242
Dedim: - Ey saqiyi-gülrux, bu gün könlüm ki, xürrəmdir
Bihəmdüllah, qutardı əhli-aləm dərdü möhnətdən.
Nəsib olsun o tifli-novrəsə bir ömri-tulani,
İlahi, düşməsin aləmdə hərgiz istirahətdən!
Əla valagühər, Seyyid sənə yazdı bu əşari,
Təmənnası onun əlbəttə vardır əhli-izzətdən.
Əzəl gündən budur adət ki, hər bir mən kimi şaır
Yazıb əşar, istər kami-dil ərbabi-himmətdən.
Əlin tut Seyyidin bir şəfqət ilə, ey səfa kani,
Ümidim vardır kim, qalmaya zatın səxavətdən.
243
MƏŞHƏDİ KAZIM BƏYƏ
Qəsidə
Məşhədi Kazım bəy, ey sərxeyi-ərbabi-səxa-
Kim, edibdir himmətin çakərliyə mərhun məni.
Xatirim hər gündə bir ehsanuvun mərhunudur,
Dərk edər hər gündə bir əltafı-gunagun məni
Gərçi biçizəm, vəli sirği-qafı-himmətəm,
Eyləyibdir pərşikəstə çərxi-buqəlmun
*
məni.
Sahiba, xümxaneyi-çərx içrə mən gümnam ikən
Eyləyibdir himmətin aləmdə Əflatun məni.
Nuri-şəmsi-şəfqətindən ay kimi bədr olmuşam,
Gərçi dövri-çərxi-dun etmişdi kəl-ürcun məni.
Qübbeyi-əflakə yetnıiş Övci-rüfətdən başım,
Eylə dilşadəm ki, tutmaz fəxrdən hamun məni.
Xassə, ey sərvər, Ağa Seyyid Əlinin himməti
Eyləyib guya ki, soltani-bilasağun məni.
Leyliyi-sirri-həqiqətdir o sibti-Müstəfa
Kim, edib hüsni-xisali dəhr-ara Məcnun məni.
Həqq onu xoşhal qılsın, ömrün əfzun eyləsin-
Kim, edib xoşhal o mövla həddidən əfzun məni.
Olmuş idim eylə çirki-məsiyətdən mündəris-
Kim, dəxi pak eyleməzdi əlli pud säbun məni.
Mən o şəxs idim ki, məndən nifrət eylərdi cahan,
Söyləyərdi paklər napakü bəl-məlun məni.
*
Buqələmun
244
Şükrlillah olmuşam ta kim, sənaxani-Hüseyn,
Eyləyib xoşbəxti-aləm iyzodi-biçun məni.
Randeyi-dərgah ikən üsyatı ilə iblis tək,
Bəxti-xoşfərcam edib bu dövlətə məqrun məni.
Siz bu il himmət qılıb məscidə iqdam eylədiz,
Etməyə ta xələtü ənam ilə məmnun məni.
Xələti təbdil qıldız pula, ey sahibkarəm,
Böylə fikr etdim ki, bu kəslər edər Qarun məni.
Özlərin altı yazanlar verdi axır üç manat,
Bəzilər kim, verməyib heç, etdilər dilxun məni.
Rabeindən "kəlbəhüm" rəmzilə keçmək yaxşıdır,
İncidib bu əmrdə bu üç nəfər məlun məni.
Bundan əqdəm mən elə napak idim kim, həcvdə
Eyləməzdi pak hərgiz Qülzümü Ceyhun məni.
Təbi-mövzun kim, mənə bir mərhmətdir həqqdən,
Rəşkdən zəmra eyləyir bir parə namövzun məni.
Ruhi-qüdsidən mənə imdad olur vəqti-süxən,
Eyləsə aciz əgər nagah bir məzmun məni.
Səbr övladır, hələ qalsın bu nəqlü macəra,
Ta görək naşad edir, ya şad edir gərdun məni?
Onların övsafim ol vəqt izhar eylərərm-
Kim, gətirsin bir dəmağə badeyi-gülgun məni.
Müxtəsər söz, sahiba, bu işdə məğbun olmuşam,
Eyləyiblər məkr ilə məlunlər məğmun məni.
Kəsməsin həq sayəni hərgiz başından Seyyidin,
Olma razı kim, edə dövri-fəlak məhzun məni.
245
HACI MOLLA ABDULLA ŞAHTAXTLIYA
Qəsidə
Əla, ey bülbüli-xoşləhcə, Haci Molla Abdulla-
Ki, gülzari-müsibət üz verir nəşvü nüma səndən.
İraqü İsfəhani doldurub avazeyi-fəzlin,
Vərai-Mavəraün-Nəhrə düşmüşdür səda səndən.
Büzürgü kuçigi pürşur edib şuri-humayunin,
Həsari-günbədi-firuzə düşmüşdür nəva səndən.
Dəbistani-kəmalında misali-tifli-əbcədxan
Gərəkdir rövzəxanlar öyrənə məşqi-əza səndən.
Süheyli-övci-izzətsən, bulardır kinnəgi-şəbtab,
Tüluindan yetibdir qətlə övladüz-zina səndən.
Rəvan olmaz, qalır heyrətdə cuy içrə ləmaşadə
Əgər ki, guş edə bir mai-cari macəra səndən.
Sənə Davuddən guya çatıb irs ilə bu həncər,
Vəilla sadir olmazdı bu sövü-canfəza səndən.
Şəhadət zikrin eylərsən bəyan nəssi-kitab ilə,
Odur kim, feyzini kəsməz şəhidi-Kərbəla səndən.
Səni zakirlərin sultanı etmiş həq bu mənadan-
Ki, çatsın feyzə, ey sultani-aləm, hər gəda səndən.
Əzayi-şahi-dini ruhül-ərvah içrə zikr et kim,
Olurlar şadman ərvahi-paki-ənbiya səndən.
Ərəb əbyatını təqrir qıl ləbni-Hicaz ilə-
Ki, ta xoşnud ola xilqətdə ruhi-Mustafa səndən.
246
Əli övladmın məddahısan, ey zülfüqari-dil,
Olur xoşnud üqbadə Əliyyül-mürtəza səndən.
Sipehri-izzəftü iqbaldə sən mehri-rəxşansan,
Özün öldürsə etməz zövidə sibqət Süha səndən.
Sənin təsiri-ənfasından oldu zində çox kəslər,
Bilir əhli-nəzərlər çox mislər ülmuş kimya səndən.
Dilin nayibmənabi-Zülfüqari-paki-Heydərdir-
Ki, olmuş cümləsi məcruh qövmi-əşqiya səndən.
Tutub ətrin cahanı, bir gülüstani-əzasən sən,
Aparır Yəsrib içrə töhfələr badi-səba səndən.
Rizayi-bikəsin zikrilə əhvalın ki, ta olsun
Xuda xoşnudü Heydər şadü peyğəmbər riza səndən.
Səni Şahtəxtli derlər xəlayiq, etmənəm bavər,
Səni xoşbəxtli etmiş olub razi xuda səndən.
Nə dünyayə gəlib mislin, nə gəlməz qəmə bir kimsə,
Rəvadır etsəler gər fəxrtər ərzü səma səndən.
Xoşa ol şairin halınə kim, əşari-zibasın
Oxursan şövq ilə, behcət tapar ol binəva səndən.
Dəmi-təqrirdə sən can verirsən şerü əşarə,
Tapar şairlərin əşarı bir özgə səfa səndən.
Bu üzdən bir neçə təzmin ki, onlar fikri-bikrimdir,
Hədiyyə eylədim təqririn eylər dil rica səndən.
Dostları ilə paylaş: |