Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə59/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   55   56   57   58   59   60   61   62   ...   76

Yoxla,  gör  sağdımı  xatirələrin,
Bir  yoxla,  ürəyin  birdən  döyünməz? 
Yağış  səpələyər  hey  nann-narın, 
Görsən  qonşuların  yumulmur  ağzı;
Sizə  tə rə f gələn  avtobusların, 
Yolların-izlərin  mənsiz  olması 
Görsən  təkliyinlə  qanlı-bıçaqdır  - 
Çağır  sən  məni.
Bil  ki,  şimşəklərin  qanadındayam,
Bil  ki,  həsrətimin  yel  atındayam  - 
Çağırsan  məni...
İkiyə  bölündün,  yarın  məndədir,
Yaşaya  bilərmi  heç  yarımadam?
Dünyan  da  ayrılıb  mənimlə  gedir, 
Dünya  mənə  yaddır,  mən  sənə  yadam. 
Ayrılıq  odundan  əriyib  düşən 
Bir  həzin  misraya  dönəsi  olsan,
Çağırıb,  yorulub,  kiriyib  düşən 
Bir  yetim  səs  kimi  sönəsi  olsan  - 
Çağır  sən  məni;
Yolları  çiynimə  götürüb  gəlləm!
Ömrə  güvə  kimi  daraşıb  sökən 
Bütün  xırdaları,  xırdalıqları 
Nifrət  tufanında  itirib  gəlləm  - 
Çağırsan  məni...
Heyif ki,  sonsözü  ayrılıq  dedi,
Heyif ki,  dolaşdıq  dildə-ağızda.
Mənlə  ömür  sənə  darlıq  eylədi,
Mənsiz  yaşamağa  öyrəş  bir  az  da! 
Atdığın  addıma,
Güldüyün  üzə,
Eşitdiyin  sözə  sorğu-sualtək
Səyavuş  Sərxanlı
-----------------------------------------------------------
Vətən,  səslə  oğlunu
Çağır  sən  məni;
Ucalıq  fərmanı  verilsin  gərək, 
Ömrün  bir  tonqala  çevrilsin  gərək  - 
Çağırsan  məni.
Bir  söz  deməlidi  axı,  hər  vida, 
Hələlik  bu  qədər,
getdim,
əlvida!..
PƏNCƏRƏ  ÖNÜNƏ 
HƏMİŞƏ  SƏN  GƏL
Saçın  dan  yeritək  şehdə  yuyunsun,
Sən  oyan  nəğməli  quşlardan  əvvəl. 
Qəlbimin  dərdləri  bir  az  uyusun, 
Pəncərə  önünə  həmişə  sən  gəl.
Bu  təmiz,  bu  sadə  təbiətinlə 
Ucal  gözlərimdə,  göylərə  yüksəl.
Məni  yandırmağa  məhəbbətinlə 
Pəncərə  önünə  həmişə  sən  gəl.
Dünyaya  qəlbimdən  baxır  pəncərəm, 
Onun  gözlərinə  dəyməz  kənar  əl. 
Qəlbimdən  dünyaya  baxmaq  istəsəm  - 
Pəncərə  önünə  həmişə  sən  gəl.


Səyavuş  Sərxanlı
İKİ  DÖRDLÜK
I
Göz  yaşım  güllərin  şehləri  deyil, 
Baxanda  adamın  gözü  qamaşa. 
Ürəyim  -  gəlmələr  şəhəri  deyil,
Hər  duyğum  bir  ayrı  dildə  danışa!
II
Gedirsən...  dünəndən  get,  yol  açıqdır! 
Onsuz  da  bir  daşam,  soyuyub  qan  da. 
M əhəbbət  səninçün  bir  alaçıqdır,
Gah  dağda  qurarsan,  gah  da  aranda...
1969-cü  il
MƏHƏBBƏT  YARIMÇIQ 
NƏĞMƏ  KİMİDİR
Yolumuz  ayrılır,  ayrılır  yaman,
Ana  balasından  ayrılan  kimi.
Qartal  qayasından,
Şimşək  buluddan,
İnsan  obasından  ayrılan  kimi.
Çox  soyuq  olubsan,  çox  buz  olubsan, 
Məhəbbətmi  söndü, 
şaxtamı  düşdü?
İndi  ki,  bu  qədər  ucuz  olubsan,
Unut,
unutmağın  vaxtı  yetişdi.
Bilməmiş  olmazsan:
Məhəbbət,  əzab
' 8 2 2 ?
Vətən,  səslə  oğlunu
Ürək  yanğısıdır,  quru  ad  deyil.
Ömür  ağrılara  gətirmirsə  tab 
Əzizim,  o  həyat  bir  həyat  deyil.
Bir  küsən  gəlintək
etibar  gedir,
Ağrılar,  hicranlar  göyərdir  izi;
M əhəbbət  -
yarımçıq  nəğmə  kimidir,
Yazar  davamını
başqa  birisi...
1967-ci  il
***
Ulduz-ulduz  göy  yananda  gələrəm,
Bir  səs  düşər  bu  cahana:  qarşıla!
Uçuşların  qanadında  gələrəm,
Sevə-sevə,  yana-yana,  qarşıla.
Qəlbin  bir  az  məndən  sarı  sınsa  da, 
Həsrətimi  etibarsız  sansa  da,
Min  bir  dərdin  qurbanıyam,  sən  sada 
Rəhmin  gəlsin  bir  qurbana,  qarşıla.
Məhəbbəti  ulu  tanrı  sanmağa,
Aramağa,  axtarmağa,  anmağa,
Bircə  dəfə  alışmağa,  yanmağa 
Bir  fürsətdi  bu  zamana,  qarşıla.
Can  tapşırma  onun-bunun  sözünə,
Qəm  ələm ə  eşqin  duru  gözünə,
Men  cəhənnəm,  rəhmin  gəlsin  özünə, 
Gileyləri  at  bir  yana,  qarşıla.


Kədərin  bol,  xoş  günlərin  az  olub,
Göz  ağlayıb,  ürəkdə  ki  yaz  olub!
Eşqimizin  taleyinə  yazılıb:
Sən  dəlisən,  mən  divana,  qarşıla!..
1975-ci  il
Səyavuş  Sərxanlı
-------------------------------------------------------------------
Qara  gözlərindən  baxtı  min  qara,
Sayar  tellərini  -  sayı  pərişan.
Qəlbini  döşəyər  uzaq  yollara,
Həftəsi  pərişan,  ayı  pərişan.
Gün  gəlib  keçincə  daş  gəlib  keçər, 
Bənövşə  baxışdan  yaş  gəlib  keçər.
Nə  vaxtdı  bir  qatar  boş  gəlib  keçər,
Harayı  pərişan,  hayı  pərişan.
Sevənlər  bağlanar  közə,  atəşə,
Dərdini  içinə  salar  həmişə.
Bir  son  məktub  kimi  saralar  meşə,
Bir  dağ  dumanlanar,  çayı  pərişan.
Ömrü  karvan  yolu  -  yorucu,  üzgün,
Vüsalı  dolaşıq,  həsrəti  düzgün.
Gündüzlər  göyünün  günəşi  küskün, 
Gecələr  ulduzu,  ayı  pərişan.
Səbrin  zirvəsindən  qürub  ötüşər,
Qəm  düşər,  o  da  ki,  əsilə  düşər!
Bir  ürək  fəsildən-fəsilə  düşər,
Qışını  heç  demə,  yayı  pərişan.
1975-ci  il
« S O ?
EY  ƏZİZİM,  SƏNİ  QANA 
QƏRQ  ETMƏZ...
Ey  əzizim,  səni  qana  qərq  etməz,
Gəl  ovundur  yaralanmış  könlümü!
Dərd  əlindən  qətrə-qətrə  ərimiş,
Parça-parça  paralanmış  könlümü.
Köksüm  yana,  ağrım  yana,  qəm  yana,
Nağıl  ola,  yatan  baxtım  oyana.
Qəm  yelləri  çırpar  o  yan,  bu  yana 
Tağı  solmuş,  uralanmış  könlümü.
Bir  quş  kimi  uçub  gəldim  həyata,
Bir  quş  kimi  intizaram  qanada.
Çağırmayın  qəm  yurduna  can  ata,
Öz  qəmləri  sıralanmış  könlümü.
Hara  getdi  o  əzəmət,  o  qürur,
Sınan  gəmim  qayaları  uçurur;
Dəli  eşqim!  Tale  vurdu,  sən  də  vur,
Kösöy  kimi  qaralanmış  könlümü.
Başım  üstə  qah-qah  çəkə  zaman  hey,
Döyər  yağış,  döyər  dolu,  duman  hey.
Gülüstanlar  yada  salmaz,  aman  hey,
Düzlərinə  qar  ələnmiş  könlümü!
İstəyirsən  köksümü  yar,  ey  həkim,
Orda  buz  da,  alov  da  var,  ey  həkim;
Hansı  sevgi  qızındırar,  ey  həkim,
İlk  eşqindən  aralanmış  könlümü?!
____________________________ _____  
Vətən,  səslə  oğlunu
* $ 2 3 ?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə