Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə60/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   56   57   58   59   60   61   62   63   ...   76

Səyavuş  Sərxanlı----------------------------------------------------------
Yaman  yerdə  axşamladım  mən  yaman, 
Qəmlərə  sirdaşdı  gecikən  insan!
Nə  sağaldar,  dərdin  ağırlığından 
Öz  yerindən  yırğalanmış  könlümü!
Axan  çaylar,  axan  sellər,  dayanın,
Duyğularım,  arzularım,  siz  yanın.
Min  dünyaya  dəyişmərəm,  inanın.
Məzar  ilə  sırğalanmış  könlümü!
Mən  ölsəm  də,  bölünəcəm  min  yerə, 
Qayıdacam  yer  üzünə  min  kərə;
Məşəl  kimi  qaldıracam  göylərə,
Öz  ağlından  bağrı  yanmış  könlümü...
Şəmkir,  1966-cı  il
BİR  ARI  ÖLÜRDÜ 
ÇİÇƏYİN  ÜSTƏ...
Bir  arı  ölürdü  çiçəyin  üstə, 
Apaydın,  alagöz  may  səhəriydi... 
Onu  əzizləyən  ləçəyin  üstə 
Günəşin  qayğılı  şəfəqləriydi.
Çiçəyin  gözündən  toz  tökülürdü, 
Arı  bələnirdi  boz  kəfəninə.
Çəmən  qaynayırdı,  Güllər  gülürdü, 
Arılar  gəlirdi  onun  dəfninə.
Torpağa  enirdi  çiçəyin  başı, 
Gördüm,  çiçəklərin  gül  rəngi  solur;
Çg!f?
___________________________ Vətən,  səslə  oğlunu
Düşən  şehiydimi,  yoxsa  göz  yaşı,
Ağlayan  hansıydı,  nə  bilmək  olur?
Doğdu  göy  qurşağı  ürəyim  üstə,
Yaşayıb-ölməyin  qanunu  birdi:
Bir  arı  ölürdü  çiçəyin  üstə  - 
Gözəllik  yolunda  qurban  gedirdi...
1975-ci  il
QIZLAR,  ŞAİRLƏR
Eh,  məsum  gözəllər,  həyalı  qızlar! 
Dünyamın  ən  gözəl  əsəri  qızlar, 
Tərifin,  xoş  sözün  əsiri  qızlar, 
Gündə  bir  fikirli,  xəyallı  qızlar..
Ağlatdı,  güldürdü  şeirlər  sizi, 
Hayanda  gözlədi  şairlər  sizi?
Kövrək  istəyiniz  çatmaz  bilirəm, 
Körpə  ürəyiniz  çatmaz  bilirəm  -
Dözə  şairlərin  cəfalarına.
Yerdə  də,  göydə  də  köz  gəzənlərin, 
Əsən  küləkdə  də  söz  gəzənlərin 
İnanmaq  olarmı  vəfalarına?
Bir  də  görərsiniz,  siz  danışanda, 
Özünü-sözünü  unudub  şair.
Sirli  aləminə  üz  tutub  şair;
Bir  evin  qəmiylə  siz  alışanda,
Bir  dünya  qəminə  dəm  tutub  şair...


Eh,  həyat  deyil  ki,  oyun-oyuncaq,
Hamının  çəkdiyi  dərd  ona  düşüb.
Aləmi  sizindi,  sizindi,  ancaq 
Özü  ürəyindən  zindana  düşüb.
Dindirmək  olarmı  onda  onları  - 
Sizi  unutdurdu,  ilham  çağırdı...
Axı,  söz  yaradan  anda  onların 
Hamilə  qadıntək  yükü  ağırdı!
Əsrimin  ən  gözəl  əsəri  qızlar,
Tərifin,  xoş  sözün  əsiri  qızlar...
Ürək  ömrünüzə  çox  salar  ocaq,
Ağıl  istəməyən  yerə  getməyin;
Sevin  şerləri,  sevin  siz,  ancaq 
Heç  vaxt  şairlərə  ərə  getməyin...
------------------------------------------------------------------_SƏNSİZ_SOYUQ_DƏYİR_GECƏLƏRİMƏ'>1970-ci  il
Səyavuş  Sərxa n lı
------------------------------------------------------------------
SƏNSİZ  SOYUQ  DƏYİR 
GECƏLƏRİMƏ
Daha  hər  çağırışı  dinləyəmmirəm, 
Ağzım  yaman  yerdə  dirənib  dağa. 
Sənsiz  ürəyimə  söz  deyəmmirəm, 
Başlayır  özünü  yumruqlamağa.
Karvan  səsidimi  yenə  yüksələn  - 
Ağ  varaq  önümdə  bir  səhra  kimi. 
Sənsiz  bir  dəvəyəm,  ərəbi  ölən  - 
Qalmışam  səhrada  müqəvva  kimi.
'8 3 ?
Durum  necə  girim,  necə,  yerimə?
Olan-qalanı  da  qəm  ayaqlayır.
Sənsiz  soyuq  deyir  gecələrimə,
Bulud  yatağında  ay  sayaqlayır...
______________________ ___________  
Vətən,  səslə  oğlunu
1975-ci  il
Elmiraya...
Bizim  tufanımız  əvvələ  düşdü  - 
Sınandıq,  bərkidik  darda,  çətində.
Eh...  belə  sınanmaq  görünməmişdi 
Qovğalı  məhəbbət  məmləkətində.
Çəkdik  cəfasını  dünya  üzünün,
Gördük  səfasını  göz  yaşının  da. 
Qatladıq  dizini  umu-küsünün,
Qurban  ordusunun  durduq  başında.
Ömrün  nə  yaşıydı,  nə  yaşıydı  ki, 
Könlü  ürcah  etdik  qoca  kədərə.
Yox...  ucuz  görüşdən  qəm  yaxşıydı  ki, 
Bizi  qahmar  çıxdı  düşüncələrə.
Cəzadır  qayğıdan  qırağa  düşmək,
Sonra  göz  dağısan  obaya-elə...
Əzabda,  zillətdə  qabağa  düşmək  - 
Həyatda  qabağa  düşməkdir  elə!
Bilirəm  axırı  nə  olacaqdır, 
Yanıb-yalvarmamış  qovuşanların?
«
?


Görsən  ki,  üfüqlər  ocaq-ocaqdır  - 
Halıdır  o  halı  pərişanların.
Yaxşı  ki,  tez  çəkdik  əzabları  biz, 
Yaxşı  ki,  sınandıq  darda,  çətində; 
Azıb-eləmişdi  yoxsa  səsimiz 
Qovğalı  məhəbbət  səltənətində...
Səyavuş  Sərxanlı
--------------------------------------------------
1976-cı  il
Ah,  niyə  duyulmur  sənin  yoxluğun, 
Ah,  niyə  bu  otaq  rahatdı  belə?
Niyə  ayrılığın  buz  soyuqluğu 
Dağlamır  köksümü  -   boyatdı  belə?!
Niyə  boş  qəlbimi  odlamır  ağrı,
Daşıb  damarımda  gur  tufan  olmur? 
Niyə  təkliyimin  çatlamır  bağrı,
Niyə  həsrətimin  bağrı  qan  olmur?
Niyə  xoş  saatlar,
Vüsal  bolluğu
Bir  də  dönməyəcək  -  mən  inanmıram? 
Yalvara-yalvara  qurban  olduğum 
Ağlaya-ağlaya  gedir,  yanmıram!
Niyə  səhərəcən  ötən  ürəyin 
Kəsilib  insafı,  dili  lal  olmuş?
Başına  daş  düşüb  divanəliyin,
Niyə  adiliyin  kefi  durulmuş?
д а ?
Duyulmur,  duyulmur  sənin  yoxluğun,
Boş  otaq  qəlbimtək  rahatdı  niyə?
Niyə  ayrılığın  buz  soyuqluğu,
Dağlamır  sinəmi,  boyatdı  niyə?!
1974-cü  il
_________________________________
Vətən,  səslə  oğlunu
Təzəlik  istəyir  yenə  ömür-gün, 
Narahat,  çağlağan  düşüncələrdən. 
Təzədən  sevməyim,  yanmağım  üçün 
Sən  məni  rədd  elə,
rədd  elə  hərdən.
Çəkilsin  qapımdan  şaxta,  qar,  soyuq, 
Bir  isti  yağıştək  yağa-yağa  gəl. 
Təzədən  bir  görüş  çırağını  yox,
Sən  bütün  ömrümü  yandırmağa  gəl!
Mən  səni  həsrətdən  tapmışam  axı, 
Təzədən  divan  tut  dərdi-sərimə. 
Ürəyim  -
sevgilər  qəbristanlığı, 
Təzədən  baş  çəkim  sevdiklərimə.
Aydan,  ulduzlardan  asım  eşqimi, 
Dönüm  dağ  selinə,
daşım,  tələsim,
Ürəyin  yaratmaq  havası  kimi 
Təzədən  nurlanım,  təzədən  əsim.
д а ?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə