Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə48/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   44   45   46   47   48   49   50   51   ...   76

Səyavuş  Sərxanlı--------------------------------------------------------
Göylər  ulduzlayıb,  yağışlayanda  - 
Gəzərmi  özünə  qulaq  hayanı?
Kim  dözər,  nə  dözər,  sevgi  payını 
Qundaq  bacısına  bağışlayanda?!
O  dilsiz  dünyanın  hədiyyəsindən 
Bir  duyan  ürəklər  bildi  nə  çəkdi!
O  körpə  dünyanın  zəlzələsindən 
Nənələr-babalar  dünyası  çökdü.
Yarımçıq  doğuldu...  boğuldu  səma,
Ötdü  arzuların  yanıqlı  neyi;
Özü  bələnm ədi  bircə  yol,  amma 
Həsrətə  bələdi  neçə  ürəyi...
Gəlsəydi...  gülərdi  qış  havası  da,
Gəlmədi  -   gözlərdə  bulaq  durulsun.
Gəlsəydi  -   tərsliyi,  ağlaması  da 
Həyat  gətirərdi  otaq  dolusu.
Gəlsəydi,  başqa  cür  sökülərdi  dan,
Başqa  cür  qaynayıb-qarışardı  şər;
Gəlmədi...
Bir  ana  beşik  başından,
Bir  ata  özündən  didərgin  düşər.
“Ulduz”  jurnalı,
1977-ci  il
Vətən,  səslə  oğlunu
NƏRGİZLİ  DÜNYA
Vətən  çiçəkləri  - 
bəxtin  gülüşü...
Qismətə  nur  salan  bir  çiçək  də  var; 
Qürub  günəşindən 
ayrılıb  düşüb,
Öz  zərif çiyninə  baş  qoyub  ağlar.
Arılar  min  güllə  verər  səs-səsə, 
M ənsə  təkcə  onu  gəzən  arıyam. 
Hərə  bir  çiçəyə  könül  veribsə,
Mən  də  nərgizlərin  nəğməkarıyam!
Köksümü  o  çiçək  çoxdan  odlayıb, 
Mən  uşaq  olanda  xoşbəxt  olmuşam: 
Dağlardan  nə  qədər  nərgiz  toplayıb, 
Yoldan  ötənlərə  bağışlamışam.
İndi  də  birisi  nərgiz  deyəndə, 
Qəlbimə  dünyanın  sevinci  gəlir.
Bir  qız
gülüstandan  gül  istəyəndə 
Yaddaşıma  nərgiz  birinci  gəlir.
Nərgizlər  indi  də  çəkir  fikrimi,
İndi  də  dağlara  gedəndə  hərdən  - 
Saralıb  soluxan  bir  həsrət  kimi 
Sıxıram  sinəmə  nərgizləri  mən.
Səhər  də,  axşam  da  üfüqümüzü 
Günəş  nərgiz  kimi  bəzəməyirmi? 
Qıraqdan  görüblər  yer  kürrəmizi  - 
Bir  topa  nərgizə  bənzəməyirmi?


Səyavuş  Sərxanlı---------------------------------------------
Sevgi  də  gül  kimi  gəlir  cahana  - 
Ətri  bir-birindən  qoy  təmiz  olsun; 
Dibçək  güllərini  ataq  bir  yana,
Hər  evdə  dağlardan  bir  nərgiz  olsun!
Ona  nur  salaram  şimşəklər  kimi,
O  anı  ömürdən-gündən  sayıram; 
Dünyanın  ən  şirin  diləklərini 
Mən  yığıb,  Nərgizə  bağışlayıram.
Gülüstan  açanda  örpəklərini,
Bu  sehri,  qisməti  alqışlayıram,  - 
Dünyanın  ən  sərin  küləklərini 
Mən  yığıb,  Nərgizə  bağışlayıram.
Çağırım  gözəllik  mələklərini,
Mən  gərək  yaxşını  pisdən  ayıram; 
Gah  duma,  gah  zumrud  lələklərini, 
Mən  yığıb,  Nərgizə  bağışlayıram.
Göy  yanıb  söndükcə  fişənglər  kimi, 
Şehli  çəm ənləri  naxışlayıram;
Bütün  yer  üzünün  çiçəklərini 
Mən  yığıb,  Nərgizə  bağışlayıram.
V ətən  çiçəkləri  -   bəxtin  gülüşü, 
Uğuruma  çıxan  bir  çiçək  də  var:
Vətən,  səslə  oğlunu
Qürub  günəşindən 
ayrılıb  düşüb,
Öz  zərif çiyninə  baş  qoyub  ağlar.
O  həzin  çiçəyin  başının  üstə 
Gündüzlər  günəşəm,  gecələr  ayam,
Əyləşib  bir  dünya  daşının  üstə,
Nərgizli  bir  dünya  nəğməkarıyam...
Moskva,
28  sentyabr  1979-cu  il
KƏPƏNƏK  GÜNÜ
Dünyanın  kəpənək  yoluydu  bu  gün, 
Səhərin  gözündən  düşdü  həyata. 
Günəş  şehli  nərgiz  olduğu  üçün 
H ələ  şehli  idi  qanadları  da.
Qoşulu  dumana  çəkildi  qəm  də, 
Daşlar  da  gülürdü  tər  çiçək  kimi. 
Ürək  çırpınırdı  meydan  sinəmdə 
Uçmağa  can  atan  kəpənək  kimi.
Qanad  da,  ləçək  də  yaranıb  haqdan, 
Bu  səhər,  bu  səhər...  ayrı  səhərdi; 
Uçsa  gül-çiçəklər  ayağın  altdan, 
Diksinib  eləmə,
kəpənəklərdi!
Diksinib  eləmə,
qalxanda  çəmən 
Ayağın  altında  xalçasayağı.


Səyavuş  Sərxanlı--------------------------------------------------------
Diksinib  eləmə,  eləmə  qəlbən 
Qəlbinin  başına  sıx  bu  torpağı!
Zəriflik  heç  kəsə  gəlməsin  asan,
Torpağı  sevməsən,  mərhəmət  umma.
Onun  bir  gülünə  qurban  olmasan,
Onun  bir  qızından  məhəbbət  umma!
Xallı  kəpənəklər  gözünü  silib,
Güllü  köynəklərə  tutar  üzünü;
Yoldan  adlayanda,  göy  çəmən  bilib,
Yaşıl  maşınlara  çırpar  özünü.
Bu  səhər...  açılan,  atlanan  ürək 
Atından  salırdı  qəmi,  kədəri.
Heyif ki,  dan  üzü  əriyən  şehtək 
Ömrü  gödək  olur  kəpənəklərin.
Ömrü  gödək  olur  dumanların  da  - 
Talada  incilər  itirib  gedir.
Ömrü  gödək  olur  duyanların  da  - 
Dünyadan  dərdləri  götürüb  gedir.
Bir  elə  kəpənək  günüydü  bu  ki  - 
Vaxt  da  nəfəsini  dərib  durmuşdu;
Üfüqdə  -   zərli  bir  kəpənək  kimi 
Səhər  qanadını  sərib  durmuşdu...
Şəki  -   Zaqatala, 
sentyabr,  1979-cu  il
t o ?
------------------------------------------   Vətən,  səslə  oğlunu
QIZIM  HİCRANIN  AD  GÜNÜ
Dünyaya  gəlibsən,
Baxtın  varıymış,
Uğur  üstündəymiş  yaradanların;
Ayağı  sayalı  adamlarıymış  - 
Ömrü  uzun  olsun  görüm  onların.
Dünyaya  gəlibsən,  çox  xoş  gəlibsən,
Bu  ay  da,  o  gün  də  sənindir,  qızım.
Oynaşan  ulduzlar,
qaynaşan  çəmən, 
alışan  ömrün  də  sənindir,
qızım!
Sənindir  dünyanın  bir  ağ  yolu  da,
Yaşat  addımınla,  ucalt  ad  kimi.
Sənindir  yağış  da,  qar  da,  dolu  da 
Göylərdən  verilən  mükafat  kimi.
Qəbul  et  həyatın  bir  növbəsini,
Qəbul  et,  ağ  günü,  qara  yası  da.
Qəbul  et  həyatın  ulu  səsini  - 
Xoşdur  gülməsi  də,  ağlaması  da.
Çalış  yaraşıq  ver, 
yaşa  bu  günü,
Sabahdı  -   açıla  ya  açılmaya.
Gör  anın,  damlanm  böyüklüyünü,
Böyük  hay-küyləri  çox  alma  saya.
Gözəllik  gözündən  doğsun  səhərin,
Bu  ayrı  aləmdir  -   sirli,  soraqlı;
t o ?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə