Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə55/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   51   52   53   54   55   56   57   58   ...   76

Bu  nurlu  həyəcan,  şirin  təlaşlar,
Gözümdən  gül  kimi  üzülən  yaşlar..
Qoy  yanım  oduna,  kül  olum  tamam;
O  göy  deyilən  də,
Bu  yer  üzü  də,
Ayrılıq,
intizar,
həsrət  sözü  də,
Eşqim  də,
qəlbim  də,
sənin  özün  də
M ənə  yuxu  kimi  gəlir  bu  axşam...
-----------------------------------------------------_------------_NECƏSƏN'>1963-cü  il
Səyavuş  Sərxanlı
----------------------------------------------------- ------------
NECƏSƏN?
Günlərim  leysandı,  ürəyim  çadır, 
Döyülür  aylarım,  ilim,  necəsən?
Nə  əlim  yetişir,  nə  ünüm  çatır,
Mən  kimdən  öyrənim,  bilim,  necəsən?
Həsrətin  keçilməz  ormanlar  təki, 
Döyüldüm,  sovruldum  xırmanlar  təki, 
Gah  yıxıb,  gah  da  ki  quranlar  təki 
Özümə  dağ  çəkir  külüm,  necəsən?
Sənə  inanmışam,  yenə  inanım,
Oda  qalanmışam,  yenə  qalanım, 
Necəsən,  başına  dönüm,  dolanım, 
Necəsən,  küsənim,  gülüm,  necəsən?
Təkliyim  dağ  olar,  çənə  bürünər, 
Döşündə  yol  azan  eşqim  sürünər,
___________________________ Vətən,  səslə  oğlunu
Yataram,  yanımda  yerin  görünər,
Özünə  yetişməz  əlim,  necəsən?
Qalanar  dumanım,  çənim  yolumda,
Ömrümə,  sevgimə  qənim  yolumda;
Sən  ey  qurban  olan  mənim  yolumda,
Gəlim  qabağında  ölüm,  necəsən?!
1973-cü  il
***
M əhəbbət  -   dünyadan  bizə  əmanət, 
Dəymə,  o  mirvari  qaşına  dəymə.
Nə  bülbülü  ağlat,  nə  gülü  göynət, 
Dəymə,  əbədiyyət  yaşına  dəymə.
Eşqim  baş  qaxıncım,  adım-sanımdı, 
Bu  eşqin  yolunda  çıxan  canımdı, 
Gözümdən  tökülən  ürək  qanımdı, 
Dəymə,  gözəlliyin  yaşına  dəymə.
Görənlər  desin  ki.,alışan  budu, 
Gecəsi-  gündüzü  pərişan  budu, 
Sinəsi  həsrətdən  o  şan-şan  budu, 
Dəymə,  həsrət  dolu  o  şana  dəymə,
M əhəbbət  yolunu  bir  yol  bilmişəm, 
Min  yol  ağlamışam,  bir  yol  gülmüşəm. 
Bir  yol  görənəcən  min  yol  ölmüşən, 
Dəymə,  gileyləri  daşana  dəymə.
Qıyma  Sərxanlıya  gənc  yaşında  sən, 
Tökmə  nahaq  qanın  göz-qaşınla  sən,


Sən  ki,  ürəyimin  düz  başındasan, 
Dəymə,  ürəyimin  başına  dəymə!
Səyavuş  Sərxa n lı
-------------------------------------------------
1975-ci  il
***
Sən  elə  yatmısan,  elə  yatmısan... 
Şehlərin  qoynunda  gül  yatan  kimi, 
Hıçqırıb  yorulub  tel  yatan  kimi, 
Ayın  işığında  göl  yatan  kimi...
Qalanıb  saçların  yastığın  üstə, 
Bağrımın  başında  həsrət  dağıtək.
Ən  şirin,  ən  qısa  nə  varki  bizdə 
İnsanın  sevərək  yaşamağıtək?!
Yatmısan,  üzündə  həzin  təbəssüm, 
Dənizə  baş  qoyub  sel  yatan  kimi; 
Nə  dərin,  nə  sakit  yatmısan,  gülüm, 
Qarlı  gecələrdə  el  yatan  kimi.
Sahilə  yan  alıb  narahat  qayıq,
Yuxu  laylasını  ləpələr  çalır. 
Ucsuz-bucaqsızdı  bu  rahat  yuxun- 
Baxıram,  baxıram,  gözüm  qaralır;
Qaçıram  dalınca,  səbrim  nəzilir. 
Qaçıram,  qaçıram...  heyim  kəsilir. 
Uyu  ki,  dincliyin  zamanı  çatıb, 
Duyğular  dil  açsın  ilk  bahar  kimi;
________________________ ___   Vətən,  səslə  oğlunu
Yat  gülüm,  əzabla  ömrü  ucaldıb,
Səadət  qoynunda  yatanlar  kimi...
1965-ci  U
İKİNCİ  ANA
Ha  sənə  desinlər  kimin  qadını,
Ha  sənə  desinlər  kimin  anası  - 
Mənəm  elə  çəkən  sənin  adını, 
Mənəm  yada  salıb  belə  yanası...
Mənəm  dan  yerini  çıraq  eləyən 
Ozan  məhəbbətlər  gülzarı  üstə. 
Mənəm  qürubları  bayraq  eləyən, 
Asan
m əhəbbətlər  məzarı  üstə.
Hardan  biləydim  ki,  ayrılıq  varmış- 
Dərin  duyğuluca,
Sərin  gözlücə?
Elə  sevməklə  də  ölmək  olarmış, 
Ayaq  üstündəcə,
Diri  gözlücə?
Hardan  biləydim  ki,  ocaq  həsrətim 
Qaçan  duyğulara  ox  olacaqmış? 
İkinci  anaymış-ilk  məhəbbətim, 
Ondan  m əhəbbətlər  doğulacaqmış!
O  qızlar...
O  gözlər...
Onlardan  olmaz!
ч т
?


Səyavuş  Sərxa n lı-------------------------------------------
Ay  da  sonalayın,  seçin  deyirdi. 
Dünya  çiçəkləri  yığılıb  hər  yaz 
Dünya  sinəmizdən  köç  eyləyirdi.
Ah,  necə  istiydi  daş  da,  topraq  da!
O  hənir  hərdənbir  qanımdan  keçir. 
(Düşünə-düşünə  səadət  haqda,
İnsan  səadətin  yanından  keçir!)
Niyə  ada  uyub,
Ağıla  uyub,
Könlümü  bu  boyda  dünyaya  açdım? 
Gözünü  açdığım  bulağı  qoyub, 
Öpülən  bulaqlar  dalınca  qaçdım!
Niyə  kar  olmuşam  baxtım  deyənə, 
Niyə  əvəzimə  ötüb  anadil?
Başıma  min  gözəl  yığışa,
Yenə
O  sirli  şirinlik  qayıdan  deyil.
Sellə  çağlamışam,
Yellə  əsmişəm,
Ələnib  getmişəm  yağış-qar  təki;
İlk  eşqim!
Mən  sənə  çox  tələsmişəm,
Bayrama  tələsən  uşaqlar  təki...
1984-cü  il
t o ?
Vətən,  səslə  oğlunu
BU  GƏLƏN  QATAR
Dilsiz  baxışlarda  dil  açır  bahar,
Çiçəyə  bələnər  dünya  deyirəm;
İlk  görüş  gətirir  bu  gələn  qatar,
İlk  görüş  gətirir...
Mən  gözləyirəm.
Yayı  qarşılayır  nərgizli  dağlar,
İstək  olan  yerdə  nə  kədər,  nə  qəm; 
M əhəbbət  gətirir  bu  gələn  qatar,
M əhəbbət  gətirir...
Mən  gözləyirəm.
Payız  yağışına  qoşulur  bağlar,
H ər  qonan  yarpağda  inildəyirəm;
Göz  yaşı  gətirir  bu  gələn  qatar,
Göz  yaşı  gətirir...
Mən  gözləyirəm.
Rəhimlə,  hüzünlə  səpələnir  qar,
K əfənə  bələnir  gözümdə  aləm;
Ayrılıq  gətirir  bu  gələn  qatar,
Ayrılıq  gətirir...
Mən  gözləyirəm.
1984-cü  il


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə