SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   51   52   53   54   55   56   57   58   ...   73

                                            
272 
Xüms lazımdı ki, ol müctəhidi-əsrə çata,  
Ala, seyyidlərə təqsim eliyə ürfanı. 
Sən hara, xüms hara? Bir bu süalından utan,  
Sən təki rində verir xümsünü bir məstani. 
Gər desəm, qoy üzüvü bir üzümün üstə mənim,  
Söyləyər, ləkkəli etmə bu məhi-tabani. 
Dedim:-Ey şux, sənə yari-vəfadar mənəm,  
Dedi:-Kim yar eləyibdir mələkə şeytani? 
Dedim:-Ey sərv, gülümsən, sənə mən bülbüli-zar,  
Dedi:-Bayquş kimi get, mənzil elə virani! 
Mən güləm, səndə vəli bülbülə yoxdur nisbət,  
Səni tari, özüvə bağlama bu böhtani! 
Səndə bülbül kimi vardırmı gözəl sövtü səda?  
Bülbülün qaşdı bu aləmlər-ara dastani. 
Şənüvə "ənkərül-əsvat" olubdur nazil,  
Gedib, ey xər, açıbarı bircə oxu Qurani. 
Həq qılıb ayeyi-ənamı səninçün nazil,  
Heyf insan deyələr sən kimi bir heyvani! 
Qoymusan adüvi seyyid, nə səlatü nə siyam,  
Yoxdu sən fisqdə bir erməniyü nəsrani. 
Gecələr məst, günüzlər dəxi naçaştü cünüb,  
Uymusan bütlərə, tərk eyləmisən iymani. 
Harda bır büt görəsən səcdə qılırsan o bütə,  
Xaç olur gərdənüvə zülfi-əbirəfşani. 
Sənə seyyid desəm, ağzımda dilim lal olsun!  
Etmisən tərk bu gün məzhəb ilə ərkani. 


                                            
273 
  
Dedim:-Ey sərvi-bütan, sürmə bu gunə tövsov,  
Sakit ol, hər nə dedin, ver mənə bu meydani! 
Ta sənə şərh qılım surəti-əhvalımı mən,  
Guş qıl huş ilə ərzi-məni-sərgərdani. 
Həq təcəllasım hər yerdə görə əhli-nəzər,  
Eyş edər zovq ilə, bir haldır ol vəçdani. 
Yoxdur əhli-nəzərə Kəbəvü bütxanədə fərq,  
Hər məkanda tapılır şəşəeyi-sübhani. 
Büt özü hal ilə təsbih qılır sübhanə,  
Get, oxu "səbbəhə lillah"da bu mənani. 
Kimisi Kəbədə həqqi, kimi deyr içrə görür.  
Hərə bir növ gəzir, axtarır ol canani. 
Gördü həq pərtövünü düxtsri-tərsadə əyan,  
Nə məzəmmət eləyim eşqdə mən Sənani. 
Dağə Fərhad çalıb tişəni şirin-şirin,  
Gördü Şirində həq nurini, verdi cani. 
Gördü Məcnun əsəri-xaliqini Leyladə,  
Düşdü vadilərə, mənzil elədi səhrani. 
Gördüm əksi-rüxüvü ayineyi-camdə mən,  
Vacib etdim özümə şürbi-meyi-səhbani. 
Bu sifətdə, gözəlim, şəhrdə bir mən deyiləm,  
Çoxdu mən tək bu yerin aşiqi-sərgərdani. 
Bilirəm ki, nə səbəbdəndi mənə tənələrin,  
İnçidirsən nə səbəbdəndi bu bağrıqani. 
Məndə olsaydı əgər simü zərü dövlətü mal,  
Gözüvə onda gələrdim, gözəlim, ruha 
   
  


                                            
274 
Çıxmaz idin gecə-gündüz otağımdan tışra,  
Əyləşirdin o zaman salihə tək pünhani. 
Bəs əlac oldu ki, təhsil qılam sim ilə zər,  
Dərdi-pünhanıma hasil eləyim dərmani. 
Məşədi Əbdüləli halıma vaqif olsa,  
Edər əlbəttə bu sərgəştə üçün samani. 
Bəs gərək şikvə edim zadeyi-Abdullahə,  
Eydi-novruzdə şad eyləyə bu giryani. 
Bilirəm yoxdu savadı, ona xoş gəlməz şer,  
Ola bir nəzm xüsusən ki, belə tulani. 
Biləcək ki, bu qədər şairə pul lazımdır,  
Edəcək çareyi-dərdim o səxavət kani. 
Var ümidim ki, edə Seyyidi-zari xürrəm,  
Eyləyə lütf ilə öz bəndəsinə ehsani. 
Ey xuda, Məşhədi Əbdüləlini şad eylə,  
Ola mənsuru müzəffər özü və əvani! 
  


                                            
275 
HACI MEHDİYƏ 
Qəsidə 
Gətir piyaleyi-mey, saqi, səlsəbil gərək,  
Şərabi-nab ola bəzmdə səbil gərək. 
Edər bir-iki xüm olsa mənə şərab kifaf,  
Bu rindi-meykəşə piri-muğan kəfil gərək. 
Mühafizət qıla şayəd məni bu sərmadən,  
Salam özümü xərabat ara dəxil gərək. 
Şərabi-azəri tök camə, ey büti-Azər, 
Bu narə ginnəyə bir mən kimi Xəlil gərək. 
Gətir piyaleyi-büllurdə meyi-safi,  
Cəmali-bariyə ayineyi-cəmil gərək. 
Şərabi-nabdü bir vəhy, mən peyəmbəri-əsr,  
Bu vəhyə saqiyi-gülçöhrə Cəbrəil gərək. 
Şərab şürbünü mən eyləyirsə şəri-rəsul,  
Şərabi-nabə bu mövsümdə bir bədil gərək. 
Əlil edib məni, saqi, zəmaneyi-fərtut,  
Əlac qıl ki, dəvayi-təni-əlil gərək. 
Gərəkdi kim, gətirə qüvvətə təni-zari,  
Şita zamanıdu, məcuni-zəncəbil gərək. 
Dəxi bu mərhələdə qalmayıb səxa əhli,  
Bir özgə səmtə bu viranədən rəhil gərək. 
Nə xoşdu Qafi-qənaətdə olmağa Ənqa,  
Nə qal cifeyi-dünya üçün, nə qil gərək. 
   


                                            
276 
  
Bu dərdi-fəqrin əlacı zəmanədə olmaz,  
Özü əlac eləyə xaliqi-cəlil gərək. 
Bu bari-minnəti-dunanı çəkməyə, ey dil,  
Sənin işin deyil, ol barə zuri-fil gərək. 
Gərəkdi münim olan xəlqə eyləyə ehsan,  
Gərəkdi adəm olan olmaya bəxil gərək. 
Dedim əba gətirər Məkkədən mənə Mehdi,  
Toxunmuyubdu əba Məkkədə bu il, gərək. 
Məgər ki, Məkkə tərəf Misrdən əba gəlməz,  
Olubdu xüşk bu illərdə rudi-Nil, gərək. 
Göründü Məkkə tərəf bağlanıb yolu Şamın,  
Hicazə, qafiləyə bağlanıb səbil, gərək. 
Dedin əba yox idi Məkkədə-inandım mən,  
Bu qövli-həqqə nə isbatü nə dəlil gərək. 
Əbanı qət elədim bir ədəd san kürkə,  
Həva soyuqdu, mənə kürki-Ərdəbil gərək. 
Desən ki, yoxdu Şəmaxidə Ərdəbil kürkü,  
Bu barədə dəxi bəs göftgu təvil gərək. 
Dedin tapılmır əba Məkkədə-inanmalıdır,  
Şəmaxidə tapılır kürk hər qəbil gərək. 
O da tapılmasa, üç arşın et drap əta,  
Mənim tək uşkola mollasına şenil
*
 gərək. 
Drapı lütf elə, etsin dilimi lal xuda,  
Desəm ki, astar üç arşın ona fenil

 gərək. 
                                                          
*
 
Şinel

 
Filanel 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə