Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə45/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   41   42   43   44   45   46   47   48   ...   76

Səyavuş  Sərxanlı--------------------------------------------
Açıb  ürəkləri  səssiz-xəbərsiz, 
Bəzərik  mənalı  düşüncələrlə.
Axdıqca  ürəyə  fikrin  işığı,
Könül  də  yanıqlı  bir  neyə  dönər.
Bir  ömrün  əbədi  pərişanlığı 
Milyon  ürəklərçün  nəğməyə  dönər.
Bəzən  qorxuluyuq  uçurum  kimi, 
Demə,  ömrümüzdən  kimə  nə  düşür! 
Qayğısız  günümüz  ildırım  kimi 
Kiminsə  qayğılı  ömrünə  düşür!
Əzəldən  yananı  sevmişik  axı, 
Bulana-bulana  ömür  durulmuş. 
Bəşərin  ən  böyük  qəhrəmanlığı 
Fatehlik  olmamış,  insanlıq  olmuş!
Narahat  dənizdi  insanlıq  bu  gün, 
Dostu  tanımağa  yaddaş  gərəkdir. 
İyirminci  əsrin  insanlığıyçün 
Bir  başın  içində  min  baş  gərəkdir!
Orbitdə  vurnuxan  planet  kimi 
Qaça  bilməyirik  öz-özümüzdən.
Biri  adımızla  bəzər  eşqini,
Heyf ki,  biri  də  dərd  alar  bizdən.
İllərdən-illərə  bahar  ötüşər,
Günlərin  başına  çiçək  ələnər. 
Kiminsə  gözündən  bir  damla  düşər, 
Kiminsə  ömründə  yer  silkələnər.
__________________________ _  Vətən,  səslə  oğlunu
Odlardan  keçmirmi  insanın  ömrü,
Ürəkdən  alovlu  bir  kürrəmi  var?
Sənətkar  ömrüdür  -  vulkanın  ömrü,
Qəfil  sönəni  var,  püskürəni  var!
Hissimiz  yandıqca  atəş  oluruq,
Ürəyi  kül  edib  dağıtmaq  üçün.
Ağlımız  yandıqca  günəş  oluruq  - 
İnsanlıq  adını  doğrultmaq  üçün.
Ocaq  da  od  alar  başdan-binadan,
Verər  özgələrə  öz  istisini;
Özünün  olammaz  narahat  insan  - 
Özünün  olmayan  gözəllik  kimi!..
ƏLİM  HAMİLƏDİR 
GÖZƏLLİKLƏRƏ...
Əlim  hamilədir  gözəlliklərə  - 
Qəlbimdən  od  alıb
dönəndə  şama, 
Ulduz  yağdıracaq
yetsə  axşama,
Gündüz  yaradacaq  çatsa  səhərə.
Bəlkə  nağıl  kimi  görükər  sizə 
Hamilə  əllərin
şeir  başlığı?
Doğur  ağ  günləri  ellərimizə 
Sağ  əlin
sol  əllə  çiyindaşlığı. 
Onun  həniridi  can  verən  neyə,
Odur  qanad  olan  ovqata,  heyə,
25 ?


Onsuz  qara  ölüm  dönərdi  neyə,
Tanndan  o  çıxıb  dünyaya  yiyə;
Əl  tutmaq  Əlidən  qalıbdı  deyə  - 
Əlim  hamilədi  gözəlliklərə.
Əlim  hamilədi  gözəlliklərə  - 
Ulduz  yağdıracaq
yetsə  axşama,
Gündüz  doğulacaq  çatsa  səhərə;
Ölüncə...  beləcə  dönəcək  şama!
Bakı,  1992-ci  il
Səyavuş  Sərxanlı
---------------------------------------------------- ------------------
ŞEİRDƏN  GETMƏ...
Şeir  də  çörəkdi,  duzdu  -   yeyilən, 
Ondan  üz  çevirmək  günah  işidir. 
Bu  şeir  deyilən,  bu  söz  deyilən 
Allaha  and  olsun,  Allah  işidir! 
Göylə,  ucalıqla  işi  var  onun,
O  səsi  hər  tale  götürə  bilməz,
O  dərsi  hər  ürək  bitirə  bilməz;
Bir  yönü  bəri  dur,  qələm  dostunun 
Üzünə  rəhm  elə,  şeirdən  getmə, 
Qəsdən,  bilə-bilə  şeirdən  getmə!
Şair  yeriməsə,  şair  getməsə, 
Addımı  altında  fırlanmazdı  yer. 
Gözəllik  köksünü  inildətməsə, 
İnsanın  başına  dolanmazdı  yer. 
İlham  dağlardan  da  sehrkar,  ulu  - 
Çaylar  nəğməsini  səndən  gözləyir,
t!2S?
Neylər  naləsini  səndən  gözləyir;
Duma  bulaqların  yanğı,  yaş  dolu 
Gözünə  rəhm  elə,  şeirdən  getmə,
Qəsdən,  bilə-bilə  şeirdən  getmə!
Gendən  bir  olsa  da  duma  qatarı,
Hər  quşun  öz  ayrı  qanadı  olur.
Adda  oxşasa  da  bulaq  suları,
Dadda  hər  bulağın  öz  adı  olur.
Ömür  çıraq-çıraq  sualdı,  sirdi;
Qəmi  çaşdırarsan  bir  açıq  üzlə,
Dağı  aşırarsan  bir  işıq  -   sözlə,
Bir  şeirin  sehrinə  min  el  əsirdi  - 
Dözümə  rəhm  elə,  şeirdən  getmə,
Qəsdən,  bilə-bilə  şeirdən  getmə!
Necə  yanmayasan  qəlbə  dəyəndə 
Rəhmin  soyuqluğu,  dərdin  sərini?
Yaz  ki,  darıxanda,  qəribsəyəndə,
Təpək  gözümüzə  şeirlərini!
Dil  dönməz  deyəm  ki,  getdi  o  çağın;
Sevinməyən  gözlər  göz  dikib  sənə,
Sevilməyən  kəslər  göz  dikib  sənə;
Sinəndə  çathaçat  yanan  ocağın 
Közünə  rəhm  elə,  şeirdən  getmə,
Qəsdən,  bilə-bilə  şeirdən  getmə!
Atlı  qəm  yollan  yorur  hələ  də 
Bir  Araz  yası  var  -
yiyəsi  qaçaq;
O  tabut  ortada  durur  hələ  də.
Qardaş,  o  tabutu  kim  qaldıracaq?!
Heyrətsiz  gözümdən  utanır  heyrət,
Bir  elin  "masqaya"  çox  oxşarı  var  -
------------------------------------------------------  
Vətən,  səslə  oğlunu


Bir  üzü  gülərdi,  bir  üzü  ağlar...
Mən  həsrət  dərirəm,  sən  də  o  qeyrət 
Səsinə  rəhm  elə,  şeirdən  getmə,
Qəsdən,  bilə-bilə  şeirdən  getmə!
Fələyin  başında  qırmanclarıq  biz,
Mərhəmət  diləkli,
İşıq  arzulu.
Taleyi  gec  gülən  ağaclarıq  biz,
Dili  köklərində,
Əli  ruzulu.
Dəryalar,  dənizlər  çağlasın  qanda,
İlhamı  dağa  vur,  daşa  vur  görək,
Hər  günü  şeirlə  başa  vur  görək  - 
Kim  solar,
Kim  qalar  bu  gülüstanda?  - 
Özünə  rəhm  elə,  şeirdən  getmə!
Qardaş!  Bilə-bilə  şeirdən  getmə!
Moskva,  1980-ci  il
Səyavuş  Sərxanlı
-------------------------------------------------- ------------------- .-----
------------------------------------------  Vətən,  səslə  oğlunu
HƏKİM  HAQQINDA  DASTAN
Unudulmaz  insan,  gözəl  həkim 
Əmir  Şəmsiyevin  xatirəsinə...
Rəhmin,  insanlığın  o  xoş  qılığı,
Yaradandı  desəm,  sözüm  ağ  olmaz;
Yığsan  da  qatara  min  yaxşılığı  - 
Bir  həkim  borcunu  qaytarmaq  olmaz!
O,  dost  doğulubdu  günəşlə,  ayla,
Ondan  zülmət  qaçar,  ondan  qəm  qaçar.
Açdığı  palata  qapılarıyla
Dar  gündən  xoş  günə  qapılar  açar.
Bir  arzu  söndümü,  işıq  keçdimi  - 
Qəlbinin  oduyla  alışdırar  o.
Öz  ağ  xalatında  gur  işıq  kimi 
Ölümün  gözünü  qamaşdırar  o.
Deyirəm  sehri  var  onda  baharın,
Açdığı  ürəklər  toy-düyündədir.
Həyatdan  məzara  gedən  yolların 
Çilovu  həkimin  əllərindədir.
İnsanlıq  sərhəddi  böyüyən  yerdə,
Nəfsin  sərhədləri  kiçilməlidir.
Bütün  duyğuların  saflığı  bəlkə 
Həkim  duyğusuyla  ölçülməlidir.
Yol  çəkər  hicrandan  vüsala  kimi,
Yüz  ili  yaşayar  bircə  gündə  o.
Ucalar  basılmaz  bir  qala  kimi 
Həyatla  ölümün  sərhəddində  o.
д а ?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə