Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə38/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   34   35   36   37   38   39   40   41   ...   76

Görk  oldun  bəşərə  şöhrət-şan  kimi, 
Bəxtinin  çox  əriş-arğacı  oldu, 
Xəncərə  mərd  əli  yaraşan  kimi,
Xan  da
xan  dağların  baş  tacı  oldu! 
Hər  qayan  açılan  nur  qanadlan,
Biz  səni  göz  üstə  bəsləməliyik. 
Durub  sadalasaq  istedadları 
Yəqin  səhərəcən  gözləməliyik!
Mənim  Qarabağım!
Kövrəlirəm  ki,
Sənin  qızların  da  igiddir,  ərdir,
Sənə,  Qarabağım,  baş  əyirəm  ki, 
Torpağın  qəm  deyil,  qeyrət  göyərdir!
Ellərdi  hay  verən  o  tay,  bu  taydan, 
Qarabağ  qılınca  çəkir  səsini, 
Gündüzlər  günəşdən,
Gecələr  aydan
Asır  Azərbaycan  zənguləsini.
O  ulu  göyləri  ən  uca  bilsək,
Ən  uzaq  ulduzdan  dinəsi  sənsən. 
Dünyanı
Oxuyan  bir  qoca  bilsək,
Ən  cavan  muğamat  sinəsi  sənsən.
Hamı  el  qədrini  bilir  ki,  burda  - 
Dili  də  şirindi  bal  suyu  qədər.
Hər  oğul  dünyaya  gəlir  ki,  burda, 
Ucalda  xalqını  öz  boyu  qədər...
Səyavuş  S ərxa n lı
------------------------------------------------------ —
«
5152
?
____________________________ Vətən,  səslə  oğlunu
ŞUŞADA  POEZİYA  BAYRAMI
Bir  döyüş  meydanı  gördüm  bu  yeri,
Bir  şair  qardaşım  şeir  deyirdi.
Yaxında  qızların  qara  gözləri,
Uzaqda  Murovdağ  çiçəkləyirdi.
Göyə  söykənmişdi  şairin  üzü,
Sazın  simlərində  yanırdı  su  da.
Baxtıma  m əhəttəl  qalmışdım,  düzü,
Sehrə  bələnmişdi  söz  də,  arzu  da.
Ay  doğdu...  Daşaltı  suları  yandı,
Kaş  qurban  gedəydim  Kirsi  doğana;
Gözlərimdə  qoşa  ney  işıqlandı,
Məni  səpələdi  Azərbaycana.
Gördüm
daş  dünyamız
şüşə  bələnmiş  - 
Sındıran  da  yazıq,
Sınan  da  yazıq.
Gördüm  ki,  ürəklər  nəğmələrinmiş,
Yandıran  da  yazıq,
Yanan  da  yazıq.
Gördüm
çoxdan  keçib, 
azın  baxtına
Şair  göz  yaşını  bələməkdədir.
Əlləri  uzalı  bu  söz  taxtına  - 
Gördüm  çox  şairlər  mələməkdədir.


Bir  ağır  karvanı  çəkirdi  o  tək... 
Daşlar  da  tərpənib  yerimişdilər. 
Gölünə  daş  düşən  qurbağalartək 
Qonşu  şairləri  kirimişdilər.
Ümidlə  doluydu,  odla  doluydu, 
Doğmadan,  əzizdən  danışırdı  o.
Araz  bir  qoluydu,
Kür  bir  qoluydu,
Dünyaya  Təbrizdən  danışırdı  o.
Deyirdi:  vaxtın  haqq  məhkəməsində 
Əsillik-nəsillik  seçilməlidir.
Deyirdi:  son  sözün  piyaləsində 
Arazın  göz  yaşı  içilməlidir!
Şair  mərmi  canlı  torpaqdı  axı! 
Qorxusuz  bir  şair  -  sınmış  qanaddır. 
Qoruna  bilməyən  vətən  torpağı 
Düşmənə  doğmadı,
Doğmaya  -  yaddı!
Üzü  nurlanırlı  bir  loğman  kimi,
Bu  cavan  müdrik  bir  qocaydı  elə! 
Çəkirdi  yurdumun  sərhədlərini 
Dərbənddən,
Göyçədən,
Təbrizdən  belə!
Qurbanı  olanda  doğulur  Vətən!
Şair  deyirdi  ki,  özün  halısan.
Əlin  gül  üzdükcə  gələcəyindən, 
Keçmişə  baş  əym ək  bacarmalısan.
Səyavuş  Sərxa n lı
---------------------------------------------------------
------------------------------------------   Vətən,  səslə  oğlunu
Sevgidən  dedikcə...  susurdu  aləm,
Həsrət  göyərirdi  göy  meşə  kimi.
Qəddi  əyilirdi  şairin  o  dəm 
Ayrılıq  bükülən  bənövşə  kimi.
Çiçək  ətri  idi  dil-ağızdakı,
Yerdən  də,  göydən  də  yağırdı  ruzu.
Məni  götürmüşdü  sıramızdakı 
Böyük  adamları  öpmək  arzusu!
Yer-göy  dirilmişdi  bayaqdan  bəri,
Bir  şair  qardaşım  şeir  deyirdi.
Bu  yanda  qızların  qara  gözləri,
O  yanda
Topxana  çiçəkləyirdi...
Şuşa,  1981-ci  il
MƏNİ  SORUŞAN  OLSA...
“Niyə yazmamışam  o  zaman,  Allah?!”
Əli  Kərim
Məni  xatırlayan,
Soruşan  olsa  - 
Üzüm  ellərədir,
Ünvanım  -  şeir.
Kim  məni  tapanda  pərişan  olsa,
Özümə  tutduğum  divanım  -   şeir...
Bir  ev  tüstüləsə,  oba  dardasa,
Ora  qanad  kimi  səslədiyim  o;
Həyatın  yanından  keçib,
hardasa,
Durub  həyat  kimi  gözlədiyim  o!
ч е з ?


Səyavuş  Sərxa n lı-----------------------------------------
Gecikən  sevginin  gizli  ahları,
O  yaslar,  o  toylar-düyünlər  -   şeir; 
Dostların  səhvləri,  öz  günahlarım, 
Açılan,  açılmaz  düyünlər  -   şeir.
Şeirdir...  dil  açıb  dillənib  gedir 
Könül  işığında,  ay  işığında. 
Şeirdir...  gül  açıb  güllənib  gedir 
Sünbül  işığında,  çay  işığında.
Şeirdir...  sel  açıb  sellənib  gedir 
Körpə  qədəmində,  saz  sinəsində. 
Şeirdir...  tel  açıb  tellənib  gedir 
Gəlin  gərdənində,  qız  sinəsində.
Sərhəd  dirəkləri,  sevgi  hədləri, 
Həsrətin  axşamı,  səhəri  şeir. 
Ömrün  o  üzünün  şirin  vədləri, 
Ömrün  bu  üzünün  dərdləri  -   şeir.
Obasız  dağların  hüzünlü  başı, 
Yayın  ildırımlı  yağışı  şeir.
Arının  güllərdən  bal  yalvarışı, 
Gülün  iniltisi,  göz  yaşı  -   şeir!
Rəhmə,  insanlığa  ac  olan  inad, 
Ürəkdən  su  içən  söz  dəyirmanı. 
Sabaha,  saflığa  açılan  qanad, 
Həqiqət  loğmanı,
Heyrət  dərmanı...
Heç  kəsi  saymayan  körpəsayağı 
Ağlayandı  şeir,  güləndi  şeir. 
Dünyanın  sədləri  olsa  da  yağı, 
Dünyaya  sorğusuz  gələndi  şeir.
Həzindi,  həlimdi...  nədəndi  ancaq 
Səsi  sarayları  silkələr  onun!
Yuvası  bir  quru  bədəndi,  ancaq 
Ü rəklər  onundu,  ölkələr  onun!
Heç  kimdən,  heç  nədən  kömək  istəməz,
Uğuru  gah  qəmli,  gah  nəşəlidir.
Əl  açıb  hər  əldən  çələng  istəməz,
Öz  qoynu  nərgizli,  bənövşəlidir.
Dünyanı  qar  basıb  -   çən  ötüşəndə, 
Gözündə-könlündə  saxlayan  şeir.
M əhəbbət  öləndə,  həsrət  düşəndə 
Doğma  ana  kimi  ağlayan  -   şeir.
Bir  az  qəhrəmanlıq  yığıb-yığdırıb,
Bir  az  da  dərs  alıb  bir  ərköyündən.
Onu  insanlığa  tanrı  tapşırıb,
Dönməz  diləyindən,  enməz  göyündən.
Qürbətə  yollanan  bir  ovuc  torpaq,
Od  yeyən,  hirs  udan  şeirdir,  şeir.
Ömrün  işığında  addımlayaraq,
Ölümə  toy  tutan  şeirdir,  şeir...
__________________________________ _ 
Vətən,  səslə  oğlunu
Şeir  ağacıdı  qoca  kainat,
Onun  dünya  adlı  kölgəsinə  gəl. 
Şeirdi,
Şeirdi,
Şeirdi  həyat  -
Ləngimə,  gözəllik  ölkəsinə  gəl...


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə