Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə43/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   39   40   41   42   43   44   45   46   ...   76

Məclis  karvanım  çəkər  məstliyə, 
Yaxamdan  əl  çəkməz  nigarançılıq: 
Bir  ana
bu  toya  gəlibmi  görən?!
Görüm,  a  bəy,  toyun  mübarək  olsun 
Sözlü,  alqışlıdır  qapıdan  girən;
Bu  -   saz  yağışıdır,  pərişan,  həzin,
O  -   yaz  yağışıdır  çöldə  hönkürən:
Bir  ana  bu  toya  gəlibmi  görən?!
Gərək  qol  götürüb  oynayam  bu  gün, 
Gərək  yol  götürüb  qaçam  dünyadan  - 
Bir  köhnə  daxmanı  muştuluq  üçün: 
Mən  orda  doğmayam,  burdasa  yadam
Xiffət  ilim-ilim  itirib  məni,
Məgər  dost  toyunda  sevinməz  adam? 
Bu  necə  duyğudur  götürüb  məni; 
Boyuna  doğmayam,
Toyuna  yadam!
Keçir  ürəyimdən  bir  dəli  istək, 
Dayana  musiqi,  qopa  zəlzələ;
Bir  ana  boylana  qapıdan  titrək,
Bir  ana  oynaya  -  
Toya  toy  gələ!
Bir  əli  quransa  dahi  dünyanın,
Bir  əli  ölümdü,  itimdi  axı;
Yeri  müqəddəsdi  daim  ananın,
Toylar  da  anasız  yetimdi,  axı!
Mağar  gözlərimdə  qarışıb,  axır,
Kim  isə  güc  verir  sərxoş  səsinə:
Səyavuş  Sərxanlı
---------------------------------------------------------
д а ?
Bir  ögey  ananın  sağlığı  qalxır 
Bir  doğma  ananın  qəm  zirvəsinə.
Vüsaldı  açılan,  həsrətdi  solan,
Bəy,  gəlin  oturub  kövrək,  utancaq.
Burda  toy  çalmır,
Çatlayır  salon  -
Hardasa  bir  ana  ağlayır  ancaq!..
Bakı  -   Səadət  sarayı
1974-cü  il
____________________________________
Vətən

səslə  oğlunu
BACIM  XATA YA YA
Başına  döndüyüm  ulu  kəhrizin 
Başında  başımın  tacı  bir  ev  var. 
Gözütox,  könlütox,  görkəmi  həzin, 
Qonaq-qarasının  acı  bir  ev  var.
Nəvə-nəticəsi  səhv  eləyəndə, 
Anamın  qəlbinə  ağrı  dəyəndə 
Atam  aradabir  bikefləyəndə, 
Tüstüsü  zəhərdən  acı  bir  ev  var.
Kəhrizi  ötdükcə  gündə  min  hava, 
Tökülüb  başına  yığışar  oba. 
Gəlib-gedəninə  doğmaca  yuva, 
Qohuma-qonşuya  bacı  bir  ev  var.
Gedən  oğulları  səsli-soraqlı,
Durub  yol  gözləyər  ocağa  bağlı, 
Günləri  tanrıya-  torpağa  bağlı, 
Kədəri  boyundan  uca  bir  ev  var.
д а ?


Səyavuş  Sərxanlı------------------------------------------------------ --
Yazı  güldə  itər,  payızı  çəndə,
Kövrələr  göyünə  durna  gələndə.
Buludu  yarılıb  sel  töküləndə,
Haça  ildırımdan  saçı  bir  ev  var.
Bu  qoca  dünyada  çiyni  oraqlı,
M əhəbbət  boxçalı,  qayğı  yaraqlı,
Sonbeşik  oğuldan  əli  çıraqlı,
Qəlyanı  dumanlı  qoca  bir  ev  var.
Şəmkir  -   Sərxan  obası 
8  may  1977-ci  il
Məmməd Murada...
Ayrılıq  duyanda  gülləri  əsdi,
Yerin  hər  qarışı  dedi:  qayıt  gəl.
Yağdı,  nəğməsiylə  yolumu  kəsdi,
İsti  yaz  yağışı  dedi:  qayıt  gəl:
Dərədə  dalımca  yüyürüb  qalan,
Şəlalə  yaylığı  əriyib  qalan,
Çatmayıb,  yorulub,  kiriyib  qalan 
Çayın  yalvarışı  dedi:  qayıt  gəl.
Torpağın  qanadı  açıldı  göyə,
Daş  da  az  qaldı  ki,  dura  yeriyə.
Bir  ata  qayğısı  çəkdi  geriyə,
Bir  ana  alqışı  dedi:  qayıt  gəl.
Maral  aysayağı  baxdı  taladan,
Elə  ay  kimi  də  axdı  taladan.
Bir  qartal  qıy  çəkdi  Pəriqaladan,
Kəkliyin  çağrışı  dedi:  qayıt  gəl.
G ecələr  bu  yerdə  yol  azsan  əgər,
Güllərin  çırağı  sənə  bəs  elər.
Səni  səsləm əzlər  istəməsələr- 
El-  oba  nə  yaxşı  dedi:  qayıt  gəl!
Çəkdi  dumanını  üzünə  meşə,
Küsəni  biz  belə  gördük  həmişə.
Çəm ən  ipək  oldu,  qayalar  şüşə,
Bulağın  göz  yaşı  dedi:  qayıt  gəl.
Alışıb  yanırdı  üzü  güllərin,
Qızlarda  qalmışdı  gözü  güllərin,
O  sözü  güllərin,  özü  güllərin 
Bənövşə  baxışı  dedi:  qayıt  gəl.
Gülməz  gözəllikdən  göz  ayrılanda,
Bülbülün  bağrından  köz  ayrılanda.
Dağın  ətəyində  biz  ayrılanda,
Dolan  dost  baxışı  dedi:  qayıt  gəl.
Torpağa  can  olan,  daşa  can  olan,
Ömrə  qanad  olan  yaşa  can  olan,
Əhdi,  etibarı  başacan  olan 
Ürəyimin  başı  dedi:  qayıt  gəl.
Zaqatala,
1976-cı  il
________________________ ___________  
Vətən,  səslə  oğlunu
?


Səyavuş  Sərxanlı
MƏZAR  İÇİNDƏ  ÇIRAQ
Ə.Kərimin  xatirəsinə
I
Sahibsiz  kitablar  ağladı  sənsiz  - 
keçini-keçinə,  avazıya-avazıya.
Çoxu  inanmadı,  çaşıb  baxdı  darvazaya: 
Birdən  Əli  də  gələr  şairin  dəfninə? 
Ancaq  tabutdaydı 
Ürəklərə  paylanmış  dəfinə...
II
İnsan  kimi  öldü.
Şəkil  kimi  soldu.
Şair  kimi  söz  alıb
dillənə  bilsəydi  əgər, 
Deyərdi:  ağlamayın,
Bu  da  bir  iş  idi,  oldu!
III
Bir  yetim  yer  var  söz  qatarında 
Kimsəsiz  yurd  kimi  ağlar.
Ağlar  bir  parça  qara  torpaq 
Bir  parça  qara  dərd  kimi  ağlar.
O  nə  heyrətli  andı:
Dünyaya  tək  gəlsə  də,
Dayananda  karvan  kimi  dayandı.
Çıraq  kimi  keçdi,
Kəhkəşan  kimi  yandı.
Ordan  başlandı  çoxunun  yolu,
« S İ2 İ?
Vətən

səslə  oğlunu
Ordan  çoxu  təzədən  doğuldu- 
Özü  də  bir  azca
Əlisayaq  oldu.
Nəğmə  daşqınlarına 
Bir  qızıl  qanad  olan
Gör  necə  yatdı?
Bu  sirli  yatış
çox  yatanları  oyatdı! 
İnsanlıqdan,  həyadan,
Sadəlikdən  yoğrulan,
Sakit  ildırım  olan  - 
Şeirimizin  zirvəsindən  tökülən 
Şəlalə  səsli  oğlan
ana  sinəsi  bilib, 
uzandı  quru  yerə,
Gözümüz  görə-görə...
IV
Qulağıma  səs  gəlir:
Bizə
şeir  gətir,  Əli;
Üz-gözü  işıqlanır 
Öz  ilahi  nuruyla  - 
Yaxşı,  deyir,
Yadıma  düşsə,  deyir.
V
Çuvalda  nə  gizlədibsən, 
Görünmürmü  ucu,  dünya? 
Yığ  üzündən  təbəssümü, 
Ay  biclərin  bici  dünya!
ç O ?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə