilməzlərin 
Kama  yetənlərə  alqışı  yağır.
Yağır,  arzulayır  görən  kim-kimi? 
Bir  qəlbə  dəyiblər  hardasa  yenə; 
Milyon  il  əvvəllər  olduğu  kimi 
Təbiət  ağlayır,  dəyməyin  mənə...
Yurdsuz  adamlartək  çöldə  üşüyən 
Bağların  soyuğu  canımdan  keçir. 
Arxların  yerinə  mənəm  tövşüyən  - 
O  sellər,  o  sular  qanımdan  keçir. 
Asfalt  yapıncıda  küçə  dincəlir, 
Çaylar  da  sel  geyib,  əyni  qalındı, 
Torpaq  yollarasa  yazığım  gəlir,
д а ?


Uşaqlıq  çağımtək  ayaqyalındı...
Görürəm,
duyuram,
sağam,
razıyam...
Amma  razı  adam  deməyin  mənə,
Mən  ki,  təbiətin  bir  parçasıyam,
Təbiət  ağlayır, 
dəyməyin  mənə...
1977-ci  il
Səyavuş  Sərxa n lı
-------------------------------------------------------------- -------
SÜLEYMAN  “SEGAH ’I
Müğənni  S.Abdullayevə
Yarəb!  Bu  nə  səsdi,  yandı  ağız,  dil,
Həsrətin  yolunu  illərə  saldı!
Sökülən  bir  sinə,  tikilən  bir  el 
Adımı-sanımı  dillərə  saldı!
Arazın  yolunu  daşdan  eylədi,
O  tayı,  bu  tayı  huşdan  eylədi.
Duma  qatarını  köçdən  eylədi,
Yolundan  ayırıb  göllərə  saldı.
Zümrüd  qanadını  seçdi  vətəndən,
Bir  atlı  qoşuntək  keçdi  vətəndən.
Səni  səndən  aldı,  məni  də  məndən,
Sellərin  yönünü  tellərə  saldı.
Bir  səməndər  kimi  girdi  odlara,
Yandı  tariximə,  yandım  adlara.
4 0
?
Vətən,  səslə  oğlunu
Zəngulə  oxunu  atdı  yadlara,
Sarı  sim  mehrini  ellərə  saldı.
Gözümü  yaş  boğdu,  dağları  duman,
Durma,  ömür  getdi,  ay  dad,  ay  aman.
Şahin  Səyavuşu  qartal  Süleyman 
Göylərdən  endirib  çöllərə  saldı!..
Şəmkir-Morul, 
1983-cü  il
MƏNİM  QARABAĞIM
Rahat  uyu,  Xudu  bəy...
Mənim  Qarabağım  dözümdü,  tabdı,
İnam  günəşidi  min  səhərimin,
Mənim  Qarabağım  bir  daş  kitabdı  - 
Düşübdü  başına  düşmənlərimin.
Uçur  qartal  kimi  tarixə  sarı,
O  mənim  səngiməz  həyəcanımdı.
Yiyə  durmayanda  mərd  oğulları,
Mənim  Qarabağım  çıxan  canımdı.
Üstünə  o  qədər  yellər  əsdi  ki,
Söndürə  bilmədi  çıraqlarını.
Tək  elə  Şuşanın  adı  bəsdi  ki,
Utandıra  “adlı”  qonaqlarını.
Sanma  şimşəklərdi,  cəng  elədilər  - 
“Cəngi”di  qaynayan  həyatı  kimi.
Qundaqlar  bələnmiş  zəngulədilər,
Açsan,  qıy  çəkəcək  “Heyratı”  kimi!


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə