Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə62/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   58   59   60   61   62   63   64   65   ...   76

O  harayla  ötüşməkdən 
Ağ  yolların  bağrı  çatlar. 
Təpələrdən  yellər  kimi, 
Dərələrdən  sellər  kimi, 
Ömürlərdən,
Əsrlərdən
Aylar  kimi,  illər  kimi 
keçər,
sanki  çapar  keçər! 
Keçər  yağı  qınağından,
Qarı  zaman  sınağından 
Duma  kimi  uçar  keçər;
Ümman  gəlsə  qabağına  - 
Damla  kimi  içər  keçər,
Meşə  düşsə  ayağına  - 
Biçənəktək  biçər  keçər,
Dağ  dayansa,  sinəsini 
Fərhad  kimi  çapar  keçər;
Əsrlərin  yoxuşunda 
Yorğun  düşən
ozanlara  çatar  keçər; 
Neçə  fateh  ordusunu 
Qabağına  qovar-qatar
Ana  yurdun  telli  sazı. 
Hardan  bilək,  necə  bilək 
Bir  ordudu,  ildırımdı,
Yoxsa  şimşək  yüklü  qatar  -
Ana  yurdun  telli  sazı!
“Cəngi”si  bir  şəlalədi, 
Şimşək-şimşək  haçalanar; 
“Kərəm i”si  bir  kədərdi, 
Alov-alov  parçalanar;
“M isrf’sinin  nərəsiylə
Səyavuş  Sərxanlı
------------------------------------------------
Zülmkarlar  qamçılanar;
“Dilqəmi”si  yol  üstədi,
Tonqal-tonqal  xonçalanar;
“Sarıtef’i  yaz  yağışı  - 
Elə  yağar  həzin-həzin,
Yer  üzünə  nur  calanar;
“Göyçəgülü”  bir  güldü  ki,
Gözündən  şeh  damcılanar;
“Urfanı”sı  ah  çəkəndə,
Xalq  içində  xıncımlanar;
Ağlı  azıb,  gözü-könlü 
Yad  qapıda  qalan  da  var,
Bu  gözəllik  daşqınından 
Yüz  yerindən  sancılanar;
Beləsini  ustad  aşıq 
Xar  eləyib  çox  incəvar...
“Avesta”dan  Koroğluya,
Koroğludan  dünənətən 
Diyar-diyar,
Vətən-vətən
Qovğalarda  ötən  başım  - 
Ana  yurdun  telli  sazı!
Qan  bələnən  bayraqdaşım,
Gah  sellənən,
gah  güllənən  gözüm  yaşı  -
Ana  yurdun  telli  sazı!
Anaların  ağ  saçıdır  ağ  simləri,
Bəlkə  elə  ona  görə 
Sehrləyir  ürəkləri,
Qırır,  tökür  tilsimləri?!
Gah  leysandı,  gah  dumandı,
Gah  od  seli,
Gah  nur  gölü,
________________________ __________  
Vətən,  səslə  oğlunu


Gah  da  buztək  o  donandı;
Qılınc  kimi  sıyrılanda 
Bir  görəsən  nə  tufandı!
Günəş  olub,
Günəşlə  bir 
Zirvələrdə  dolanandı 
Ana  yurdun  telli  sazı.
Qananlara  bir  loğmandı,
Qanmazlara  min  divandı  - 
Ana  yurdun  telli  sazı.
Adi  taxta,  adı  dərin,
Dərdi  yanar,  odu  sərin;
Babaların  ömür  yazı,
Obaların  toy  libası...
Küləklərə  qoşulandan 
Xıdır  kimi  olub  atlı  - 
Yer  üzünə  ünvan  yazır 
Azərbaycan  yurdu  adlı!
Bu  ünvanın  işığıdı,  kürəyidi  - 
Ana  yurdun  telli  sazı.
Dağdan  ağır  bir  millətin 
Tel-tel  olmuş  ürəyidi...
Ana  yurdun  telli  sazı!
Şəmkir  -   Novruz  bayramı, 
21  mart  1972-ci  il
Səyavuş  Sərxa n lı
---------------------------.--------------------- --------------------
DUZ-ÇÖRƏK
Bir  sönməz  alovdur  qəmim,  kədərim,
Ömür  od  altında  deyil  yatası;
Yığışsa  başıma  qəmli  günlərim,
Bir  tonqal  olaram  ərşə  çatası...
Öz  şeirlərimdən...
Babalar
illərlə 
odlu  ürəklə
Bu  nemət  yolunda  candan  keçiblər.
İnsan  tanmıbdı  duzla-çörəklə,
Ən  böyük  andı  da  ona  içiblər!
Ç əkilər  çöllərə  ömrün  yazıtək,
O  bir  əsərdi  ki...  yazıb  kəndimiz.
Evin  baş  ucunda  gün  parçasıtək 
Sünbül  darağını  asıb  kəndimiz.
Sınayar,  tanıdar  yüz  dostu,  yarı,
O  daim  ömürlə-günlə  qoşadır.
Duz-çörək
insanın  ürək  meyarı,
Duz-çörək
insanın  məhək  daşıdır
Telli  sünbüllərin  əzizliyini 
Şehini  bal  kimi  içəndə  gördüm.
Dünyanın  ən  böyük  təmizliyini 
Zəmi  qırağından  keçəndə  gördüm.
----------------------------------------------------  
Vətən,  səslə  oğlunu
« U t ?


Bir  sünbül  dəninə  sığar  mir  aləm, 
Duz-çörək  verilmir  hər  yol  ötənə. 
Minnətli  çörəyi  balla  yemərəm, 
Minnətsiz  bir  dadım  duz  verin  mənə!
Şehli  zəmilərdən  laylalar  əsir,
O  səs  suyum  olub,
çörəyim  olub.
Sünbül  duruşundan  öyrəndiyim  sirr 
Ömür  duruşumda  gərəyim  olub.
Ondan  işıq  alar  düşüncələr  də, 
Duyğular  da  bahar  ətirli  olar.
İsti  alınlardan  süzülən  tər  də 
Atəşlə,  ruziylə  -   duzla  yoğrular.
Onun  qulluğunda  durmaq  çətindi,
Ona  soyuq  ürək  daş  olmalı,  daş;
Yer
Günəş  başına  dolanmır  indi, 
Duz-çörək  başına  dolanır,  qardaş!
Bir  ulu  gözəllik  gətirin  yada  - 
Özgə  hansı  adla  gül  açar  ürək:
İnsan  üç  dünyadan  bezmir  dünyada  - 
Vətən...
Ata-ana...
Bir  də...  duz-çörək!
Süfrə  də  açıqdı  -   ürək  açıqsa,
O,  yurda  yaraşıq,  ömrə  yaraşıq; 
Qonağa  duz-çörək  çıxarmışıqsa, 
Düşməni  qılıncla  qarşılamışıq.
i
Səyavuş  Sərxa n lı
--------------------------------------------------------
Yersiz  boşalandan,  yersiz  dolandan 
Yerində  kövrəklik,  sərtlik  gözləmə.
Çörəyi  dizinin  üstə  olandan 
Kişilik  gözləmə,
Mərdlik  gözləmə!
Ağır  ellərimdə  dərs  olub  gələn,
Atalardan  qalma  bir  adət  də  var:
Namərdlər
süfrədə  birgə  kəsilən 
Duz-çörək  eşqinə  bağışlanıblar.
Bir  zəmi  dardasa,  el  batar  yasa,
Böyüdün  o  vaxt  ki,
bir  dəni  andın;
Bir  parça  Vətəndi  süfrə  hardasa,
Süfrəni  dandınsa,
Vətəni  dandın!
Hər  xırda  duyğuya  sarınma,  şeirim,
Sarın  ürəklərə  -   qızınmaq  üçün;
Duz-çörək  itirsən,  yaranma,  şeirim,
Yaran,  duz-çörəyi  qazanmaq  üçün...
Şəmkir,  Ömrün  yaz  çağı, 
1962-ci  il
---------------------------------------------------  
Vətən,  səslə  oğlunu
A


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə