SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   52   53   54   55   56   57   58   59   ...   73

                                            
277 
  
Bu xahişi edirəm böylə mərdü mərdanə,  
Həmişə şair olan olmuya mühil gərək. 
Fəda olum sənə, ey Mehdiyi-vəfapərvər!  
Yanında olmuya bu sözlərim səqil gərək. 
Gərəkdi mən bürüneydim əbayi-ehsanın,  
Görüb oleydi o düşmənlərim zəlil gərək! 
Məsəldi ki, kişi ari, küsər uman yerdən,  
Ədalətə olasan mərdi-biədıl gərək. 
Hər il gələndə Şəmaxiyə şəhri-Maskovdan,  
Edərdin onda əta töhfeyi-cəzil gərək. 
Nə oldu Məkkəyə getdin, kəsildi ehsanın,  
Əgər çox olmasa da, töhfeyi-qəlil gərək. 
Əgər desən ki, bəli, fasiqə səxadü həram,  
Bu iddəanı sübut etməyə dəlil gərək. 
Məni günah eləyən görmüsən nə yerdə görək?  
Kişi gözüylə görə sürmədanda mil gərək. 
Bu qədr bil ki, sənə müxlisəm sədaqətdə,  
Nə kürki-tazə, nə mahut, nə zibil gərək! 
Bu sözləri sənə mən yazmışam zərafətçün,  
Mühibblər ola ehya, ədu qətil gərək! 
Hicayi-xəsmüvə bir Əzrəildir qələmim,  
Ala müxalifiivün canın Əzrəil gərək! 
  


                                            
278 
HACI İSMAYIL OĞLU AĞAYA 
Qəsidə 
Ey verən feyzi kainatə səfa,  
Adı Hacı Ağa, vücudi ağa. 
Eyləsin tarı Hacıya rəhmət,  
Yeri olsun o cənnətül-məva. 
Guş qıl huş ilə şikayətimi,  
Göstərir ərzi-halıma məna. 
Durmuş idim dünən Əli bəy ilə,  
Tingədə söhbət etməyə yekca. 
Gəldi nagəh xəlifə dəvət üçün,  
Etdi təklif Əli bəyə tənha. 
Gecə gəlsin təbaq üçün Əli bəy,  
Məni təklif etmədi əsla. 
Safərin on üçü o, xəlfə Səfər,  
Özü nəhs ulduzu o qəlbi qəra. 
Ondan etdim sual, key xəlfə,  
Məni də dəvət eyləyib ağa? 
Verdi bir növ ilə cəvabımı səxt,  
Dedi ki, sən hara, təbaq hara? 
Nə rəvadır ola o məclisdə 
Bir sənin kimi şəxsi-bisərü pa? 
Məhfili-tacirani-Şirvandır,  
Deyil ol bəzm layiqi şüəra. 


                                            
279 
  
Doğrusu, sınmışam bu halətdən,  
Bu sifət macəra deyildi rəva. 
Edəsən əhli-dövləti dəvət,  
Düşməyə yadə biz təki füqəra. 
Eyləsin bu işi mübarək həq,  
Eylərəm mən həmişə xeyr-dua. 
Bilmirəm, leyk bu xəcalətdən  
Çıxacaqsan nə növ ilə, aya? 
Eydi-novruzdur, bahar oldu,  
Şaxlər geydi xələti-xüzra. 
Nə rəvadır ki, mən qalam üryan,  
Nə rəvadır qəba geyim, nə əba? 
Köhnəlibdir qəbayi-ətləsimiz,  
Mənə bildir ki, etmiş idin əta. 
Tazəsin versən, ixtiyarın var,  
Verməsən də işimdi mədhü səna. 
Səni peyvəstə şadman etsin  
Xaliqi-kainat sübhü məsa. 
Oğluvu saxlasın bəlalərdən,  
Ey ilahi, cahanda bari-xuda! 
Sənə daim duaçıdır Seyyid,  
Dilü can ilə hər səbahü məsa. 


                                            
280 
  
AĞA BƏYƏ 
Qəsidə 
Məşhədi Ağa, ey ədəb kani,  
Yetirən feyzə əhli-Şirvani. 
Yazmış idin mənə məzəmmət sən,  
Öz boyun kim tulü tulani. 
Demiş idin ki, ey təbibü ədib,  
Niyə göndərmədin o dərmani? 
Deyil idim ki, qərzdar sənə,  
Ta bileydim özümə fərz ani. 
Sidqi mənsub etmisən özüvə,  
Bizə nisbət bu kizbü yalani. 
Etmənəm hiylə aşinalərə mən,  
Xoş deyil şüğlü feli-şeytani. 
Çıxmış idi yadımdan əhli-vətən,  
Tapmaz idinı həbibü əqrani. 
Səni mən, söylə, harda görmüşdüm,  
Eyləmə iddəayi-bütlani. 
Sənə mən gəlmişəm haçan bazi?  
Tovlayıb kim sənin tək oğlani? 
Kim səni tovlayıb uşaqlıqda,  
Axtarıb tap özün o mənani. 
Yazmış idin ki, rast otuz ildir  
Dustəm mən səninlə ürfani. 


                                            
281 
  
Sənə bu iddəadə yoxdu sübut,  
Qazi batil deyər bu dəvani. 
Otuz ildir ki, mülki-ğürbətdə  
Çəkmişəm zəhməti-firavani. 
Düşmüş idim vətəndən avarə,  
Görməz idim cəmali-canani. 
İmperaturə xidmət eylərdim,  
Şəhi-rus, ol ədalətin kani. 
Neçə bir çinlər ki, almışdım,  
Mənə lütf etdi çini-kaptani. 
Bəy idim gərçi əvvəlindən özüm,  
Leyk artırdı şövkətü şani. 
Gördü çün şah hüsni-xidmətimi,  
Pensiya feyzin etdi ərzani. 
Mətləbim sözdən iftixar deyil,  
Feli-şeytandı fəxri-nəfsani. 
Adəmiyyət gərəkdir adəmdə- 
Kim, təvazö ucaldır insani. 
Əfsərəm mən, çinovnikəm, kapitan,  
Mənə şamİldi feyzi-rəbbani. 
Sizə bəylikdə gərçi tay deyiləm,  
Var sizlərdə mənsəbi-xani. 
Tapşırıbdır xudayi-ərzü səma,  
Sizə Əngüştəri-Süleymani 
Fəxr edər Həzrəti-Süleymanə  
Kapitan kimsə olsa dərbani. 


                                            
282 
Demisən fəxr ilə ki, şiri-nərəm,  
Yıxaram pənçəm ilə dünyani. 
Verirəm mən səni xudaya qəsəm,  
Gəl dağıtma bizim bu virani. 
İndi gər şirsən, hünərvərsən,  
Get nişimən elə neyistani. 
Nədi bu tülkülərlə bəs karın,  
Özüvə bil hərif aslani. 
Neçə gəldi dilin, səni tari,  
Mənə tay eylədin o Səlmani? 
Nəçiyəm tay olam o Səlmanə,  
Odu aləmdə hikmətin kani. 
Dolama, lütf elə, biləngə məni,  
Söyləmə bu həqirə böhtani. 
Fikrimi eyləmə pərakəndə,  
Məndən əl çək, sən oğluvun çani! 
Demiş idin mənə, mən Ağa bəyəm,  
Gözüvü aç, məni dürüst tani. 
Dideyi-nadürüstdə hanı nur,  
Tanıya ta sənin tək ağani? 
Hanı xiffaşdə o taqətü tab,  
Görə ta nuri-mehri-rəxşani? 
Tanıyan nəfsini, tanır həqqi,  
Hanı məndə o feyzi-sübhani? 
Səni çox yandırıbdır eşşək işi,.  
Yazmısan nəqli-arpa, samani. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə