Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə39/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   35   36   37   38   39   40   41   42   ...   76

Səyavuş  Sərxa n lı-----------------------------------------------
A  QARLI  DAĞLAR
Yenə  sizi  gördüm,
a  qarlı  dağlar!
Siz  də  bu  dünyada  bir  cahansınız;
Bircə  mən  bilirəm  sizdə  nələr  var, 
Nədən  qəmlisiniz,
nigaransınız...
Dağların  köksündə  vulkanmı  yatır  - 
Fikirli-fikirli
dumanlanır  hey?
Göylərin  leysanı  ümman  yaradır, 
Göylər  sərinləmir,
Dağlar  yanır  hey.
Gün  çıxır,  dumanla  qalxır  savaşa, 
Dağların  kürkünü  istiləndirir.
Sanki  qocalardı  verib  baş-başa,
Dağlar  qəlyanını  tüstüləndirir.
Burdan  ordu  keçib,  burdan  cəng  keçib, 
Ümmanla  göz  yaşı  töküb  dərələr.
Elə  bil  dağlardan  bir  nəhəng  keçib, 
Ayağı  altında
çöküb  dərələr!
Qayalar  burulub,  tökülüb  çin-çin, 
Anamız  Tomrisin  ağ  saçı  kimi; 
Dağlardan  yol  salmaq  çətindir,  çətin  - 
Dağlar  -   pələnglərin  arxacı  kimi!
Vətən,  səslə  oğlunu
Şair  ürəyitək  yanar  zirvələr,
Qızmar  duyğulardan  ora  od  düşüb. 
Yer  dağ  qanadıyla  uçmaqmı  istər, 
Yoxsa  uçub  yerə  Planet  düşüb?!
Mən  ona  qabarmış  torpaq  deyirəm, 
Dünyanı  döyüşə  çağıra  bilər.
Vursa  yumruğunu  bir  dağ  deyirəm, 
Yeri  orbitindən  çıxara  bilər.
Şəlalə  atlıtək  çəkər  yüyəni,
Təpələr  bir  yorğun  piyada  kimi. 
Dağlar  -   təbiətin  sağlıq  deyəni, 
Qaldırar  Günəşi  piyalə  kimi!
Yenə  sizi  gördüm,  a  qarlı  dağlar, 
Ömürtək  payızlı,  baharlısınız.
Bir  ana  köksütək  susmaz  nəğməkar, 
Bir  ata  qəlbitək  vüqarlısınız!..
A


Səyavuş  Sərxanlı
VURĞUN  MOSKVANI 
FƏTH  ELƏMİŞDİ...
Hər  dəfə  Moskvada  Mərkəzi  Yazıçılar  Evinin  iclas  salonuna 
girəndə,  mənə  elə  gəlir  ki,  uca  kürsüdən  Səməd  Vurğunun  adam ı 
adam  eləyən  səsini  eşidirəm;  “Müsəlləh  əsgərəm  mən  də  b u  
gündən!”  -  deyir  şeirimizin  ağrılı  vicdanlarından  biri,  səhvli- 
sərgüzəştli  böyük  şairimiz.
Kürsüyə  dönmüşdü  - 
vüqarlı,  uca,
Açmışdı  köksünü 
Yanar,  əsəbi;
Zenit  toplarından  mərmitək  uçan 
Onun  qəzəbiydi,  onun  qəzəbi!
Misralar  əsgərtək  nərildəyirdi,
Bağrı  qanamışdı  yerin,  göyün  də;
Özü  Moskvada  şeir  deyirdi,
Qəlbi  döyüşürdü  Berlin  göyündə.
Heç  nə  susdurammaz  şair  fikrini,
Səsində  tarixin  davamı  gedər.
O  sərtdir
General  Karbışev  kimi,
Yuxadır  Axilles  dabanı  qədər.
Açıb  yer  üzünə  nur  qanadını,
Güllədən,  ölümdən  sovuşub  gəlir;
Naməlum  əsgərin  məlum  adını 
Qanlı  Reyxstaqdan  soruşub  gəlir.
Hamını  dünyaya  gətirir  vətən,
Şairsə  dünyaya  bir  Vətən  doğur!
Amaldan,  ağrıdan,  candan,  diləkdən,
Ürəkdən,  m əsləkdən,  qeyrətdən  doğur!
д а ?
Vətən,  səslə  oğlunu
Salondan  adlayan  söz qoşunuydu, 
Min  ordu  səsiydi  bir ilham  səsi. 
Səsi  alov saçan  qurğuşunuydu, 
İttiham  səsiydi,  ittiham  səsi...
Salon  göy  qurşağı  bələndi  birdən, 
Nəmli  səngərlərin  havası  gəldi. 
Qızaran bayraqlar tərpəndi  birdən, 
Sanki  Dneprin  dalğası  gəldi.
Ayaqlar bitirdi  sünbül  yerinə, 
Bədən  sürünürdü kəhərə doğru; 
Qoltuq ağadan  çiyinlərində 
Oğul  daşıyırdı  kəndlərə doğru.
Bombalar düşdükcə,  saraldıqca gün  - 
Analar adını  torpağa verdi;
Torpaq  balasını  qorumaq  üçün 
Qalxıb  sinəsini  qabağa  verdi!
Yerdəki  atəşə  yandı  göydə qar,
Axdı  yer üzündən  tüstülü  bir sel. 
Yaralı  şəhərdir,  əsgər obalar 
Gedib  o dünyadan  gəldi  elə bil.
Şair sərkərdələr sərkərdəsidir!
Gör kimlər
şairi  dinləyirdilər 
Yığışıb gəlmişdi  o gün birbəbir - 
Anamız Tomrisdən Jukova qədər.
Qalxırdı  Qafqazdan  Azərbaycanım, 
Qıncı  qanadı  -  Arazdı,  Kürdü.


Səyavuş  S ərxa n lı--------------------------------------------------------
Mərdlər yer aldıqca addımı  sanı,
Göylər görüşlərə ulduz tökürdü.
Şairtək  narahat  bir  səma  hanı?
O,  dolan  buluddu  -   gərək  yağa  o.
Qırıb  qanunların  qapılarını,
Özünü  tapşırar  azadlığa  o!
Tüfəng  lüləsitək  barmaqlarından 
Min  ana  qəlbinin  atəşi  axdı.
Döyüşdə  rahatdı  narahat  insan  - 
Şair  döyüşsüzsə,  ölümü  haqdır!
İnsanlar  içində  şair  bir  ada,
O,  gəzən,  yeriyən  torpaq  kimidir;
Şair  ürəyindən  qopan  bir  səda 
Səngərdən  ucalan  bayraq  kimidir.
O,  yer  günəşidir  -  yanar,  közərər,
Atəşə  qonşu  ol,  desinlər  varsan;
Şairə  toxunma,  toxunsan  əgər  - 
Sən  öz  tarixini  yaralayarsan!
Torpaq  da  öyünər  bu  təmiz  adla,
Şairsiz  bir  elin  -   yediyi  qəmdir.
Xalq  uçar  tarixə  qoşa  qanadla  - 
Biri  süngüdürsə,  biri  qələmdir.
...  Yumruğu  mərmitək  qalxıb  enirdi,
Kürsü  səs  verirdi  bomba  səsitək.
Qıraqda  bir  “Kazbek”  tüstülənirdi  - 
Döyüşdə  vurulan  top  lüləsitək...
Moskva
sentyabr,  1979-cu  il
« S O ?
Vətən,  səslə  oğlunu
TOXUMLAR  TORPAĞI 
DİMDİKLƏYİRLƏR
Toxumlar  torpağı  dimdikləyirlər, 
Çöllərin  çiyninə  yaz  atmaq  üçün; 
Sonra  da,  əzizim,  nə  olacaq  ki  - 
Əkinçi  ömrünü  uzatmaq  üçün. 
Zəm ilər  qurşağa  toxunsun  deyə.
Bülbüllər  şehləri  dimdikləyirlər, 
İncə  boğazım  yaşlamaq  üçün;
Sonra  da,  əzizim,  nə  olacaq  ki  - 
Zəngulə  qırğını  başlamaq  üçün.
Yağışlar  buludu  dimdikləyirlər, 
Arxların  sinəsi  ovunsun  deyə;
Sonra  da,
əzizim,
nə  olacaq  ki  -
Zəm ilər  qurşağa  toxunsun  deyə.
Addımlar  yolları  dimdikləyirlər, 
Yollar  obalara  tac  olsun  deyə.
Sonra  da,
əzizim,
nə  olacaq  ki  -
Toyların  qanadı  açılsın  deyə.
Sevgilər  ürəyi  dimdikləyirlər, 
Kədəri  təkləyib  qocaltmaq  üçün; 
Sonra  da,
əzizim, 
nə  olacaq  ki  -
İnsanı  günəşə  ucaltmaq  üçün.
«
5 0
?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə