Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə57/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   53   54   55   56   57   58   59   60   ...   76

Anasız  qalsa  da,
analara  da
Analıq  dərsini  öyrədən  olub.
Öz  qisməti  bilər  -   dara  çəkilsə,
Yüz  dərdi  əridər,  birini  verməz. 
Göyün  ulduzları  yerə  tökülsə,
Onun  bir  şamının  yerini  verməz.
O  yazıq  mənə  nə  eləyibdi  ki  - 
Yaz  çağı  dünyatək  çıxıb  qarşıma;
O  yazıq  mənə  nə  eləyibdi  ki  - 
Xeyir-dua  kimi  yağıb  başıma!
Qoruyub  arını,  etibarını,
Fırlanıb  zamanın  gərdişi  kimi;
Tanrının  qadınlıq  duyğularını 
“Unudub”
yaşayıb  bir  kişi  kimi.
Pərvanə  olubdu  dərdi-sərimə,
Özünü  nökərim  bilməyib  ancaq. 
Mənim  gedər-gəlməz  sevgilərimə 
Yanıb  ürəyində,  gülməyib  ancaq.
Hamının  üstündə  bacıtək  əsib,
Qəlbinə  dəyirlər  di  gəl  ki  hərdən: 
Küsüb,  süfrəsində  duz-çörək  kəsib, 
Sonra  gədə  çıxan  nakişilərdən.
Gündüz  -   günəşin  bil,  gecə  -   ayın  bil, 
Böyük  qadını  da  sevmək  çətindir. 
Qadın  böyüklüyü  -   bir  evin  deyil, 
Qadın  böyüklüyü  -   məmləkətindir!
« г о ?
Səyavuş  Sərxa n lı
---------------------------------------------------------
Vətən,  səslə  oğlunu
Yüz  ev  yaraşığı  bir  gül  sonaydı,
Bir  könül  bəyənib  hicranlıq  oldu;
Getsə  başqasına  -   evdi,  anaydı,
Şair  qapısında  qurbanlıq  oldu...
Niyə  bu  xəzanda 
o,  yazı  andım  -
Düşəndə  bərk  düşür  ömür  düyünə;
Yaxşı  ki,  mən  onu  gördüm  inandım 
Qadın  ürəyinin  böyüklüyünə...
1985-ci  il
SƏN  MƏNƏ  DEDİN  Kİ...
Sən  mənə  dedin  ki,  mərhəmət  öyrən  - 
Ürəyin  məzara  dönməsin  vaxtsız;
Sən  mənə  dedin  ki,  məhəbbət  öyrən  - 
Köksünün  gülzarı  sönməsin  vaxtsız.
Sən  m ənə  dedin  ki...  keçir  ömür-gün,
Elə  yan,  közünə  hayan  tapılsın.
Düşünmək  öyrən  ki,  özgələr  üçün,
Səni  də  düşünən,  duyan  tapılsın.
Dedin  qəmi  öyrən,  göynəyi  öyrən,
Bir  az  da  ovsunla  ömrün  dadını.
Dedin  ki,  sev  məni,  sevməyi  öyrən  - 
Üzümə  gələrlər  yoxsa  adını!
Dedin  öyrənməmiş  qeyrət  çəkməyi,
Öyrən  qaranı  da,  öyrən  ağı  da.
Öyrən  uşaq  kimi  həsrət  çəkməyi,
Öyrən  böyük  kimi  ağlamağı  da!
2
?


Ömrə  gözəlliklər  naxışı  deyən 
Bir  şirin  dil  öyrən,  xoş  qılıq  öyrən.
Pisi  də  ağladıb  yaxşı  eyləyən 
Yaxşılıq,  yaxşılıq,  yaxşılıq  öyrən!
Sən  mənə  dedin  ki,  qarda  bahar  var,
Ən  dərin  dərya  da  göz  yaşıdı,  bil!
Dünyadan  heyrətsiz  keçən  adamlar 
Dünyanın  bir  qara  daşı  da  deyil!
Sən  mənə  dedin  ki,  əsir  ol,  əsir,
Yönü  hara  getsən,  gəl  mənə  sarı!
Biri  gecikirsə,  biri  tələsir  - 
Sən  bacar  şeirə  çək  bu  ağrıları.
Dedin  ki,  özünə  oxşamaq  öyrən,
Dar  gündə  üstünə  gülməsin  heç  kəs;
Sən  mənə  dedin  ki,  yaşamaq  öyrən  - 
Həyatı  üzünə  gəlməsin  heç  kəs!..
Moskva  -   Bakı,
28  sentyabr  1979-cu  il
Səyavuş  Sərxanlı
---------------------------------------------------------------------
EH,  YENƏ  HƏSRƏTİN 
GÖZÜMƏ  DƏYDİ
Yarpaqlar  töküldü  yağış,  qar  kimi, 
Meşəni  həsrətə  bələdi  payız.
İl  boyu  yazdığı  məktublardımı  - 
Eşqini  torpağa  ələdi  payız?
Sənin  həsrətinə  büründü  aləm,
O  qumral  saçların  gözümə  dəydi.
д а ?
Vətən,  səslə  oğlunu
Düşən  yarpaqların  biri  deyirəm, 
Məktuba  dönəydi,  səndən  gələydi.
Sözümü  doğru  bil,  səmimiyyət  bil, 
Dünya  bağışlamaz  hər  avaz  mənə; 
M əhəbbət  xətrinə  qismətim  deyil, 
Nəzakət  xətrinə  məktub  yaz  mənə.
Yaz,  X əzər  eşqi  var  -  sənsiz  hönkürən, 
Sən  keçən  yerlərin  kefi  duruldu;
Sən  minən  avtobus  bildimi  görən 
Şəhərin  ən  şirin  mahnısı  oldu!
Yaz,  ömrün  yolunu  qəfildən  kəsən 
Bir  qəfil  məhəbbət  ağrılarından.
Yaz,
bircə  qızının  üstünə  əsən 
Dalğasaç  ananın  intizarından.
Yetər,  üzdü  məni  adilik,  yetər! 
Qeyri-adiliyə  əvəz  ol,  əvəz.
Eh,  səni  aldatmaq  -   ölümdən  betər, 
Özümü  aldatmaq  -   ağlıma  gəlməz!
Sərin  ahlarımı  öpsün  duman,  çən,
Bir  də  bu  intizar  düşərmi  ələ?
Səni  tanımışam  -   sevdiyim  gündən, 
Özümü  tanıya  bilmirəm  hələ.
Yaz...  nədən  dərdini  udar,  ovudar, 
Eşqin  ayağına  döşənər  insan?
Onu  sevənləri  atar,  unudar,
Onu  sevməyəni  düşünər  insan?
д а ?


Səyavuş  S ərxa n lı----------------------------------------------------------
Özgədən  umuruq  sevincimizi,
Karıq  qəlbimizin  bayram  səsinə.
Görə  bilməyirik  öz  incimizi,
Möhtacıq  özgələr  sədəqəsinə!
Bir  payız  saraldı  -   gözündə  bahar,
Yay  günü  qəfildən  yağan  qaram  mən.
Şeirlər  qalırsa  səndan  yadigar  - 
Bəxtimə  gör  necə  minnətdaram  mən.
Uzaq  duyğuların  dalğası  kimi,
Hərdən  pəncərəmə  külək  dəyirdi.
Saralan  bir  nərgiz  topası  kimi,
Günəş  də  mənimtək  qəribsəyirdi.
Məktub  yaz,  əzizim,  məktub  yaz  mənə,
Onu  qəlbim  kimi  açım  oxuyum.
Bir  dəfə,  beş  dəfə,  on  dəfə  yenə 
Öpüm,  gözlərimin  üstünə  qoyum...
Riqa  -   Yurmala,
1975-1979-cu  illər
GÖRÜŞLƏR,  AYRILIQLAR
Mənim  görüşlərdən  acığım  gəlir, 
Görüşlər  sevgini  boğur  dünyada. 
Mənim  görüşlərdən  acığım  gəlir  - 
Görüşdən
ayrılıq  doğur  dünyada! 
Həsrətə  düşürəm
sevirəm  ancaq,
'S ü ! ?
Vətən,  səslə  oğlunu
Sevirəm  -   işığam, 
baharam  demək!
Qoy  hicran  ömrümdə  çatsın  min  ocaq, 
Hicranım  var  isə 
Mən  varam  demək!
Vüsal  çənə  bənzər,  dumana  bənzər,
Uca  duyğulan  aldadıb  boğar;
Həsrət
dünya  görmüş  insana  bənzər, 
Arzuya  çağırar,  eşqə  çağırar.
Dünyadan  ləzzət  al,  kam  al  deyən  kəs, 
Görüş  -  ədalətdi, 
hicran  -  yüksəliş.
Ömrü  görüşlərə  həsr  eləyən  kəs 
İtirib  -
Özünü  tapa  bilməmiş...
Ey  ağlı  yuxulu,  qəlbi  ayıqlar,
Mən  gördüm  dünyanı  qansızlayanda: 
Görüşə  gələndə  uçan  ayaqlar 
Görüşdən  dönəndə  halsızlayanda.
Görüşlər...  kim  deyir  xoşqılıqlıdı, 
Xəzan  duyğuları  aparar  gedər; 
Görüşlər
ölümü  yaxşılıqlıdı  - 
Yazıq  bənövşəni  qoparar  gedər.
Dünya  -   görüşlərlə  bir  qəmxanadı, 
Ayrılıqsız  həyat  -   ömrün  asanı...


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə