Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə42/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   38   39   40   41   42   43   44   45   ...   76

Çox  ilhamlar  qurub  çağı  sınanıblar, 
Sözümüzün  dan  yeridir,  alqış  ona. 
Ata-anam  onu  görüb  inanıblar 
Bu  dünyada  şeirin  də  iş  olduğuna!
Ötərilik  adamların  çoxunda  var,
Asan  duyğu,  asan  əməl  çoxsa  -   dərddir.
Buz  bulağın  gözü  doğma,  səsi  tanışdır, 
Onun  şeir  uçqunundan  düşüb  qalıb.
Qızıl  Qala  himə  bənddir, 
dindir,  danışdır,
Məni  yenə  tənha  görüb,  çaşıb  qalıb.
Dildən  ağır,
Əldən  yaman  itidir  dünya,
Uçurumlara  kor  işıqlar  saçılıb  yenə;
Gələn  kimdi,  gedən  kimdi,  ay  gidi  dünya  - 
Lalə  -   yerin  qulağıtək  açılıb  yenə?
Ay  qoca  dağ,  bir  yol  ayıl,  adam  tanı, 
Qürubuna  göz  qoyaram  gözüm  yanar.
Hər  addımın  xatirələr  qəbristanı  - 
Daşlarına  üz  qoyaram,  üzüm  yanar.
Bu  qayalar  nə  tez  belə  çat-çat  olur,
Dünən  axı,  şumalıydı,  xınalıydı?
Onu  döyən,  qıran  hansı  qanad  olub,
Hansı  qışda,
hansı  yazda,
hansı  yayda?
Kor  dərədə  qaratoyuq  pıqqıldadı,
Keçəl  yoxuş  şırımlandı  ağız  kimi.
Səyavuş  Sərxanlı
--------------------------------------------------------------------.
-----------------------------------------   Vətən,  səslə  oğlunu
Ö tənlərdən  qopub  gələn  sel  budadı 
Onun  şeir  çəmənitək  yaz  fikrimi.
Ağ  gülüşlə  axıb  getdi  baxdım  nəyə,
Ağ  ayrılıq,  zirvələrdən  gülmə,  kiri!
Qızlar  qalxıb  dağ  başına  qar  yeməyə,
Qədəmləri  cığırları  gülləndirib.
Neçə  arzu  murazdadı,  uğurdadı,
Baş  qarışdı,  nə  qarışdı  sözə-gapa!
Ağ  yel  əsdi,  div  dərələr  uğuldadı,
İlxı  daşlar  yenə  düşdü  tapbatapa.
Güllər  güldü  üz-gözünü  yuya-yuya,
Leysan  gəldi  -
təbiətin  ilhamçısı;
Dağ  sualtı  qayıq  olub  batdı  suya,
Mən  də  onun  kapitanı,  sükançısı.
Əziz  qonaq  ürəklərdə  dönər  şeirə,
Nə  yaxşı  ki,  bir  gəlişdən  min  iz  qalar.
O,  üz  tutar  üfüqlərə  Araz  deyə,
Ürəyində  Kür  çağlayar,
dəniz  qalar!
Görüm  ömrü  uzun  olsun  Məmməd  Arazın,
Səsi  qalıb,  sözü  qalıb  bu  dağlarda;
Sərin  sular  sinəsinə  qonaq  sazın 
Özü  gedib,
Sözü  qalıb  bu  dağlarda...
Şəmkir  -   Çənlibel 
1977-ci  il


Səyavuş  Sərxanlı  - ----------------------------------------------------
ANADİL
Dağın  ətəyində,
Keçəl  təpədə
Balaca  bir  uşaq  qarmon  çalırdı.
Mən  onu  görmüşdüm  keçən  həftə  də,
Onda  da  yer  qalxır,
Göy  alçalırdı...
Onda  da  beləcə  axırdı  bu  çay  - 
Arxayın,  pərişan,  sirli,  dumanlı;
Üfüqdən  beləcə  diklənirdi  ay  - 
Kalağay  haləli,  oraq  nişanlı.
Mürgüyə  dalmışdı  qoca  həyətlər,
Yığmışdı  köçünü  eldən-obadan;
Onda  da  pəjmürdə,  dalğın  söyüdlər 
Qulaq  kəsilmişdi  ay  doğanacan.
Sanki  neçə  ildi,  neçə  qərinə- 
O  uşaq  çalırdı,  özü  də  təkdi...
Yorulsa,  bu  kəndi  onun  yerinə 
Anadil  başına  götürəcəkdi...
1973-cü  il
GÖZƏLLİK  DƏRSİ
O  hələ  nə  qanır,  lap  uşaqdı  ki,
Qanadı  xallıca  kəpənəkdi  ki;
Gözünə  gözəllik  toxumu  düşən 
Balaca,  heyrətli  bir  ürəkdi  ki...
___________________________ Vətən,  səslə  oğlunu
Sən  onu  ayırma  çöldən  ,çəməndən,
Göz  kimi  açılan  güldən,  çiçəkdən;
Onun  saflığını,  uşaqlığını 
İlahi  bir  nurla  göylərə  yazan
ulu  şimşəkdən,
Körpə  xəyalının  uzaqlığının 
Üfüqdə  teyləyib,  ulduzdan  asan 
nurlu  küləkdən,
Muncuğa  oxşayan  qönçədən,  şehdən,
Bağlara  baş  qoyan  qövsü-qüzehdən,
Yolların  tozundan  ayırma  onu;
Zəmi  qırağından,  dağ  cığırından,
Dəlisov  quşların  çal-çağırından,
Göllərin  qazından  ayırma  onu;
Nənə-babasının  nəvəyə  dərman 
İsti  nəfəsindən  ayırma  onu;
Cərrah  əmisinin  bayram  günləri 
Sözündən,  sazından  ayırma  onu!
Qaydına  qalacaq  ruzili  əllər  - 
Əllərin  yazından  ayırma  onu,
Torpaq  havasından  ayırma  onu...
Sellər  aparacaq  küsməyi,nazı,
Bulaqlar  saçını  uzadacaqdır.
Burda  fidan-fidan  böyüyən  qızın 
Orda  budaq-budaq  boy  atacaqdır.
Oxuyub  gedəcək  yolçu  yağışlar,
Sevinc  qanadlıymış,  heyrət  qalanmış!
Onunçün  dağlara  yağacaq  ilk  qar,
Ayılıb  görəcək  nağıl  yalanmış...
Oyadar  yuxudan  xoruz  banları,
Kəhrizin  laylası  yatırar  onu.
*5 5 ?


Səyavuş  Sərxanlı------------------------------------------ —--------
Peyğəmbər  kimidi  kənd  adamları,
Nə  ki,  istəyi  var,  çatdırar  onu.
Açılar  bir  körpə  qönçənin  ağzı,
Təbiət  nəyi  var  ona  verəndə;
Göz  yaşı  içində  gülər  o  yazıq 
Oyuncaq  yerinə  dünya  görəndə.
Yox,  onu  ayırma  güldən,  çiçəkdən,
O  da  bir  qönçədi,  yeri  oradır.
Qoy  yusun  üzünü  bir  az  duman-çən,
Qoy  bir  az  ağarsın,  qızın  qaradır.
Körpə  yaddaşına  köz  düşür  hələ,
Bu  günlər  olmasa,  xatirə  olmaz.
Qıyma  o  yerlərdən  ayrılıb  gələ,
Qoy  cüyür  balamız  gün  görsün  bir  az.
Bulağa,  bülbülə  qoy  çəksin  səsi,
Uşaqlıq  möhlətdi  -   o  möhlət  keçir;
Analar  keçirsə  analıq  dərsi,
Gözəllik  dərsini  təbiət  keçir...
1975-ci  il
TOY
Ayrı yaşayırlar  anamla  atam...
N.Kəsəmənli
Necə  oturubsan  sakit,  pərişan- 
Şairə  yaraşan  hüzn,  kədərlə.
Mən  gördüm  toyuna  bu  qərib  axşam 
Gəlmişdi  analı  xatirələr  də.
Bir  ana  həsrəti  alışıb  köztək,
sst2S?
Vətən

səslə  oğlunu
Tavandan  məclisə  nur  ələyirdi.
Ay  da  pəncərədən  pərişan  göztək 
Sənin  toy  süfrənə  gülümsəyirdi.
Qızların  həvəsi  düşməz  yaraqdan. 
Süzürlər  ortada  mələklər  kimi.
Bu  sevinç  günündə
baxsan  qıraqdan-
Qəm  vardı
Günəşdə  bir  ləkə  kimi.
Şaddır  ögey  ana,  nə  var  ki  ona!
Keçib  baş  tərəfə-hazır  yerinə.
Eh,  bu  dəm  hardasa  doğma  bir  ana 
Qənim  kəsilibdi  öz  qəmlərinə!
Səxavət  əlini  açıb  hər  ürək,
Təriflə  bəzənir  ömrün  illəri.
Bəs  niyə  susurdum  fikrə  gedərək,
Bəs  nəydi  od  olub  qanıma  girən?
Ürək  kirimirdi  bayaqdan  bəri:
Bir  ana  bu  toya  gəlibmi  görən?!
Toybəyi  oynadır  arvad-uşağı,
Alovlu  simlərdə  əriyir  “Dilqəm”.
Bir  qarı  oturub  başıaşağı,
Onsuz  da  yanan  var,  yanmasın  Kərəm: 
Bir  ana  bu  toya  gəlibmi  görən?!
** *
Ah,  kimi  çağırar,
kimi  səsləyər  - 
H əsrət  dörd  dolanar  əli  qamçılt.
teıt?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə