Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə53/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   49   50   51   52   53   54   55   56   ...   76

Yol  gedəsən  sübhə  yaxın, 
yol  gedəsən  alatoran...
ƏSL  İNSAN  TƏBİƏTİ
Bir  yazıçı  tanıyıram  - 
Qəlbi  həzin,  sözü  həzin;
Hey  düşünər,  hey  daşınar,
Hey  danışar  həzin-həzin. 
Gülüşündə,  yerişində 
bir  həzinlik, 
Oturuşu-duruşunda
bir  həzinlik.
Elə  deyir  həqiqəti  - 
Deyərsən  ki,  yalvarır  o.
Özü  durub  bir  qıraqda,
Dostlarına  yol  verir  o.
Sözçülükdə  batanlara 
Lağ  eləməz,
qəlbi  yanar.
Kömək  olub  qələminə,
Oxucuya  gün  qazanar.
Görməmişəm  sadəlikdə, 
Sakitlikdə  belə  insan. 
Görkəmindən,  rəftarından 
Çaşıb  elə  bilərsən  ki,
Ürəyində  yatmır  aslan!
Dərdi-odu  insanlıqdır...
Qəzəbində  bir  yalvarış,
Sükutunda  qışqırıq  var,
Səyavuş  Sərxanlı
------------------------------------------------- -
Gülüşündə  hıçqırıq  var  - 
Alqış  ona,  alqış,  alqış!..
AYLI  GECƏ,  TÜTƏK  SƏSİ
Nəğm ə  qəfəsiymiş
sən  demə  tütək  -
Barmaqlar  səsləri  azad  eyləyir;
Yerdə  qalanları 
Darda  görərək,
Azad  olanlar  da  fəryad  eyləyir.
Hanı  görən  gözün,  dillən  ay  ürək,
Dindi  üfüqlər  də 
girib  qol-qola.
Bayatı  təpələr  cərgələnərək,
Haray  karvamtək
düzəldi  yola.
Tütək  elə  yandı  -
yerə  od  calar...
Göy  indi  əriyib  enəcək  dedim.
Karsala  dərələr,  dilsiz  qayalar 
Diksinib  nəğməyə  dönəcək  dedim.
Ulduzlarmı  elə  ağ  saça  dönüb,
Fikirlərmi  göz-göz  alışır  orda?
Dərə  özü  boyda  arxaca  dönüb,
Evlər  mışıl-mışıl  yatışır  orda.
Uçurumun  dişində  nədir  bayaqdan,
Çaydır,  ya  nalədir  özünü  didən?
İnsan  nəfəsindən,  tütək  ahından 
Dağdımı-daşdımı  yeriyib  gedən?
____________________________________
Vətən,  səslə  oğlunu


O  kimdi?
Bələdi  ömrü  duyğuya?
Ürək  belə  anda  çimir  dilərmi? 
Verib  el-obanı  şirin  yuxuya, 
Dağlar  səs  gölündə  çimirdilərmi?
...Bir  aylı  gecədə 
Bir  tütək  səsi
Nəğmə  saray itək  hördü  dağlan.
O  gecə  kəndimin  neçə  körpəsi 
Yatıb,  yuxusunda  gördü  dağlan.
Səyavuş  Sərxanlı
-----------------------------------------------—
1962-ci  il
CIĞIR
Doğulub,
körpə  olub,
Zirvəyə  körpü  olub...
Neçə  bulağa  gedib,
Neçə  oylağa  gedib;
O  kimlərə  yol  verib,
kimlərlə  görüşübdür? 
Elə  bil  ki,  dağlara 
Dağ  boyda  bir  yumaqdan 
Açılıb  sap  düşübdür...
"
5 0
?
------------------------------------------   Vətən,  səslə  oğlunu
YUXUDA  YAZDIĞIM  ŞEİR
Yenə  eyvan  -  taxçanın 
Qaranquşu  qayıtdı.
Yenə  bağın-bağçanın 
Ağlı-huşu  qayıtdı.
Dumaların,  quların,
Qanadsız  arzuların,
Qıfıllanmış  suların,
Qurtuluşu  qayıtdı.
Yurdum  -   dağlar  başının,
Əli  yetməz  naşının.
Yenə  gözüm  yaşının 
Durulmuşu  qayıtdı.
Araz  göylə  tən  oldu,
Səsləyən  Vətən  oldu.
Dönüyü  gedən  olub,
Vurulmuşu  qayıtdı.
Şimşəkli  göy  aynadı,
Daşdan  da  gül  qaynadı.
Ruh  bədəndən  oynadı,
Könlüm  quşu  qayıtdı.
Yenə  duyğu  dağların,
Yenə  sevgi  çağların,
Yenə  dəli  çağların 
Səyavuşu  qayıtdı.
1963-cü  il


KÖRPƏ  YUXUSU 
HAQQINDA  SÖZ
Adı,  baxtı 
Anasının  dodağında
körpə  yatır...
Atasının  qayğıları  qucağında 
körpə  yatır;
Ümmanların  sorağında  ləpə  yatır, 
Həyat  adlı  bir  mərmidən
qopub  düşən  ləpə  yatır!
Körpə  yatır  -
doğulmamış
duyğulardan  xəbərsiz; 
Körpə  yatır  - 
bu  yatdığı
yuxulardan  xəbərsiz...
Bir  qəlbi  var,  döyüntüsü  -
ulduzların  titrəməsi; 
Dünyası  var  bircə  rəngdən:
Ana  südü  -  şirin,  təmiz,
Körpə  yatır...
Dodağında  lalə  rəngi,
baxışında  təbəssüm, 
Yanaqları  bir  oxşayış,  bir  öpüm. 
Körpə  yatır,
Bir  topa  gur  şəfəqmidir  totuq  əllər? 
Körpə  yatır  -
Bəlkə  elə  səhər  yatır, 
nurlu  səhər?
Körpə  yatır...
Bələyində
doğulmamış
neçə  arzu,  xəyal  yatır;
Sevgi  yatır,
Səyavuş  Sərxanlı
-------------------------------------------------------
Vətən,  səslə  oğlunu
həsrət  yatır,
vüsal  yatır.
Yatır  gözü  yolda  qalan  ilk  görüş  də, 
İlk  kədər  də,
ilk  fərəh  də,
ilk  gülüş  də!
Yatır  şimşək  hayqırığı,
yatır  qartal  qanadı, 
Bir  nəsilin  ev-eşiyi,
bir  obanın  umudu.
Bir  də
ömür  sualları,
Bir  də
həyat  cavabları;
Bir  də  aydın,  süd  nəğməli,  süd  dadımlı 
Üfüqlərin,  dənizlərin
səksəkəsi,  intizarı...
Körpə  yatır,
Kim  bilir  ki,  gələcəkdə
kim  olacaq  yatan  körpə?
Bəlkə  quzu  saflığıyla,
Bəlkə  aslan  qəzəbiylə
duracaqdır  yuxusundan
bal  yuxuya  batan  körpə?!
Körpə  yatır,
Onun  bu  göl  yuxusunda
tufanlı  bir  ümman  yatır; 
Körpə  yatır,
Süd  beyninin  şahələri 
Təzə-təzə  puçurlayan 
insan  yatır;


Körpə  yatır  -   inanmazsan 
Onun  qönçə  gözlərində
bu  narahat  cahan  yatır!
Körpə  yatır,
Beşiyə  bax  - 
Bir  otağın,
Bir  ölkənin,
Bəlkə  də  yer  kürrəsinin  sığınacağı?
Körpə  yatır,
Beşiyə  bax  -
Fikirlərin  təyyarətək  qayıtdığı
ölüm-həyat  dayanacağı!
Körpə  yatır...
Yatır
bəlkə  yer  üzünün 
ən  üsyankar  cahangiri, 
ya  da  ən  dinc  bir  körpəsi?
Körpə  yatır,
Beşiyə  bax  -
Bu  dünyanın
Tək  adamlıq  ölkəsi...
Bakı,  1963-cü  il
Səyavuş  Sərxanlı
------------------------------------------------------- —-----------
DOSTLARA  REKVİYEM
Allah  amanında... 
yaxşı  yol  sizə,
Ey  arxa  çevirib  gedən  dostlarım! 
Ötüb,  dil-dil  ötüb  - 
indi  kiməsə
Ey  təzə  nəğm ələr  ötən  dostlarım!
S O ?
Vətən,  səslə  oğlunu
Ey  halal  süfrənin  nurunu  danıb,
Flarama  hər  şeyi  satan  əzizlər;
Qəhrəm an  olmamış 
qəhrəman  sanıb,
Özünü  heçliyə  atan  əzizlər.
M əəttəl  qalıram  düşəndə  yada  - 
Niyə  böyüdükcə
kiçildiniz  siz?
Sağlıq  dediyiniz  büllur  badədə 
Kimin  göz  yaşını  içirsiniz  siz?!
N ə  cür  unutdunuz...  yaşayıb  ölmək  - 
Addan-sandan  ötrü  ölmək  deyil  ki?
Bir  də...  beş-üç  qızın  xoşuna  gəlmək, 
Beş-üç  ağlı  dazın  xoşuna  gəlmək,
Beş-üç  kəmavazın  xoşuna  gəlmək,
Lap  min  yaramazın  xoşuna  gəlmək  - 
Bir  xalqın
xoşuna  gəlmək  deyil  ki?!
H ələ  kefiniz  kök,
Halınız  xoşdur,
Hərəniz
bir  ciyər  parası  kimi;
Haçan  qayıtsanız,
yeriniz  boşdur
Sinəmdə  bir  güllə  yarası  kimi!..
1983-cü  il
m


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə