Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə26/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   22   23   24   25   26   27   28   29   ...   76

Səyavuş  S ərxa n lı---------------------------------------------------------------
davaya  çəkirdi,  gücsüzlüyündən  acı  etiraf göyərirdi.
Şeirimdən,  sözümdən  acığım  gəlib  -
Yaxşı  gülə  bilmir,
Hönkürə  bilmir.
Gizlənməmişdi  -   nə  şeiri,  nə  sözü.  “Qayıt”,  “Anamın  səsi 
gəlir”,  “Dünya  sevənlərindir”,  “Mənim  nərgizli  dünyam”,  “Duz- 
çörək”,  “Yormaz  bu yollar  m əni”,  “Yaxın,  uzaq  ellərdə”  adlı  ki­
tabları  şair  və  publisist  Səyavuş  Sərxanlının  oxucuları  ilə  bölüş­
düyü  dünyasıydı.  Bir  dünyası  da  vardı  və  onu  kimsəylə  bölmək 
istəmirdi.
Dərdlərimin  dünyasına  dəyməyin  -
deyirdi.
Elə  o  vaxt  da təxmin  etmək  olardı,  indi  dəqiq  demək  mümkün­
dü:  Səyavuş  Sarxanlı  ona  görə  çəkilmişdi  ki,  özünə  -   dərdlərini 
etibar  etmirdi  kimsəyə  -   aldanışlar,  təəssüflər,  təklənmə,  tənha­
laşma  ağrısı,  öyrəşdiyi  və  özünü  öyrətdiyi  dəyərlərin  ilğım  təəs­
süratını  həzm  eləmək  çox  çətindi  “insanlar  içində  ada”  olan  şair 
üçün.  Şair  dediyin  də  ömür  boyu  vuruşdadı:  ağılla  hissin  vuru­
şunda.  Ona  görə  deyirmiş:
Özümlə  davam  var,  davam  var  hələ...
Bu  misralarda  bir  vəd  də  vardı  oxucuya.  Amma  kim  bilmir  ki, 
dünyanın  ən  ağır  savaşma  gedirdi  şair  bu  sözlərlə?  Ona  görə  də 
“tükənmək”  sözünü  Səyavuş  Sərxanlıya  yaraşdırmaq  ən  azı  in­
safsızlıqdı.  Son  vaxtlar  şeir  yazmamasının  kökündə  bir  çalar  da 
sezilirdi:  sözünə  və  özünə  münasibət.  Bu  münasibətdə  gərdişi- 
dövrana  uymamaq  sərvaxtlığı  da  sezilirdi,  keçilmiş  və  özünün  də 
keçdiyi  yolları  tapdaq  etmək  istəmirdi.  Yoxsa,  əlində  o  boyda 
imkan  -   “Azərbaycan”  jurnalı  kimi  mötəbər,  bayraqdar  tribuna 
vardı...  Bu  gün  hətta  istedadsızlar  da  çap  olunmaqdan  qıtlıq  çək­
mirlər,  o  da  ola  Səyavuş  Sərxanlı  kimi  söz  adamı.  Səyavuş  Sər- 
xanlının  söz  adamı  kimi  səxavətini  də  qeyd  etməmək  olmur.
<
5
^
------------------------------------------------------------  Vətən,  səslə  oğlunu
Poeziya  şöbəsinin  müdiri  kimi  çox  vaxt  təqdim  etdiyi  imzalara 
səxavəti  də  Səyavuşun  bir  insan  kimi  kövrək  xeyirxahlığından 
irəli  gəlirdi.  Bəlkə  də  vaxtilə  şeirlərinə  edilən  hücumların  -   qə­
rəzli-qərəzsiz,  bunlar  da  olub  -   şair  qəlbindəki  izləri  hələ  də 
incidirdi  onu  və  bunları  başqalarına  qıymırdı?..
İki  il  əvvəl  60  yaşı  tamam  olanda  Səyavuş  Sərxanlı,  demək 
olar  ki,  ilboyu  mətbuatın  diqqətindən  düşmədi.  Hərdən  zarafatla 
deyirdi  ki,  şairlərin  yubiley  günü  olmur  ki,  yubiley  ili  olur.  Onun 
yubiley  ərəfəsində  “Azərbaycan”  jurnalında  dərc  olunmuş  “Göy 
suların  sultanı”  publisistik  yazısı  Yazıçılar  Birliyinin  N əcəf  Nə­
cəfov  mükafatına  layiq  görülmüşdü.  Qəribədir,  Səyavuşun  o  yazı­
sında  da  bir ruh  yüksəkliyi,  pafos  vardı  ki,  burada  da  onun  şair və 
insan  təbiəti  qalib  gəlmişdi.  Səyavuş  həmişə  inanırdı  ki,  ürək 
xeyirxahsa,  çiçəklənəcək.
Səyavuş  deyirdi  ki:
Söyməyi  bacaran  var  addımbaşı,
Öyməyi  bacaran  oğuldan  olaq.
Və  Səyavuş  ikincilərdəndi  -   gözü  də,  qəlbi  da  işıq  gəzirdi, 
xeyirxahlıq  arayırdı.  Onu  görməyəndə:
Aydan  arı,  gündən  görklü,
Aman-zaman  bircə  anam!  -
deyə  öydüyü  anasına  həyatdan  aldığı  dərslərin  imtahanını 
verməyə  tələsirdi,  “atalara  çox  oxşayan  dağlar”a  dönməyə  can 
atırdı.  Həmin  gedişdən  bu  misralar  səpələnirdi  getdiyi  yollara:
Dağ  dalında  meşə  var,
M eşədə  bənövşə  var.
M ənə  belə  baxmayın,
Köksüm  altda  şüşə  var.
O  şüşə  yenə  də  gizlənmirdi,  küsmürdü  və  o  şüşə  həm  də 
çox  istəyirdi  ki,  onu  unutmasınlar.


Məni  xatırlayan,
Soruşan  olsa,
Üzüm  ellərədir,  ünvanım  şeir.
Kim  məni  tapanda  pərişan  olsa,
Özümə  tutduğum  divanım  -   şeir.
Amma  lap  çoxdan...  şəhərdə  özünə  divan  tutmaqdansa, 
“kəndin  göyündə  yanmağın”  daha  vacib  olduğunu  demişdi  -   lap 
elə  70-ci  illərdə.  Yəqin  ondandır  ki,  dostları  onun  “Bakıda  eza­
miyyətdə  olduğunu”  sezmişdilər...
Səyavuş  Sərxanlı  nə  vaxtsa,  bir  nizamı  pozmağa  cəhd  etmişdi: 
“qılınc  yarası  sağalar,  söz  yarası  sağalmaz”  hökmünə  əl  gəzdir­
mək  xəyalı  ilə  həkimliyi  buraxıb  sözdən  yapışmışdı.  Söz  də  nan­
kor  olmadı  ona...  Əvəzində  sevgiyə  səslədi  ömrünü  -   söz  adamı 
üçün  sevildiyini,  gözlənildiyini  görmək,  duymaqdan  böyük  müka­
fat?  Səyavuş  da  bilirdi  ki,  onu  sevirlər,  gözləyirlər.  Amma  Səya­
vuş  Sərxanlı  bir  sevginin  sehrindən  çıxmadı  və  o  sevginin  yoluna 
çıxdı:
Səyavuş  S ərxa n lı
----------------------------------------------------------------------------------
Anamın,  atamın  gözü  yoldadır.
...Səyavuşun  yaxşı  oğul  olduğunu  kim  bilmirdi  ki?  ...Səya­
vuşun  yaxşı  insan  olduğunu  kim  demirdi  ki?  Səyavuşsa  deyirdi 
ki:
Məndən  deyilənlər  tərcümələrdir.
Haqlıydı  -   insanı  özündən  yaxşı  tanıyan,  sözündən  yaxşı  ta­
nıdan  kim  var  ki?  Səyavuş  Sərxanlı  ilə  vida  sözlərini  “tərcümə­
lərlə”  bitirməyə  necə  qıyasan?..  Sözü  çatdı  köməyə  -   Səyavuşun 
insanlara  sözü:
Ey  məni  sevənlər  və  sevməyənlər,
Sizi  düşünürəm, 
qurbanam  sizə.
Dalımca  yaxşı  söz,  pis  söz  deyənlər,
Qəlbimi  döşərəm  qədəminizə.
Nə  fərqi  var  imiş,  eyni  yoldayıq  - 
Siz  bir  az  qabaqda,  mən  bir  az  dalda.
« S t2 İ?
Nə  fərqi  var  imiş,  eyni  haldayıq,
Mən  bir  az  qabaqda,  siz  bir  az  dalda.
Yaşıl  duyğulara  qar  ələnməsin,
Kövrək  addımları  salmayaq  oda.
Heç  kəs  lovğalanıb  qürrələnməsin 
Hərənin  öz  adı  varsa  dünyada.
Ömür  dedikləri  sonsuz  xəzinə...
Durub  borc  almaz  ki,  adam  adamdan.
Nəyi  sevirdimsə  -   sevirəm  yenə,
Nəyi  sevmirdimsə  -   çıxıb  yadımdan.
Dərdə  çevirməyək  hər  sözü-gapı,
Dünya  yad  deyil  ki  -   sənin  evindir.
Gözləmə,  hardansa  açılar  qapı,
Sən  özün  qapı  aç,  ürək  sevindir.
Sizin  sağlığınız  deyildi  həzin,
Sizə  üz  tuturam,  sizə,  adamlar:
Özgə  taleyinə  göz  dikilməsin,
Hərənin  öz  yeri,  öz  qisməti  var!
Südabə  AĞABALAYEVA, 
jurnalist,  iş  yoldaşı
___________________________________  
Vətən,  səslə  oğlunu
t İ Ü S ?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə