SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   57   58   59   60   61   62   63   64   ...   73

                                            
305 
Bu rövşənay cahan gözlərimə tar gəlir.  
Yəqin bil ki, fərəhdən çıxar tənimdən can,  
Əgər ki, müjdə gələ şəhrə şəhriyar gəlir.  
Gətir piyalə mənə, saqiya ki, məxmurəm,  
Fəsilə olsa əgər, möhnəti-xumar gəlir.  
Gətir piyalə ki, təsiri-badədən, saqi,  
Gözümə bu dərü divar laləzar gəlir.  
Gətir piyaleyi-gülgun ki, bəhri-təbimdən  
Kənara yüz gühərü təbi-şahvar gəlir.  
Gətir piyalə ki, məxmur olub qılım tövsif,  
O sərvəri ki, mənə mədhi iftixar gəlir.  
Kərimi-zülkərəmü mənbəyi-mənabeyi-cud- 
Ki, cudi-süfrəsinə Mön rizəxar gəlir.  
Desəm səhabi-kərəm ol Kərimə töhmətdir,  
Desəm bəhyari-əta himmətinə ar gəlir.  
Bir ibtilayə düçar olsa ol yeganeyi-əsr,  
Müinü nasir ona ruhi-həştü çar gəlir.  
Qəzaleyi-fələki-pir öz ixtiyarı ilə  
Kəməndi-himməti-valasına şikar gəlir.  
Şikarə əzm eləsə nəsri-çərx rəğbətlə,  
O şahbazə qılır meyl, aşikar gəlir.  
Bu vəchdən ki, o şahın dərindədir izzət,  
O astanəyə hər əhli-etibar gəlir.  
Vəleyk bilməyirəm, taleyim dönübdü mənim,  
Könül fəraqı ilə zillətə düçar gəlir.  
O vəqtdən ki, gedib şəhrdən o mabi-kərəm,  
Zəmanənin mənə nöqsanı hər nə var, gəlir.  
Gəhi səidü şəqi halımı edər dərhəm,  
Gəhi ədilü bədil əmrə aşikar gəlir.  
Düşübdü nakəsü nadan əlinə əfsanın,  
Behişt naqəsinə nari-qəm mahar gəlir.  
Süheyl-xasiyətəm düşmənimdü ali-zina,  
Nə qəm, müqabilə gər mərdi-nabəkar gəlir.  
O kəs ki, rövzəneyi-püştdən tapıb ruzi,  
Hər ayinə çü hərayinə ruzigar gəlir.  
Vəlcyk rövnəqi olmaz o gərmi-şəbtabın,  
Süheyl tabiş edər ömrü tarümar gəlir. 


                                            
306 
Könül, bu qədr belə ixtiyardən düşmə,  
Yenə Şəmaxiyə ol sahibixtiyar gəlir.  
Əgərçi Qaraçala eylədi günün qarə,  
Tülu edər yenə gün, şəb gedər, nahar gəlir.  
Yenə o sərvi-rəvan lalə tək çıxar dağə,  
Əlaci-dərdi-diti-zarü dağdar gəlir.  
Büsati-baği edər Tur gül təcəllası,  
Təcəlliyati-xuda bağə aşikar gəlir.  
Şəmimi-müşk tutar səhni-bağü səhranı,  
Bənəfşə seyrinə bu zülfi-müşkbar gəlir.  
Yenə qulağə yetər sövti-nalcyi-dürrac,  
Sədayi-kəpkdəri zibi-kuhsar gəlir.  
Xuda kərimdir, ey dil, qərar tut bir dəm,  
Gəlir Kərim bəyin könlünə qərar, gəlir.  
Yenə düşər sənə ol Sədi-Əkbərin nəzəri,  
Yenə mədarına bu çərxi-kəcmədar gəlir.  
Çıxar bu zağü zəğənlər fəzayi-gülşəndən,  
Həzar nəğmə ilə əndəlibü sar gəlir.  
Bu arxa su gəlib, ümmid var bir də gələ,  
Yetər sənubərə zövq, abi-cuybar gəlir.  
Dəxi bu xaneyi-möhnətdə qalmasan sən mat,  
Yenə hərayüvə ol miri-şəhsüvar gəlir.  
Fəda olum sənə, ey xirməni-nəvali-əta,  
Hər il vəzifə mənə buğda bir tağar əlir.  
Gəlib payızda bizə nisfi-buğdamız, lakin  
Ümid var ki, qalan nisfi bu bahar gəlir.  
Mədaxil azdı, məxaric füzun, nə çarə qılım?  
Əyal qüssəsi qəlbi-həzinə bar gəlir.  
İlahi, eylə bu zatın cəlalını əfzun,  
Həmişə nasir ona lütfi-kirdigar gəlir.  
Əli nəbirəsidir çünki bu Hüseynzadə,  
Cəza günündə Əlivü Hüseynə yar gəlir.  
Ömər sülaləsinin ömrün eylə əfzun kim,  
Müəmmərinə onun feyzi-bişümar gəlir.  
İlahi, eylə Simailə
*
 canımı qurban, 
                                                          
*
 
İsmayıla.
 


                                            
307 
O tiflə Hacərü Sara ki, cannisar gəlir.  
Hicabü ismət ilə eylədin dua, Seyyid,  
Ağa bu şeri görə, afərin həzar gəlir.  
Qənaət eyləməsən afərinə, yoxdur qəm,  
Bahardə sənə bir əsbi-rahivar gəlir.  
İlahi, ömr eləsin bu kərəm ilə ağa,  
Nə qədr aləmə kim, fəsli-növbahar gəlir. 
  


                                            
308 
AĞA BƏY SOLTANZADƏYƏ 
Qəsidə 
Sahiba, ey kim, sənitı övsafi-zatın qılmağa  
Ərseyi-dünyayə əvvəldən sənaxan gəlmişəm. 
Kəbeyi-məqsudimiz sənsən, Minadır dərgəhin,  
Bu Minayi-dövlətə qoç kimi qurban gəlmişəm. 
Duşməni-Mərhəb-misalın qanə qəhan etməyə  
Zülfüqari-Heydərəm, dünyayə üryan gəlmişəm. 
Sərvəra, üç aydı getmişdim Dağıstan seyrinə,  
Bu səfərdən olmuşam xeyli peşiman, gəlmişəm. 
Görmüşəm biganə dəstində babamın mülkünü,  
Qeyrətimdən qönçə tək bağrım olub qan, gəlmişəm. 
Bu səfərdən düşmüşəm hədsiz qaranlıq günlərə,  
Dönmüşəm nisfindən ötmüş ayə, nöqsan, gəlmişəm. 
Şəhrdə bir növ qurtardim orucluq ayını,  
Şəhri-şəvval içrə bu dərgahə mehman gəlmişəm. 
Ta ki bu dərgahə gəlduinı, ruh tapdım tazədən,  
Eylə bildim, sahiba, dünyayə olan gəlmişəm. 
Fəqr dərdilə mizacım istiqamətdən düşüb,  
Bilmişəm lütfündə var ol dərdə dərman, gəlmişəm. 
Bir mühəqqər mur idim çöllərdə sərgərdan gəzən,  
Təxti-izzətdə səni gördüm Süleyman, gəlmişəm. 
Sahiba, bu gəlməyim əqdəmki gəlmək tək deyil,  
Gərçi bu dərgahə mən hər il firavan gəlmişəm. 
   


                                            
309 
Mən özüm hərçənd xatircəmlik tapdım, gəlib,  
Leyk bir cəmin qoyub halın pərişan gəlmişəm. 
Zahirən evdir adı, amma unu, buğdası yox,  
Atmışam guya ki, bir köhnə dəyirman, gəlmişəm. 
Salmışam ancaq elə bir həftənin əncamını,  
Qoymuşam bir tay kömür, on beş ədəd nan, gəlmişəm. 
Bir müsəlman yox ki, tutsun bir müsəlmanın əlin,  
Şəhri-Şirvanı görüb bir kafəristan, gəlmişəm. 
Hamıdan bədtər bu kim, ardımca çakərzadənin  
Çeşmi-şəhlasın qoyub əşk ilə giryan, gəlmişəm. 
Sahiba, bu yazdığım hərfin biri böhtan isə, 
Bil ki, mən islamə bəs manəndi-Mərvan gəlmişəm. 
Çarə qıl kim, getdi əldən xanımanı Seyyıdin,  
Sənsən, ey sahibkərəm, sultanı, xanı Seyyidin. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə