Səyavuş Sərxa n lı-----------------------------------------------
İLK SEVGİYƏ ELEGİYA
Üfüqdə od tutub alışan səhər,
Qoy kərəm sayağı əssin küləklər;
Yanar ürəyimdə dağdan ağır qəm,
Bir köhnə məzarı səcdə gəlmişəm.
Buludlar toqquşur yenə başımda,
Dəryalar sinəmdə baş-başa dəyib.
Hələ sahibi tək o baş daşı da
Köhnəlib, saralıb yana əyilib!
O qara saçları, dəli saçları
Çıxıbdı məzardan göy otlar kimi.
Boylanıb, boylanıb yollara sarı
Məzar da dolubdu buludlar kimi.
Təklik kimsəsizlik yurd salıb onda,
Görən heç yoxdumu gəlib gedəni?
Məzar elə durub əli qoynunda-
Görkəmi ağladıb, sızladır məni.
Əzəldən belədi dünyada qayda,
Ölən unudulur bir aya, ilə;
Can-can deyənlərdən ona nə fayda,
Yenə mən gəlmişəm məhəbbətimlə.
Niyə yaşayırsan, soruşun niyə?
Dərd əysin qəddimi, yumaq olum mən;
Razıyam sevgimə qovuşum deyə,
Soyuq cəsəd olum, torpaq olum mən.
Eşit... göz yaşıyla dinir görüşlər,
Qucmuşam, başdaşın qucağımdadır.
4 0 ?
Vətən, səslə oğlunu
Dustaq xatirələr, dustaq öpüşlər
M əhəbbətin viran otağındadır.
Tənha yer altında nə arayırsan?
Ürəyim dumanda-çəndə qalıbdır;
O vaxtdan gedibsən, qayıtmayırsan,
Odlu öpüşlərin məndə qalıbdır.
Nə, olar bircə yol eşit səsimi,
Bir qaldır başını, gör kimin gəlib?
Parçala qəlbimi, al nəfəsimi,
Üstümə dağ boyda dərd-qəmim gəlib!
Yenə gözlərimdə qara geyib gün,
Başıma torpaqmı-daşmı töküm mən?
Sənin bircə anlıq oyanmağınçun
Gözümdən illərlə yaşmı töküm mən?
Qan ağlar ürəyim,
Qan ağlar gözüm,
Sən orda,
Mən burda
Boyun burmuşuq.
Aramız bir qarış olsa da bizim,
Gülüm, dünyalarca uzaq durmuşuq.
Bir qalx, bu nə yuxu, bu nə yatışdı,
Məzarda nə ağır yatarmış insan!
Səsimdən başımın tükü qalxışdı,
Qəbiristan oyandı fəryadlarımdan.
Səni qolum üstə çox gəzdirərdim ,
Çiynimdən əbədi bəs hara getdin?
4 Ö ?
Səyavuş Sərxanlı----------------------------------------------------------
Axdı qurğuşuntək qəlbimə dərdim,
Məni tənha qoydun, məzara getdin.
Bir vaxt çiçək kimi yaraşdıq bağa,
O yeri xəzan tək gəzirəm indi.
Arzulardm mənə ana olmağa,
Ana tək üstündə əsirəm indi.
Milyon arzu verib, milyon da duyğu,
Bu lal sükutunla məni harayla.
Uyu, körpə balam, rahatca uyu,
İsti göz yaşımın laylalarıyla.
Nə deyim həyatın qanunlarına,
Niyə vaxtsız saldı hicrana məni?
Sən vurdun ömrünü məzarla sona,
Atdın bir səngiməz tufana məni.
Yaşadın müqəddəs arzu diləklə,
Eşqim sona yetdi solan çiçəklə,
Sənsiz sinəmdəki bu saf ürəklə
Qovar qapısından zamana məni.
Mən isti bir kürə, sən soyuq bir daş,
Yanıb tüstülənir gözlərimdə yaş.
Deyirəm bu tale, bu ürəklə, kaş
Anam doğmayaydı cahana məni...
Şəmkir - Sərxan obası,
1963-cü il
SÜZ5?
MƏHƏBBƏT
Qışda sustalan ney yazda dirilmir,
Gözlər qeybə çəkib incilərini;
Ocağın ovsunu saza verilmir,
Bülbüllər göynətmir qönçələrini;
Dünya gülüstandı, qəbristan deyil,
Nə saray hörülür, nə kərpic düşür;
Daha o çağ deyil, o dastan deyil,
Günlər elə-belə gəlib ötüşür -
Nə vaxtdı
M əhəbbət şeiri yazılmır!
Kişi məhəbbəti azalıb deyə,
Ulu qadınlıq da çəkilib göyə.
Qızlar ucuzlaşıb, çox ucuzlaşıb,
Oğlanlar ad gəzib, uğursuzlaşıb.
Bir adam ağrıya, amala deyil,
Sərvətə, yalana-talana baxır.
O evdə, bu evdə kamala deyil,
Stola, arxaya-filana baxır.
Uzaqdır ürəkdən, mərdlikdən uzaq-
Atılan sevgiyə sərgi deyənlər;
Sevib-sevilənlər evində dustaq,
Gəlib başa keçir sevilmeyənlər!
Nə vaxtdı
göz gülüb, könül yaz olmur,
Bir həzin məhəbbət şeiri yazılmır.
Füzuli! Halına ağlayan gərək,
Necə qurban gedim gördüklərimə?
Müşfiqi bəbəkdə saxlayan gərək,
Rəhmət deyən gərək Əli Kərimə!
_____________________________________Vətən,_səslə_oğlunu_S_O'>______________________ ____________
Vətən, səslə oğlunu
S O ?
M əhəbbət havası dəyişib bir az,
Qadası-qovğası dəyişib bir az;
Bir az odu azlıq adamı açmır,
Bir az modabazlıq adamı açmır;
Bir az da kərəmlik yerində deyil,
Bir az da sənəmlik yerində deyil;
Leylilik... adamın gülməyi gəlir,
Məcnunluq... adamın ölməyi gəlir;
Daha xəzanlı bağ heç nə demir ki!
Ötüşüb duması, nərgizi solub;
Daha göz yaşları çiçəkləmir ki,
Görüşlər modalar sərgisi olub!
Daha xoşlayırlar usta dilləri,
Acı yalanlara bal qatmaq asan;
Yalvarıb öpməli qızıl əlləri
Qızıla bələyib aldatmaq asan...
Dünya
Görüşlərə qız ötürsə də,
Düzümlü təriflər gözə girsə də,
Hüzünlü məhəbbət şeiri yazılmır.
Hamı yelə uçur
kəpənək kimi,
Mənliyin sərt üzü yuxalıb bəlkə?
Yağışdan sonrakı göbələk kimi
Sevgi şairləri çoxalıb bəlkə?
Ürəyə, vicdana bir pərsəng kimi
Görüşdən göz yaşı çıxılıb bəlkə
Bir əsl
məhəbbət şeiri yazılmır?!
Həsrətin boyatlıq təhlükəsi var
Səyavuş Sərxa n lı
----------------------------------------------------------
4 0 ?
Qazanlar örtülü qaynayan yerdə!
Dastanlar gül kimi saralıb solar
Ozanlar qəlbini qıymayan yerdə;
N ə axşam,
nə səhər,
nə çiçək,
nə qar.
Bir həsrət işığı yaymayan yerdə
Beş-on məhəbbətli aktrisalar
M əhəbbət rolunu oynayan yerdə-
Füzuli! Halına ağlayan gərək!
Müşfiqi bəbəkdə saxlayan gərək,
Rəhmət deyən gərək Əli Kərimə.
Nə vaxtdı qış günü dünya yaz olmür-
Bir həzin məhəbbət şeri yazılmır...
_________________________________
Vətən, səslə oğlunu
GECİKMİŞ ETİRAF
Mən ki, yaxşılığa qapı açıram,
Bəs niyə yaxamdan əl çəkmir bu qəm?
Evə çan atmaqçün evdən qaçıram,
Bilmirəm, bilmirəm... niyə, bilmirəm?!
Bilmirəm evimə nə dəyibdi ki,
Qatarlar dalınca gözüm uzanıb.
O yazıq mənə nə eləyibdi ki -
M ənə bala doğub,
bəla qazanıb...
M ərhəm ət toxumu səpib qara da,
Daşı da dindirib-söylədən olub.
4 0 ?
Dostları ilə paylaş: |