Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə41/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   37   38   39   40   41   42   43   44   ...   76

Səyavuş  Sərxa n lı--------------------------------------------
QIŞ  NAĞILI
Payızın  dizini  qış  yerə  vurub, 
Sonuncu  yarpaqlar  yağır  qar  kimi. 
Evlər
yollar  boyu  gör  necə  durub,
Üstünə  qar  yağmış  qatarlar  kimi!
Körpə  uşaq  kimi  bələyir  yeri, 
Vurğunam  göylərin  ağ  yağışına. 
Tüstülər  də  minib  qar  xizəkləri, 
Çıxıblar  baharın  axtarışına.
Görüş  yerlərinin  soyudu  odu,
Çəmən  kəfən  geydi,  gör  bir  nə  işdi? 
Qış  sanki  sehrkar  İqor  Kiodur,
Əlini  qaldırdı, 
dünya  dəyişdi...
Qar  gəlir  -   səmalar  dümağ  dəniztək, 
Eşidir  ürəyim  sünbül  səsini,
Gedirəm  binalar  sanki  gəmitək 
Keçirlər  mənimlə  qar  dənizini.
Buludlar  o  qədər  silkələnib  ki, 
Dərələr  qar  dolu  xərək  olublar.
Yer  elə  yumşalıb,  pilələnib  ki, 
Qayalar  ağlayan  mələk  olublar.
Dağlarda,  düzlərdə  çiçək  yerinə,
Daşlana-daşlana
qar  ləpələnib.
Körpə  bulaqların  bəbəklərinə 
Daşlaşa-daşlaşa  qar  təpələnib.
s ö ?
Çaylar  ağac  olub  yarpaqlanıblar,
Başaçıq  dirəklər  papaqlanıblar.
Sönüb  qürubun  da  üfüq  odları,
Dağlar  dönüb  olub  qar  buludları...
Qar  gəlir...
Cığırlar  hayanda  yatıb?
Palıdlar  meşənin  çəkir  fikrini.
Ağaclar
əlini  hara  uzadıb,
Qızınmaq  istəyən  adamlar  kimi?
Qartal
qayaları  salıb  çiyninə,
Qışa  təslim  olmaz,
Qışlar  zirvədə;
İki  hökmdarın  sultanlıq  üstə 
Ölüm-qan  döyüşü  başlar  zirvədə!
Təbiət  danlayır  sanki  anatək,
Qış  körpü  gətirir  - 
dağlar  görüşür.
Bir  duman  topası 
bir  ağ  sonatək
D ərədə  rəqs  edir,  buzda  sürüşür.
Qar  gəlir...
Soyuqlar  alır  canımı,
Üşüyən  fikirlər  dolur  başıma;
Təklik  yaxalayıb  ata-anamı,
Görən  çəkibdimi  ocaq  başına?
Salam,  a  fikirli, 
a  qayğılı  qış!
Səndə  əfsanə  çox, 
macəra  çoxdur.
S O ?
____________________________________  
Vətən

səslə  oğlunu


Düz-dünya  dümağdır, 
dünya  -   nağılmış,
Sanki  yer  üzündə  heç  hara  yoxdur.
Yağır  obaların  qonaq  azlığı, 
Yolların,  izlərin  qubarı  yağır. 
Kənddə  anaların  hayansızlığı, 
Şəhərdə  qızların  baharı  yağır...
Səyavuş  Sərxanlı
-------------------------------------------------------
ŞEİRLƏR
II  HİSSƏ


Səyavuş  Sərxanlı
HƏSRƏT  QOŞMASI
Olmasın  istəyin  sona  çatdığı,
Qəlbimin  ötəri  qəmə  batdığı,
Həsrətin  kükrəyib  at  oynatdığı 
Çağlara,  çağlara  çağırın  məni.
Baldırğanlı  dərə  çiçək-çiçəkdir,
Ürək  harda  olsa  yenə  ürəkdir,
Bəlkə  Noylu  bulaq,  Göy  tala  təkdir, 
Dağlara,  dağlara  çağırın  məni.
Xəzan  yarpaqlarla  qızıl  yol  salar, 
Heyva  həsrətimdən  hər  il  saralar. 
Bağbanın  gözləri  yollarda  qalar, 
Bağlara,  bağlara  çağırın  məni.
Duma  harayıyla  göyü  çaşdıran, 
Sevgilər  selini  aşıb  daşdıran.
Daim  insanları  yaxınlaşdıran 
Bahara,  bahara  çağırın  məni.
Sönən  bir  ömürdən  tutan  əl  olsam... 
Dilsiz  bir  insana  dinən  dil  olsam... 
Nəyimə  gərəkdir  durğun  göl  olsam  - 
Axara,  axara  çağırın  məni.
Həyat  sevgisinin  dönməz  üzü  var, 
Köksümün  nə  qədər  sönməz  közü  var, 
Harda  insanların  ayaq  izi  var,
Bax  ora,  bax  ora  çağırın  məni...
İLXIÇI  ORUC,  GÜLLÜ 
YAYLIQ,  YEL  ATLAR
Bilməzdik  bu  dünya  deyilən  nədir,
Baharda,  payızda,  qarda-sazaqda,
Unudub  qızları,  çox  qəribədir,
Elə  danışardıq  bu  atlar  haqda!
Atlar  at  deyildi  -   gözlər  bir  ocaq,
Atlar  ildırımın  qanadlanydı.
Atlar  nağıllardan  gəlmişdi  ancaq,
Atlar  qıratlardı,  düratlarıydı.
Aylı  gecələrin  sınardı  göyü,
Çürükcə  diş  kimi  əsərdi  töylə  - 
Təpikdən  qopardı  barıt,  qan  iyi 
K əhər  kükrəşəndə  xallı  bədöylə.
Çil  ayğır  can  atsa  qaya  uçurar,
Alov  saçılardı  həmlələrindən.
İlxı  eşim-eşim  eşilər  durar,
Quş  kimi  qalxardı  sonra  yerindən.
Səsi  kal  gələrdi  Dəli  Orucun:
-   Bəsdi,  qana  düşün,  a  çərləmişlər.
Bəsdi,  sizi  görüm  qayadan  uçun,
Öldürdünüz  məni,  ay  ölməmişlər!
Deməklə  qurtarmaz  Dəli  Orucdan,
Qıyından  göydəki  qartal  enərdi.
Gözümüz  qorxmuşdu  tunc  oğlu  tuncdan,
Qışda  göy  buzları  qırıb  çimərdi.
-------------------------------------------------------  
Vətən,  səslə  oğlunu
Ш ?


Səyavuş  Sərxanlı-----------------------------------------
Deyərdin  sel  durar,  döş  vursa  selə 
Dünyanın  nə  hökmü  vardısa  onda 
Göy  kimi  gurlayan  göy  ayğır  belə 
Quzuya  dönərdi  onun  yanında.
Daim  qoçaqlığı  ömür-gün  sayıb, 
Qorxunun  üstünə  əsən  qışdı  o.
Beş  yaşlı  oğlunu  ata  sarıyıb,
Bir  dəfə  cığıra  buraxmışdı  o!
Bir  qız  da  varıydı  -
şahlıq,  saraylıq,
Ona  mələk  desən  yenə  azıydı,
O  gözlər,  o  xallar,  o  güllü  yaylıq 
Ulduzlu  göylərin  bir  parçasıydı.
Nağıla  dönmüşdü  o  qız  az  qala, 
Göy  də  ayağında  min  səcdə  qılar. 
O  bir  qala  idi,  alınmaz  qala  - 
Çoxları  basılıb  qayıtmışdılar.
O  qız  inadların  inadı  idi,
Ölərdi  minməsə  ən  dəli  ata;
Sanki  yel  atların  qanadı  idi, 
Qanadlı  gəlmişdi  sanki  həyata.
Yellədə-yellədə  güllü  yaylığı 
Hey  xallı  bədöyü  çapıb  gedərdi. 
Vurğun  baxışların  od  ayrılığı 
Ələyərdi  kəndə  həsrəti,  dərdi.
Elə  çaparaq  da  yox  oldu  bir  gün, 
Bir  atlı  igidlə  gedib  dedilər.
Vətən,  səslə  oğlunu
Uşaqlıq  elini  qar  basdı  bütün,
Ayılıb  yetimə  döndük  bir  səhər...
Durmuşam  çiynimdə  dağdan  ağır  yük,
O  əziz  günləri  çən-duman  sarıb.
Tövləni  ot  basıb,  divarlar  sökük,
Maşınlar  atları  yığıb  aparıb.
Gözləri  dolubmuş  həsrətlə,  yaşla,
Tövləyə  tutubmuş  atlar  üzünü.
Bir  qoca  dedi  ki,  Dəli  Oruc  da 
Saxlaya  bilmədi  hönkürtüsünü.
Söndü  kişnərtilər  alovlar  kimi,
O  gündən  çaylarda  hıçqırıq  qalıb.
O  gündən  yadigar,  yadigar  kimi 
Sinəmdə  bir  dəli  qışqırıq  qalıb...
1975-ci  il
ATA  OCAĞIMIZIN  QONAĞI 
OLMUŞ  ŞAİR  DOSTLARIMA
Bu  dağlarda  səsi  qalıb  Məmməd  Arazın,
Bu  dağlara  onsuz  baxmaq  mənə  çətindir; 
Cığırlarda  izi  qalıb  Məmməd  Arazın,
Cığırlara  onsuz  qalxmaq  mənə  çətindir.
Məhəbbəti,  xoş  qılığı  külək  olub,
Ətir  səpib  düz-dünyanın  dodağına.
Səsli-səssiz  qışqırığı  şimşək  olub,
Üfüq  boyu  sığmır  bulud  yatağına.


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə