Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə58/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   54   55   56   57   58   59   60   61   ...   76

Ey  dad!  Ayrılıqlar  əsl  anadır  - 
Dünyaya  o  doğur  əsl  insanı!
Səyavuş  Sərxanlı
--------------------------------------------- -
Günəş  həsrətiylə  fırlanır  yer  də, 
Ulduz  yanıb-sönür  yolları  üstə; 
Doğulmamış
neçə  mütəfəkkir  də
Ölüb
görüşlərin  qolları  üstə.
Kəsib  daşıdıqca  ömürü  günlər,
Ötəri  hisslərə  qaçmasın  insan.
Yaranar  dağ  yüklü  ən  böyük  əsər,
Ən  böyük  hicranın  ağrılarından...
Şəmkir,  1963-cü  il
QAYIT  ÖMRÜMƏ  SƏN...
Diqqət  hədəfisən  hələ  çoxunun,
Elə  ki,  bu  qayğı  bezdirər  səni  - 
Həyat  yenə  alar  dalğalarına,
Başsız  qayıq  kimi  gəzdirər  səni; 
Büdrəyə-büdrəyə  keçib  gəldiyin 
Bu  əyri  yollardan  doyduğun  zaman  - 
Yatan  ürəyini  ayılda  bilsən,
Küsülü  illərin  toranlığından 
Sıyrılıb  gül  kimi, 
çıxıb  gün  kimi,
Əsl  bayram  kimi,
Toy-düyün  kimi 
Qayıt  ömrümə  sən...
Qayıda  bilsən!
' 8 *3 ?
Vətən,  səslə  oğlunu
Ana  həsrətlisi  körpə  quzutək 
Görüş  yollarında  ayaq  döyürsən; 
Soyuyub  soluxan  Qütb  ulduzutək 
Üzümə  əlacsız  gülümsəyirsən.
Mənə  bu  uzaqlıq
illi-əsrli,
Mənə  bu  soyuqluq
qılınc  kəsərli!
Günəş  ol  -   mən  işıq  arzulayıram, 
Ömrümə  yaraşıq  arzulayıram!
Əgər  nəfəsinlə  isidib  məni,
Donan  ürəyimi  oyada  bilsən  - 
Od  kimi,
Nur  kimi,  hərarət  kimi. 
M əhəbbət  deyilən  cəsarət  kimi, 
Əvvəlki  ürəklə,  əvvəlki  qəmlə, 
Əvvəlki  sirr  dolu  şirin  aləmlə 
Qayıt  ömrümə  sən...
Qayıda  bilsən!
Ötəri  bülüdtək  dolmağa  nə  var  - 
Ömür  istəyirəm 
gürşadtək  yağsın.
Dünyada  arxasız  qalmağa  nə  var, 
heç  kəs  məhəbbətdən 
yetim  qalmasın!
Nəğmə  aparmısan  özünlə  birgə  - 
Ömrüm  səssiz  qalıb,  sədasız  qalıb. 
Dəniz  aparmısan  gözünlə  birgə, 
Ürəyim  tufansız,  dalğasız  qalıb.
Bir  iblis  qanıma  yaman  giribdir, 
Çeşmə  ürəyimi  lilləndiribdir!
Nələr  çəkməmişəm  bu  yolda  bilsən... 
Ağrı-acıları
д а ?


unutdurmağa,
İkimiz  isti  bir  yuva  qurmağa, 
Çıxım  yollarına  sənə  tuş  kimi  - 
hardasan,
qanadlan  qaranquş  kimi  - 
Qayıt  ömrümə  sən...
Qayıda  bilsən!..
Səyavuş  Sərxanlı
----------------------------------------------
1964-cü  il
ƏBƏDİYYƏT
May  gecəsi  gül  fəslində,
Halə  nurlu
bir  qayanın
Qartal  taclı  sinəsində  - 
Sevə-sevə,  öpə-öpə 
Ay  açırdı
ləçək-ləçək,
Titrək,  göyçək
bir  qönçəni;
Bu  əhvalla  minval  olan 
Dağ  çaşmışdı;
Bu  ətirdən,  bu  sehirdən  bihal  olan  - 
Əbədiyyət  taxtındakı 
Vaxt  aşmışdı;
Bircə  yenə  Ulu  Göylər 
Öz  adma  yaraşmışdı  - 
Gərdək  kimi  saxlamışdı 
gecəni...
Gəncə  -   Göygöl,
May -   iyun,  1964-cü  il
Vətən,  səslə  oğlunu
Bu  gün  səhv  etmişəm  dolub  ürəyim,
Çıxıb  dəniz  kimi  öz  yatağından.
İnsana  yeriyən  qasırğa  deyim,
Səhv  edib,  səhvini  qandığı  zaman!
Hardasa  şüşətək  çiliklənən  səs 
Hardasa  partlayan  mərmiyə  dönür.
Qəlbim  soyunduğu  diqqətə  əvəz 
Atışma  bürünür,  alov  bürünür.
Gedirəm...  üz  tutub  gedirəm  elə,
Dəyir  şillə  kimi  üzümə  külək,
Anası  əlindən  gedən  uşaq tək 
Gəlir,  səhvim  gəlir  ləpirlərimlə.
Çiynimə  çiçək  yox,  məzəmmət  yağır, 
Çırpınır  duyğular  fəryad  selində.
Dünya  m ənə  baxır,  göy  mənə  baxır, 
Qalmışam  bir  kiçik  səhvin  əlində.
Vurnuxur,  ayrılıb  təbiətindən,
Yanan  qitə  olub  sinəmdə  ürək.
Bu  gün  səhv  etmişəm,  səhv  etmişəm  mən  - 
Bu  gündən  həyatı  başlayam  gərək!
DÜNYA  SEVƏNLƏRİNDİR
Ömür  çal-çağır  payı,
Ürək  -   arzu  yuvası;
M əhəbbətdir,  məhəbbət 
Həyatın  ilk  mahnısı...


Məhəbbətdir,  məhəbbət  - 
Gur  dənizi  uyudan.
Məhəbbətdir,  məhəbbət  - 
Bizdə  bizi  oyadan.
Əsrlərdi  bu  səsə 
Qulaq  kəsilib  zaman.
Bu  mahnı  doğulubdur,
Sonra  doğulub  insan!
Məhəbbətlə  ömürlük 
Dura  bilsən  göz-gözə,
Ayın  doğar  günəştək  - 
Gecən  dönər  gündüzə.
Beləcə  mahnı  ötən 
Bir  sarı  simdi  dünya;
Dünya  sevənlərindi,
Sevənlərindi  dünya...
Bakı,  1966-cı  il
“Semaşko”  xəstəxanası
Səyavuş  Sərxa n lı
------------------------------------ ----------------------------------
Mən  qəmli  olanda  dəyməyin  mənə, 
Elə  bilməyin  ki,  tənhayam,  təkəm; 
Batıram  dünyanın  dərinliyinə, 
Beləcə,  gözlərim  yol  çəkə-çəkə...
Qəlbimlə  biz  iki  yoldaş  oluruq, 
Dayanıb  baş-başa  həsrətlilərtək  -
Vətən,  səslə  oğlunu
Neçə  düşüncəyə  sirdaş  oluruq 
Neçə  xoş  ağrıya  oluruq  gərək.
Düşüncə  -   gün  dostum,  qulaq  hayanım, 
Düşünmək  həyatdan  bac  almağımdır. 
Mənim  qəmli  anım  -   insanlıq  anım,
Mənim  qəmli  anım  -   ucalmağımdır.
Qəmli  ki,  oluram,  dəyməyin  mənə,
Elə  sanmayın  ki,  tənhayam,  təkəm;
Batıram  dünyanın  dərinliyinə  - 
Beləcə...  gözlərim  yol  çəkə-çəkə.
1971-ci  il
ÇAĞIR  SƏN  MƏNİ...
Doğan  axşamların,  batan  səhərin 
Qəmin  caynağında  didiklənəndə, 
Ötəri  hisslərin,  ülgüc  hisslərin 
Könlündə  alışıb  körüklənəndə  - 
Çağır  sən  məni;
Haçan  ki  istəyin  sönən  şam  oldu, 
Dərdin  doluxsundu  analar  kimi, 
Gölündən  perikən  sonalar  kimi 
Qaqqıldaşan  oldu,  çığrışan  oldu  - 
Çağır  sən  məni;
Zülm ətdə  qıy  çəkən  zümrüd  olaram, 
Sənə  nur,  qəmlərə  zülmət  olaram  - 
Çağırsan  məni...
Köz  salar  sinədə  bir  itki  yeri,
Bu  odla-ocaqla  heç  kəs  öyünməz.
« stü S ?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə