Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ


“ULDUZ-ULDUZ  GÖY  YANANDA  GƏLƏRƏM”



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə28/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   24   25   26   27   28   29   30   31   ...   76

“ULDUZ-ULDUZ  GÖY  YANANDA  GƏLƏRƏM”
Xatirə  danışmaq  ilk  növbədə  qo­
calıq  əlamətidi  və  açığı  mən  kiminsə 
haqqında xatirələrə dalanda özümü qo­
calmış  sayıram.  Və  Səyavuş  çox  tez 
qocaldı,  özünü  özündə  itirdi.  Müşa­
hidələrimə  görə  onlar  üç  dost  idilər: 
Səyavuş  Sərxanlı,  Nüsrət  Kəsəmənli, 
Sabir  Rüstəmxanlı.  Sonra  üç  dostdan 
biri  hansısa  səbəbdən  onlardan  ara­
landı  -   bu  Səyavuş  idi,  onun  yerini  isə 
Çingiz  Əlioğlu  tutdu.  Sonra  o  yadım- 
dadı  ki,  Məmməd  İsmayıl  onun  haq­
qında  insafsız  bir  tənqidi  məqalə  yaz­
dı.  Səyavuş  tez  küsən,  incə  qəlbli,  hər  şeydən  sına  bilən  həssas 
bir  xarakter  sahibiydi.  Məncə  o  məqalədən  sonra  Səyavuş  özünə 
gələ  bilmədi,  səntirləyən  kimi  oldu,  Məmməd  İsmayıl  günaha 
batdı.
Şəxsi  tanışlığımıza,  münasibətlərimizin  istiləşməsi,  məhrəm- 
ləşməsi...  təbii  ki,  şeirlərindən,  publisistikasından  tanımışam 
rəhmətliyi,  bir  müddət  “Azərbaycan”  jurnalında  şeirə  baxırdı, 
mən  də  gənc  şair  olaraq  şeirlərimi  təqdim  etmişəm,  daha  sonra 
Natəvan  klubunun  direktoru  işlədim  və  müntəzəm  görüşlərimiz 
məxsusi  bir  məcraya  yönəldi.  Təbiəti  etibarı  ilə  odlu-alovlu 
adamdı  rəhmətlik.
Əzizim  o  da  para,
Ay  doğdu,  o  da  para.
Varmı  bir  odu  sönmüş,
Canımdan  od  apara?
Bu  bayatı  təsadüfən  yadıma  düşmədi  ki...  o  ətrafındakılara  od 
paylayırdı  elə  bil.  Məni  görüncə  bir  “bah”  deməsi  vardı,  doğ­
masını  görürmüş  kimi  üzü-gözü  işıqlanırdı.  Mən  də  eləmirdim 
tənbəllik,  onun  yaddaşımda  ilişib  qalan  misralarını  elə  onun  kimi 
aşıb-daşan  şəkildə,  əlimi-qolumu  yelləyə-yelləyə  deyirdim:
t t ı s ?
Səyavuş  S ərxa n lı
-----------------------------------------------------------------------------------
Ulduz-ulduz  göy  yananda  gələrəm,
Bir  səs  düşər  bu  cahana  -   qarşıla!
Üfüqlərin  qanadında  gələrəm,
Sevə-sevə,  yana-yana  qarşıla.
Mən  bu  bəndi  deyincə  çiçəyi  çırtdayırdı,  elə  bil  ona  dünyanı 
verirdilər,  başını  bulayıb  gülürdü  və  bunun  dalınca  da  “gəl  gedək 
bir  pivə  içək”  gəlirdi.  Əlbəttə,  bu  müsbət  enerjili  şairlə,  əvəzsiz 
publisistlə,  həyat  dolu  insanla  vaxtını  bölüşmək  məndən  ötrü  də 
bir  mənəvi  qazancdı.  Ömrümüz  boyu  qazandıqlarımızı  itirə-itirə, 
torpaqa  gömə-gömə  gedirik  və  bir  gün  də  ayılırıq  ki,  artıq  özü­
müzdə  də  heç  nə  qalmayıb.
O,  yoruldu,  onu  yordular və  həm  də  özü-özünü  yordu.  Yorğun­
luq qarışıq bir dərd  üzündə-gözündə  yuvalanmışdı  və  mən  heç  cür 
bu halı  ona yaraşdıra bilmirdim,  çünki  onun  fıtrətindəki  həyat  eşqi 
bu  dərdi-ələmi  inkar  edirdi.
Bu  qeybətcil,  sözbaz  şair-şüəra  mühitində  mən  bircə  dəfə  də 
olsa  Səyavuşun  kiminsə  haqqında  nəsə  dediyini  eşitmədim.  On­
dan  heç  kəsə  ziyan  gəlməzdi.
Evində,  ailəsində  oldum,  xanımıyla,  oğlu-qızıyla  əyani  şəkildə 
tanış  oldum  və  onu  gördüm  ki,  Səyavuş  Sərxanlı  həyatda  hər 
şeyə  şaircəsinə  yanaşır.
Qoy  bir  konkret  xatirə  danışım.  Bir  dostumuz  vardı,  o  da  de­
putatlığa  namizəd  idi.  Səyavuşla  mən  də  ona  vəkillik  eləmək 
üçün  Bakıda  Tiflis  qatarına  mindik  ki,  Tovuza  gedək.  Kupedə 
təbii  ki,  yolu  qısaltma  əməliyyatına  başladıq,  yəni  şərab  istemal 
elədik  və  uyuduq.  Qatar G əncəyə  çatanda  mən  oyandım.  Tovuzda 
da  sübh  tezdən  vağzala  bizi  qarşılamağa  gəlmişdilər,  hansı  qatarla 
gələcəyimizi  də  hələ  dünəndən  bilirdilər.  Səyavuşa  ehmalca  to­
xundum  ki,  oyan,  çatırıq.  O  da  yuxulu-yuxulu  “ə...  yat,  min  ildi 
bu  yollardayam,  havasından  bilirəm  Şəmkirə  çatanda”.  Deməyimə 
peşman  oldum,  yerimdə  dirsəkləndim.  Şəmkirə  çatanda  bir də  de­
dim,  -   Səyavuş,  Şəmkirdi,  qalx  da,  bir  azdan  Tovuzdu.  Yenə  də 
qayıtdı  ki,  mənə  öyrədəcəksən  biz  tərəfin  yolunu?  Dedi,  axı  mən 
havasından  bilirəm  hansı  stansiyadı.  Yenə  dirsəkləndim,  ta  heç  nə 
demədim,  ancaq  görürdüm  ki,  keçib  gedirik.  Bir də  ağzımı  acınca 
eyni  cavabı  aldım.  Daha  onu  qatarda  qoyub  düşə  bilməzdim  ki?
------------------------------------------------------------------------------ 
Vətən,  səslə  oğlunu


Bir  də  pəncərədən  baxanda  gürcü  hərfləriylə  yazılı  lövhələr 
gördüm.
-   Səyavuş  havasından  bilmirsən  ki,  Tiflisə  çatırıq?  Yenə  nəsə 
demək  istədi,  dedim,  hələ  pəncərədən  bax.  Nə  başınızı  ağrıdım 
Səyavuşla  Gürcüstanın  balaca  bir  kənd  stansiyasında  düşüb  də, 
üstüaçıq  maşınla  geriyə  qayıtdıq,  xeyli  güldük.  Bizi  qarşılamağa 
gələnlər  də  elə  düşünüb  ki,  biz  gələsi  olmadıq.  İki  saata  Tovuza 
çatdıq,  əhvalatı  dostlara  danışıb  rəsmi  görüşə  məzə  qatdıq.  Bam­
başqa  bir  xatirə  də  danışardım,  amma  uzun  bir  söhbət  və  əməlli- 
başlı  bir  povest  mövzusu  olduğundan  buraya  uyğun  sayılmaz.
Sən  ki,  hal  əhlisən  hər  söz  deyilməz,
Sözün  şahı  olan  şaha  əyilməz,
Bir  sözdü  mən  dedim,  daha  deyilməz 
Bəh-bəh,  qanad  açır  əhlikef  kişi.
Bu  yer  bataqlığı  çəkdi  apardı,
Atmadı  o  miras  -   o  nurlu  daşı.
Səni  harda  gördüm,  harda  itirdim,
Xoş  gördük,  əlvida,
Əhlikef kişi...
Səyavuş  S ərxa n lı
-----------------------------------------------------------------------------------
Kəramət
şair
-------------------------------------------   Vətən,  səslə  oğlunu
GÖZƏL  İNSAN...  S.SƏRXANLI
1997-ci  ildə  mən  hələ  AYB-nə  tə­
zə  işə  girmişdim.  Yazıçılarımızı,  şair­
lərimizi  şəxsən  tanımırdım.  Bu  ərəfə­
də  şair  İsa  İsmayılzadə  rəhm ətə  getdi.
Şairlərdən bir qrupu  hüzrə  gedirdi.  Av­
tobus  ayrılmışdı.  Mən  çox  götür-qoy 
edəndən  sonra  yoldaşımdan  xahiş  elə­
dim  ki,  avtobus  bizim  rayonun  içindən 
keçir,  icazə  ver,  mən  də  gedim.  O,  yo­
la çıxan  şairlərlə  danışdı  və  biz  getdik.
Mən  bütün  yol  boyu  bir  küncə  çəkilib, 
sakitcə  oturmuşdum,  çünki  yol  yoldaş­
larımın  heç  birini  yaxından  tanımırdım.  Hamı  yığılıb  qabaqda 
söhbət  edirdilər.  Kürdəmirdə  avtobusu  saxladılar,  çay  içməyə 
düşdülər.  Onların  arasından  ucaboylu,  yaraşıqlı  bir  kişi  mənə  ya­
xınlaşdı  və  “bacı,  siz  də  gəlin,  çay  için” -  deyə  məni  dəstəyə qat­
mağa  çalışdı.  Mən  “çox  sağ  olun”  deyib,  təşəkkür  etdim.  Onlar 
çayı  içib  qayıdanda  həmən  kişi  (sonradan  tanıdığım  və  həmişə  də 
hörmət  etdiyim)  Səyavuş  Sərxanlı  mənə  də  bir  şüşə  su  gətirdi. 
Mən  götürmək  istəmədim.  O  isə:  Bir  baxın  görün,  bu  avtobusda 
siz  neçə  qardaşın  bir  bacısısınız?!  -   dedi.  Sonra  da:  -   Siz  hara 
gedirsiniz?  -   deyə  soruşdu.
-   Mən  Tovuza  gedirəm  -   dedim.
-   Özünə,  yoxsa  kəndinə?
-   Kəndinə.
-   Hansına?  Əsrik-Cırdaxan  kəndinə?  Ay...  Ələkbər,  deyə  o, 
üzünü  Ələkbər  Salahzadəyə  tutdu.  Bilirsiz,  bu  bacı  kimlərin 
kəndçisidir?  Məmməd  İsmayılın,  Məstan  Günərin,  M.Namazın. 
O,  sonra  mənə  tə rə f  çevrilib  dedi:  -   Mən  sizin  kənddə  o  qədər 
olmuşam  ki...,  çox  səfalı  yerlərdir.  Tanış  olaq,  mən  Səyavuş 
Sərxanlıyam,  özüm  də  şamxorluyam  (şəmkirli).  O  qardaşlar  da 
Ələkbər  Salahzadə,  Nazif Ələkbərli,  Vilayət  Rüstəmzadə,  bu  isə
« s t ü ?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə