Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə50/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   46   47   48   49   50   51   52   53   ...   76

Səyavuş  Sərxanlı  -------------------------------------------- ---------
Həzrət  ayaqlarım  - 
qoşa  yarımla
Ayrılmaz  könülük,  bilənlər  oldu;
Dağı  düz  qalxmışam  addımlarında,
Maşınla  dolayı  gələnlər  oldu...
Yüyrəkdi  bir  qeyrət  qatlamaq  üçün  - 
Tamah  çaparları, 
əl  yeyinləri.
Dərd  axan  bir  çayı  adlamaq  üçün 
Addamış  ediblər  küt  beyinləri!
Ömür  nur  çeşməsi  - 
coşub  axacaq...
Bir  arzu  səsidir 
hər  addım  səsi.
Vicdandan  qırağa  bir  addım  atmaq  -
Ömrün  alçalması,
ləkələnməsi!
Yollar  da  addımla  gəlir  cahana,
Onsuz  yer  kürrəmiz  sayar  yerində; 
Dünyadan  addımsız  köçən  insan  da 
Köçür  addımların  çiyinlərində...
1963-cü  il
Vətən,  səslə  oğlunu
Dünya  belə  gəlib,  belə  gedəcək,
Bilən  bildiyini  yenə  edəcək,
Dur  sən  də  mənimlə  bir  yana  gedək...
Yenə  kül  altında  köz  darıxacaq,
Tüstü  sına-sına  göyə  çıxacaq.
Yenə  qorxa-qorxa  açacaq  güllər, 
Dərdini  deyəcək  ay  işığına.
Yenə  hörüləcək  şehli  sünbüllər, 
Dönəcək  əllərin  yaraşığına.
Bizə  gülə-gülə  qatlanacaq  Ay,
Dənizdə  ölməyə  atlanacaq  çay,
Payızın  döşündə  odlanacaq  yay.
İnsaf utanacaq  həzin  adından,
Haqqı  salacaqlar  əziz  atından,
Mərdi  soyacaqlar  təmiz  qatından...
Dünya  belə  gəlib,  belə  gedəcək,
Bilən  bildiyini  yenə  edəcək,
Dur  sən  də  mənimlə  bir  yerə  gedək....
Göy  ulduz  əkəndə,  yer  neylənəcək, 
Dərdsiz  dərdlilərdən  gileylənəcək; 
Gələn  gəlməlidi,  keçən  keçməli, 
G ələnə-gedənə  başını  qoşma.
Ölən  ölməlidi,  içən  içməli  - 
Süfrənə  hər  yetən  naşım  qoşma!
Yenə  buyruqdadır  alacəhrələr,
Yenə  yüyrükdədir  yağlı  nehrələr,
Yenə  yüyrəkdədir  iti  dəhrələr,
Yenə  kor  tamahla  itir  pöhrələr;


Yenə  uzun  qızlar  uzanacaqdır, 
Özlərinə  paltar  qazanacaqdır, 
Sevgilər  ayrıdır,
bağ  həmən  bağdır...
Dünya  belə  gəlib,  belə  gedəcək, 
Bilən  bildiyini  yenə  edəcək.
Gülüb  fırlandıqca  qoca  dəyirman, 
İnsan  üyüdəcək,  insan,  ay  aman! 
Yenə  də  səhərlər  -  ümid  tabağı, 
Gecələr  -  ayrılıq  çuxası  kimi;
Yenə  də  qəbirlər  -   qara  torpağın 
Açılıb-örtülən  yaxası  kimi...
Ocaqdı  kül  olan,  hisdi  qalan  hey, 
Karvandan  bir  tozlu  izdi  qalan  hey, 
Hərədən  bir  quru  səsdi  qalan  hey!
...  Qocanın  çənəsi  yerə  dəyirdi, 
Yenə  bu  sözləri  əzbərləyirdi: 
Dünya  belə  gəlib,  belə  gedəcək; 
Bilən  bildiyini  yenə  edəcək;
Gedə  bilərikmi,  bir  yana  gedək?!
Səyavuş  Sərxanlı
-------------------------------------------------------_1984-cü_il_YARPAQLAR,_YARPAQLAR...'>-------------------------------------------------------
1984-cü  il
YARPAQLAR,  YARPAQLAR...
Qızardı,  bozardı  göylərin  üzü, 
Yarpaqlar  leysanı  başladı  birdən;
Bu  necə  oldu  ki,  heyranam  düzü  - 
O  qızıl  yağışda  islanmadım  mən?!
« a ?
Vətən,  səslə  oğlunu
Səfər  paltarını  geydi  son  bahar, 
Yolları,  izləri  bəzədi  meşə.
Maral  buynuzuna  döndü  ağaclar, 
Maral  sürüsünə  bənzədi  meşə.
Budaqlar  qüssəyə,  çənə  büründü, 
Yarpaqlar  dəydikcə  qanad  yerinə. 
Tənha  yuvalar  da  nöqtəyə  döndü 
Quşların  sonuncu  nəğmələrinə.
Yayınıb  bağbandan  bir  dəstə  uşaq 
Gəzir  çəpərlərin  açıq  yerini.
Bir  ana  dumatək  çırpınan  qovaq 
Dəyişir  qocalmış  lələklərini.
Yarpaqlar  tökülür,  danışır  onlar  - 
Danışır,  sanırsan  bir  ürəkdilər. 
Sahildə  soyunan  ağcaqayınlar 
Elə  bil  qızlardı,  çiməcəkdilər.
Nəm ərə  tələsən  çaparlardımı  - 
Yellər  soyuq  qışdan  gətirdi  soraq? 
Yer  tutmağa  qaçan  uşaqlardımı  - 
Yarpaqlar  tökülür  dabanbasaraq?
İşi  lap  oyundu  bu  təbiətin,
Gör  hansı  sehrlə  yazılır  yarpaq? 
Apardı  bir  qızıl  bəndimi  yəqin 
Budağından  qopan  qızılı  yarpaq?
Teleqraf telləri  çaldı  tarını,
Oxudu  həsrətli  dodaqlar  kimi. 
Budaqlar  çırpdıqca  yarpaqlarını, 
Arxlar  yarpaqladı  budaqlar  kimi.
S O ?


Torpaq  xatırladır  qoca  insanı, 
Kainat  köksündə  yenə  çal-çağır; 
Tökülür  üstümə  yarpaq  leysanı, 
Duyğu  leysanısa  qəlbimə  yağır...
Səyavuş  Sərxa n lı
---------------------------------------------------
1964-cü  il
DAMLALAR
I
Səpər  koma-koma  laləni  bahar,
Dönər  ürəyimdə  yanar  duyğuya. 
Sıldırım  dağları  yıxan  damlalar 
Çiçəyin  gözündə  gedər  yuxuya.
II
Yağışlar  işığa  verər  yerini,
Boylanar  otlardan  o  ürkək-ürkək. 
İçərək  günəşin  şəfəqlərini,
Yanar  üfüqlərdə  qövsü-quzehtək.
O,  göylər  qızıdır 
Nur  paltarında,
Qızıl  lalələrin  qızıl  yarıdır.
Elə  bil  səmanın  ulduzları  da 
Əriyən  günəşin  damlalarıdır.
III
Səhərin  qoynunda  güllər  açanda, 
Göydən  zərmi  yağıb,  şehmi  damıbdır?
« a ?
-----------------------------------------   Vətən,  səslə  oğlunu
Körpə  qaranquşlar  bağda  uçanda,
Sanmışam  damlalar  qanadlanıbdır.
IV
Yarpaqdan  süzülüb  barlı  budağa,
Həzin  nəğm ə  kimi  damla  dinibdir.
Yumruq  ürəyini  döndərib  dağa  - 
Bağbanın  alnında  düymələnibdir.
Arzuyla,  istəklə  verib  səs-səsə,
O,  gah  buz  olandı,  gah  alışandı;
Buluddan  düşəndə  sərinlik  isə,
Alından  düşəndə  şöhrətdi,  şandı!
V
Bir  qətrə  çınqısı  közərməyərək,
Günəş  şöhrətini  umanlar  da  var.
H ələ  aramızda  sürünür  tək-tək 
Yrəyi  damlalar,  ömrü  damlalar.
VI
Sevdiyi  baxışdan  uzaq  qalanın 
Çalar  həsrətini  bəstəkar  sular.
Qəlbində  bir  damla  eşqi  olanın 
Yolunda  bir  ümman  intizar  olar.
Çıxarmı  o  günlər,  aylar  yadımdan,
Yandırdım  onu  da,  yandım  özüm  də.
Səninəm,  sevirəm  -söyləyən  zaman,
Bir  cüt  damla  gördüm  onun  gözündə.


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə