Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə51/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   47   48   49   50   51   52   53   54   ...   76

Səyavuş  Sərxanlı
VII
Damlalar  yamanca  çəkdi  fikrimi,
Damlalar  doğuldu  düşüncələrdən...
Deyirəm
ən  təmiz  duyğular  kimi,
Axaydım  qəlblərə  damla-damla  mən!
1963-cü  il
“İtaliya  dəftəri”  silsiləsindən...
RAFAELLO  KARRA
İlham  Rəhimliyə
İtaliya  nəğmə-nəğmə,  ocaq-ocaq,
İtaliya  bəstəkardı,  oxuyandı;
Hərə  səni  öz  səsiylə  mat  qoyacaq,
Sən  oxusan,  Rafaello,  dünya  yandı!
O  nə  gündü,  nə  havaydı,  nə  sirr  idi,
Mən  eşitdim  -   yer  döyündü  ürək  kimi?
Könlüm  çoxdan  gözəlliyə  əsir  idi  - 
Sən  də  onu  yelpiklədin  külək  kimi.
Üfüqlərə  çınqı  düşdü,  söküldü  dan,
Gül  gözündən  inci  yağdı  düzə,  dağa.
Petrarkanın  söykəndiyi  bir  havadan 
Asılmışdım,  hazır  idim  ağlamağa.
Bir  qönçəyə  daş  atlıdar  -   öldü  bülbül,
Bir  sevginin  daşı  üstə  əridi  qar;
« İ S ?
------------------------------------------  Vətən,  səslə  oğlunu
Endi  günü,  doğdu  ayı,  ötdü  dil-dil 
Üzü  bəri,  üzü  bəri  baxan  dağlar!
Gözdən  qopub  ürəklərə  dəyən  damcı,
Gördüm  orda  çiçək-çiçək  pıçıldaşır.
Gördüm  kəhər  yambızmı  döyən  qamçı 
Oxuyanda,  ağ  yolun  da  ağlı  çaşır.
At  bizimdi,  yəhər  bizim,  atlanan  kim,
Dağı  qoyub  düzü  sevən  kim  olacaq?
Ad  bizimdi,  kəhər  bizim,  qatlanan  kim,
Sevən  bizik,  bizi  sevən  kim  olacaq?
Oxu  dedim,  Rafaello,  oxu  görək,
Rafaelin  addımlayan  Madonnası!
Qayıdıbdı  yer  üzünə  -   yuxu  görək,
Yer  üzünün  Troyalı  Yelenası!
Oxu,  Pompey  heykəlləri  uçansayaq 
Sıldırımlar  uçdu  şimşək  işığında.
Atlandımı  Harribaldi  -   kişnədi  dağ,
Qopan  qaya  Spartaktək  şığıyanda?
Venetsiya  göyləritək  dola-dola,
Nadanı  da,  nakamı  da  pir  eylədin.
Özün  kövrək  bir  kəpənək  ola-ola,
Qocanı  da,  cavanı  da  şir  eylədin.
Dərd  çəkm əyə  bəs  etməzmi  bir  bənövşə?
Dünya  durur,  məhəbbət  də  hələ  durur.
Qızıl-qızıl  alovlarda  yanan  meşə 
Dilim-dilim  həsrətlərdi  elə  durur.
« ö £ İS ?


Səyavuş  Sərxanlı-----------------------------------------------------
Bir  durnanın  lələyindən  qopan  şölə,
Bir  şairin  naləsiydi,  dindi  getdi.
Bir  qayanın  sinəsində  bitən  lalə 
Bir  yaddaşın  çırağıydı,  söndü  getdi.
Oxu,  oxu,  Rafaello,  rəhm  eləyim 
Bir  yol  qəlbi  qanamayıb  ölənlərə.
Heyrət  deyim,  heyrət  deyim,  heyrət  deyim 
Heyrət  nədir  tanımayıb  ölənlərə!
Bir  olmuşuq  -   dönüb  min  də  çıraq  olaq, 
Öpsün  bizi  mərhəmətin  küləkləri. 
Gözəllikdən,  əzəllikdən  soraq  olaq, 
M əhəbbətlə  açaq  açıq  ürəkləri.
M əhəbbətlə,  məhəbbətlə,  məhəbbətlə 
Bütün  dərdlər  asan  oldu  -   oxu  görək! 
Mərhəmətlə,  mərhəmətlə,  mərhəmətlə 
İnsan  oğlu  insan  oldu  -   oxu  görək!
Oxu,  oxu,  biz  də  həsrət  adamıyıq,
Biz  də  görüb-götürmüşük  azdan-çoxdan. 
Gözəllər  var,  sarayda  da  ad  almayıb, 
Xanımlar  var,  təzə  çıxır  alaçıqdan.
Bir  həsrətli  sinə  kimi  söküldü  dan,
Yol  uçduqca  səda  düşdü  düzə,  dağa. 
Petrarkanın  ağladığı  bir  havadan 
Asılmışdım,
hazır  idim  ağlamağa.
...Tellərini  ata-ata,  nazı-nazı,
Rafaello  şirin-şirin  oxuyurdu;
------------------------------------------  Vətən,  səslə  oğlunu
Tale  belə  güldürmüşdü  baxtımızı  - 
Dünya  yenə  nərgiz  ətri  qoxuyurdu!
Florensiya  -   Roma, 
1979-cu  il
ŞƏHƏRLƏRİN  SU  PƏRİSİ  -  
VENETSİYA
Ad  günüydü...
Xoş  söhbəti-sözü  uzun,
Belə  günlər  qismət  olmur  hər  deyəndə; 
Gözəllikdən  hayıl-mayıl  dostumuzun 
Ad  günüydü  Harribaldi  vətənində.
Yazılmışdı  ömrümüzün  bir  axşamı 
Vaperotto  bir  qayığa,
Aylı  suya.
Bizimlə  bir  təbrik  etdi  bəy  İlhamı 
Şəhərlərin  su  pərisi  Venetsiya.
Qürbət  eldə  dost  sağlığı  -   ürəyə  nur, 
Baxtın  üzə  mərhəmətlə  baxmasıdır. 
Qürbət  eldə  dost  sağlığı  -   vüqar,  qürur, 
İstəklərin  leysan  olub  yağmasıdır.
Prospektlər  ləpələnir  köksündə  zər, 
Deyərdin  ki,  biçilməmiş  zəmilərdi;
Su  altında  başı  üstə  üzən  evlər 
Sanki  yuxu  limanında  gəmilərdi.
Meydanlarla  üzüb  getdik  sağa-sola, 
Ürəyimiz  gözəlliklər  dalğasında.
'Ä İ S ?


Səyavuş  Sərxanlı-------------------------------------------------------------
Dedik  insan  daim  belə  işıq  sala 
Çıraq  kimi  yerlə  göyün  arasında...
Sanki  enib  arxamızca  üzən  ay  da 
Sağlıq  dedi,  sağlıqları  tamamladı.
Eh,  dost  da  ki,  fürsətləyib,  qonşu  tayda 
Durnaboğaz  sinyorina  salamladı!
O  axşamın  dadı  hələ  damağımda,
O  şampanın  ətri  hələ  dilimdədir.
O  şampanın  havası  da  otağımda,
Sərinliyi,  saflığı  da  əlimdədir.
Ad  günüydü...  xoş  söhbəti-sözü  uzun,
Qoşa  avar  uyuyurdu  dizlərimdə;
Dolub,  dolub,  durulmuşdu
dostumuzun
Bir  cüt  oğul  intizarı  gözlərində 
İtaliya...
Səs  diyarı,  qəm  dağıdan...
Hər  daş  altda  bir  ilahi  nalə  coşar;
Qoşa  sevdik  Rafaello  Karranı  da,
Oxusundan  daşıb  gələn  qəmlə  qoşa!
Ömür  belə  işıq  sala  ayda,  ildə...
Yaxşı  oğul  yad  eldə  də  təbərrikdi;
Nə  xoşbəxtdim  - 
Qürbət  eldə, 
doğma  dildə
Mən  bir  parça  Azərbaycan  təbrik  etdim!..
Venetsiya  -   Neapol, 
1979-cu  il
------------------------------------------   Vətən,  səslə  oğlunu
QOCA  SUBAY
Qoca  subay,  gecikirsən  yaşamağa,
Qoca  subay,  fikrin-zikrin  hayandadır?
Biz  özümüz  cəhənnəmə,  axı  qağa,
Dünyanın  da  fikri  onu  duyandadır.
Duymaq  hələ  qanmaq  deyil,  bilirsən  ki,
Qanan  tutar  öncə  ağıl  çırağını.
Tək  alışmaq  yanmaq  deyil,  bilirsən  ki,
Yanan  gərək  özgəsiyçün  yansın  axı!
Yer  bəzəndi  əsl  insan  qayğısıyla,
Ölən  nədir,  qalan  nədir  -   unutmayaq;
Həyat  bütün  dastanıyla,  ağnsıyla 
Ailədir,  ailədir  -  unutmayaq...
Qız  -   axtarsam  dərs  yerinə,  nəydi  dərdim  - 
Həsrətimi  ucuz  yerə  sən  yozma  gəl;
Ağlım  olsa,
mən  o  vaxtı  evlənərdim,
Ağlın  varsa,
vaxtı  belə  uduzma  gəl!
İndi  nəydi  -   dərdlərimə  dayaq  idi 
Gözlərimin  ilk  tutduğu  o  ilk  yarım.
İndi  nəydi  -   arxamdaca  bir  dağ  idi 
Boyda  məni  ötüb  keçən  övladlarım.
Həyat,  həyat  bağırırıq  -   həyat  gedir,
Ürək  dolur  evimizi  boş  görəndə.
İşıq  sönür,  dünya  dönür,  qanad  gedir  - 
Günahkarıq,  günahkarıq  sən  də,  mən  də.
«SÜS?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə