Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə47/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   43   44   45   46   47   48   49   50   ...   76

Səyavuş  Sərxanlı------------------------------------------ -
Ürəyi  ha  təklə,  ürəkdi  yenə,
Hamıya  bir  gözlə  baxıb  bu  həyat; 
Çörəyin  boyatı  çörəkdi  yenə,
İnsanın  boyatı...  vay  dad,  vay  bidad!
Bu  qəmi  duymazdı  əlim  yanmasa, 
Canımdı  üzülən  sözümdə  mənim; 
Böyüklər  sadəlik  bacarammasa, 
Sadəlik  böyüyər  gözümdə  mənim.
Ömür  dedikləri  canlı  xəzinə  - 
Borc  ala  bilməz  ki,  adam  adamdan! 
Nəyi  sevirdimsə, 
sevirəm  yenə,
Nəyi  sevmirdimsə,
çıxıb  yadımdan.
Bir  əldən  tutanda,  qola  girəndə, 
Fərəhim,  şadlığım  başımdan  aşıb. 
Balaca  ürəkli  adam  görəndə 
Gözümdə  dünya  da  balacalaşıb.
Niyə  gülüş  sınsın,  gülsün  göz  yaşı? 
Tutqun  ömürlərə  doğan  dan  olaq. 
Söyməyi  bacaran  var  addımbaşı, 
Öyməyi  bacaran  oğuldan  olaq.
Ürək  xeyirxahsa,  çiçəklənəcək, 
Ömür  narahatsa,  bar  verəcək,  bar.
Bu  nökər  torpaqdan  şahlıq  öyrənək, 
Gəlin,  torpaq  kimi  olaq,  adamlar!
Vətən,  səslə  oğlunu
Hərə  özü  boyda  canlı  əsərdir,
Siz  məni  tanıyın,  siz  məni  duyun:
Məndən  deyilənlər  tərcümələrdir, 
Gəlin,  məni  tapın,  məni  oxuyun!
A  könlüm,  ağlını  almasın  zaman, 
Döyməsin  qapını  şöhrət  qorxusu. 
Hikmət  dərsi  al  ki,  ağıllılardan, 
Sənin  də  söhbətin  hikmət  qoxusun.
Dərdə  çevirməyək  hər  sözü-gapı, 
Dünya  -  yad  deyil  ki,  sənin  evindir. 
Gözləmə,  hardansa  açılar  qapı,
Sən  özün  qapı  aç,  ürək  sevindir.
Bir  duyaq-düşünək,  sehrli,  səssiz, 
Nə  kiçiyi  danaq,
Nə  böyükləri;
Qoşa  relsə  dönək  -  mehirli,  əziz, 
Keçsin  çiynimizdən  dünya  yükləri.
Ömür  sirr  yoludur  yaranışından, 
Həyatın  əzəli  bir  qanunu  var: 
Ə ldən-ələ  düşüb  döyülən  zaman 
Dəmir  fəryad  edər,
Qızılsa  susar...
Sizin  sağlığınız  deyildi  həzin,
Sizə  üz  tutaram,
Sizə,  adamlar:
Özgə  taleyinə  göz  dikilməsin, 
Hərənin  öz  yeri,  öz  qisməti  var...


GÖZÜMÜN  İŞIQLARI!
“İtaliya  dəftəri”  silsiləsindən...
Gözümün  işıqları!
Orda  nə  təhərsiniz,
Qapınızı  o  döyən  dərs  ili  nə  gətirir?
Siz  dərdli  ürəyimdən  qopan  nəğmələrsiniz, 
Öpüb,
sizi  gözümün  üstə  qoyuram  bir-bir!
Az  toy  tutun,  o  tənha,
o  əziz  ananıza,
Toy  kimicə  böyüyün,  oğul  bala,
qız  bala!
Sizə  məndən  də  artıq  o  canı  yananıza 
Bircə  xətər  yetincə 
yetər  mənə  yüz  bəla...
Mənə  sarı  yüyürən 
O  nənə  işığında 
Bu  gün  yenə  sizsiniz,
siz  ey  dəcəllərim,  siz!
Hərəniz  bir  gözümdə  dünya  yaraşığında, 
Gözümün  işıqları,  öldüm,  nə  təhərsiniz?!
Hələ  kəpənəksiniz  -   ayrılmayın  bahardan,
Övlad  ata-anasız
deyim  sonra  kim  olur:
Atasız  böyüyərsə  -   yetim  qalır  vüqardan,
Anasız  böyüyərsə  -   rəhmdən  yetim  olur...
Florensiya,  1978-ci  il
Səyavuş  Sərxa n lı
------------------------------------------------------------------------------
_____________________________ Vətən,  səslə  oğlunu
KEFLƏRDƏN  DOĞULMUŞUQ...
Ömür  gülüstan  yolu  - 
Açmayan  qönçə  də  var:
Dərdi  dünyadan  ulu,
Xəlvət...  gecələr  ağlar.
Gözlərini  torpağa 
Dikib  nə  gözləyərlər?
Ömrü  başdan-ayağa 
Dəfinə  gözləyərlər.
Düymə  incilər  kimi,
Könlü  incələr  kimi 
Eyni  taleyə  tuşuq:
Həsrətlə  açarıq  biz  - 
Keflərdən  doğulmuşuq,
Qəm lərə  düçarıq  biz...
Eyni  haldı  -   sevgidə 
Tələsdin,  ya  ləngidin;
Ey  eşqi  məktəb  bilən,
Çalınan  qom  zəngidi!
Qəlbini  atlanmağa 
Ağrılar  üzən  idi;
Üz-gözündən  o  baxan 
Ayrılıqlar  rəngidi.
Ömür  -   ömür  ha  deyil,
Qayğıların  cəngidi:
Biri  qovar,
birinin
Dalınca  qaçarıq  biz  - 
Keflərdən  doğulmuşuq,
Qəmlərə  düçarıq  biz...


Can  verdik,  can  istədik 
Biz  hər  şeyə,  yaşadıq.
Tanrım,  baxtıma  yar  ol  - 
Deyə-deyə  yaşadıq.
Özgələri  gül  sanıb,
Öyə-öyə  yaşadıq.
Özümüzü  kəl  sanıb,
Döyə-döyə  yaşadıq.
Ömür  adlı  bu  dağda 
Döndük  neyə,  yaşadıq.
Əli  odda-ocaqda,
Üzü  göyə  yaşadıq...
Taleyə  qul  olmuşuq,
Önündə  naçarıq  biz;
Keflərdən  doğulmuşuq,
Qəm lərə  düçarıq  biz...
Min  qurulu  məzardan 
Bir  quru  can  yaxşıdı.
Yüz  ağlın  buz  nurundan 
Bir  həyəcan  yaxşıdı.
Göz  ağlada-ağlada,
Könül  açan  yaxşıdı...
Qəlbimiz  -   zümrüd  quşu,
Dərdlərə  açarıq  biz;
Mən  deyirəm,  özün  qan  - 
Keflərdən  doğulmuşuq,
Qəmlərə  düçarıq  biz...
1981-ci  il
Səyavuş  Sərxanlı
------------------------------------------------------------------- .
t o ?
------------------------------------------   Vətən,  səslə  oğlunu
ADSIZ  KÖRPƏ  AĞISI
Yarımçıq  doğuldu...
Boğuldu  səma,
Ötdü  istəklərin  yanıqlı  neyi.
Özü  bələnmədi  bircə  yol,  amma 
Həsrətə  bələdi  neçə  ürəyi.
Bir  yol  göz  yaşını  silməyən  insan,
Bir  evə  tor  atdı  düşüncələrdən.
H ələ  iməkləmək  bilməyən  insan 
Büdrətdi  gör  neçə  ümidi  birdən!
Ömür  tüstülənər,  yanarmış  demə  - 
Ürəyə  yağanda  ayrılıq  qarı;
Danışa  bilmədi  ikicə  kəlmə,
Dindirib  oxutdu  bayatıları...
Özü  say  bilmədi,  ölçü  bilmədi,
Həsrəti  böyüdü  asiman  qədər.
Dünyaya  bir  insan  gələ  bilmədi  - 
Dünya  tez  qocalar  bir  insan  qədər!
Gecə  uzaqlara  ulduz  ələnər,
Bir  ana  laylası  batar  yarıda;
Bir  çiçək  dəsinə  sükut  bələnər,
Batar  boş  beşiyin  qulaqları  da.
Üzü  dönməz  olar  ağrı-acının,
İzi  evdə  qalar,  eşikdə  qalar;
Gəlmədi  ...  onunçün  bircə  bacının 
Yığdığı  bəzəklər  beşikdə  qalar.
’m
?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə