Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə34/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   30   31   32   33   34   35   36   37   ...   76

Səyavuş  Sərxa n lı-----------------------------------------------
UNUT  GETSİN...
Yüz  yol  yanıb  oxşasan  da  sən  neyə, 
Nə  torpağa  yiyə  sənsən,  nə  göyə; 
Bəsdir,  ürək,  qan  ağlama  qəm  deyə  - 
Unut  getsin,
unut  getsin  hər  şeyi!
Kim  görübdü  göz  yaşından  pay  olsun? 
Eldi  gəlir,  toy  olsun,  ya  vay  olsun. 
Yaşa  getsin,  hər  nə  olur  qoy  olsun  - 
Unut  getsin,
unut  getsin  hər  şeyi!
Ağıl  güdüb,  ada  yansan,  hayıfsan, 
Odda  donub,  suda  yansan,  hayıfsan, 
Unutmayıb  sal  dayansan,  hayıfsan  - 
Unut  getsin,
unut  getsin  hər  şeyi!
Fikir  çəkmək  nə  sənətdi  -  köhnəlir, 
Məhəbbətdi,  kimə  bənddi  -  köhnəlir, 
Dost  dediyin  uzun  dərddi  -  köhnəlir, 
Unut  getsin,
unut  getsin  hər  şeyi!
Yəqin  mərdlər  öz  arından  deməyib  - 
Bu  dünyanın  bazarından  deməyib;
Heç  kəs  qalxıb  məzarından  deməyib: 
Unut  getsin,
unut  getsin  hər  şeyi!
SƏMƏD  BEHRƏNGİNİN 
XATİRƏSİNƏ...
Qardaş,  mən  də  dərdə  yaraya  biləm,
Dərd  qanan  yanında  hörmətim  ola.
Elimi,  dilimi  qoruya  biləm,
Elin  də  gözündə  qiymətim  ola.
Bu  könlüm  sınıqdı-sınıq  saz  deyil,
Bu  bahar  sazaqdı,  sazaq-yaz  deyil,
Mənim  danladığım  xan  Araz  deyil,
Torpağıma  sərhəd  qeyrətim  ola.
Xətai  göyündən  baxam  cahana,
Çöllər  meydan  ola,  dağlar  topxana,
Dünya  dağlarını  yığam  yan-yana,
Savalan-Səttarxan  qüdrətim  ola.
Dönəm  kimsəsizlər  havadarına,
Qələmim  qan  vura  el  damarına,
Vətənin  gül  üzlü  balalarına 
Sənintek  gün  üzlü  xidmətim  ola.
Ey  qələm,  başını  qoyma  balınca,
Süngü  ol,  yerisin  xalqın  dalınca!
Yarımı  yadlardan  xəbər  alınca,
Şəhriyar  babamdan  töhmətim  ola.
Dərdimə  yaraşıq  dinə  bilməsəm,
Xalqımın  qəlbinə  enə  bilməsəm,
Bir  canlı  körpüyə  dönə  bilməsəm,
Arazda  boğulmaq  qismətim  ola!..
1984-cü  il
------------------------------------------------------- 
Vətən

səslə  oğlunu
t e a ?


QÜRBƏTDƏ  BİR  OVUC 
VƏTƏN  TORPAĞI
Ömürdən  bahadı  bir  ovuç  torpaq, 
Sən  onun  qədrini  biləndən  soruş. 
Taleyi  qara  yel,  ürəyi  yarpaq, 
Torpaq,  torpaq  deyə  öləndən  soruş!
Bir  torpaq  hənirə  yüz  ayda-ildə 
Əlləri  uzalı  qalanları  an;
O,  özü  yad  eldə,  sözü  yad  eldə, 
Gözü  Vətən  sarı  dolanları  an.
Hər  günü  çırpılar  tut  ağacıtək,
Hər  anı  qırılan  bir  sim  kimidir. 
Sərhəd  göylərinə  çəkilər  ürək, 
Qürbətdə  qürubun  rənginə  bax  bir!
Aylı  gecələrdə
uzun  ayları
Onların  sinəsi  sökülüb  gedər.
Həsrət  çaylarıdı  Vətən  çayları  - 
Onların  gözündən  tökülüb  gedər.
Nə  üzlü  qonaqmış  ahlar,  amanlar! 
Şəkərə  dönübdür  uzaq  “yamanlar”, 
O  bizim  dağlardan  qalxan  dumanlar 
Onların  başından  çəkilib  gedər.
Günü-güzəranı  ətirsiz  güldü,
Nə  dərdi  açıldı,  nə  üzü  güldü. 
Yeriyən  kölgədi,  bir  ovuc  küldü, 
Dalınca  izi  də  “əkilib”  gedər.
Səyavuş  S ərxa n lı
--------------------------------------------------------
Ana  yox,  bacı  yox,  qardaş  yox  barı,
Ovuda,  kiridə  bu  ağrıları.
Vətəndən  oxuyan  duma  qatarı,
Onların  köyündən  hönkürüb  gedər.
Bu  yerlər  ögeydir,  o  göylər  ögey,
Gözləri  yaş  tutar,  ürəkləri  ney,
Bir  ovuc  torpağı  öpə-öpə  hey,
Belləri  vədəsiz  bükülüb  gedər...
Bu  dərd
çəkilməzdi
doğmaya,  yada,
Bu  dərd  öz  içindən  göyərib  ağlar;
Sərhəddə  hər  şeyi  yoxlasalar  da,
Bir  ovuc  torpağı  yoxlamayıblar!
O,  sərhəd  göyündən  uçan  buluddu,
Qanadı  göydədi,
umudu  yerdə,
O,  ölümqabağı  diri  sükutdu  - 
Dünyası  yurd  olan  düşüncələrdə.
Doğma  el,  doğma  ev,  doğma  göz  yaşı,
Doğma  duz-çörəkdi  bir  ovuc  torpaq!
Doğma  yol,  doğma  toy,  doğma  başdaşı,
Doğma  bir  çıraqdı  bir  ovuc  torpaq!
Bu  torpaq  vətəndi,  vətən  bu  torpaq,
Açıldıq  gül  kimi  gözünün  üstə.
Bizdən  gül  üzünü  çevirəndə  baxt  - 
Öləndə  düşürük  köksünün  üstə!
O,  ilk  beşik  olar,  son  soraq  olar,
Qəmli  həqiqət  var  bu  m ənzərədə  -
___________________________________ _ 
Vətən,  səslə  oğlunu


Səyavuş  S ərxa n lı----- -------------------------------------------------
Bükülü  dəsmalda  çilçıraq  olar,
Torpaq  işıq  salar  qürbətlərə  də.
O  elə  yanar  ki...bir  də  əkilməz,
Kim  öpdü,  gözünün  üstünə  qoydu?
Qürbətdə  ölənin  dərdi  çəkilməz,
Vətəndə  ölənin  yası  da  toydu...
Niyə  borc  alırıq  dərddən-düyündən,
Gör  niyə  havayı  ağlamırıq  biz  - 
Qəbri  doğma  yurda  tapşıran  gündən 
V ətənə  əbədi  bağlanırıq  biz!
Roma-Moskva, 
1978-ci  il
TƏNHA  GƏMİ
Hara  belə,  tənha  gəmi,
Hara  belə,  gecəyarı?
Qalxıb  enir  ağır-ağır,
N ə  yorursan,  nə  yarırsan  dalğalan?
Hardan  belə?
Hara  belə?
Dünyanın  bu  zülmət  dəmi,
Gəmi  əmi?!
Canın  yoxmu,  çəkin  yoxmu,
Qorxun  yoxmu,  hürkün  yoxmu,
İnsan  deyilən  yükün  yoxmu?  - 
Aşıq-aşıq  oynudu  vaxt,
Cikin  yoxmu,  bökün  yoxmu;
Ulduz  yağmurunda  çılpaq  -
s ü s
?
Bir  təsəki,  börkün  yoxmu?
O  pərlərin  niyə  qızır,
O  nurların  niyə  sarı?
Hara  belə,  tənha  gəmi,
Hara  belə,  gecəyarı?
Krım-İstanbul  arası,
Bakı-Təbriz  ayparası...
Hara,  a  sinəm  parası,
Hara,  a  gözüm  qarası,
Məni  açıb  yedəyindən,
Hara  belə,  gecəyarı?
Səni  gördüm  atdım  qəmi,
Meydana  çək  bu  aləmi:
Qov  başından  qorxuları,
Qarğaları,  darğaları,
Ürəklə  yar  dalğaları  - 
Uğur  olsun,  tənha  gəmi,
Uğur  olsun,  gəmi  əmi...
-------------------------------------------------------  
Vətən,  səslə  oğlunu
Yalta,  1984-cü  il
QILINC  İŞIĞINDA
Xətai  yuxuma  gəlmişdi  o  gün  - 
Ellər  yollar  boyu  şax  dayanmışdı; 
Xətai  yuxuma  gəldiyi  üçün 
Bu  dünya  bir  az  da  işıqlanmışdı! 
Gördüm...  üzə  gülən  yaz  havasıtək, 
Sinədə  ürəklər  xətayiləşib,
Siz  deyən,  siz  bilən  saz  havasıtək,
s ü s
?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə