SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   54   55   56   57   58   59   60   61   ...   73

                                            
289 
Fərarə bağdən Ərcasibi-dey olsun amadə,  
Qüvayi-naməyə çün Ləşkəri-İsfəndiyar olsun. 
Tökübdür bərqi-təndir bağdə Darayi-dey qanın,  
Gərəkdir kim, bular Canusiparü Mahyar olsun, 
Kəmani-Rüstəmi qövsi-qüzeh versin nişan xəlqə,  
Xədəngi-jalədən dey Əşkibusi dilfikar olsun. 
Şəqayiq cuşə gəlsin xakdən xuni-Səyavuş tək,  
Çəmənlər daməni-Rudabə-asa laləzar olsun. 
Fəramərzi-baharı Bəhməni-dey çəkdi gər darə  
Və lakin qoymadı çərx öz şükuhi paydar olsun. 
Zimistan bir fəsad etmişdi kim, Key-Xosrovü  
Kudər Tutub Gurgin kimin həbs etdi ta kim, xarü zar olsun. 
Bəli, əhli-fəsadın halına zindan münasibdir, 
İlahi, bu zimistan, dəhrdə bundan da xar olsun! 
Bahari-dilgüşa etsin müsəxxər cümlə afaqi,  
Açılsın lalələr, güllər, zəmanə mürğzar olsun. 
Nə qəm qaldısa zindanda zimistan, daima qalsın,  
Nə qəm zağü zəğənlər zar olub, həmvarə zar olsun! 
Təki Hacı Əli Əkbər beyin ömrü diraz olsun,  
Təki aləmdə əclali-Kərim bəy bərqərar olsun! 
Qala, yarəb, onun bədxahi aləmlərdə sərgərdan,  
Bunun düşmənləri hər bir məkanda şərmsar olsun! 
Onun bədxahına xəllaqü aləm yüz bəla versin,  
Bunun düşmənləri yüz min qəmü dərdə düçar olsun! 
Ona bər kim məhəbbət etsə, olsun daxili-cənnət,  
Buna hər kim ola düşmən, yeri darül-həvar olsun! 


                                            
290 
Onun bədxahı düşsün, barilaha, çahi-zindanə,  
Bunun əhbabı, yarəb, kamiyarü kamkar olsun! 
Fələkqədra, bu gün novruzdur, əyyami-işrətdir,  
Bu gunə ruzi-işrət siz cönabə səd həzar olsun! 
Bu gün şairlər İranda yazallar mədh əyanə- 
Ki, seyti-fəzli əyanın cahanə iştihar olsun. 
Edər şairlərə ənam əyanlar zərii xələt,  
İlahi, eylə kəslər aləm içrə tacdar olsun. 
Məni-biçarə yazdım həın bu ziba şeri-şivani- 
Ki, ta Övsafiivüz məndəıı cahanə yadigar olsun. 
Bu xidmətçün gərəkdir lütfüvüzdən xürrom olsun dil,  
Xəzani-möhnətim dönsün sürurə novbahar olsun. 
Nə lazımdır sizin tək şəxslər sağ ikən aləmdə  
Mənim qəmdən qaralsm ruzigarım böylə tar olsun?! 
Nə lazım siz tək aləmdə hümalər var ikən Seyyid  
Gəzib kerkəs kimi hər süfrə üzrə rizəxar olsun?! 
Nə layiqdir olam mədyun hər baqqalü əllafə,  
Tələbkaran bipərva mənİmçün bişümar olsun? 
Gəhi qalsın qələmdanım girovda, gah dəstanm,  
Nə dildə taqətim qalsın, nə əldə ixtiyar olsıın. 
Bu qış kim, mən keçirdiın, kcçməsin bir kafərə, yarəb,  
O güniər kim mənim vardır, ona düşmən düçar olsıın! 
Gərək bu fəsldə evlərdə yansın şəmi-novnızi,  
Gərək hər çarşənbə süfrələrdə xüşkbar olsun. 
Uşaqlar şövq ilə bayramə geysin rəxti-əlvaniar,  
Bəzənsinlər çiçək tək cümlə, rəşki-laləzar olsun. 


                                            
291 
  
Nə gördü xüşkbarı Aişəm, nə şərni-novruzi, 
Nə həm bir rəxti-əlvan kim, bəzənsin aşkar olsun. 
Əgər bundan ziyadə şərh qılsam hali-zarımdan,  
Budur xovfim ki, mirati-zəmir üzrə qübar olstın. 
İlahi, ömrüvüz olsun cahan mülkün də tulani,  
Mübarək nızi-novruzi sizə, ey şəhriyar, olsun! 
  


                                            
292 
HACI MOLLA QƏNİYƏ 
Qəsidə 
Güt açıldı, qönçeyi-ümmid xəndan olmadı,  
Gülşəni-iqbaldə bir gül nümayan olmadı.  
Novbahar oldu, açıldı cümlə güllər, lalələr,  
Püstə tək məqsudimiz badamı xəndan olmadı.  
Vəsli-güldən bülbülün şad oldu qəmgin xatiri,  
Xatiri-qəmginimiz aləmdə şadan olmadı.  
Səhvlər səbz oldu feyzi-əbri-gövhərbardən,  
Novbahari-arizu səbzü xuraman olmadı.  
Gülsitani-aləm oldu səbzü royyan, ey könül,  
Gülşəni-iqbalımız sorsəbzü rəyyan olmadı.  
Camı doldu lalənin gülşəndə dürri-jalədən,  
Bərgi-eyş üzrə mənə bir dürr qəltan olmadı.  
Şaxi-Aqərdən təvəllüd eylədi Yəhyayi-gül,  
Şahidi-bərgi-təmənnadan bir oğlan olmadı.  
Məryəmi-əzrayi-qönçə doğdu İsayi-gülü,  
Qönçeyi-məmulimizdən bir gül ehsan olmadı.  
Çıxdı Yusif həbsdən, qurtardı Bijən çahdən,  
Yusifi-məqsudimiz çün dəfi-zindan olmadı.  
Saqiya, novruzdur, həngami-çamü badədir,  
Qanə dönmüş badəni içdik əgər, qatı olmadı.  
Mahiyi-büryan, kəbabi-bərrədir kim, saqiya,  
Yunisi-mehri-fələk Hut içrə pünhan olmadı.  
Bərşikəst oldu cahanda sövləti-sərmayi-dey,  
Səfheyi-gülzar pamali-gülüstan olmadı.  
Şükr kim, oldu qürabül-beyn zail bağdən,  
Bülbüli-xoşləhçə məhrumi-gülüstan olmadı.  
Yasəmən məğzin çıxartmışdı əgər Zöhhaki-dey,  
Şükrlillah kim, onun dərdinə dərman olmadı.  
Oldu yağı Gavə tək Novruz dey Zöhhakına,  
Bağ onun pamali manəndi-Sifahan olmadı.  
Bu işarati bilir əhli-bəşarət, saqiya,  
Bilməyən rəmzi-rümuzi əhli-ürfan olmadı.  
Məqsədim Novruz vəsfindən nə eydi-tazədir,  
Yüz belə eyd oldu, hərgiz karə saman olmadı. 


                                            
293 
Gər pərişanxatir oldum, saqiya, yoxdur qəmim,  
Hansı məcmədir ki, axırda pərişan olmadı?  
Əyləşib bir şah övrəngi-xilafətdə bu gün – 
Kim, onun bir murinə həmta Süleyman olmadı.  
Cənnəti tərk etdi Adəm, rağib oldu kuyinə,  
Gördü kim, kuyinə həmta baği-rizvan olmadı.  
Görsə idi nurini, eylərdi səcdə Adəmə.  
Nəhyinə münkir onun aləmdə şeytan olmadı.  
Təni-rümhü zəxmi-tirü zərbi-tiğindən onun  
Hansı farisdir ki, ol xak ilə yeksan olmadı?  
Xaki-payı tutiyadır əhli-aləm çeşminə,  
Ali-Mərdan xaki-payı ali-İmran olmadı.  
Xızr peyğəmbər zülali-lütfünün ehyasıdır,  
Ömri-tuli-Xızra bais abi-heyvan olmadı.  
"La fəta illa Əli, la seyfə illa Zülfüqar"
*
,  
Şiri-həq şənindən özgə şənə ünvan olmadı.  
Ol müəllim "əiləməl-əsma" dəbistanındadır,  
Elmdə İdris ona tifli-səbəqxan olmadı.  
Bilmədi hər kəs o şahı kim, vəsiyyi- 
Müstəfa Şafeyi-qövlində ol kəs əhi-iman olmadı.  
Əmrinə asi olan qaldı cəhim içrə müqim,  
Fəzlinə münkir olan müslim müsəlman olmadı.  
Ey vəsiyyi-Müstəfa, vey tacidari-hələta,  
Olmayan çakər sənə aləmdə sultan olmadı.  
Bunca kim, övsafi-fəzlin qıldı düşmənlər nihan,  
Gün təki tapdı ziya, bir zərrə pünhan olmadı.  
Şahsən, çoxdur vilayətlərdə çəkərlər sənə,  
Hiç bir çakər misali-əhli-Şirvan olmadı.  
Xassə kim, bir çakeri-yekrəngdir Hacı  
Qəni-Kim, onun zöhdü vərədə tayi Səlman olmadı.  
Olmadı bir kəs ki, hübbündən onun şad olmasın,  
Olmadı bir kəs ki, büğzündən peşiman olmadı.  
Etdi çox tutini ol ayinə ilə tərbiyət,  
Oxşadı insanə nitqi, leyk insan olmadı.  
Aftabi-feyztabı gərçi qıldı pərveriş, 
                                                          
*
 
Əli kimi oğul yoxdur, Zülfüqar kimi qılınc
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə