SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   55   56   57   58   59   60   61   62   ...   73

                                            
294 
Leyk hər səngi-siyəh ləli-Bədəxşan olmadı.  
Çoxları feyzə çatıb ol mənbəi-ehsandan,  
Kimsə, Seyyiddən siva, məhrumi-ehsan olmadı.  
Kəbəyi-iqbalını səy ilə övsaf eylədim,  
Navdani-rəhmətindən feyz baran olmadı.  
Var ümidim ki, bu gün novruzdıır, etsin əta,  
Hacıdan gərçi mənə Qurbanda qurban olmadı.  
Seyyida, sən haciyə ixlas ilə eylə dua,  
Baxma kim, lütfü sənə kəm, ya firavan olmadı. 
  


                                            
295 
HACI MOLLA QƏNİYƏ 
Qəsidə 
Hacı Molla Qəni, cy taciri-şəhri-Şirvan,  
Ey açan izzət ilə kəsbi-həlalə dükkan, 
Kəsbi-ruzidə müşəxxəsdi deyilsən kahil,  
Nəss ilə kahili kafər dedi soltani-cahan. 
Əhli-kəsbi eieyib mədh şahənşahi-rüsul,  
Dedi "kasibdi həbibulla"
*
, əya ruhi-rəvan! 
Səndə yox zərrə qədər göfteyi-əvvəldən əsər,  
Qövli-sani görünür səndə sərəpay əyan. 
Olmusan şamü səhər kəsbi-həlalə məşğul,  
Məclisində nə yalan var, nə düruğü böhtan. 
Vəqt kim, kəsbi-həlalından olursan fariğ,  
Qılıb asudə nəmazın, oxuyursan Quran. 
Bundan artıq nə deyim mən sənə, ey can, tərif?  
Bundan artıq nə deyim mən sənə övsafü bəyan? 
Nə şərafətdi bu kim, qosrüvi ali deyələr,  
Qoy ağac ilə daşa fəxr eləsin bişəvü kan. 
Nə şərafətdi bu kim, xəz deyələr puşişüvə,  
Pusti-heyvandır, ona fəxr eləsin qoy heyvan. 
Nə şərəfdir bu külah olsa Buxara dərisi,  
Qoy ona fəxr eləsin tazə quzu, ya ki çoban. 
Şərəfi-mərd səxavətdi, kəramət səcdə,  
Kimdə bıı iki sifət olsa odur əhli-cinan. 
    
  
                                                          
*
 
Kasıb Allahın dostudur (ayə). 


                                            
296 
Birinin sendə, əzizim, görürəm asarın,  
Biri zahirdü və lakin biri olmuş pünhan. 
Görmüşəm çox səni səcdə eləyən xəllaqə,  
Gah, gah da görürəm xəlqə edirsən ehsan. 
Leyk hər bir sifəti etməyə təkmil çalış,  
Olmasın mahi-münəvvər kimi səndə nöqsan. 
Sizdən ötrü bu il, ey dust, çəkirdim zəhmət,  
Gəh şəbihxan olurdum sizə, gəh mərsiyəxan. 
Öz əlinlə elədin pulları yeksər təqsim,  
Göttguyə ləb açıb eyləmədim şikvə bəyan. 
On manat oldu o məclisdə bərati-Seyyid,  
Məndən artıq aparıbdır pulu hər bir heyvan. 
Verdün on min mənati heyf o qancaq Əliya,  
Bir görək razi idi bu qismətə şahi-Mərdan. 
Növhəxanın pulunu axsrı haşa eləduz,  
Oldu aşüftədil ol bülbüli-gülzari-cinan. 
Atduz üstünə onu Hacı Əliabbasın, 
Dedi ki, Hacı Qasun hacı deyil altda qalan. 
Görəsən oldumi məlum ki, kim altda qalub.  
Kim olub altda qalan, ta kim olub üstə çıxan. 
Başın üçün hacı, məcmui-zərafətdi bular,  
Yazmışam ki, oxuyub, xatirin olsun xəndan. 
Gər deyəm qəlbüvə bir tükcə dəyən söz, haci,  
Dilimi lal eləsin qadirü həyyi-sübhan! 
Sən mənim köhnə vəliyyünnəəmimsən ki, sənin  
Görmüşəm nemti-əlvanüvi ümman-ümman. 
   
  


                                            
297 
Elmi-Haruni gərək, dövləti-Qarun nə gərək,  
Nə hünərdir birinin pıılu ola yüz milyan. 
Nə şərəfdir birisi nəsli-peyəmbər olsun,  
Olmaya taəti-peyğəmbərdən onda nişan. 
Nə təfəzzüldü biri elm oxuyub alim ola,  
Hamıdan artıq idi elmdə məlun şeytan. 
Qərəzim sılsiləcünban bizə sən olmaq idi,  
Eydi-novruzdə oldum sənə mən təhniyəxan. 
Açılır laləvü güllər, gəlir əyyami-bahar,  
Xələti-bərk geyər əyninə şaxi-üryan. 
Nə rəva bir belə mövsümdə mən, ey sahibi-cud,  
Geyməyim əynimə ezaz ilə rəxti-əlvan?! 
Var ümidim görünə Seyyidə asari-səxa,  
Eyləyə xatiri-məhzunini lütfün şadan. 
Barilaha, olasan dəhrdə daim xürrəm,  
Yetməsin dövləti-iqbalüvə asibi-xəzan. 
Həq bu aləmdə Məhəmmədlə səni şad etsin,  
Behəqi-xətmi-rüsul, şafeyi-əhli-üsyan. 
  


                                            
298 
MİR ƏBDÜLQƏNİ AĞAYA 
Qəsidə 
Mübarək eydi-xürrəm, fəsli-xoş, vəqti-təmaşadır,  
Müzəyyən oldu aləm kim, bahari-aləmaradır. 
Qılır əmvati-gülzari nəsimi-sübhdəm ehya,  
Qiyamətdir çəmənlərdə, məgər kim, həşri-kübradır? 
Müsəlsəl oldu sünbüllər, açıldı lalələr, güllər,  
Qılırlar nəğmə bülbüllər, çəmən bəzmində qovğadır. 
Bənöfşə xətti-yar-asa çəmənlərdə olur peyda,  
Çü zülfi-şahidi-rəna yenə sünbül mütərradır. 
Gülüstanə çəkib cədvəl xəti-reyhan ilə dövran,  
Bu ya Ərjəngi-Mani, ya kitabi-Zəndi-danadır. 
Təcəlla qıldı gül nari ki, yaxdı bülbüli-zari,  
Görənlər səhni-gülzari deyər kim, Turi-Sinadır. 
Gülü gəhvarə içrə tərpədir badi-səba gahi,  
Sanırsan ki, bu Məryəmdir, o məhd içrə bir İsadır. 
Salıb neylufəri-nəynini abə madəri-giyti,  
Deyirsən kim, bu Yuxavidürür, ol tifl Musadır. 
Pəri-bülbül nədir vəchi ki, yanmaz atəşi-dildən,  
Bu İbrahimdir guya ona, ol qövm ədadır. 
Kitabi-hikməti şərh eyləyir gülzar-ara bülbül,  
Məgər kim, bülbüli-xoşləhcə ol Əqtayi-Luqadır? 
Səfayi-Kəbə tək artdı səfası bağü bostanın,  
Bəsani-çahi-Zəmzəm əbr tari bağə səqqadır. 


                                            
299 
Hərəm şövqiylə səflər bağlayıb göy üzrə durnalər,  
Cahan ləbbeyk sövtündən dolubdur, şur bərpadır. 
Əgərçi kuhlər geymişdi ağ ehramlər qışda,  
Olub emaldən fariğ, bu həm bir feyzi-Üzmadır. 
Çıxıbdır pişvazə güldən ötrü sünbülü susən,  
Məgər gül zayiri-beyti-xudayi-heyyü danadır? 
Məgər həcdən gəlir gül, pişvaz eylər onu bülbül?  
Mənə bir əmrdir müşkül, bu nə rəmzü nə iymadır? 
Məgər şəhrə olur vasil bu gün ol alimü kamil,  
Fəniyyü əzəmü fazil ki, elmü helmə dəryadır. 
Məhəmmədzadeyi-Heydəməsəb, sibti- 
Əbülqasim, Güzini-nəsli-yasin, behtərini-ali-Tahadır. 
Səfayi-Heydərü Səfdər, həyayi-paki-peyğəmbər,  
Çəmali-bakəmali-dilgüşasından hüveydadır. 
O şahın puridir kim, baisi-icadi-aləmdir,  
O mahın nuridir kim, varisi-ənharü tubadır. 
O kəsdir kim, onun cəddi qılıbdır seyr əflaki,  
Nəbiyyü Haşimiyyü şahi-üqba, mahi-Bəthadır. 
Şəbi-əsradə gəldi məscidi-əqsayə ol mövla, 
Bu sözdən, ey süxənvər, şahidim mebrabi-əqsadır. 
Fəni namında vaqedir onun nami-humayuni,  
Finayi-təbi-paküə bəli məşhuri-dünyadır. 
Fəni ol kəs deyildir kim, çox olsun dövlətü mall,  
Fəni ol kəsdü kim, ğanedü, bu zati-müəlladır. 
Bihəmdilləh ki, bu əbdi-ğənidir, həm özü qane,  
Qənaət qafının simürğüdür, bir mürği-Ənqadır. 
   
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə