SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   53   54   55   56   57   58   59   60   ...   73

                                            
283 
Neyləyirsən, sənə nə lazımdır  
Eşşəyin harda qaldı palanı? 
Nalçəkər söhbətində karın yox,  
Döymə bica çəkiclə sindani. 
Eşşəyin qeyratin nədir çəkmək,  
Bu deyil müqtəzayül-insani. 
Nə müsəlmandı nalçəkər ki, gəlib  
İnçidə mən kimi müsəlmani. 
Nalçəkər çatdı öz cəzasına,  
Çün işində var idi nöqsani. 
Həq-təala deyib, məni tanıyın,  
Özüvə nisbət eylədin ani. 
Sən də Firon tək de: Rəbb mənəm,  
Səcdənə dəvət eylə imkani. 
Demiş idin gəlib bu cümə günü,  
Olam, ey dust, çay mehmani. 
Öz evindir, nə vəqt kim, gələsən,  
Payüvim cismü candı qurbani. 
Leyk səndən təvəqqeim budu kim,  
Həddüvü bil, danışma hədyani. 
Mən kiməm gör ki, sən özün kimsən,  
Fikr et, ey xəstə cismimin cani! 
Yazmısan şer ilə mənə namə,  
Açmısan bir qəribə dastani. 
Qadirəm mən də yazmağa əşar,  
Mədhüvə saz qıllam inşani. 
  
  


                                            
284 
Xəlqə bizdən qalıbdı şairlik,  
Bizik aləmdə nəsli-Xaqani. 
Nə yazarsan, gələr cavab sənə,  
Bilmə aciz bu zarü nalani. 
"Sinnə bissin fəlcəruhü qisas'",  
Annayıb dərk qıl müəmmani. 
  


                                            
285 
KƏRİM BƏY ŞIXƏLİBƏYOVA 
Qəsidə 
Kərim bəy, ey kərəm kani, kəramətpişə sultanım,  
Kərimüt-təbsən, görmüş kəramət hər gəda səndən, 
Çü Kəbə qibleyi-hacatsən, bir rükni-əzəmsən,  
Məqami-səydə çox hacilər görmüş səxa səndən. 
Zibəs ki, mürdeyi-ehsanuvun möhtacıdır aləm,  
Edərlər fəxr əlhəq Zəmzəmü Cəffü Mina səndən. 
Əritmiş mum tək çox ahənin xatirləri qəhrin,  
Məqami-mehrdə çox mislər olmuşdur tila səndən. 
Qülubi-əhli-afaqə olub cəzzab əltafın,  
Gəlir bu babdə xasiyyəti-ahənrüba səndən. 
Sən ol xurşidi-xavərsən, sən ol mahi-münəvvərsən- 
Ki, eylər mahü xurşidi-fələk kəsbi-ziya səndən. 
Şikayətnameyi-Seyyiddi, guş et, gərçi aləmdə  
Şikayət görmədim ki, eyləsin bir aşina səndən. 
Məazalla, şikayət söylədim, səhvü xəta qıldım  
Və lakin bir gileydir eylərəm, ey bəy, sana səndən. 
Bu il qoydu məni avarə bu gərduni-dulabi,  
Uzaşdı bir qədər bu Seyyidi-bəxti-qəra səndən. 
Kəsildi ol kərəmlər, ol səxalər, lütfü ehsanlar- 
Ki, hər il bitəvəqqe hasil olmuşdu mana səndən. 
Mən öz ixlasü öz ətvarü öz halımdayam baqi  
Və lakin ol sifətlər cümlə olmuşdur fəna səndən. 


                                            
286 
  
Budur zənnim fənafillah seyrin etmisən hasil,  
Muradi-əhli-həqsən, dəhrə düşmüş macəra səndən. 
Fənafil-mürşüd olmuşsan, cahani-fanidən farıq,  
Təki tapsın səfalar aləmi-mülki-bəqa səndən. 
Dəxi əşarə meylin yoxdu müşirsən rümuzatə,  
Nə meyli-badəvü sadə, əcəbdir bu əda səndən! 
Sən ol şəxs idin, ey sərver ki, hər şəb bəzmi-işrətdə,  
Düşərdi gümbədi-gərdunə yüz sövtü səda səndən. 
Təəhhül baisi-təcrid imiş, mən haldən qafil,  
Əziza, agəh oldum kim, olub zayil həva səndən. 
"Əqarib kəl əqarüb" nüktəsindərı vaqif oldunmu,  
Rizasan olmağa biganə hər bir əqrəba səndən? 
Bular xud həlldir, zira ki, sən həllali-müşkülsən,  
Olur müşküllərim həll, ey şəhi-müşkülgüşa səndən. 
Bahar olcaq olur ərbabi-zövq üçün güşayişlər,  
Gərək tapsın güşayiş bu bahari-dilgüşa səndən. 
Şamaxı cayi-işrətdir, xüsusən novbaharında, 
Məni həqq etməsin, ya rəb, bu mövsümdə cüda səndən, 
Dehistan əhlinin həqqində çox sözlər peyəmbərdən  
Yazardım, etməsəydim, padşahım, gər həya səndən. 
Yazıb Mollayi-Rumi "Məsnəvi"də görmüsən yüz yol,  
Xətadır dehnişinlik, ey fələkşövkət, xəta səndən. 
Vücudin bir tilayi-zərri-dəstəfşardır gərçi,  
Əgər yatsan yüz il torpaqdə, getməz cila səndən. 
   


                                            
287 
  
"Əleyküm bis-səvadil-əzəm"i
*
 zikr etdi peyğəmbər,  
Bu qövlə tabe ol, ta sahibi olsun riza səndən. 
Bu dəfə şəhrə kim, gəlmişdin, ey mahi-münəvvər sən, 
Mühaqə düşdü Seyyid, tapmadı nurü ziya səndən. 
Mərizi-münşərəf mövt idi cismi-dərdpərvərdim,  
Vəlakin olmadı hasil bu bimarə dəva səndən. 
Məsihim saldı gözdən bu pərişanhal bimarın,  
Təbibim, dil umardı bir əyadətlə şəfa səndən. 
Süleyman hüdhüdündən bir kitabət olmadı hasil,  
Gərək abad olaydı sahəti-mülki-Səba səndən. 
Nola çıxsa fəğanlar nöh səmayə üzv-üzvümdən?  
Şikəstə üstüxanə yetmədi bir mumiya səndən. 
Əlimdən aldı dövrani-fələk ol rükni-Şirvani,  
Onun xəllaqi-əkbər ruhunu etsin riza səndən. 
Başımdan getdi, səd əfsus, onun ol kölgəsi, indi  
Gərəkdir vaqe olsun sayeyi-bali-hüma səndən. 
Rümuzat ilə yazdım dərdi-dil sən arifi-əsrə,  
Edər bu Seyyidi-ixtaspərvər iltica səndən- 
Ki, bu əşari-bikrü təyyibat-asarımı görcək,  
Əla rəğmi-həsudan sadir olsun mərhəba səndən. 
Əgər sən lütf, ya kim, qəhr edərsən-ixtiyarın var,  
Rizayəm mən rizasından rizayi-iltica səndən. 
                                                          
*
 
Əhalisi çox olan şəhərlərə meyl edin! [yeni, mədəniyyətə doğru gedin]        


                                            
288 
HACI ƏLƏKBƏR BƏY VƏ  
KƏRİM BƏY ŞİRVANİYƏ 
Qəsidə 
Gəlir novruz kim, güllər çəməndə aşkar olsun,  
Gülün eşqində bülbüllər gəlib fəryadə zar olsun, 
Kəyumərsi-təbaye eyləsin məmur dünyanı,  
Cahan düşsün nizamə zinətü zib aşkar olsun. 
Siyamək tək baharın divi-dey tökmüşdü qanın gər,  
Gəlib Huşəngi-fərvərdin ki, cəngü girü dar olsun. 
Edib Cəmşid tək novruz cəmiyyət ki, gülşəndə  
Çəmən şahidləri sərməsti-cami-xoşgüvar olsun. 
Məgər Zöhhagi-tazidir zimistan kim, bahar əhli  
Xüruc etmiş ona yeksər ki, təxti tarümar olsun. 
Firidun tək büsati-gülşəni etsin müsəxxər gül,  
Həzarə Gavə tək gəlsin hüzurə, cannisar olsun. 
Yetib ol dəm ki, çıxsın çahdən Bijən kimi bülbül.  
Müğeyrə lək güli-suri ona həmvarə yar olsun. 
Açıb Key-Xosrov-asa əbr bağə dösti-ehsanın,  
Səxayi-gövhəri-nayab, dürri-şahvar olsun. 
Sipahi-səbzəni çəksin bahar afaqə Rüstəm tək,  
Zimistan Bəhmən-asa saliki-rahi-fərar olsun. 
Həciri-çərx məkrindən hərasandır dili-bülbül,  
Neçün kim, istəməz Söhrab tək gül zəxmdar olsun. 
Fələk Piranə bənzər, leyk olmaz məkrdən xali,  
Ayılsın qümriyi-Kudərz, ondan huşyar olsun. 
   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə