Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə54/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   50   51   52   53   54   55   56   57   ...   76

TƏSADÜFİ  YAXŞILIQDAN 
QORXURAM
Təsadüfi  yaxşılıqdan  qorxuram  -
Qəfil  gələn,
ürək  dələn  xəbərtək.
Təsadüfi  yaxşılıqdan  qorxuram,
(Təsadüfə  hazırdımı  hər  ürək?) 
Təsadüfi  yaxşılıqdan 
qorxuram  -
Qorxu  gəzir  addımımla,  adımla, 
Qorxuram  ki, 
həmən  yaxşı  adamla 
təsadüfən  görüşək  - 
tanımayam  onu  mən;
Sonra  isə,
Sonra  isə...
Öləm  xəcalətimdən!..
Səyavuş  Sərxanlı
------------------------------------------------------
1972-ci  il
LAYLA  ÇALA  BİLMİR 
İNDİKİ  QIZLAR
Layla  çala  bilmir  indiki  qızlar; 
El-oba  sarıdan,  ocaq  sarıdan, 
Tarixlər  yaradan  soraq  sarıdan; 
Əsli,  nəcabəti,  kökü  sarıdan, 
Dünyanın  borcluluq  yükü  sarıdan 
Ürəyi  yalınlar,
eşqi  dayazlar...
«
51
$
Si?
Vətən,  səslə  oğlunu
Layla  çala  bilmir  indiki  qızlar;
Ötəri  dəblərin  "təkəri"  olan,
Evində  qürbətin  nökəri  olan,
Özgə  cındırıyçün  özündən  gedən, 
Vüqarı,  həyası  üzündən  gedən,
Başın  içini  yox,  çölünü  güdən 
Amalı  qalınlar,
Ağrısı  azlar,
Tamahı  qılıncdan  iti  nasazlar!
M ənəm   ulduz-ulduz  asılan  göyə, 
M ənəm  yüz  obada  qoşulan  neyə,
Elə  durub,  durub  deyirəm  niyə 
Layla  çala  bilmir  indiki  qızlar?!
Köhnə  -   köhnə  oldu  nə  vaxtdan  bəri, 
Bilsinlər  yerini  qışın-yazın  qoy. 
Köçəri  olsa  da, 
qız  taleləri
Köçəri  quşlara  oxşamasın  qoy!
Hardasan,  hardasan,  ay  ev  yiyəsi. 
Mən  oğul  səsiyəm,
Eşit  ay  ana:
Qızın  ev  olmamış,
evləri  gəzir,
Daş  atır  qaranquş  yuvalarına.
M əəttəl  qalmışam
o  meydan  qıza,
Barından-bəxtindən  gül  üzür  hələ; 
Gündə  bir  görüşdən  qayıdan  qıza 
Anası-dayəsi  çay  süzür  hələ!


Qəlbiçıraq  qızlar
gözüm-canımsa,
Onlar  beşdi,
ondu,
min  olan  deyil; 
Ana  -   qulluqçusa,
Qızlar  —  xanımsa,
Xalqımın  sabahı  minalandı,  bil!
Deyərsən  yağ  içib  dünyadan  keçib, 
Fikrində  nə  layla,  nə  beşik  olmaz. 
Hazırın  naziri 
hazır  ər  seçib,
Gedər,  uşaq  doğar, 
ev-eşik  olmaz...
Səsləyin,  analar  qalxsın  məzardan, 
Toy  tutsun  bugünkü  qismətlərinə; 
Layla  öyrətməyib  onlar  o  zaman, 
İndi  kim  utansın 
Kimin  yerinə?!
Layla  çala  bilmir  indiki  qızlar... 
Onların  şöləsiz  gələcəyini,
Laylasız,  nəvəsiz  gələcəyini, 
Meyvəsiz,  bəhrəsiz  gələcəyini,
Xəznəsiz,  dəfnəsiz  gələcəyini, 
Daraqsız,  cəhrəsiz  gələcəyini, 
Hanasız,  həvəsiz  gələcəyini, 
Kilimsiz,  gəvəsiz  gələcəyini, 
İnəksiz,  dəvəsiz  gələcəyini, 
Səmicsiz,  nehrəsiz  gələcəyini, 
Ağısız,  nəğməsiz  gələcəyini, 
Xəmirsiz,  külfəsiz  gələcəyini,
Çırağı  haləsiz  gələcəyini,
Səyavuş  Sərxanlı
----------------------------------------------------
Vətən,  səslə  oğlunu
Demirəm  ta  nəsiz  gələcəyini,  - 
Duyub  düşündükcə,  ürəyim  sızlar...
Qoy  gülsün  gülənlər  saca,  ərşinə, 
Ocaqlar  yaxası  yaz  olsun  gərək; 
Qızlar,  əziz  qızlar 
Ana  dərsinə,
Ana  məktəbinə  yazılsın  gərək!..
1980-ci  il
VİDADİNİN  XATİRƏSİNƏ
Xəzan  vurğunuydu,
hissi  dənizdi...
Xəzana  qoşulan  bir  yarpaq  oldu. 
Qəlbi,  düşüncəsi  oddan  təmizdi  - 
Kim  deyər  qaralıb  o  torpaq  oldu?
Hamının  qəlbində  o  boy  göstərib, 
Hamının  yerinə  yaşayardı  o. 
Dünyadan  hamıya  gülüşlər  dərib, 
Hamının  dərdini  daşıyardı  o.
Önündə  susardı  tənqidçilər  də,
Axı,  söz  mülkünün  tanrı  günüydü! 
Yazı  duyğusunda, 
xeyirdə, 
şərdə
Bizim  hamımızdan  o  üstünüydü.
Dünya  işlərindən  yaxşı  halıydı, 
Bilirdi  gül  nədi,


Səyavuş  Sərxa n lı-------------------------------------- -------------------
nədi  yağan  qar;
Göyüzlü  gülüşü  min  mənalıydı  - 
O  sirr  ayda  olar,  günəşdə  olar!
Ölüm  qara  yeri  bir  yol  da  böldü,
Bir  də  at  oynatdı  qəmin  sağ-solu;
Vidadi  ölmədi  -   ruhumuz  öldü,
Bir  də  yetim  qaldı  yazı  stolu...
Bakı,_9_noyabr_1988-ci_il'>Bakı,
9  noyabr  1988-ci  il
Ömür  bir  aləmdir, 
qayğı  min  aləm,
Qayğıdan  don  biçək  düzə,  dağa  da;
Di  gəl,  başqaları  küsməz  deyirəm,
Bir  az  gün  ağlasaq  özümüzə  də.
Bir  az  gün  ağlasaq  -   dünya  dağılmaz, 
Eldə  yetim  qalan  işıqlara  da. 
Sübhəcən  gözlərə  qanlar  sağılmaz,
Bir  az  gün  ağlasaq  aşıqlara  da.
Bir  az  gün  ağlasaq  varaqlara  da,
Şam  kimi  əriyən  qələm ə  də  biz; 
Gecəyə  göz  olan  çıraqlara  da,
Söz  adlı  bu  yazıq  aləmə  də  biz...
Bir  az  gün  ağlasaq  ötən  çağlara,
Bir  az  gün  ağlasaq  qeyrətimizə  -
Vətən,  səslə  oğlunu
Bu  düşmən  deyilən
qalar  ağlara,
Yad  əli  ömründə  qalxmazdı  bizə.
Bir  az  gün  ağlayaq  -   diz  çökürəm  mən, 
Qoruyaq  millətin  körpələrini;
Onları  göz  üstə  saxlasın  Vətən  - 
Bu  gündən 
sabaha
körpülərini...
Bakı,
31  avqust  1991-ci  il
MƏHƏBBƏT,  MƏHƏBBƏT
M ənə  yuxu  kimi  gəlir  bu  görüş... 
Qurbanı  olduğum  həqiqətiylə, 
Oduna  yandığım  qəm  sərvətiylə, 
Dadıyla-duzuyla,  herarətiylə 
Mənə  yuxu  kimi  gəlir  bu  görüş.
Ayrılıq  gözümü  yaman  qorxudub, 
Könlüm  zülmət  evi,  sən  ona  işıq; 
Bu  şirin  vüsalın  əlindən  tutub, 
Ağrı-acıları  tamam  unudub,
Biz  bu  gün  dünyadan  oğurlanmışıq.
M ənə  yuxu  kimi  gəlir,  əzizim, 
Sinəmə  çay  kimi  axan  bu  saçlar; 
M ənə,  yuxu  kimi  gəlir,  əzizim,


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə