Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə44/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   40   41   42   43   44   45   46   47   ...   76

Səyavuş  Sərxanlı-----------------------------------------------------
Ayırırsan  yaxşı-pisi,
Tanıyırsan  yaxşı,  dünya;
Aparırsan  gör  kimləri  - 
Necə  deyim  naşı  dünya?
VI
Torpağın  sinəsində 
İsti  qəm  yeri  qaldı.
Göyçay  xiyabanında 
Şeir  karvanımızın
Ağır  ləpiri  qaldı.
Qaldı  canlı  bir  məzar,
Əli  -   içində  çıraq.
Ana  yer  doğma  qəlbin
Oduna  qızınacaq.
VII
Baş  daşı  barmaq  olub,
Silkələndi  dostlara:
Məni  unutmayın  ha...
1969-cu  il
Böyük  mövzularda  yaza  bilmirəm... 
Məni  bağışlayar  tənqidçi  qardaş;
Bir  zərif çiçəkdir  gözümdə  aləm  - 
Canında  titrəyiş,  bəbəyində  yaş.
4 0 ?
Vətən,  səslə  oğlunu
Bir  azca  çəkmişəm  el  adamına,
Hərdən  köhnəlikdən  səs  eləyirəm. 
Söykənib  dünyanın  qara  damma, 
Gəlmişi-keçmişi  vəsf eləyirəm.
İnsan  bənzəm əz  ki,  ötərgi  səsə,
O  gəlmir  dünyaya  seyrici  kimi  - 
Gəlir  ki,  özündən  sonrakı  nəslə
Danışsın  dünyada  gördüklərini.
Üstümə  hər  yerdə  kəndçi  günlərim 
Gözünün  yaşını  ələyib  gələr.
Batsa  bir  bulağım  -   bir  dağlı  pərim, 
Sinəmdə  dəryalar  mələyib  ölər.
Əlim  toxumlara  qol-qanad  oldu,
Qəlbim  qaranquşla  yuva  tikdi  də;
Dünyanın  baş  yolu,  prospekti  də 
Üstümə  yüyürən  bu  kənd  yoludu!
Odur  könlüm  nuru,  başım  tacı  da,
Onsuz  göy  də  mənə  bir  yük  görünür. 
Kəndimin  balaca  tut  ağacı  da,
M ənə  dünyamızdan  böyük  görünür...
1985-ci  il


Səyavuş  Sərxanlı-------------------------------------------— -
DÜNYA  HAQQINDA  İKİ  QOŞMA
Nə  müddətdi  üz  sürtürəm  üzünə,
Köksü  geniş,  yollan  dar  dünyadı.
Ana  deyib  baş  qoymuşam  dizinə,
Can  desə  də,  bietibar  dünyadı.
Uşaq  olub  şirni  aldım  əlindən,
Cavan  olub  yerə  dəydim  belindən,
Baş  açmadım  fitnəsindən,  felindən, 
Qəmində  gül,  gülündə  qar  dünyadı.
Göz  qamaşır  günəşinin  gözünə, 
Evindəyik,  nə  deyək  ki,  üzünə?
Eh,  məni  də  oxşadıbdı  özünə,
Yazda  xəzan,  qışda  bahar  dünyadı.
Kimə  yoldu,  kimə  yükdü,  kimə  at,
Kimə  dostdu,  kimə  yardı,  kimə  yad,
Nar  bağına  oxşayırsa  kainat- 
Qoynundakı  ən  şirin  nar  dünyadı.
Onun  bulaq  dodaqları  bizik,  biz,
Onun  yarpaq  qulaqları  bizik,  biz,
Onun  torpaq  qonaqları  bizik,  biz,
Gözü  gülər,  köksü  ağlar  dünyadı.
Milyon-milyon  yuva  quran  o  quşdu, 
Milyon-milyon  sorğulardan  sovuşdu.
Asta  yeri,  dörd  yan  eniş-yoxuşdu,
Ömür  kimi  çox  nahamvar  dünyadı.
Yiyə  çıxan  ona  görən  kim  idi?!
Küləkləri  talelərin  simidi;
-----------------------------------------   Vətən,  səslə  oğlunu
Gah  müdriklər,  gah  keflilər  kimidi,
Gahdan  ayıq,  gahdan  xumar  dünyadı.
Ey  Səyavuş,  oddan  köynək  geyirik.
Yarat  deyə,  ömrümüzü  yeyirik;
İnanma  ki,  qoca  dünya  deyirik- 
Əlində  gül,  dilində  yar  dünyadı...
1981-ci  il
Yenə  gizli-gizli  nə  söyləyirsən, 
Mənim  ölüm  adlı  yarıma,  dünya? 
Yenə  dörd  yanıma  gileylənirsən 
Adıma,  baxtıma-barıma,  dünya!
Nə  olsun  ürəyim  bir  ayparadır, 
Dost-yar  yanında  ki,  üzüm  qaradır! 
Onsuz  da  bu  sinəm  para-paradır,
Niyə  duz  basırsan  yarama,  dünya?
Eşqi,  məhəbbəti  azara  verib,
Namusu,  qeyrəti  bazara  verib;
Cavan  oğulları  məzara  verib,
Belə  arsız-arsız  qarıma,  dünya!
Ahımdan  dumanlar  çəkdin,  bilmədim, 
Məni  əkin-əkin  əkdin,  bilmədim, 
Məni  hansı  eşqə  bükdün,  bilmədim  - 
Harda  öldü-qaldı  yarım,  a  dünya?
Doğrunu-yalanı  kösövləyirəm, 
Öləni-qalanı  vəsf eləyirəm,



Səyavuş  Sərxanlı--------------------------------------------------------------
Çoxdan  o  dünyadan  səs  eləyirəm,
Məni  bu  dünyada  arama,  dünya!
Gündə  bir  at  sürdün,  fərman  buyurdun,
Gedənə  gəlməzi  dərman  buyurdun,
Ta  baş  da  qoymadın  -   xırman  buyurdun,
Daşını  salacam  harama,  dünya?
Qanlar  tökə-tökə  qansızlayırsan,
Canlar  sökə-sökə  cansızlayırsan;
İpək  torundayıq  -   nə  sızlayırsan,
Barama,  barama,  barama  dünya?!.
Şəmkir -   Morul -   Sərxan  obası 
1985-ci  il
“Sibir  dəftəri  silsiləsindən  -
DÜNYAYA  BİR  UŞAQ 
GƏLİRDİ  GÖYDƏ
Sibir  cəngavəri  Fərman  Salmanova...
O  axşam  Salexard  -   Tümen  yolunda 
Qəfildən  bir  gəlin  çəkdi  içini.
Göyün  nə  qatında,  sükan  dalında 
Qan-tər  yudu  getdi  təyyarəçini.
Biri  yalvarırdı:  qardaş,  qulaq  as,
Sən  Allah,  yeyin  sür  yada  ki,  saxla.
O  da  qışqırırdı:  gözləsin  bir  az,
Gələn  neyləyəcək  mən  saxlamaqla!
«SgOfjo
-----------------------------------------   Vətən,  səslə  oğlunu
Təyyarə  gülüşdən  qanad  bağladı,
Adamlar  belədi  -   danla  da,  öy  də;
Gəlin  ağlayanda  kimsə  ağladı  - 
Dünyaya  bir  uşaq  gəlirdi  göydə...
Təyyarə  tələsir,  şütüyür,  axır,
Burda  hara  ensin  -   tayqada  qışdı.
Naznazı  qızlara  çəpəki  baxıb,
Topsaqqal  bir  qoca  qol  çırmamışdı.
Biri  qənd  payını  tez  saldı  çaya,
Biri  paltar  gəzdi,  biri  yer-yemək;
Şair  də  söz  atdı  stüardessaya:
-   Vətəndaş  biletsiz  minibmiş  demək?
Güldü  göz  yaşları  içində  gəlin...
Nə  fərqi,  ya  oğul,  ya  da  qız  olsun  - 
Dedik,  dünyamıza  göydə  gələnin 
Gərək  oyuncağı  ay-ulduz  olsun!
1973-cü  il
Öm ürdən -gündən...
ÖMRÜMÜZ-GÜNÜMÜZ
Biz  ki,  narahatıq  - 
Bizim  deyilik
Odlardan  doğulan  al  səhər  kimi;
Saçları  ağ  olan  analar  kimi,
Dalğası  dağ  olan  dənizlər  kimi.
Masa  arxasında  otursaq  da  biz,
Ağıl  səfərdədi,  ürək  səfərdə...
<Ц0%>


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə