Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə46/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   42   43   44   45   46   47   48   49   ...   76

Səyavuş  Sərxanlı---------------------------------- ----------
Ömrün  çıraq-çıraq  sönən  anları,
Onun  sinəsini  dəlib  keçirlər.
Bütün  ölümlərin  meridianları 
Həkim  ürəyindən  gəlib  keçirlər.
Onun  səsindəki  ən  gizli  qəm  də 
Xəstəyə  dağ  yükü  olub  deyirəm. 
Harda  bir  otağa  həkim  girəndə,
Ora  ümid  seli  dolub  deyirəm.
Cərrah  bıçağına  lap  heyranam  mən  - 
Qurmaqdı,  tikməkdi  yarmaqları  da. 
Ən  güclü  cərəyan  məftillərindən 
Güclüdür  həkimin  barmaqları  da!
Nə  xəyanət  bilər,  nə  də  ki,  hiylə, 
Mikrob  ömür  hara,  loğmanlıq  hara? 
Gülər  ağ  saçların  qəhqəhəsiylə 
Bütün  xırdalara,  xırdalıqlara.
Bütün  ürəklərdə  qopan  ağrılar,
Onun  ürəyinə  yazılır  sanki.
Torpaqda  hər  dəfə  qazılan  məzar, 
Həkim  sinəsində  qazılır  sanki.
Elə  bil  ağarır,  yanır  od  kimi,
Ürəyi  köksündə  tonqalmı  yenə? 
Qəbiristan  yolları  bir  tabut  kimi 
Yüklənər  həkimin  çiyinlərinə.
Sanki  təbiətlə  giribdi  bəhsə,
Əbədi,  narahat  ömür  olubdur;
Bütün  ölənlərlə  bir  ölübdüsə,
Bütün  körpələrlə  bir  doğulubdur.
« & L I?
_____________________________   Vətən,  səslə  oğlunu
Ən  ağır  xəstədir  biliksiz  həkim,
O  hələ  qayğıyla  sağalmalıdır.
Ən  böyük  canidir  ürəksiz  həkim,
O,  yer  kürrəsindən  qovulmalıdır!
Kədərlə  toqquşar  ömür  uzunu,
Ağ  günü  soyunub-geyinəndi  o.
Xəstəsi  sağalıb  ayaq  tutdumu,
Körpə  uşaq  kimi  sevinəndi  o.
Bir  zümrüd  quşudu  çətində,  darda,
Yüz  elin-obanın  çıxan  canıdır.
Məndən  inciməsin  əczaçılar  da  - 
İnsan  təbiətin  şah  dərmanıdır!
Bir  çöz  də  deməyə  can  atır  qəlbim,
Bu  söz  qanadlansın,  hamıya  çatsın:
Ən  ağır  xəstəni  ən  gözəl  həkim 
Ürəklə  sağaltsın,  sözlə  sağaltsın!..
Bakı,  1966-cı  il
ÜZEYİR  BƏY ÜÇÜN 
DUBULTADAN  YAZILMIŞ  ŞEİR
Şeir  sorağında  yandı  ömür-gün,
Çaylar  adlamışam,  dağlar  aşmışam;
Dünyanı  qəlbimə  gətirmək  üçün 
Baş  alıb  dünyadan  uzaqlaşmışam.
Gözümə  yaş  səpir  səsi  küləyin,
Ölsün  o  adam  ki,  həsrəti  yoxdur.


Səyavuş  Sərxanlı-----------------------------------------------
Qurbanı  olduğum  duzun-çörəyin 
Yeri  həmənkidir,  ləzzəti  yoxdur.
Dost  -   tale  dərsidir,  çoxu  unudub,
Dostluq  biçənəkmi  gedək  biçməyə?
Çaylar  bulaqların  əlindən  tutub,
Aparır  okean  dərsi  keçməyə!
Bir  qələm,  bir  ürək  baş-başa  yanar,
Daş  da  dilə  gəlmək  həvəsindədir;
Tufanlı  sinəmdən  bir  səs  boylanar  - 
Mənim  rahat  günüm  dost  səsindədir...
Riqa,  1976-cı  il
ÖZÜMLƏ  DAVAM  VAR  HƏLƏ...
Böyüklər  -
ömrümdə  uğurlar  kimi,
Böyüklük  yanında  yalan  olmuşam. 
Çıxmışam  yollara  cığırlar  kimi, 
Yollar  ayrıcında  talan  olmuşam.
Hələ  gərək  ellər  məndən  inciyə,
Nə  dost  yarıtmışam 
nə  də  yar  hələ;
Bir  özüm  bilirəm  kiməm,  nəçiyəm  - 
Özümlə  davam  var,  davam  var  hələ!
Dayazda  qərq  olur  bəzən  dərin  də, 
Bu  dərd  -  səhərimi  axşam  eyləyir; 
Karvanlar  adlayan  Xudafərində 
Qarışqa  karvanı  bayram  eyləyir. 
Çoxu  da  yarı  böl,
'
5615
?
Vətən

səslə  oğlunu
Azı  da  yarı,
Yağır  gül  yuxuma  ağır  qar  hələ;
Siz  gedin  iş  görün,  iş  adamları, 
Özümlə  davam  var,  davam  var  hələ!
Cavidin,  Müşfiqin  əməllərini 
Cavada  açılan  yaxam  bilmişəm.
Mən  Nəbi  Xəzrinin  mərd  əllərini 
Qardaş  qollarıma  qalxan  bilmişəm. 
Hələ  çox  Bəxtiyar  yetirəcəkdir 
Vurğunlu,  Rəsullu  bu  diyar  hələ! 
Gözümdə  dastanlar  ləçək-ləçəkdir, 
Özümlə  davam  var, 
davam  var  hələ!
Gün  -   göyə  çəkilib,
Ney  baxtımıza,
Oba  düymə-düymə,
El  çiçək-çiçək;
Heykəllər  şəhəri  paytaxtımıza, 
Səttarxan  qənşərli  yol  çiçək-çiçək... 
Babəkin  kəsilən  qolu  kimiyəm, 
Dünya  çox  genişdi,  imkan  dar  hələ  - 
Bir  yağa  bilməyən  dolu  kimiyəm, 
Özümlə  davam  var, 
davam  var  hələ!
Tarixin  “Çaldıran”  savaşmı  da, 
Köçürək  laqeydlik  quzeylərindən; 
Böyük  Nizaminin  başdaşını  da 
Qaytaraq  Fransa  muzeylərindən! 
Gözü  yollardadı  “Qorqud  Kitabın”, 
“Avestam”  qürbətdə  çəkir  car  hələ; 
Özgələr!


Adımla  siz  şöhrət  tapın,
Özümlə  davam  var, 
davam  var  hələ!
Yağımı  bol  qatdım  qonşu  aşına,
Haqq  oldu  -  boş  qazan  yiyəsi  oldum. 
Keçirdim  dığanı  ocaq  başına,
Axırda  başıma  döyəsi  oldum!
Bilin  ki,  nə  vaxtdan  mən  çaşmaz  oldum  - 
Özümü  gəlməyə  sanmadım  kölə.
O  gündən  özümlə  barışmaz  oldum  - 
Özümlə  davam  var, 
davam  var  hələ!
Bu  həyat  -   əkinçi  toyu  kimidi  - 
Nuru  göydən  enir,
ya  daşdan  çıxır.
Ehtiyat  -   dəyirman  suyu  kimidi  - 
Bu  başdan  salırsan,
o  başdan  çıxır...
Haradı  yolların  yönü  bilmirəm,
Bakıya  gəlməyib  Şəhriyar  hələ;
Bircə  öləcəyim  günü  bilmirəm  - 
Özümlə  davam  var, 
davam  var  hələ!
Qayğısız,  qələmsiz  keçir  ömür-gün, 
Fikrimdə  dağları  daşımamışam.
Bir  eli-obanı  yarıtmaq  üçün 
Bir  insan  ağrısı  yaşamamışam.
Bir  şeir,
on  şeir,
azdı,  azdı,  az...
Toyda  çalınmamış  havam  var  hələ,
Səyavuş  Sərxanlı
-------------------------------------------------------------------
Vətən,  səslə  oğlunu
Yurdu  bölünənin  şairi  susmaz  - 
Özümlə  davam  var,  davam  var  hələ!
1980-ci  il
SEVƏNLƏR,  SEVMƏYƏNLƏR
Ey  məni  sevənlər, 
ey  sevməyənlər,
Sizi  düşünürəm,  qurbanam  sizə.
Dalımca  yaxşı  söz,  pis  söz  deyənlər, 
Qəlbimi  döşərəm  qədəminizə.
Nə  fərqi  var  imiş  -   eyni  yoldayıq,
Siz  bir  az  qabaqda,
Mən  bir  az  dalda;
Nə  fərqi  var  imiş  -   eyni  haldayıq,
Mən  bir  az  qabaqda,  siz  bir  az  dalda.
Hərəmiz  bir  tale  əlindən  tutub,
Pənah  gətirmişik  paytaxtımıza.
Bəs  niyə  insafı,  rəhmi  unudub,
Qapını  bağlayaq  öz  baxtımıza?
Yaşıl  duyğulara  qar  ələnməsin,
Kövrək  addımları  salmayaq  oda.
Heç  kəs  boy  göstərib  qürrələnməsin, 
Hərədən  böyüyü  varsa  dünyada.
«SEİSi?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə