Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə52/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   48   49   50   51   52   53   54   55   ...   76

Risk  elə  ki,  daha  bəsdi  sinə  dağı,
Bir  də  geri  dönməyəcək  bu  yaş,  bahar.
Zərərin  də  yansından  qayıtmağı,
Xeyir  sayıb  axı,  müdrik,  mərd  babalar!
Tələs,  tələs
Sabahı  da  gözləmə  heç.
Sabah  sirdi  -  açıla  ya  açılmaya!
Ən  şirin  bir  kitab  olan  bir  qızı  seç,
Sağ  əlini  sovqat  elə  subaylara.
Ulduz  axar,
Baxtın  küsər,  tələs,  tələs  -
Övlad  gəlsin  evə  bayram,  əmrə  bayraq;
Kişi  əli  şalvar,  köynək  ütüləməz,
Kişi  əli  dayaq  olsun  gərək,  dayaq!
Yanvar,  1980-ci  il
Səyavuş  Sərxanlı
----------------------------------------------------------------------------
QIZLARA  QARDAŞ  SÖZÜ
Düşərli-düşməzli  sözdür  deyirlər,
Nə  məni  qınayın,  nə  qoyun  səsə  - 
Sabaha  salamat  çıxmayım,  əgər 
Sizi  anam  qədər  istəmirəmsə!
O  hansı  gecəydi,
O  hansı  gündüz,
Pərvanə  uçanda  çırağa  doğru?  - 
Hansı  bəxt,  hansı  qız,  hansı  qaragöz 
Can  atdı  qələm ə,  varağa  doğru?
Vətən,  səslə  oğlunu
Yazanın  ağrılar  qalxar  canından, 
Deyirəm  bəxtiniz  sizə  yar  ola;
Di  gəl  məhəbbətin  keçib  yanından, 
Hara  gedirsiniz,  uğurlar  ola?
Yazanlar  kömürtək  çıxır  səhərə,
Bu  dərdlə  -   bu  odla  söhbət  eyləyin; 
Söz-sənət  yolunda  yanan  mərdlərə 
Pərvanə  olmağı  sənət  eyləyin.
Ağlın  ayağı  da  yanılır  bəzən,
Bəlkə  də  yanılıb  deyirəm  sizə: 
Polad  kişilərin  çiynini  əzən 
Söz  yükü
toy  tutar  ürəyinizə.
Gərəkmi  bu  yanıb-qovrulmağınız? 
Düşünün  bir  azca,  fikir  durulsun:
Bir  əsl  yazanı  qorumağınız 
Yüz  əsər  yazmaqdan  irəli  olsun!
Mən  belə  deyirəm  istədiyimdən,
Siz  ki,  dildəsiniz,  dodaqdasınız; 
Bütün  əsərlərdə  gördüm  sizi  mən  - 
Q ələm də,  varaqda,  çıraqdasınız.
Gəlin  görmək  istər  sizi  obalar,
Sizsiz  hansı  evdə  səadət  oldu?
Qız  yükü  -   duz  yükü  deyib  babalar, 
Söz  yükü  daşımaq  nə  adət  oldu?
Həyat  oxşayanda  taleyinizi,
Sizi  gözəlliyə  qanad  sayıbdır;


Səyavuş  Sərxanlı--------------------------------------------------------
Sevib-sevilməyə  tapşırıb  sizi, 
Yazmağa-pozmağa  tapşırmayıbdır!
Gedin  özünüzə  bir  sənət  tapın,
Tutsun  qolunuzdan  çətində-darda.
M ərhəmət  diləyin,  həqiqət  tapın,
Tapın  baldan  şirin  ağrıları  da.
Hər  ürək  bürünməz  söz  baharına, 
Udub-uduzanlar  deyin  azdımı?
Güvənib  bir  kişi  etibarına 
Bir  evi  ucaltmaq  düz  olmazdımı?
Söz  keçər  adamın  yeddi  qatından, 
Umunu-küsünü  atın,  a  qızlar;
Düşün  söz  atından,  ilham  atından,
Atlanın,
toylara  çatın,  a  qızlar!
Nağıldı  bu  şeir-sənət  aləmi,
Orda  nəyə  çatıb  nəyi  alınca  - 
Nə  qədər  gec  deyil,  atın  qələmi,
Qaçın  ev  dalınca,  uşaq  dalınca.
Qoy  getsin  işinin  dalınca  qəmlər,
Qardaş  istəyidi  -   qoymayın  səsə;
Sabaha  salamat  çıxmayım,  əgər 
Sizi  anam  qədər  istəmirəmsə...
Yanvar,  1980-ci  il
i
f
№ 9 ?
_________________________—   Vətən,  səslə  oğlunu
JURNALİST  ÖMRÜ
K eçər  yüz  obanı,
G əzər  yüz  eli,
Bir  xeyir  xəbərtək
o  hər  yerdədir.
N arahat  qəlbinin  döyüntüləri 
S əslərə  dönübdü  -
qəzetlərdədir.
S ətirlər  -   keçdiyi  yollar,  cığırlar,
N ö q tələr  -   alnından  düşən  təridir.
Q aranquş  həm işə  nəğm ə  oxuyar,
Q əzetlər  də  onun  nəğm ələridir.
Sığmaz  dünyalara  eşqi,  həvəsi,
N ağıllar  yaradan  bir  qələm i  var.
Sussa,  sükutunda  tufan  nərəsi,
Dinsə,  m in  sözü  var,  min  alem i  var.
Ömrü  çiçək-çiçək,  duyğusu  min-min, 
Ö m ürlərdən  ayrı  düşdüyü  varmı?
Çoban  tütəyinin,  fəhlə  əlinin 
Odunda  isidər  yazdıqlarını.
Arzusu  gül  açar  dağda,  aranda,
Onsuz  gözəlliyin  gözü  dolubdur.
İki  sevən  ürək  ayrılanda  da 
Q ələm i  onlara  körpü  olubdur.
Ç əm əndə  lalədir,  dağda  şəlalə  - 
Bu  yurda  bağlayıb  öz  eşqini  o.


Səyavuş  Sərxanlı-------------------------------------------------------
Fəhlənin  yanında  olubsa  fəhlə,
Danışıb  alimlə  alim  kimi  o!
Bir  ömür
min  ömrün  çırağı  olmuş,
Çiləmiş  nurunu  kəndə,  şəhərə.
Bəlkə  də  anadan  dayaq  doğulmuş 
Ömür-gün  yolunda  büdrəyənlərə!
Yaşayır,  yaradır  min-min  diləklə,
Deməyin  yanğısı  bircə  anlıqdır;
Bu  çətin  günlərdə  təmiz  ürəklə 
Duymaq  da,  yazmaq  da  qəhrəmanlıqdır!..
Bakı,  1964-cü  il
YOL  GEDƏSƏN  SÜBHƏ  YAXIN
Addımınla
Yerin  körpə  yuxusunu  poza-poza,
Üfüq  boyu  dan  yerinin  baxışıyla 
Qızıllanmış  şəfəqləri 
Ulduzların  qulağından  asa-asa,
Yol  gedəsən  sübhə  yaxın, 
alatoran...
Sən  susasan,
dilsiz,  qərib  bir  ah  ilə
Nəğmə  deyə  yaxın,  uzaq;
Sən  susasan  - 
Torağaylar  zənguləni 
Səpələyə  zəm ilərə  ocaq-ocaq...
< 8 3 ?
_  Vətən,  səslə  oğlunu
Sən  susasan  - 
Səhər  özü
bir  istəkli  qadın  kimi 
düz-dünyanı
sahmanlaya,
naxışlaya;
Pıçıldaşmaq  növbəsini
yarpaqlara  bağışlayıb. 
Sağlığını  görüm  deyə,
ömrü-günü  alqışlayıb,
Yol  gedəsən  sübhə  yaxın, 
alatoran...
Ucalanda
Bir  odlanan  heykəl  kimi  - 
Söykənəsən  qızıl  Günün  yaxasına; 
Ondan  qopan,  ona  oxşar  əməl  kimi 
Baxasan  bu  çıraqbandan 
yuvaları  dağıdılmış
quşlar  kimi  çığırışan
günlərinin  çoxusuna... 
(Görüm  təmiz  adamların 
Tanrı  girsin  yuxusuna!)
Sonra...
yanıq  bir  həsrətlə 
yüyürəsən  yollar  boyu  - 
həvəsinlə,  harayınla
oyadasan  yeri-göyü,
İçib  günəş  badəsini,
Qəlbin  ola  dünya  boyda  işıq  öyü.
Baxa  sənə,
Qəzəbindən  yanıb  sönə, 
karvanqıran;
4 S L S ?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə