Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə49/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   45   46   47   48   49   50   51   52   ...   76

Qızım,  əməllərin,  əyləncələrin 
Səməndərə  dönsün  -   ocağa  bağlı.
Qızım,  qarğışı  yox,  naxışları  gör. 
İnsanlıq  fürsətdir  qananlar  üçün. 
Qızım,  görünməyən  baxışları  gör,
Dön  qızıl  payıza,  yan  bahar  üçün.
Nə  gülüşdən  uyu,  nə  batma  yasa, 
Yerləri-göyləri  gözündən  keçir;
Ürək  -  dünyamıza  oxşamayırsa, 
İnsanın  varlığı,  yoxluğu  heçdir.
Səninlə  bir  az  da  nurlandı  yolum,
Bir  az  da  yetirdim  vüqara  sarı.
Anaya  qurban  ol,  qurbanın  olum, 
Anaya  möhtacdı  qız  uşaqları!
Qeybətə  can  verib,  şərə  alışan,
Sənin  uğuruna  çıxmasın,  qızım.
Bu  sərvət,  o  nifrət  dağ  vurub  şan-şan, 
Sənin  axırına  çıxmasın,  qızım.
Sən  ucala  bilsən,  alçalacaq  dağ,
Dağsız  ürəklərdə  yaz  da  qış  oldu. 
Doğulmaq  deyil  ki,  hələ  doğulmaq  - 
Bu  sehrə  məhəbbət  qaranquş  oldu!
Sən  nura  vurul  ki,  mən  xar  olmayam, 
Pislik  arzulamaq  sənətim  deyil.
Sənin  toy  gününə  qalam,  qalmayam  - 
Toylar  heç  əzəldən  qismətim  deyil!
Desinlər  külfəti  vardı  bir  çətən, 
Gəzmə,  arzulama  sədasız  evi.
Səyavuş  Sərxanlı
---------------------------------------------------- --------
« s O ?
Vətən

səslə  oğlunu
Uzaq  ol  tənhalıq  səadətindən,
Qadın  ol,  balalı,  bəlalı  böyü!
H ər  qurulu  evə  doğulmur  səhər,
Kor  qoyma  sən  rəhmin  baxışlarını; 
Unutma,  qızıla  ərə  gedənlər 
Töküb  mirvaritək  göz  yaşlarını.
Dinəndə  hündürdən  dinən  qızların 
Gizlicə  ahları  bulud  kimidir. 
Maşından-maşina  minən  qızların 
Gəlinlik  maşını  tabut  kimidir!
Gözün  görə-görə  əridi  baban,
Gözün  görə-görə  nənən  də  gedir; 
Gedənlə,  can  qızım,  getmir  bu  cahan, 
Gedənlər  cahanın  çiynində  gedir.
Vaxtsız  yağışlara  fikir  ver,  qızım, 
Vaxtsız  ölənlərin  göz  yaşlarıdır. 
Quruyan  ağacda  dünya  gör,  qızım, 
Quruyan  kökləri  baş  daşlarıdır.
Kəsməsin  səbrini  yetən  qar,  dolu, 
Adını  bir  halal  çörəklə  çıxart.
Ulu  nəslimizdən  gələn  şah  yolu 
Sən  zərif çiyninə  ürəklə  çıxart.
Hənirdə,  səbirdə  oxşa  kömürə,
Yan,  qızım,  yan,  qızım,
yan,  qızım,  qəlbən;
Bu  qoca  dünyada  balaca  ömrə 
Bir  yanmaq  qalandır, 
bir  də  ad,
Vətən!


Bir  də  bir  nənən  var  -   elə  yaraşıq,
Sən  onu  tanrı  bil  özünə,  qızım.
Sən  ondan  işıq  al,  işıq  al,  işıq 
Ağlına,  qəlbinə,  gözünə,  qızım.
Öyrən,  öyrən  ondan,  qaragöz  balam,
Yaza  çox  gərəkdi  o  qışın  qan  - 
Atalı-analı  böyü,
Qız  Qalam,
Qanada  möhtacdı  qız  uşaqları...
24  oktyabr  1975-ci  il
Səyavuş  Sərxanlı
----------------------------------------------------- --------------- --
ATA  AĞRISI
Bu  gün  ad  günümdür, 
qarlı  bir  qışam;
Mən  bu  gün 
Atamı  xatırlamışam...
Mən  bu  gün  atamı  xatırlamışam, 
Gülüşlü  günlərim  dolanır  gendən;
Bir  yol  qırağında 
tozlu  bir  daşam,
Onu  soruşuram  gəlib  gedəndən.
Yer  susur,
göy  susur,
adamlar  susur.
Yuvası  dağılan  qərib  bir  quşam;
Sizə  qurban  olum,  a  dostlar,  susun, 
Uçdu  evimizdən  bərəkət,  ruzi,
Mən  bu  gün  nəyəm  ki  -   m ələr  bir  quzu,
Mən  bu  gün  atamı  xatırlamışam.
O  qabarlı  ələ  gözümü  dikdim,
Bu  qələm li  əlim 
Gözümdə  deyil.
Söndü  od,  ocağa-közə  gecikdim,
İstisi  hələ  də  gözümdə  deyil!
Özünü  min  dəfə  danla  da,  as  da,
Dönməz  o  pir  kişi,  dönməz  ehtişam;
Məni  bu  günlüyə  unudun,  dostlar,
M ən  bu  gün  atamı  xatırlamışam...
Ölüm  baş  çəksə  də  arabir  kəndə,
Görmürük,
min  işə  qarışır  başın.
Kimdi  fikir  verən  yağış  gələndə  - 
Tökülən  damcıdı  yoxsa  göz  yaşı?
Təsəlli  verməsin  hazır  mövzular,
Tutmasın  yoluma  havayı  min  şam;
Təpilib  sinəmə  burulğan  sular,
Mən  bu  gün  atamı  xatırlamışam.
Dəyərmi  gözümə  güləyən  günəş,
Alışan  ulduz  da,  ağaran  ay  da?
M ənəm  fağır  duman,  farağat  atəş,
Ufuldayan  külək,  tövşüyən  çay  da.
Səs  olub,  söz  olub  bizimlə  gəzir:
“Deməyin  mən  sizi  yadırğamışam...”
Payız  yarpağıtək  ürəyim  əsir,
Mən  bu  gün  atamı  xatırlamışam.
Gəlir  dalımızca  getdiyi  son  yol,
Döyür  qapımızı  səhərə  kimi.
____________________________________
Vətən,  səslə  oğlunu


Könül,  minnətdar  ol,  ona  qurban  ol  - 
Çatdırıbdı  bizi  bu  yerə  kimi.
Mənə  toxunmayın  bu  qərib  axşam;
Bu  böyük  dünyanı  hədiyyə  edən,
Dünyadan  gün  kimi  çəkilib  gedən 
Ən  böyük  adamı  xatırlamışam;
Məni  yaradanı  xatırlamışam;
Atamı,  atamı  xatırlamışam...
Şəmkir,
28  fevral  1979-cu  il
OĞULLAR,  KİTABLAR
Hələ  məktəbə  getməyən  Əlibəy  bir  dəfə  ö zü n d ə n  
yaşca  böyük  bacısı  Hicrana  demişdi:  zəhmət  çəkm ə, 
atam  öləndən  sonra  bu  kitabların  hamısı  m ə n im  
olacaq...
Bu  kişi  qeyrəti  ola  hamıda,
Sənin  kitab  deyən  dilinə  qurban!
Mənim  “Qızıl  qələm”  medalımı  da 
Filana  keçirən  əlinə  qurban.
İmam,  peyğəmbər  var  yazı  işində,
Nə  varsa,  din  haqqı,  kitablarda  var:
Rus  yiyə  çıxdığı  qara  Puşkin  də 
Öləndə  dedi  ki:  əlvida,  dostlar!
Qoltuq  ağacı  da  dar  ağacıdı...
Kitab  -  həqiqətdi,
Dünya  -  oyuncaq;
Ən  ağır  dərdinin  əlacını  da 
Kitabda  taparsan,
kitabda,  ancaq!
«
s
m ?
Səyavuş  Sərxanlı
-----------------------------------------------------------------------------------
Vətən,  səslə  oğlunu
Oğul  anasını  belə  duyanda.
Ürək  -   ellərimə  xitaba  dönür;
Əlibəy  yatmayıb, 
dərs  oxuyanda  -
Dünya  gözlərimdə  kitaba  dönür...
17  avqust  1991-ci  il
AYAQLAR,  ADDIMLAR
İnsan  bu  dünyaya  göz  açdığı  gün 
Yolu  da  onunla  oyaq  doğulur;
Əllər  qanad  olur  ucalmaq  üçün, 
Ayaqlar  torpağa  dayaq  doğulur.
Cüt  zümrüd  quşudu  - 
dünyaları  gəz,
Bəzən  əlsizlərin  əlidi  onlar. 
Yerindən  qopdumu, 
dağdı  -  əyilməz, 
yerində  saydımı, 
ölüdür  onlar!
Sükutun  məzartək  bitdiyi  yerə, 
Alova,  atəşə  bürünər  gedər;
İnsanın  ürəksiz  getdiyi  yerə 
Ayaqlar  can  çəkər,  sürünər  gedər.
Ayaq  addım  olub  ərzi  tərpədir, 
Addımların  səsi  cahana  düşüb.
Ürək  var  -   bir  addım  həsrətindədir, 
Addım  var  -   ürəksiz  insana  düşüb!


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə